Məhkəmə qərarları › İş №e-2(006)-3907/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-3907/2023

16.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3907/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İzraı̇ lova Yaffa Aleksandrovna, Əlı̇ yeva Sevı̇ l Mı̇ kayıl qızının cavabdeh İzraı̇ lova Nı̇ non İzraı̇ lovnaya qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İzraı̇ lova Yaffa Aleksandrovna, Əlı̇ yeva Sevı̇ l Mı̇ kayıl qızı cavabdeh İzraı̇ lova Nı̇ non İzraı̇ lovnaya qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Əmlak Məsələləri Dövbt Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışa əsasən İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilin 1/3 hissəsinin, iddiaçı X6 isə 2/3 hissəsinin mülkiyyətçisidir. xx.xx.2023-cü il tarixli AR Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı2 verilmiş yaşayış yeri haqqında arayışa əsasən ünvan 2 ünvanında qeydiyyatda olan şəxslər İddiaçı1, Cavabdehdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 52 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsasən Cavabdeh S.Rüstəm küçəsi 33b saylı evin 121-ci mənzilində yaşamır. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakm Dövbt Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət təsvirinə, dövlət qeydiyyatına alnımış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışa əsasən İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3819 nömrəli reyestr kitabının 357298 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli məlumata əsasən İddiaçı2 ona məxsus olan hissədə məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Cavabdeh İzraifova Ninon İzrailovna 20 ildən çoxdur ki, həmin mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. Onun həmin mənzildə qeydiyyatda olması İddiaçı2 və X1 mülkiyyətçilər kimi sərəncam vermək hüququnu həyata keçirməklərinə mane olur. Bundan başqa həmin şəxsin mənzildə qeydiyyatda olması əlavə kommunal xərclərin yaranmasına səbəb olur. Cavabdeh halhazırda Almaniyanın Vayl-am-Rayn şəhərində yaşayır. 22 iyun 2023-cü il tarixində Cavabdeh İzraflovnanın ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinə müraciət edilmişdir. Nəsimi Rayon Polis İdarəsi tərəfindən 11 iyul 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinə Kəsən, müraciətdə göstərilən şəxsin ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılması barədə qərarı əsasında həyata keçirilir. 22 iyun 2023-cü il tarixində Cavabdeh İzraflovnanın Azərbaycan Respublikası ərazisindən hansı tarixdə getməsini və hal-hazırda Azərbaycan Respublikası ərazisində yaşamadığını təsdiq edən sənədləri təqdim edilməsi ilə Dövbt Sərhəd Xidmətinə müraciət edilmişdir. 12 iyul 2023-cü il tarixində Dövlət Sərhəd Xidməti tərəfindən X7 dövlət sərhədindən hərəkəti barədə məlumatların əldə olunması üçün AR Vəkillər Kollegiyasından (Cavabdeh hüquqi yardım göstərilməsi barədə) orderin və ya məhkəmə tərəfindən müvafiq sorğunun olmasnun zəruri olduğu qeyd olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh İzraflovnanın ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, cavabdehin istifadə hüququna xitam verilməsini istədikləri mənzil hüquqlarını müdafiə etdiyi Əlı̇ yeva Sevı̇ l Mı̇ kayıl qızının mülkiyyətindədir. Digər iddaçı isə onun qızıdır. Həmin mənzil Əlı̇ yeva Sevı̇ l Mı̇ kayıl qızına həyat yoldaşı tərəfində verilmişdir. Həyat yoldaşına isə vərəslik üzrə keçmişdir. Cavabdeh isə iddiaçı Əlı̇ yeva Sevı̇ l Mı̇ kayıl qızın baldızı və digər iddiaçı İzraı̇ lova Yaffa Aleksandrovnanın bibisidir. O, artıq 20 ildən çoxdur ki, ölkədən köçmüşdür. O, qeydiyyata da köçməmişdən qabaq düşmüşdür. O, 20 ildən çoxdur ki, həmin mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. Onun həmin mənzildə qeydiyyatda olması İddiaçı2 və İddiaçı1 mülkiyyətçilər kimi sərəncam vermək hüququnu həyata keçirməklərinə mane olur. Bundan başqa həmin şəxsin mənzildə qeydiyyatda olması əlavə kommunal xərclərin yaranmasına səbəb olur. Cavabdeh hal-hazırda Almaniyanın Vayl-am- Rayn şəhərində yaşayır. 22 iyun 2023-cü il tarixində Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinə müraciət edilmişdir. Nəsimi Rayon Polis İdarəsi tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, müraciətdə göstərilən şəxsin ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılması barədə qərarı əsasında həyata keçirilir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33b saylı evin 121 saylı mənzili X2 (iddiaçıların əri və atası) mülkiyyətində olmuş, xx.xx.2020-ci il tarixdə onun ölümündən sonra qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzil iddiaçıların mülkiyyətinə keçmişdir. Cavabdeh isə X2 bacısıdır. O, xx.xx.1974-cü ildən həmin ünvanda qeydiyyatdadır, lakin iyirmi ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır, daimi yaşamaq üçün xarici ölkəyə köçmüşdür. X13, öz qızı və həyat yoldaşı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Hazırda iddiaçılar cavabdehin sözügedən mənzilə istifadə hüququna xitam verilməsini tələb edirlər. b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1-in 1/3 hissəsi İddiaçı2, 2/3 hissəsi isə İddiaçı1 Aleksandrovanın adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə xx.xx.2021-ci il tarixində qeydiyyat aparılmışdır.

9. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayon İcra hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 52 saylı Mənzil Kommunal İstismar sahəsinin 140 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X10 ünvan 1 ünvanında qeydiyyatdadır, lakin yaşamır.

10. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2, İddiaçı1 Aleksandrova, Cavabdeh ünvan 1-də qeydiyyatdadırlar.

11. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən 3819 nömrəli reyestr kitabının 357298 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1/3 hissəsi İddiaçı2, 2/3 hissəsi isə İddiaçı1 Aleksandrovanın adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Sənədi verən təşkilat: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi.

12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, mənzilin hüquqi subyektləri İddiaçı2 və İddiaçı1 Aleksandrovaya məxsus ünvan 1 3 otaqdan ibarətdir, ümumi sahəsi 61.37, kv.m, yaşayış sahəsi 44.07 kv.m.

13. Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014cü il tarixində verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə İddiaçı2 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 355 № ilə qeyd edilmişdir.

14. Mülki işin materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 09 ayının 04 günündə 578 № ilə qeyd edilmişdir.

15. Mülki işin materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq olunmuş, 3M-540 reyestrlə qeydə alınmış xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqavilədən görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qalmış əmlakdan X5 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 33b ünvanında yerləşən ümumi sahəsi – 56,27 kv.m, yaşayış sahəsi – 44.07 kv.m, otaqların sayı – 3 olan 121 nömrəli mənzilin X11 çatası 1/3 hissədə payı vərəsəsi İddiaçı1 Aleksandrovaya bağışlamışdır.

16. Mülki işin materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı İddiaçı2 və İddiaçı1dır. Onlar miras əmlakdan 1/3 hissədə tam pay almalıdırlar.

17. Mülki işin materiallarında olan məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İzraı̇ lova Nı̇ non İzraı̇ lovna xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Qeydiyyata əsas verən sənədlərin saxlanma müddəti 5 il bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır.

18. Mülki işin materiallarında olan məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 52 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, İzraı̇ lova Nı̇ non İzraı̇ lovna ünvan 1 ünvanda yaşamır, 52 saylı MKİS-in sənədlərinə əsasən xx.xx.1974-cü ildən həmin ünvanda qeydiyyatdadır.

19. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, cavabdeh İzraı̇ lova Nı̇ non İzraı̇ lovna xx.xx.2021-ci il tarixində dövlət sərhədindən çıxmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Məhkəmə ilk öncə verilmiş ilkin iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. 21.Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

23. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli mənzilə xx.xx.1974-cü ildən qeydiyyata düşdüyündən, onun həmin mənzilə dair hüquq münasibətləri xx.xx.2000-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün, iddiaçının sürdüyü tələbə, yəni cavabdehin istifadə hüququna xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir.

24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

25. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir.

26. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

27. Qeyd edilən Məcəllənin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

29. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

30. Məhkəmə qeyd edir ki, cavabdehin əvvəlki Mənzil Məcəlləsinin 123-cü madəsinin tələbinə əsasən istifadə hüququ mövcud olmuş olsa da o, 20 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır, daimi yaşamaq üçün xarici ölkəyə köçmüş və onun qeydiyyatı formal xarakter daşıyır. Bu hal onun həmin yaşayış sahəsinə ehtiyacının olmamasına (istifadə hüququnu əmələ gətirən əsasının artıq aradan qalxmasına) dəlalət edir.

31. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

32. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

33. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

35. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Yuxarıda qeyd olunan qanunun normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33b saylı evin 121 saylı mənzilə olan istifadə hüququna xitam verilməlidir.

37. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçılar İzraı̇ lova Yaffa Aleksandrovna, Əlı̇ yeva Sevı̇ l Mı̇ kayıl qızının cavabdeh İzraı̇ lova Nı̇ non İzraı̇ lovnaya qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33b saylı evin 121 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Bu qətnamə Cavabdeh qeydiyyatdan çıxarılması üçün əsasdır. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar