Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-399/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh səhvən hesabına köçürülmüş, əsassız əldə etdiyi 2799.99 (iki min yeddi yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) AZN pulun və 48 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “HP ENVY 15- EP0000UR (16D86EA) - 5CD0452GNS” markalı noutbuku İddiaçı MMC-yə məxsus “Kontakt Home” mağazalar şəbəkəsindən nağd şəkildə, online sifariş üsulu ilə əldə etmişdir. Sözügedən məhsul Cavabdeh ünvanına çatdırılmış və xx.xx.2021-ci il tarixdə, ona məxsus bank kartı vasitəsilə (pos-terminalla) ödəniş edilməklə dəyəri 2799.99 (iki min yeddi yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) AZN olan məhsulun ödənişi tam şəkildə həyata keçirilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə texniki xəta ilə bağlı faktiki olaraq Cavabdeh istifadəsində olan cihaz şirkətin tətbiq etdiyi satış sistemində qaytarılmış kimi qeyd olunmuş, bu səbəbdən Cavabdeh mülkiyyətində olan və istifadə etdiyi noutbuk üçün ödənilmiş 2799.99 AZN pul vəsaiti xx.xx.2021-ci il tarixdə səhvən cavabdehin (yəni məhsul cavabdehdə olduğu halda) bank kartı hesabına köçürülmüş və ona qaytarılmışdır. Bir müddət sonra iddiaçının əməkdaşları cavabdehlə əlaqə saxlamış və məhsulun istifadəsində olub-olmadığını sorğu etmişdir. Cavabdeh müsbət cavabından (yəni cihazın onun istifadəsində olması ilə bağlı) sonra hesabına səhvən qaytarılan məbləğin yenidən şirkətə ödənilməsi ondan xahiş edilmişdir. Cavabdeh isə kart hesabını yoxlayacağını və sonra məlumat verəcəyini bildirsə də, bugünə qədər hər hansı məlumat verilməmişdir. Bankın təqdim etdiyi çıxarışdan (elektron poçt vasitəsilə göndərilmiş çıxarış) yuxarıda göstərilən tarixdə 2799.99 AZN pul vəsaitinin Cavabdeh qaytarıldığı açıq şəkildə görünür və bu fakt təsdiqlənir. Cavabdeh daha sonradan edilən zənglərə də cavab verməmiş, səhvən hesabına qaytarılan məbləği şirkətə ödəməkdən boyun qaçırmışdır. Halbuki, Cavabdeh əldə etdiyi məhsul hazırda da onun istifadəsindədir. Bununla əlaqədar olaraq, Cavabdeh qeydiyyat ünvanına bildiriş də göndərilmiş və ondan səhvən hesabına köçürülən məbləğin yenidən iddiaçıya ödəməsi xahiş edilmişdir, lakin bundan da bir nəticə əldə edilməmişdir. İddiaçıya İddiaçı MMC-yə məxsus “Kontakt Home” mağazalar şəbəkəsindən online sifariş üsulu ilə əldə edilmiş noutbukun hazırda Cavabdeh istifadəsində olduğunu və həmin məhsul üçün ödənilmiş 2799.99 (iki min yeddi yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) AZN pulun səhvən Cavabdeh hesabına qaytarıldığını nəzərə alaraq, göstərilən məbləğdə pulun Cavabdeh tutularaq yenidən İddiaçı MMC-yə ödənilməsi zərurəti yaranmışdır. Cavabdeh tərəfindən həmin məbləğ könüllü şəkildə ödənilmədiyindən, İddiaçı MMC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı öz öhdəliyini icra edərək cavabdehə saz vəziyyətdə olan mal satmış, lakin səhvlik ucbatından ödənilən məbləğ Cavabdeh məxsus bank hesabına qaytarılmışdır. Cavabdeh da hazırda əsassız əldə etdiyi məbləği yenidən İddiaçı MMC-yə ödəməkdən yayınır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İddiaçı nümayəndəsi Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə iclasının xx.xx.2023-cü il tarixli qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 841/22 nömrəli bildirişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2021-ci il tarixdə səhvən sonuncunun bank kartı hesabına köçürülən 2799.99 AZN pul vəsaitinin yenidən MMC-yə ödənilməsi, əks halda qeyd olunan pul tələbi ilə bağlı aidiyyəti üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırmaları zamanı edilmiş sorğuya əsasən "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh istifadəsində olan olan 416973******3075 nömrəli plastik kartla aparılan əməliyyatlara dair xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh istifadəsində olan olan 416973******3075 nömrəli “X2” kartına xx.xx.2021-ci il tarixdə 2799.99 (iki min yeddi yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) AZN pul geri qaytarılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 48 (qırx səkkiz) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “HP ENVY 15- EP0000UR (16D86EA) - 5CD0452GNS” markalı noutbuku İddiaçı MMC-yə məxsus “Kontakt Home” mağazalar şəbəkəsindən nağd şəkildə, online sifariş üsulu ilə əldə etmişdir. Sözügedən məhsul Cavabdeh ünvanına çatdırılmış və xx.xx.2021-ci il tarixdə ona məxsus bank kartı vasitəsilə (pos-terminalla) ödəniş edilməklə dəyəri 2799.99 (iki min yeddi yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) AZN olan məhsulun ödənişi tam şəkildə həyata keçirilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə texniki xəta ilə bağlı Cavabdeh istifadəsində olan cihaz şirkətin tətbiq etdiyi satış sistemində qaytarılmış kimi qeyd olunmuş, həmin noutbuk üçün ödənilmiş 2799.99 AZN pul vəsaiti xx.xx.2021-ci il tarixdə səhvən cavabdehin (yəni məhsul cavabdehdə olduğu halda) bank kartı hesabına köçürülmüş və ona qaytarılmışdır. Sonradan iddiaçı tərəfindən məhsulun Cavabdeh istifadəsində olduğu müəyyən edilmiş və cavabdehdən onun hesabına səhvən qaytarılan məbləğin yenidən şirkətə ödənilməsi tələb edilməsinə baxmayaraq, sonuncu həmin pul vəsaitini qaytarmaqdan boyun qaçırmış, İddiaçı MMC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MMC-yə məxsus “Kontakt Home” mağazalar şəbəkəsindən əldə etdiyi “HP ENVY 15-EP0000UR (16D86EA) - 5CD0452GNS” markalı noutbuku istifadə etməsinə baxmayaraq, səhvən onun bank kartı hesabına köçürülmüş, noutbukun dəyəri olan 2799.99 AZN pul vəsaitini İddiaçı MMC qaytarmamış, 2799.99 AZN pul vəsaitini hüquqi əsas olmadan, yəni əhəmiyyətsiz əqd üzrə (Mülki Məcəllənin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanmadan fərqli olaraq) əldə etməklə əsassız varlanmışdır və Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 2799.99 AZN pul vəsaitini İddiaçı MMC-yə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 351-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2799.99 (iki min yeddi yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat pul və 48 (qırx səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2799.99 (iki min yeddi yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat pul və 48 (qırx səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində cavabdeh həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə tərəflər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-399/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-399/2023
23.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver