Məhkəmə qərarları › İş №e-2(006)-3913/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3913/2022

19.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3913/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil və ilkin iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc pul” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “birtərəfli əqdin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdehndən (VÖEN: **********) iddiaçı fiziki şəxs, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xeyrinə 19.940 (on doqquz min doqquz yüz qırx) manat əsas borc məbləğinin, 157.20 (yüz əlli yeddi manat iyirmi qəpik) manat məhkəmə xərcinin, ümumilikdə isə 20.097,20 (iyirmi min doxsan yeddi manat iyirmi qəpik) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı fiziki şəxs İddiaçı arasında notarial qaydada bağlanan xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinə, habelə ona dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli Razılaşmaya əsasən, cavabdeh şirkət xx.xx.2021-ci il tarixinədək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən “İcarəyə verən”ə məxsus olan Anbar kompleksində istehsalatla (qablaşdırma ilə) məşğul olmaq məqsədilə 500 kv.m sahəsini və əlavə olaarq 75 kv.m ofis sahəsini icarəyə götürmüşdür. “İcarəyə verən” fiziki şəxs müqavilə üzrə öz öhdəliklərini tam icra etsə də, Cavabdeh MMC, xx.xx.2021-ci il tarixinədək yaratdığı 22.394 (iyirmi iki min üç yüz doxsan dörd) manat borcunu ödəməməklə öhdəliklərini qərəzli şəkildə pozmaqda davam etmişdir. Bu məsələ ilə bağlı Cavabdeh MMC-nin direktoru İmran Əhmədovla keçirilən görüşlər və telefon zəngləri müsbət nəticə verməmişdir. Halbuki, MMC rəhbəri olaraq xx.xx.2021-ci il tarixində öz xətti ilə yazdığı və möhürlə təsdiq etdiyi müraciətdə, həmin tarixə müqavilə üzrə “İcarəyə verən”ə borcunun olduğunu rəsmi qaydada etiraf edilmişdir, lakin ödəniş aparılması istiqamətində müsbət nəticə əldə olunmamışdır. Bundan sonra tərəflərindən Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ünvanlanmış və cavabdeh şirkətin direktoru İmran Əhmədov qəbzə imza ataraq onu şəxsən qəbul etmişdir. Daha sonra o, əməkdaşlarına yaxınlaşaraq yaratdığı borcdan 2.400 (iki min dörd yüz) manat hissəsini ödəmişdir. Tərəflər arasında bağlanmış İcarə müqaviləsinin tələblərinə əsasən fiziki şəxs İddiaçı ilə Cavabdeh Məhdud Msəuliyyətli Cəmiyyəti arasında bağlanmış icarə müqavilələrinin 4-cü maddəsinin 4.3-cü bəndinin tələblərinə əsasən, “İcarəçi” icarə ödənilməsinin gecikdirdiyi hər gün üçün 0.5% məbləğdə dəbbə pulu ödəyir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “birtərəfli əqdin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli əyazmaların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borc pul” tələbinə dair iddia qaldıraraq cavabdeh "xxxx" MMC-dən iddiaçı fiziki şəxs xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xeyrinə 19.940 manat əsas borc məbləğinin, 157.20 manat məhkəmə xərcinin, ümumilikdə isə 20.907,20 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edilir ki, İddiaçı iddiasının hüquqi əsası kimi göstərdiyi xx.xx.2021-ci il tarixli əlyazmalar özlüyündə əhəmiyyətsizdir və etibarsızdır. Belə ki, ilkin olaraq qeyd etmişdir ki, həmin əlyazmanı 3 nəfərin, yəni iddiaçının etibarnamə üzrə nümayəndəsi olan Vahid Bilalovun, Sabir Məmmədovun, İlkin Əsədullayevin dedikləri sözlər, ifadələr əsasında yazmışdır. Yəni, o, həmin əlyazmaları məcburiyyət qarşısında hədə-qorxu və təsir altında, məcburiyyət qarşısında yazmışdır. O, həmin icarə obyektini sahibkarlıq fəaliyyəti məqsədilə icarəyə götürmüşdür və orada özünə məxsus olan malların satışı ilə məşğuldur. Qeyd edilən əlyazmalar yazılmamışdan qabaq Vahid Bilalov, Sabir Məmmədov, İlkin Əsədullayev onu icarə obyektinə buraxmayaraq bildirdi ki, bu əlyazmaları yazmasa, mallarına əl qoyacaq və onu icarə obyektinə buraxmayacaqlar. O isə mallarını itirməmək və öz sahibkarlıq fəaliyyətini həyata keçirə bilmək üçün məcburiyyətdən həmin əlyazmaları yazmalı oldu. Əlyazmalara fikir versələr, malların dəyəri icarə borcundan dəfələrlə çoxdur. O da, malları batmasın deyə onları imzalamalı oldu. Müqavilə bağlandığı tarixdən dəyişdirilən anadək hər ay 2.400 manatdan olmaqla pul ödəmişdir. İddiaçı isə bütün müqavilə müddətinə olan icarə haqlarını tələb edir ki, bu tamamilə reallığı əks etdirmir və hazırkı iddia ilə hüquqdan sui-istifadə edir. Əgər, həmin əlyazmalar mötəbər sübut olsa idi, o zaman həmin əlyazmaların sübut kimi bir nüsxədə tərtib olunmuş və eyni tarixdə hər biri digərindən fərqli məzmunda tərtib olunmaqla ziddiyyətlidir. Bu isə həmin əlyazmaların mötəbərliyini şübhə altına alır. İddiaçını nə məcbur edirdi ki, 2 fərqli məzmunda əlyazma yazdırsın? Həmçinin, əgər əsaslı idisə, onlar bunu sadə əlyazma ilə deyil, notarial qaydada təsdiq etdirə bilərdilər. Bundan əlavə əlyazmalara diqqət yetirsələr, mallarını xilas etməkdən ötrü demək olar ki, Vahid Bilalovun, Sabir Məmmədovun, İlkin Əsədullayevin qarşısında “yalvarmışam”. Lakin, iddiaçının “addımları” sırf onu özündən asılı vəziyyətdə saxlamaq üçün yazdırtmışdır. Bir sözlə, həmin əlyazmalar qəti surətdə onun iradə ifadəsini əks etdirmir. Hazırda, o, obyektdə istifadə edə bilmir, sahibkarlıq fəaliyyətindən faktiki olaraq məhrum olunmuşdur və keçən gün o, gözləntilərindən, gəlirlərindən məhrum olur. Ona vurulan zərər artmaqda davam edir. Məhkəmə baxış iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan 03 avqust 2021-ci il tarixli X2 tərəfindən yazılan əlyazmadan görünür ki, onunla İddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən, iyul ayı daxil olmaqla ümumi borcunun 19.420 manat olduğu etiraf edilmiş, həmin məbləğin 25 avqust tarixinə qədər 10.000 manat, 30 avqust tarixə kimi isə 9.420 manatı ödəyəcəyinə şəxsi olaraq öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan 02 sentyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən X1 ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, icarəyə verən mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi sahəsi 500 kv.metr olan anbar sahəsi, 75 kv.m ofis sahəsi və orada quraşdırılmış bütün avadanlıqlar (generator, stablizator, matorxana, transformator və s.) icarəçinin istifadəsinə vermişdir. Müqavilənin predmetini təşkil edən 500 kv.m qeyri-yaşayış (anbar) sahəsi və 75 kv.m ofis sahəsinə görə icarə haqqı 2.400 manat təşkil etmiş, icarəçi anbar sahəsinə görə 2 aylıq icarə haqqının 4.800 manat olmaqla icarə verənə ödəyir. Mülki işin materiallarında olan 25 noyabr 2021-ci il tarixli xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında Razılaşmadan görünür ki, İddiaçı ilə Cavabdeh MMC aralarında dəyişiklik edilməsi razılığına gəlmişlər- bir tərəfdən bundan sonra gələcəkdə icarəyə verən adlanacaq İddiaçı və digər tərəfdən bundan sonra gələcəkdə icarəçi adnalanacaq Cavabdeh MMC-nin direktoru tərəfindən X2 razılaşma bağlanmış, həmin razılaşma xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş, müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixinə kimi müəyyən edilir. Müqavilənin predmetini təşkil edən 500 kv. M anbar sahəsinə görə icarə haqqı bundan sonra 1.200 manat təşkil edir. Mülki işin materiallarında olan 12 may 2022-ci il tarixli fiziki şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vahid Bilalov tərəfindən Cavabdeh direktoru İmran Əhmədova ünvanlanan Pretenziya məktubundan görünür ki, icarəyə verən fiziki şəxs müqavilə üzrə öz öhdəliklərini tam icra etsə də, Cavabdeh MMC xx.xx.2021-ci il tarixinədək yaratdığı 22.394 manat borcunu ödəməməklə öhdəliklərini qərəzli şəkildə pozmaqda davam edir. Borcun yaxın müddətdə ödənilməsi, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə tərəf xəbərdar edilmişdir. Mülki işin materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün 157 manat 20 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, mülki işin materiallarından və məhkəmə baxışı zamanı müəyyən edilən hallardan aydın oldu ki, xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi sahəsi 500 kv.metr olan anbar sahəsi, 75 kv.m ofis sahəsi və orada quraşdırılmış bütün avadanlıqlar icarəçinin istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixdə isə xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi barədə tərəflər arasında razılaşma bağlanaraq, tərəflər öz üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Lakin, icarəyə verən öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, icarəçi icarə haqqını vaxtlı-vaxtında ödəməyərək, icarəyə verən qarşısında öz öhdəliklərini pozmuşdur. Nəticədə, qarşı tərəfin müəyyən məbləğdə borcu yaranmışdır, hansı ki bunu tərəf öz əlyazmasında da etiraf etmişdir. Hazırda İddiaçı iddia qaldıraraq, yaranmış borc məbləğini və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini, qarşı tərəf isə qarşılıqlı iddia qaldıraraq ilkin iddiaçının sübut kimi göstərdiyi əlyazmanın etibarsız hesab edilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə, mülki iş materiallarını və qanunvericiliyin tələblərini əsas götürərək hesab edir ki, ilkin iddia tələbi “...Cavabdehndən (VÖEN: **********) 19.940 manat əsas borc məbləğinin tutulması...” hissəsində qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru tərəfindən yazılan əlyazma ilə cavabdehin 19.420 manat məbləğində borcu olduğu öz təsdiqini tapır. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh, yəni icarəyə götürənin iddiaçı qarşısında 19.420 manat məbləğində icarə müqaviləsinə əsasən borcu yaranmış və cavabdeh tərəf bunu öz əlyazmasında etiraf etmişdir. Beləliklə, cavabdeh tərəfindən 19.420 manat məbləğində borcun bugünədək ödənilməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının 19.940 manat məbləğində tələbi qismən əsaslıdır və cavabdehdən 19.420 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Dövlət Rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia tələbinin qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsumu ilə bağlı hissədə əsaslıdır və iddianın qaldırılması üçün ödənilən 157.20 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, qarşı tərəf öz tələbini əsaslandıra bilməmiş və həmin tələbi təsdiq edən sübutları da qarşılıqlı iddia ərizəsinə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı nə maddi, nə də mənəvi ziyanın ona vurulması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də qarşılıqlı iddia tələbində qeyd edilən faktlar sübuta yetirilmədiyi üçün məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc pul” tələbinə dair ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdehndən (VÖEN: **********) iddiaçı fiziki şəxs, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xeyrinə 19.420 (on doqquz min dörd yüz iyirmi) manat əsas borc məbləği, 157 (yüz əlli yeddi) manat 20 (iyirmi) qəpik məhkəmə xərci, ümumilikdə 19.577 (on doqquz min beş yüz yetmiş yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul tutulmalı, ilkin iddia tələbi qalan hissədə rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “birtərəfli əqdin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc pul” tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdehndən (VÖEN: **********) iddiaçı fiziki şəxs, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xeyrinə 19.420 (on doqquz min dörd yüz iyirmi) manat əsas borc məbləği, 157 (yüz əlli yeddi) manat 20 (iyirmi) qəpik məhkəmə xərci, ümumilikdə 19.577 (on doqquz min beş yüz yetmiş yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul tutulsun. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “birtərəfli əqdin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar