Məhkəmə qərarları › İş №e-2(006)-3996/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3996/2023

08.09.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3996/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yinin yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İdarəsı̇ nin maraqlı şəxs Allahverdı̇ yev Natı̇ q İsa oğlunun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yinin yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İdarəsı̇ nin maraqlı şəxs Allahverdı̇ yev Natı̇ q İsa oğlunun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsiilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Milli Elmlər X1 Bağının Dövlət Sosial Müdafiə Fonduna 3167 manat, dövlət büdcəsinə 1913,69 manat məbləğində (o cümlədən, vergilər üzrə 1913,69 manat), işsizlikdən sığorta fonduna 78,47 manat olmaqla, ümumilikdə 5159,16 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, **********804200, xx.xx.2023-cü il tarixli, **********335000, xx.xx.2023-cü tarixli, **********533500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanımda yaşayır. Göstərilənlərə əsasən hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1913,69 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3167 manat, işsizlikdən sığorta fonduna olan 78,47 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Allahverdı̇ yev Natı̇ q İsa oğlu barəsində (doğulduğu tarix – xx xxx 1973-cü il, doğulduğu yer – Azərbaycan, Culfa, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – OWDXV25, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında maraqlı şəxs Allahverdı̇ yev Natı̇ q İsa oğlu bildirmişdir ki, borc tərəfindən tam ödənilmişdir. Onun ölkədən getmək hüquqlarının məhdudlaşdırılması üçün əsaslar mövcud deyil. Göstərilənlərə əsasən ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Ərizəçi İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yinin yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İdarəsı̇ nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə ərizəyə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, vergi ödəyicisi olan Azərbaycan Milli Elmlər X1 Bağı vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsiilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 3167 manat, dövlət büdcəsinə 1913,69 manat məbləğində (o cümlədən, vergilər üzrə 1913,69 manat), işsizlikdən sığorta fonduna 78,47 manat olmaqla, ümumilikdə 5159,16 manat borcu yaranmışdır. Hazırda İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yinin yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İdarəsı̇ Azərbaycan Milli Elmlər X1 Bağının rəhbəri Allahverdı̇ yev Natı̇ q İsa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edir.

b) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan vergi ödəyicisi Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, borclunun dövlət büdcəsinə ümumilikdə 5873,96 manat, o cümlədən: vergilər üzrə 2170,14 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 3614,39 manat, işsizlikdən sığorta haqqı üzrə 89,43 manat, ümumilikdə 5873,96 manat borcu vardır. Vergi Məcəlləsinin 1.4-cü və 23.1.15-3-cü maddələrinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur.

9. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş **********, **********, **********, ********** nömrəli ödəniş tapşırıqlarından görünür ki, Maraqlı şəxs tərəfindən vergi borcu tam ödənilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir.

13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

14. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

15. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

16. Azərbaycan Respublikasının MPM-nin 305.1.12-ci maddəsinə görə məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır.

17. Azərbaycan Respublikasının MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

18. Məhkəmə iclasında müəyyən olundu ki, borclu Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunu tam olaraq ödəmişdir. Belə olan halda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiq hesab oluna bilməz (zərurət qalmamışdır).

19. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.

20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən qanuni əsaslarla hər-hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər-hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

21. Bu hüquqi mövqeləri, habelə toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, ərizəçi İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yinin yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İdarəsı̇ nin maraqlı şəxs Allahverdı̇ yev Natı̇ q İsa oğlunun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi əsassız olduğundan rədd edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 355-7-355-7.5, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi İqtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yinin yanında Dövlət Vergı̇ Xı̇ dməti Bakı şəhərı̇ Lokal Gəlı̇ rlər Baş İdarəsı̇ nin maraqlı şəxs Allahverdı̇ yev Natı̇ q İsa oğlunun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar