Məhkəmə qərarları › İş №e-2(006)-409/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-409/2022

14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-409/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X10 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh MMC-yə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və boşdayanmaya görə əmək haqqının ödənilməsi və s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin etibarsız hesab edilməsi, işə bərpa və boşdayanmaya görə əmək haqqının ödənilməsi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ilin 10 dekabrında əmək müqaviləsi bağlayaraq Cavabdeh MMC-də HS mütəxəssisi vəzifəsində işə başlamışdır. İşlədiyi müddətdə heç bir növqsan olmamışdır, eləcə də işi ilə bağlı hər hansı şifahi yaxud yazılı irad bildirilməmişdir. 2020-ci il iyulun 16-da şirkətin bu layihədəki işi kəskin azalmış (əsas podratçı şirkət URBN (Gilan Holding) tərəfindən ödəniş olunmadığı deyilir). İşçilərin 90%-i, eləcə də iddiaçı öz hesabına ödənişsiz məzuniyyət ərizəsi yazdıraraq evə göndərilmişdir. İmzaladığı ərizədə işlərin başlanmamasının qeyri-müəyyən olması səbəbindən hansı müddət ərzində məzuniyyətə göndərilməsi göstərilməmişdir. xx.xx.2020-ci il tarixdən bu vaxta qədər boşdayanmaya görə (kütləvi şəkildə işçilərin işinin dayanmasına görə) heç bir ödəniş olunmamışdır. 2021-ci il aprelin 29-da İMAS MMC-nin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 55/33 X15 yerləşən ofisinə gələrək (Əmək Məcəlləsinin 146-cı və 169-cu maddələri ilə tənzimlənən qaydaların) kütləvi şəkildə işçilərin məzuniyyətə göndərilməsi işəgötürən tərəfindən boşdayanma sayıldığını və qanunla bu dövrün əsas məzuniyyətin 2 illik müddətindən çox olmamalı olduğunu, buna görə şirkətin iddiaçıya ödəniş etməsini xahiş etmişdir. Rəhbərliyi təmsil edən Hacıyev Əli buna görə heç bir ödənişin edilməyəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə şəxsi mailto:азерибаижани@лист.руElektron ünvan 1 poçt adresindən bunları yazılı şəkildə əsaslandıraraq yenidən ödənişlə bağlı mailto:оффиъе@имасрус.руElektron ünvan 2 və mailto:Эасанов.й@имасрус.руElektron ünvan 3 rəsmi ünvanlarına yazmışdır. Cavab olaraq Cavabdeh MMC-nin insan qaynaqları mütəxəssisi Cəmilə Yusifzadə mailto:жамила.йусифзаде@имасрус.руElektron ünvan 4 adresində yazaraq iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunduğunu bildirmişdir (kağız nüsxəsi yaşayış ünvanına gönbdərilmişdir). İddiaçı dərhal elektron adresindən yazaraq artıq 9 aydır ki, işdə olmadığı üçün 70-ci maddənin «ç» bəndinə uyğun gələ biləcək hansı pozuntu yol verdiyini əsaslandırmalarını xahiş etsə də, cavab verilməmişdir. Məzuniyyət müddətinin guya 2021-ci il martın 1-də başa çatdığı göstərilsə də, hər hansı bir şəkildə mobil telefonla zəng rəsmi olaraq iş üçün istifadə etdiyi mailto:азерибаижани@лист.руElektron ünvan 1 poçtuna, yaxud ev ünvanına Azərpoçtla hçe bir məktub gəlməmişdir, iş üçün olan WP qrupuna yazılmaqla bildirilməmişdir. Beləliklə iddiaçıya göndərilən e-mail və poçtla göndərilən məktubla bilmişdir ki, xx.xx.2021-ci il tarixində guya əmək öhdəliyi yerinə yetirmədiyi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsinin «ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməklə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəng pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun». Əgər işçinin əmək intizamını pozması, işə gecikməsi, gəlməməsi belə bir ziyanla nticələnməmişdirsə, onda işəgötürənin əmək müqaviləsinə xitam verməsi əsassızdır və belə olduqda işçi fərdi əmək mübahisəsi zəminində öz hüquqlarının bərpa olunması üçün məhkəməyə iddia verə bilər. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrində göstərməlidir ki, işçi konkret olaraq əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməmişdir və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Cavabdeh heç bir sübutla təsdiq olunmayan ümumi sözlərlə ifadə edərək əmək müqaviləsini ləğv edib. Bu düzgün hesab edilə bilməz. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən AR ƏM-nin 71,79,80,84 və 189-cu maddələrinin tələblərinə ciddi əməl etməli idi. Həmçinin işçi ilə əmək müqaviləsini ləğv etməkdən öncə işəgötürən ondan yazılı izahat almalıdır. Lakin iddiaçıdan izahat alınmamışdır, izahat alınması üçün onun yaşadığı ünvana hər hansı bildiriş göndərilməmişdir. Ümumiyyətlə işlədiyi müddətdə nümunəvi işçi olmuşdur, hər hansı intizam tənbeh tədbiri almamışdır. İndiyənə kimi düzgün şəkildə işləyən birinin birdən-birə işdən azad olunması tamamilə qanunsuzdur. İddiaçı mediasiya qanunvericiliyinin tələblərinə tam əməl etmişdir, lakin cavabdeh mediasiya sessiyasına gəlmədiyi üçün mediasiya baş tutmamışdır. Cavabdehin iddiaçının vəkili Vəkil göndərdiyi məktubla müəyyən olunur ki, işdən azad edilməsi barədə rəsmi şəkildə iddiaçıya xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. Göstərilənlərə əsasən Cavabdeh MMC-nin direktoru X2 xx.xx.2021-ci il tarixli, 103/A saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunan günədək boşdayanmaya, əlavə iş saatlarında və qeyri-iş günlərində işlədilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə xahiş edilmişdir.

3. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Əmək Məcəlləsinə əsasən boşdayanmaya görə ödənişin məbləği orta aylıq əmək haqqının üçdə iki hissəsindən az olmamaqla hesablandıqda 2020-ci il sentyabrın 15-dən başlamaqla, ümumilikdə oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarını əhatə edir. 2020-ci il sentyabrın 15-dən (faktiki olaraq ödənişsiz məzuniyyətin başa çatdığı gündən) 2021-ci il noyabrın 1-nə qədər 6206 manat ödəniş edilməlidir. İddiaçı vergi və sosial ayırmalar olmadan 697,92 manat, vergi və sosial müdafiəyə ayırmalar çıxdıqdan sonra qalan – 643 manat x 2/3 = 428 manat olaraq götürülür. Beləliklə əmək haqqının üçdə iki hissəsi 428 manat edir. 2020-ci ilin sentyabr ayından indiyə qədər bütün bu ödənişlərin ödənmədiyi üçün Əmək Məcəlləsinin 172.5 maddəsi ilə cərimə ödənilməlidir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Ümumilikdə 12.583,2 manat cərimə ödənilməlidir. Qeyri-iş və bayram günlərində işləməyə görə bu günlərin əlavə iş saatı kimi hesablanması nəticəsində 19 ay ərzində, ümumilikdə aşkar edilmiş 13 bayram və qeyri-iş günlərinin sayı – 1 iş günü üçün ödəniş nominalının 2 misli 13 x 29,2 x 2=759,2 manat. Əmək müqaviləsində göstəriləndən artıq şənbə və bazar günlərində işə görə ödənişin alınmasına 19 aydan şənbə günlərinin sayı (ayda 4 dəfə) 1 iş günü üçün ödəniş nominalının 2 misli 19 x 4 x 29,2 x 2 = 4438 manat. 19 ayda bazar günlərinin sayı (ayda 3 dəfə) 1 iş günü üçün ödəniş nominalının 2 misli 19 x 3 x 29,2 x 2 = 3328,8 manat. Əmək müqaviləsində göstəriləndən artıq olan iş saatlarının əlavə iş saatı kimi hesablanması, adi iş saatlarının 2 misli götürülməklə, 19 ayda (yalnız həftəiçi götürülməklə) ümumilikdə 644 saat x 3,65 manat x 2 = 4701,2 manat. 19 ay yarımlıq iş dövründə imtifadə olunmamış 39 gün üçün ödənişli məzuniyyət pulunun (qeyd: 7 gün istifadə olunur). 30 gün (697 manat) 9 gün üçün (210 manat) ümumilikdə 907 manat. Ümumilikdə 34.229,8 manat məbləğ cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh MMC-nin direktoru X2 xx.xx.2021-ci il tarixli, 103/A saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunan günədək boşdayanmaya, əlavə iş saatlarında və qeyri-iş günlərində işlədiyinə, əmək haqqı vaxtında ödənilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq 34.229,8 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İddiaçının işə çıxmaması xx.xx.2021-ci il tarixdən işəgötürənə məlum olmuşdur. Lakin iddiaçı barədə intizam tənbehinin verilməsi, yəni ƏM 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxarılması barədə əmrin verilməsi xx.xx.2021-ci il tarixə təsadüf edir. Bu da sözügedən hadisədən 2 ay 7 gün müddətin keçməsi deməkdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

5. Cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə yazılı etiraz məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə Əmək Müqaviləsi (Kontrakt) bağlnılmışdır. İddiaçı Cavabdeh MMC-də SƏTTƏM mütəxəssisi vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixli İddiaçı tərəfindən təqdim edilən ödənişsiz məzuniyyət haqqında ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ödənişsiz məzuniyyət verilmişdir. İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixdə başa çatdımşdır. Bununla əlaqədar onunla əlaqə yaradılıb və işə çıxmalı olduğu və ya çıxmadığı halda üzrlü səbəb təqdim etməli olduğu bildirilmişdir. Lakin buna baxmayaraq, İddiaçı toğlu işə çıxmamış, nə d əki işə çıxmamasını əsaslandıran hər hansı üzrlü səbəb təqdim etmişdir. İddiaçı ödənişsiz məzuniyyət müddətinin bitməsinə baxmayaraq, işə çıxmaması ilə bağlı xx.xx.2021-ci il tarixli akt tərtib edilərək Cavabdeh MMC-nin rəhbərliyinə təqdim edilmişdir. Cavabdeh MMC-nin əməkdaşları: kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan Yusif-zadə Cəmilə Tərlan qızının, SƏTTƏM meneceri vəzifəsində çalışan X3 və Baş Mühəndis vəzifəsində çalışan X5 təqdimatlarından göründüyü kimi onunla dəfələrlə əlaqə saxlamalarına baxmayaraq o, işə çıxmamış və işə çıxmaması ilə bağlı hər hansı üzrlü səbəb təqdim etməmişdir. SƏTTƏM mütəxəssisi İddiaçı işə çıxmamasının səbəblərinin araşdırılması və bununla bağlı görülməli olan tədbirlərinin müəyyən edilməsi məqsədilə Cavabdeh MMC-nin direktoru Elçin Məmmədovun xx.xx.2021-ci il tarixli 12/XK №-li əmrilə xüsusi komissiya yaradılmışdır. Yaradılmış xüsusi komissiya tərəfindən Cavabdeh MMC-nin SƏTƏM mütəxəssisi İddiaçı işə çıxmamasının səbəblərini araşdırmış və bununla bağlı görülməli olan tədbirlərinin müəyyən edilmişdir. Komissiya tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən göründüyü kimi, İddiaçı Cavabdeh MMC-dən öz xahişi ilə məzuniyyətə çıxdıqdan sonra "xxxx" MMC-nə işə daxil olmuş və həmin şirkətdə SƏTTƏM mühəndisi vəzifəsində çalışırdı və buna görə də onunla bağlanılan əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmək məqsədilə işə çıxmaması ilə bağlı Cavabdeh MMC-nin əməkdaşlarının haqlı tələblərini yerinə yetirməyərək işə çıxmaqdan imtina edirdi. İddiaçı "xxxx" MMC-nə işləyəcəyi barədə Cavabdeh MMC-nin rəhbərliyinə hər hansı bir məlumat verməmişdir. İddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2021-ci il tarixdən işə gəlməmiş, özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və bununla əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İddiaçı heç bir səbəb olmadan işə gəlməməsi Cavabdeh MMC-də əmək və icra intizamının normal ahəngini pozmuş, iş prosesi dayanmış və bununla Cavabdeh MMC-nə ziyan dəymişdir. Xüsusi komissiya SƏTƏM mütəxəssisi İddiaçı onunla bağlanılan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam vermək niyyətində olduğu halda bildiriş göndərilməsi və bildiriş tarixindən 10 gün ərzində işə çıxmamasına əsas olan heç bir üzrlü səbəb təqdim edilmədiyi təqdirdə onunla bağlanılan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsini qərara almışlar. İddiaçıya xx.xx.2021-ci il tarixdə göndərilən xx.xx.2021-ci il tarixli 15/k/21 №-li xx.xx.2018-ci il tarixli Əmək Müqaviləsinə xitam verilməsi haqqında bildiriş»lə iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi haqda məlumat verilmişdir. Bu bildirişdən görsəndiyi kimi iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam veriləcəyi haqda məlumat artıq aprel ayının sonunda verilmiş və sonradan xx.xx.2021-ci il tarixdə müqavilənin xitam verilməsi haqqında Cavabdeh MMC-nin direktorunun qərarı bildiriş formasında göndərilərək, onun əmək haqqı kartına istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği ödənilərək son haqq-hesab aparılmış və əmək kitabçasının təhvil alınması üçün dəvət edilmişdir. İddiaçı ilə bağlanılan əmək müqaviləsi qanunvericiliyinə uyğun şəkildə, iddiaçı tərəfdən heç bir üzrlü səbəb olmadan xx.xx.2021ci il tarixdən işə gəlmədiyinə görə, özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə və onun bu hərəkətləri Cavabdeh MMC-də əmək və icra intizamının normal ahəngini pozulmasına, iş prosesinin dayanmasına Cavabdeh MMC-nə ziyan dəyməsinə səbəb olduğuna görə xitam verilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, İddiaçı istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq onun bank hesabına tam şəkildə ödənilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız və qanuna zidd olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

6. Cavabdehin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəməyə ünvanlayaraq göstərmişdir ki, iddiaçı idddia ərizəsinin «əmrdən şikayət tvermə müddətinin keçməməsi» hissəsində qeyd edir ki, «Belə ki, cavabdehin vəkilim Vəkil göndərdiyi məktubdan müəyyən olunur ki, İşdən azad edilməyim barədə əmr rəsmi şəkildə mənə xx.xx.2021-ci il tarixdə çatdırılmışdır». Bununla iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 təqvim aylıq iddia müddətinin ötürmədiyini qeyd etmək istəyir. Lakin, iddiaçıya onun işdən olunması haqqında məlumat xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin «işin faktiki halları» hissəsinin 5-ci abzasında qeyd etdiyi kimi, o, xx.xx.2021-ci il tarixində şəxsi mailto:азерибаижани@лист.руElektron ünvan 1 poçt adresindən Cavabdeh MMC-nin əməkdaşlarının mailto:оффиъе@имасрус.руElektron ünvan 2 və mailto:Эасанов.й@имасрус.руElektron ünvan 3 rəsmi ünvanlarına yazılı şəkildə ödənişlə bağlı müraciət etmişdir. İddiaçıınn həmin hissəsinin 9-cu abzasında iddiaçı qeyd edir ki, «beləliklə mənə göndərilən e-mail və poçtla göndərilən məktubla bildim ki, xx.xx.2021-ci il tarixdə guya əmək öhdəliyimi yerinə yetirmədiyim üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləmə xitam verilmişdir». Bununla iddiaçı təsdiq edir ki, xx.xx.2021-ci il tarixdə ona Əmək Müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsi haqqında məlumatı olmuşdur. Həqiqətən də, iddiaçının mailto:азерибаижани@лист.руElektron ünvan 1 elektron ünvanına xx.xx.2021-ci il tarixdə müqavilənin xitam verilməsi haqqında Cavabdeh MMC-nin Direktorunun Qərarı bildiriş formasında göndərilmişdir. İddiaçı özü də iddiasında qeyd etdiyi kimi, bu qərar onun həm elektron ünvanına həm də ki, poçt vasitəsilə onun qeydiyyat ünvanına göndərilmişdir. Bundan əlavə, iddiaçıya xx.xx.2021-ci il tarixdə göndərilən xx.xx.2021-ci il tarixli 15/k/21 №-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş»lə iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi haqda məlumat verilmişdir. Bu bildirişdən görsəndiyi kimi iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam veriləcəyi haqda məlumat artıq aprel ayının sonunda verilmiş və sonradan Cavabdeh MMC-nin direktorunun qərarı bildiriş formasında göndərilərək, onun əmək haqqı kartına istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği ödənilərək son haqq-hesab aparılmış və əmək kitabçasının təhvil alınması üçün dəvət edilmişdir. Göründüyü kimi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 təqvim aylıq iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlanmış və iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixdə artıq keçmişdir və iddiaçının tələbinin Cavabdeh MMC-nin direktoru X2 xx.xx.2021-ci 103/A saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması» hissəsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti keçməsinə görə rədd edilməlidir. İddiaçının tələbinin «işə bərpa olunan günədək boşdayanmaya, əlavə iş saatlarına və qeyri-iş günlərində işlədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq ona ödənilməsi" hissəsi üzrə isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, iddiaçı SƏTƏM mütəxəssisi vəzifəsində Cavabdeh MMC-nə işləmişdir, onun tərəfindən təqdim edilən ödənişsiz məzuniyyət haqqında ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ödənişsiz məzuniyyət verilmişdir. İddiaçıya verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, lakin iddiaçı işə çıxmadığına görə nə də ki, işə çıxmamasını əsaslandıran hər hansı üzrlü səbəb təqdim etmədiyinə görə onunla bağlanılan Əmək Müqaviləsinə xitam verilmişdir. Deməli, Cavabdeh MMC-nə əmək funksiyalarını sonuncu dəfə xx.xx.2020-ci il tarixinə kimi yerinə yetirmiş və həmin tarixə kimi əmək haqqı almaq hüququ olmuşdur. xx.xx.2020-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixə kimi Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti keçmişdir. Göstərilənlərə əsasən iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı savadlı bir insandır, heç vaxt boşluq qoyulmuş ərizəni imzalamazdı. Ola bilsin ki, əvvəlcədən kimsə ərizənin boş hissəsini doldurub, sonra imzalanıb. Həmçinin yazı iddiaçı tərəfindən sol əli ilə də icra oluna bilərdi. Bütün ərizələrdə iddiaçının şəxsən özünün imzası vardır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmə ilə bağlı prosessual müddəti ötürmüşdür. İddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə də təqdim etmişlər. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin (kontraktın) surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin HSE mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 697,92 manat təşkil etmişdir.

11. İş üzrə Cavabdeh MMC-nin SƏTƏM mütəxəssisi vəzifəsində çalışan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X4 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən 228 təqvim günü müddətinə ödənişsiz məzuniyyətinə çıxmağa icazə verməsini xahiş etmişdir.

12. İş materiallarında olan Cavabdeh MMC-nin Baş mühəndisi Əhməd Axundov, Cavabdeh MMC-nin İş icraçısı Babək Süleymanov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, SƏTƏM mütəxəssisi İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatmasına ıə onun xx.xx.2021-ci il tarixində işə çıxmalı olduğuna baxmayaraq İddiaçı bu günə kimi işə çıxmamışdır.

13. İş materiallarında olan Cavabdeh MMC-nin SƏTTƏM meneceri vəzifəsində çalışan X7 tərəfindən Cavabdeh MMC-nin direktoru X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatın surətindən görünür ki, SƏTƏM mütəxəssisi İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixində başa çatıb və o, xx.xx.2021-ci il tarixində işə çıxmalı idi. Bununla əlaqədar həmin əməkdaşla dəfələrlə əlaqə yaradılıb və işə çıxmalı olduğu bildirilib. Lakin buna baxmayaraq İddiaçı bu günə kimi işə çıxmayıb. İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi üçün Kadrlar şöbəsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir.

14. İş materiallarında olan Cavabdeh MMC-nin Baş mühəndis vəzifəsində çalışan X8 tərəfindən Cavabdeh MMC-nin direktoru X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatın surətindən görünür ki, SƏTƏM mütəxəssisi İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatması ilə bağlı, o, xx.xx.2021-ci il tarixdə işə çıxmalı idi. Bununla əlaqədar həmin əməkdaşla dəfələrlə əlaqə saxlanılıb və işə çıxmalı olduğu bildirilib. Lakin buna baxmayaraq İddiaçı bu günə kimi işə çıxmayıb. Apardıqları araşdırmalar zamanı məlum olmuşdur ki, həmin şəxs Cavabdeh MMC-də öz xahişi ilə ödənişsiz məzuniyyət aldıqdan sonra "xxxx" MMC-nə işə daxil olmuş və halhazırda həmin şirkətdə çalışır. Buna görə, İddiaçı, onunla bağlanılan Əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmək məqsədilə, işə çıxması ilə bağlı haqlı tələblərini yerinə yetirməyərək işə çıxmaqdan imtina edir. İddiaçı barəsində qanun çərçivəsində tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişdir.

15. İş materiallarında olan Cavabdeh MMC-nin kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan Yusif-zadə Cəmilə Tərlan qızı tərəfindən Cavabdeh MMC-nin direktoru X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatın surətindən görünür ki, SƏTTƏM mütəxəssisi İddiaçı tərəfindən təqdim edilən ödənişsiz məzuniyyət haqqında ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ödənişsiz məzuniyyət verilmişdir. İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixində başa çatıb. Bununla əlaqədar həmin əməkdaşla dəfələrlə əlaqə yaradılıb və işə çıxmalı olduğu və ya çıxmadığı halda üzrlü səbəb təqdim etməli olduğu bildirilib. Lakin, buna baxmayaraq, İddiaçı bu günə kimi işə çıxmayıb, nə dəki, işə çıxmamasını əsaslandıran hər hansı üzrlü səbəb təqdim etməyib. İddiaçı barəsində yuxarıda qeyd olunan səbəblərə görə tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişdir.

16. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 12/XK №-li Cavabdeh MMC-nin Direktorunun Əmri əsasından yaradılmış Xüsusi Komissiyanın xx.xx.2021-ci il tarixli, 001 №-li iclas protokolundan görünür ki, SƏTƏM mütəxəssisi İddiaçı onunla bağlanılan Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam vermək niyyətində olduqları haqda bildirişin göndərilməsi və bildiriş tarixindən 10 gün ərzində işə çıxmamasına əsas olan heç bir üzrlü səbəb təqdim edilmədiyi təqdirdə onunla bağlanılan Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi qərara alınmışdır.

17. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Elçin Məmmədov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 4.17-ci maddəsinə əsasən iş vaxtı saat 9.00-dan başlayır və 17.00-da başa çatır. İddiaçı xx.xx.2020-ci il tarixdən ödənişsiz məzuniyyət ilə bağlı ərizə ünvanlanmışdır. Qeyd olunan ərizəyə əsasən məzuniyyətin müddəti xx.xx.2021-ci il tarixdə başa çatıb. Bununla əlaqədar İddiaçılə əlaqə saxlanılıb və məzuniyyətin müddəti bitdiyi barədə məlumt təqdim olunub ki, İddiaçı işə çıxsın. Buna baxmayaraq İddiaçı xx.xx.2021-ci il tarixdən işə çıxmamışdır və işə gəlmədiyi üçün üzrlü səbəb təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçılə bağlanan müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi ilə əlaqədar müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam vermək niyyətindədir. Nəzərinə çatdırmaq istərdi ki, müqaviləyə xitam verildikdə İddiaçılə son haqq-hesab aparılacaqdır.

18. İş materiallarında olan Cavabdeh MMC-nin 103/A nömrəli, xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin SƏTƏM mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi və son haqq-hesab aparılaraq ona istifadə etmədiyi xx.xx.2018-xx.xx.2019-cu iş ili üçün 23, xx.xx.2019-xx.xx.2020-ci il iş ili üçün 30 və xx.xx.2020-xx.xx.2021-ci il tarixədək 12 təqvim günü (cəmi 65 təqvim günü) əsas əmək məzuniyyəti üçün pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas: xx.xx.2021-ci il tarixli təqdimat, xx.xx.2021-ci il tarixli 15/k-21 №-li bildiriş.

19. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Elçin Məmmədov tərəfindən İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir və İddiaçılə son haqq-hesab aparılmışdır. Əmək müqaviləsinin xitam verilməsinin sənədləşdirilməsi qaydasına əsasən xitam haqqında əmr ilə tanış olmaq üçün və əmək kitabçasını təhvil almaq üçün ondan ofisə yaxınlaşmasını xahiş olunmuşdur.

20. İş üzrə xxxxxxx005X0 saylı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin 103-A saylı, xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

21. İş üzrə İddiaçı tərəfindən Cəmilə Yusifzadəyə göndərilmiş xx.xx.2021-ci il tarixli elektron məktubunun surətindən görünür ki, ona göndərdiyi qoşma faylda göstərilən Əmək Məcəlləsinin 70 «ç» bəndi üzrə işçi funksiyasını yaxud öhdəliyini yerinə yetirmədiyi haqda yaxud 72-ci bəndi ehtiva edən hansı pozuntu halına yol verdiyi haqda izah verilməsini xahiş edir. Müəssisə 9 aydır ki, onu işə çağırmır, bu pozuntu işlədiyi dövrdə yaxud indi baş vermişdir? Bunu bilmək onun haqqıdır. Bunu aydınlıq gətirməsini xahiş etmişdir. Bu gündən Əmək Myəttişliyinə hüquqları ilə bağlı müraciət edir. Əmək kitabçası əmək müfəttişi ilə birgə gəlib götürəcək. 22.İş üzrə X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Cavabdeh MMC-nin direktoru X6 barəsində 1000 manat inzibati cərimə növü tətbiq edilmişdir.

23. İş üzrə mediator X9 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, TY-Ə-003 nömrəli arayışın surətindən görünür ki, arayış Cavabdeh MMC-nin ona qarşı İddiaçı tərəfindən ilkin təklifdə təsvir edildiyi kimi əmək mübahisəsinə dair iddiası üzrə xx.xx.2021-ci io tarixdə 10.00-10.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Cavabdeh MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

24. İş üzrə İddiaçı əmək haqqı hesabdan çıxarışından görünür ki, ona müəyyən aralıqlarla əmək haqqları ödənilmişdir.

25. Məhkəmənin sorğusuna cavab olaraq mediator X9 tərəfindən verilmiş məktubundan görünür ki, icraatına xx.xx.2021-ci ildə Mediasiya Şurası tərəfindən əmək mübahisəsinə ilkin mediasiya sessiyasında baxılması üçün daxil olub. Həmin iş üzrə Medasiya Şurasına müraciət internet səhifə üzərindən mailto:мураъиет@медиасийа.орэElektron ünvan 5. Elektron poçt vasitəsilə daxil olub. Mediasiya üçün müraciətlər xx.xx.2021-ci il tarixdən kağız formasında və ya sözügedən poçt vasitəsilə aparılıb. Müraciət üçün tərəflər İddiaçı (nümayəndəsi Vəkil tərəfindən müraciət edilib) və Cavabdeh MMC olmaqla, mübahisənin predmeti «işə bərpa, son haqqhesabın ödənilməsi və əlavə iş saatlarının ödənilməsi» olmuşdur. İş icraatına daxil olduqdan sonra tərəfindən mediasiya işinə nömrə verilmiş (Nömrə: TY-Ə-003 həmin dövrdə sayt üzərindən şəxsi kabinet vasitəsilə iş nömrəsi almaq mümkün deyildi və işlərə tapşırığa əsasən mediatorlar tərəfindən nömrə verilirdi) və qarşı tərəfə xx.xx.2021-ci ildə mediasiyaya dəvət məktubu göndərilmişdir. Mediasiya prosesi xx.xx.2021-ci il tarixinə təyin edilmiş, eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi ilə telefon nömrəsi ilə əlaqə saxlanaraq mediasiya prosesi barədə ətraflı məlumat verilmişdir. Nəticədə ilkin müraciət edən tərəfin nümayəndəsi iclasda iştirak etmiş, lakin Cavabdeh MMC ona qarşı İddiaçı tərəfindən əmək mübahisəsinə dair iddiası üzrə xx.xx.2021-ci il tarixdə, 10.00- 10.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Qanunvericiliyə müvafiq olaraq T.Yadigara (nümayəndəsi Vəkil) bu barədə arayış verilmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/546 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 159-cu vərəqində İddiaçı adından olan 15 iyul 2020-ci il tarixli ərizədə «təqvim» sözünün qarşısındakı «228» rəqəmləri - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

27. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmış və iddiaçı Cavabdeh MMC-yə SƏTƏM mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonrada dünyada baş verən koronavirus pandemiyası səbəbindən iddiaçı və bir neçə işçilər öz hesabına ödənişsiz məzuniyyət götürmüşlər. Sonrada işə götürən tərəfindən iddiaçıya sonradan müəyyən edilmiş sonuncu işə çıxmama səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, hazırda isə iddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

28. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmiş və verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.

29. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir».

30. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir.

31. Məhkəmə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

34. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

37. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ərizə ilə cavabdeh təşkilata müraciət edərək ona xx.xx.2020-ci il tarixdən ödənişsiz məzuniyyətinə çıxmağa icazə verilməsini xahiş etmişdir. İddiaçı həmin ərizəni özü imzalansa da, günü müəyyən olunmamış və ərizədə «228» rəqəmləri yazmamış və onun tərəfindən günlər barədə qeydlər ona məxsus olmamışdır.

38. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, İddiaçı adından olan xx.xx.2020-ci il tarixli ödənişsiz məzuniyyətə çıxmasına dair ərizənin üzərindəki “təqvim sözünün qarşısındakı “228” rəqəmləri həqiqətən də İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.

39. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəf həqiqətən ödənişsiz məzuniyyətə çıxmaq barəsində iradə ifadəsi real olmuş, lakin həmin müddətin son tarixi isə ekspert rəyini əsas götürməklə qeyri müəyyən qalmışdır.

40. Göründüyü kimi qeyd olunan ərizə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş şərtlərin kobud şəkildə pozulması ilə tərtib edilmişdir.

41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizədə «228» rəqəmləri iddiaçı tərəfindən yazılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır və bu ərizə iddiaçının işdən azad olunmasına əsas ola bilməz.

42. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə prosesi zamanı cavabdeh təşkilat tərəfindən həqiqətən iddiaçının son ödənişsiz məzuniyyət müddətinin nə zaman olması, olduğu təqdirdə bu barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsi onun bilavasitə vəzifəsi olmuş, lakin bu məlumatların ona verilməsi barədə heç bir mötəbər sübutu isə məhkəməyə təqdim edə bilməmişdir. Bu hal isə onu deməyə əsas verir ki, cavabdeh tərəf prosessual və hüquq pozuntuları həyata keçirməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunsuz yolla xitam vermişdir.

43. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən Cavabdeh MMC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması açıqaşkar qanunsuz və əsassız olmuşdur.

44. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir.

45. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

46. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.

47. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər.

48. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2021-ci il tarixdən sonra məhkəməyə müraciət etməzdən əvvəl qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir.

49. Belə ki, mediasiyaya dəvət məktubu xx.xx.2021-ci il tarixdə işəgötürənə göndərmiş, mediasiya prosesi xx.xx.2021-ci il tarixə təyin edilmiş və eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi ilə telefon nömrəsi ilə əlaqə saxlanaraq mediasiya prosesi barədə ətraflı məlumat verilmiş, lakin Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə barədə həmin tarixdə arayış tərtib edilmişdir.

50. AR “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

51. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

52. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

53. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

54. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).

55. Bununla belə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).

56. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmiş, ötürülmüş müddət isə üzrlü səbəbdən baş vermişdir. Bununla da məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin nümayəndəsinin dəlillərini tam əsassız hesab edir.

57. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə qəbul edilmiş əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.

58. Məhkəmə iddia tələbinin işə bərpa olunan günədək boşdayanmaya, əlavə iş saatlarında və qeyri-iş günlərində işlədiyinə, əmək haqqı vaxtında ödənilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq 34.229,8 manat məbləğində vəsaitin ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb bu hissədə qismən təmin edilməlidir.

59. Məhkəmə ilk öncə boşdayanma üçün verilmiş iddia tələbi ilə bağlı qeyd edir ki, AR Əmək Məcələəsinin 146-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

60. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, bu halda (koronavirus pandemiyası) işə götürənin təqsirindən hər hansı bir işin dayandırılması halı baş verməmiş, yalnız tərəflərin arasında bağlanmış qarşılıqlı razılıq əsasında ödənişsiz məzuniyyət halı baş vermişdir ki, bu halda da iddiaçı tərəf hər hansı bir boş dayanmaya görə əmək haqqının ödənilməsi tələbi ilə iddiası əsassız hesab edilməklə təmin edilə bilməz.

61. Məhkəmə iddianın əlavə iş saatlarında və qeyri-iş günlərində işlədiyinə, əmək haqqı vaxtında ödənilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq 34.229,8 manat məbləğində pulun ona ödənilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həqiqətəndə əlavə iş saatlarında, qeyri-iş günlərində işləməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işlədiyi təqdirdə belə bunun məcburi olması, olduğu və ya olmadığı təqdirdə onunla bu barədə rəsmi müqaviləsinin olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf yalnız “Whatsapp” yazışmalarını təqdim edə bilmişdir ki, bu da rəsmi razılaşma olmaması səbəbindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. 62.Məhkəmə iddiaçının məcburi iş buraxmağa görə ona əmək haqqının ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş ki, iddiaçı tərəf öz ərizəsi əsasında 15 iyul 2020-ci il tarixdən ödənişsiz məzuniyyətə buraxılmış, lakin qayıtma zamanı qeyri-müəyyən qaldığından və qanunvericliyin tələbinə əsasən isə bu müddət altı aydan çox davam etməməsi məcburiliydən iddiaçının bu tələbi qismən təmin edilməklə, yalnız altı aylıq müddət bitdikdən sonra yəni 15 yanvar 2021-ci il tarixdən məcburi iş buraxma halı baş verdiyindən əmək haqqı hesablanmaqla ona ödənilməlidir.

63. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 103/A saylı əmri ləğv edilməli və məcburi işburaxma müddəti xx.xx.2021-ci il tarixdən hesablanmaqla əmək haqqı ödənilməli, İddiaçı Cavabdeh MMC-də SƏTƏM mütəxəssisi vəzifəsinə bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

64. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunduğu üçün məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

66. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

67. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumu 100 (yüz) manatdır.

68. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

69. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

70. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda dövlət rüsumunun ödənilməli olan hissəsi - 50 (əlli) manat dövlət hesabına tutulmalıdır.

71. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

74. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

75. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

77. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 103/A saylı əmri ləğv edilsin, İddiaçı Cavabdeh MMC-də SƏTƏM mütəxəssisi vəzifəsinə bərpa edilsin və məcburi işburaxma müddəti xx.xx.2021-ci il tarixdən hesablanmaqla ona əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən dövlət rüsumunun əvəzi kimi İddiaçı xeyrinə 50 (əlli) manat, dövlət nəfinə isə 50 (əlli) manat məbləğində pul tutulsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar