Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3916/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Mirdadaş oğlunun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mirdadaş oğlu cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-də hesab nömrəsi AZ96AZEG******************** (********************), hesab sahibi X5 hesabında 5573,79 (beş min beş yüz yetmiş üç manat yetmiş doqquz qəpik) məbləğində olan əmanətin onun varisi İddiaçı Mirdadaş oğluna qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dadaş-zadə X4 Sığortalanması Fonduna ərizə ilə müraciət etmiş, "xxxx" bankında, hesab nömrəsi AZ96AZEG******************** (********************), hesab sahibi X5 hesabında 5,573.79 AZN məbləğində olan əmanətin geri qaytarılmasını tələb etmişdir. Belə ki, X5 "xxxx" bankında 5,573.79 AZN məbləğində əmanəti olmuşdur. O, 21 aprel 2014-cü ildə vəfat etmişdir. Ölümündən sonra isə onun vərəsəsi, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı Mirdadaş oğlu olmuşdur. İddiaçı Mirdadaş oğlu xx.xx.2022-ci ildə hesab nömrəsi AZ96AZEG******************** (********************), hesab sahibi X6 hesabında 5,573.79 AZN məbləğində olan əmanətin geri qaytarılmasını tələb etsə də, Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edildiyini bildirilmişdir. Eyni zamanda həmin məbləğin geri qaytarılması üçün məhkəməyə müraciət edilməsini bildirmişdir. Lakin, hesab edilir ki, həmin məbləğin geri qaytarılması yubadılmayaraq, müraciət ediləndən bir neçə gün ərzinədək həlledilməli idi. İddiaçı qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmanətlər Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizə əmanət müqaviləsi, əmanət kitabçası yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların rəyi əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq eden sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notarial qaydada tasdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələri ilə kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, Dadaş-zadə X3 ödənişinin həyata keçirilməsi üçün xx.xx.2022-ci il tarixli ilk müraciəti xx.xx.2022-ci il tarixində ƏSF-yə təqdim edilmişdi. Qanunun qeyd edilən müddəasının açıq şəkildə pozuntusu müraciəti sübut edən və iddia tələbinə əlavə edilmiş ərizədən görünür ki, sözügedən Qanunun 28.1-ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və ya haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyri-mümkün etmiş halı araşdırılmalıdır. Belə ki, materiala əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı ƏSF-yə müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş, lakin bu ötürülməni hər hansı səbəblə ötürdüyünü təsdiq edən sənəd əlavə etməmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Bu qanunun 77.2-ci maddəsinə əsasən bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir. Qanunun tələblərinə əsasən Fond iddiaçının müraciətinin daxil olmadığı halı nəzərə alaraq tələbi xx.xx.2021-ci il tarixində mühasibat üçot sənədlərində əks edilmiş 5573,79 manat məbləğ kimi qeydə almışdır. Öz növbəsində qanunauyğun olaraq kreditorların reyestri Fond tərəfindən tərtib edilərək təsdiq edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına ünvanlanmışdır. Sözügedən məhkəmə isə artıq reyestri təsdiq etmişdir. Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.6-cı maddəsinə əsasən hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. İddiaçı Mirdadaş oğlunun tələbi kreditor tələbi kimi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflsi elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı mərhum atası X5 vərəsəsidir. Belə ki, bununla bağlı 2022-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi alınmışdır. Cavabdeh tərəfin etiraz ərizəsində istinad etdiyi 1 il müddət ərzində müraciət etməli olması ilə bağlı qeyd etmişdir ki, iddiaçının atası 2014-cü il tarixdə vəfat etmiş, iddiaçı 2020-ci il tarixdə notariusa vərəsəliklə bağlı müraciət etmiş, 2022-ci ildə isə şəhadətnamə verilmişdir. Şəxsin cavabdehin qeyd etdiyi müddəti ötürməsi onunla bağlı səbəblərdən ötürülməmişdir. Belə ki, şəxsin özü yataq xəstəsidir. Xəbəri olmamışdır. Müəyyən şəxslərdən bu barədə eşitmiş və notariusa müraciət etməli olmuşdur. İddiaçının banklardakı vəsaitləri barədə məlumatın əldə edilməsi üçün prokurorluq orqanı məhkəməyə müraciət etmiş, bu vaxt iddiaçının LPO "xxxx" ASC-də də pul vəsaitinin olması barədə xəbəri olmuşdur. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında da qeyd etdiyi kimi iddia tələbini qəbul etmir və hesab edir ki əsassızdır. Bununla bağlı etiraz ərizəsini də məhkəməyə təqdim etmişdir. Təkrarən məhkəmənin diqqətinə çatdırmışdır ki, şəxsin 2022-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi alması sual doğurmur. Məsələ orasındadır ki, şəxs 2020-ci il tarixdə vərəsəliyin açılması ilə bağlı notariusa müraciət etmişdir. Halbuki, iddiaçının atası 2014-cü il tarixdə vəfat etmişdir. Birmənalı olaraq işin hallarından müəyyən olunan hal odur ki, şəxsdə məsuliyyətsizlik olub. Bu səbəbdən hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Son olaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarında olan 16 mart 2021-ci il tarixli, AZ-İİ № 164338 seriyalı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 21 aprel 2014-cü il tarixdə ağciyər ödəmi səbəbindən vəfat etmişdir. Mülki işin materiallarında olan 08 fevral 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 21 aprel 2014-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçı Mirdadaş oğludur. Mülki işin materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X7 ünvananlanan cavab məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin qanunun 28.4-cü maddəsinə əsasən, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edilmədikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Eyni zamanda, kompensasiya alınması üçün təqdim edilən sənədlər tələb olunan müddət ərzində müraciəti qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənəd kimi məqbul hesab edilməmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən 24 iyun 2022-ci il tarixli Hesabdan çıxarışa əsasən, hesab sahibi Mirdadaş Dadaşzadənin hesabında 5573,79 manat məbləğində qalıq vəsait vardır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının mərhum atası X5 LPO "xxxx" ASC-də 5573,79 qalıq pul vəsaiti vardır. LPO "xxxx" ASC məhkəmə qərarına əsasən müflis elan edilmiş və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Hazırda İddiaçı Mirdadaş oğlu mərhum atasının qanuni vərəsəsi qismində çıxış edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edib, bank hesabında mərhum atasına məxsus pul vəsaitinin kompensasiya şəklində ona geri qaytarılmasını tələb edir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi isə iddiaçı tərəfindən müddətin ötürülməsi ilə bağlı olaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən, qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 25.1.4-cü maddəsinə əsasən, əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 28.1-ci maddəsinə əsasən, fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. 28.2-ci maddəsinə əsasən, kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. 28.3-cü maddəsinə əsasən, fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 28.4-cü maddəsinə əsasən, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. 28.5-ci maddəsinə əsasən, fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X10 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. Məhkəmə cavabdehin iddiaçı tərəfindən müddətin ötürülməsinə dair etirazına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsindən də, həmçinin iddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi iddiaçı vərəsliyin açılması ilə bağlı 2020-ci il tarixdə notaiusa müraciət etmiş və əmanətçinin qanuni vərəsəsi kimi xx.xx.2022-ci il tarixdə tanınmış və xx.xx.2022ci il tarixdə isə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3 və 28.4-cü maddələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan müddəti ötürməmişdir. Məhkəmə həmçinin, iddia tələbini qanuni hesab edərək əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, həmçinin əmanət məbləği LPO "xxxx" ASC-nin hesabında olmasına baxmayaraq cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya kompensasiya şəklində ödənilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 71.3-cü maddəsinə əsasən, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir; 71.7-ci maddəsinə əsasən, bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür və s. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq bu nəticəyə gəlir ki, İddiaçı Mirdadaş oğlunun iddiası əsaslı olduğundan təmin edilməli, cavabdeh Əmanətlərin Sığortalanması X2 hesabında olan 5.573,79 (beş min beş yüz yetmiş üç manat, yetmiş doqquz qəpik) manat məbləğində əmanət kompensasiya şəklində onun varisi İddiaçı Mirdadaş oğluna qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması X1 hesabında olan 5.573,79 (beş min beş yüz yetmiş üç manat, yetmiş doqquz qəpik) manat məbləğində əmanət kompensasiya şəklində onun varisi İddiaçı Mirdadaş oğluna qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3916/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3916/2022
17.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver