Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4077/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmlakın girovdan azad edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın girovdan azad edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-895/2014 saylı, 14 may 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs ATSC-dən Cavabdeh ASC-nin xeyrinə kredit borcu üzrə 1.050.000 AZN, hesablanmış faiz borcu 160.400,14 AZN, cərimə 105.000 AZN, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9.5 AZN olmaqla, cəmi 1.315.409,64 AZN tutulması, tələb üzrə tutma fiziki şəxs İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bina evinə, X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllədə istifadədə olan 0,00793 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 53,9 yaşayış, 66 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinə, fiziki şəxs X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X9 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın, mərtəbəsində 4 otaqlı, 83,95 kv.m. ümumi, 59,85 kv.m. yaşayış, 24.1 kv.m. yardımçı sahədən ibarət mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bina evinin satış qiyməti 189000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1280/15 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xeyrinə əmlak yüklü edilmiş Maraqlı şəxs ATSC və Bankla əldə edilmiş razılığa əsasən məhkəmə aktı ilə əmlaklara qoyulan qiymət mülkiyyətçilər tərəfindən ödəndikcə əmlaklar hərraca çıxarılmadan girovdan azad edilməli idi. Bu məqsədlə borclu İddiaçı ona məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bağ evinin girovdan azad edilməsi üçün 189000 manat ödəniş etmişdir. Qeyd olunan vəsait kreditor tərəfindən digər mülkiyyətçi X2 38500 manat ödənişi ilə birlikdə, yəni 227500 manat Cavabdeh ASC-yə ödənilmişdir. İddiaçı əmlakının azad edildiyini düşünüb heç bir prosessual hərəkətlər etməmişdir. Lakin 2021-ci ildə əmlakı övladına bağışlamaq istəyərkən notariusda bildiriblər ki, əmlak yüklüdür, bağışlanma aparıla bilməz. İddiaçı Bankla əlaqə saxlayaraq, İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət tam mülkiyyətində olan bağ evinin girovdan azad edilməsini xahiş edəndə bankdan bildirdilər ki, onlarda struktur dəyişiklikləri aparılır, sənədlər təftiş edilir, iş bitən kimi əmlakı girovdan azad edəcəklər. Lakin əmlak girovdan azad edilmədiyindən Əmanətlərin Sığortalanması Fonduna 02 fevral 2022-ci il tarixli məktubla rəsmi qaydada müraciət edilmişdir. Əmanətlərin Sığortalanması Fondu məsələnin müzakirə edilməsi üçün iddiaçının vəkilini iki dəfə qəbul ediblər. Belə ki, həmin görüşlərdə pul vəsaitlərinin yoxlanılmasına ehtiyac olub-olmadığı müzakirə edilib. Fonddan pul vəsaitinin ümumi borca silindiyi bildirildi. Halbuki, həmin vəsait şəxsin öz əmlakının azad edilməsi üçün ödənilib. Belə ki, bankın və kreditorun götürdüyü öhdəlik qarşısında iddiaçının öhdəliyi əmlakın dəyəri həcmindədir. İddiaçı öz əmlakının dəyərindən artıq öhdəlik götürməyib. İddiaçı kredit götürənin öhdəliyi üzrə yalnız əmlakının dəyərində risk daşıyır və mülkiyyətində olan əmlakla daşıdığı riskə görə üzərinə düşən öhdəliyi icra etmişdir. Göstərilənlərə əsasən İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bağ evinin girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu iclas ilə bağlı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, atası X12 ilə Cavabdeh ASC-nin müdiri Şaiq müəllim arasında yaxın dostluq münasibətləri var idi. O, həmin bankdan kredit götürmüş, İddiaçı da öz əmlakını həmin kreditin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Ancaq işləri yaxşı getmədiyinə görə həmin kredit borcunu vaxtında qaytara bilməmişlər. Bank bununla bağlı məhkəmədə iddia qaldırmış və məhkəmə qərarı ilə onlardan qalıq kredit borcu tutulmuş və tələb İddiaçı və digər şəxslərə məxsus olan bir neçə daşınmaz əmlaka yönəldilmişdir. İddiaçı məxsus olan əmlak 189.000 manata qiymətləndirilmişdir. İddiaçı həmin əmlakı itirməmək üçün atası Vaqif Məmmədovun vasitəçiliyi ilə Bankın rəhbərliyi ilə danışıqlar aparmış və qeyd olunan məbləği Banka ödədiyi halda əmlakının girovdan azad olunması barədə razılığa gəlmişlər. İddiaçı onunla birlikdə həmin vaxtı Banka aidiyyəti olan və Şaiqin qardaşı oğlu olan Vəkilov Kamran İsa oğlunun yanına gedərək ümumilikdə 227.500 manat məbləğində pulu ona vermiş, sonuncu isə həmin pul vəsaitini Bankın kassasına mədaxil etmişdir. Həmin pul məbləği İddiaçı məxsus olan əmlakın azad olunması üçün 189.000 manatdan və digər ipoteka qoyan X2 38500 manat ödənişindən ibarət olmuşdur. Sonradan Bankda ləğvetmə prosesi başlamış və aralarındakı razılıq pozulmuşdur. İddiaçı dəfələrlə Bankın ləğvedicisinə müraciət etməsinə baxmayaraq, onun əmlakı girovdan azad olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1280/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC İdarə Heyətinin sədrinin vəzifələrini icra edən İlqar Məlikovun və cavabdeh Maraqlı şəxs ASC-nin İdarə Heyətinin sədri N.S.Kazımovun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4753/2014 nömrəli iş üzrə 07 noyabr 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 189,6 kv.m ümumi, 69,8 kv.m yaşayış, 119,8 kv.m köməkçi sahədən ibarət tam mülkiyyətdə olan bağ evinin ilkin satış qiyməti 189.000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qəbzin surətindən görünür ki, Vəkilov Kamran İsa oğlu tərəfindən "xxxx" ASC-nin hesabına 227.500 manat pul köçürüldü. Əsaslandırıcı hissə: Məhkəmə hazırki mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Eyni Qanununu 46.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bağ evi 189.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka qoyan İddiaçı əmlakının ipotekadan azad edilməsi məqsədilə həmin pulu banka ödəmişdir. Sonradan həmin pulun ümumi borca silindiyi bildirilmişdir. Halbuki, həmin vəsait ipoteka qoyan İddiaçı öz əmlakının girovdan azad edilməsi üçün ödənilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ipoteka qoyan əsas öhdəliyə görə ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Belə olan halda ipoteka qoyan İddiaçı kredit götürənin (borclunun) öhdəliyi üzrə yanlız əmlakının dəyərində (həmin həcmdə) məsuliyyət daşıyır və mülkiyyətində olan əmlakla daşıdığı riskə görə üzərinə düşən öhdəliyi icra etmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus olan mübahisəli əmlak (ipoteka predmeti) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən hərracdan satılacağı halda, onun ilkin satış qiyməti 189.000 (bir yüz səksən doqquz min) manat olduğu halda hərracların keçirilmə təcrübəsinə görə ən yaxşı halda həmin qiymətə və yaxud da bundan aşağı qiymətə satılacaq idi. Əmlakın satışından əldə olunacaq pul vəsaiti borca yönəldiyi və bundan sonra ödənilməmiş qalan qalıq borc iddiaçıdan deyil, borcludan ümumi qaydada tutulacaq idi. Bununla bağlı qeyd olunan kredit öhdəliyi üzrə borclu olmayan, yalnız ipoteka qoyan olan İddiaçı isə həmin pul vəsaitini Banka ödəməklə yalnız özünün deyil, həmçinin Bankın da xeyrinə hərəkət etmiş və faktiki olaraq əsas öhdəliyə görə daşıdığı məsuliyyəti bitmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bağ evi girovdan (ipoteka yüklülüyündən) azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bağ evi girovdan (ipoteka yüklülüyündən) azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-4077/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4077/2022
13.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver