Məhkəmə qərarları › İş №e-2(006)-4093/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4093/2022

23.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4093/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «sökülmüş qonşu mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 15 avqust 2022-ci il tarixdə İddiaçı Cavabdeh MMC-yə qarşı «sökülmüş qonşu mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə elektron qaydada müraciət edərək, Cavabdeh qısa müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 54, 132 və 133 saylı mənzillərin əvvəlki vəziyyətlərinin bərpa edilməsinə məcbur edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 09 iyul 2013-cü il tarixində, ********** qeydiyyat və **********59- 05101-093045 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarış”-a əsasən Bakı şəhəri, X1 küçəsi, ev 4, mənzil 131 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Cavabdeh Məhdud Məəsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yəni Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. Cavabdeh dəyişdirilmə müqavilələrinə əsasən köçürdüyü mənzillərin bəzilərinin qapı pəncərələrini və döşəmələrini qanunsuz olaraq sökmüşdür. Halbuki, dəyişdirilmə müqavilələrinə əsasən köçürülmüş mənzillərin faktiki sahibliyi artıq Cavabdeh MMC-yə keçdiyindən, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında köçürülmüş mənzillərə dair hər hansı söküntü işlərinin aparılması onun məsuliyyət dairəsinə daxildir. Köçürülmüş sakinlərin mənzillərin sökülməsinin və ya onun tamlığının pozulmasının Cavabdeh MMC-nin maraqlarına uyğun olduğu aydındır. Odur ki, Cavabdeh MMC-nin digər mülkiyyətçilərin hüquqlarını pozan hərəkətlərlə razılaşması və ya onlara göz yumması, eləcə də həmin hərəkətlərin mülkiyyətçilərin və ya digər şəxslərin təşəbbüsü ilə həyata keçirildiyini bildirməsi onun məsuliyyətini istisna edə bilməz. İki ay öncə iddiaçının mənzilinin altında yerləşən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4, 54 saylı və mənzilimin sol tərəfində yerləşən 132 və 133 saylı mənzillər buna heç bir qanuni əsasları olmadan Cavabdeh tərəfindən söküldü. Binamızı qəzalı vəziyyətə salmaq məqsədi ilə şirkət tərəfindən söküntü işləri həyata keçirilərkən daşıyıcı divarlar qəsdən zədələndirilmişdir. Bununla da onun mənzil mülkiyyətçisi olaraq qanunla qorunan hüquqlarım Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən digər mənzilin mülkiyyətçisi X2 müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədrinin birinci müavini Namiq Hümmətovun mülkiyyətçiyə və Cavabdeh MMC-yə ünvanladığı 03 mart 2022-ci il tarixli, MİHO/2.1-2-2022-1535 saylı cavab məktubunda “tikinti işlərini aparan şirkət tərəfindən vətəndaşların mülkiyyətində olan əmlakın dəyəri tam ödənildikdən və həmin ərazi boşaldıqdan sonra ərazidə söküntü işlərinə başlanıla bilər.” kimi göstərilmişdir. Göründüyü kimi dəyişdirilmə müqavilələrinə əsasən köçürülmüş mənzillərin Cavabdeh tərəfindən sökülməsinin heç bir qanuni əsası olmamışdır. Beləliklə hesab edirəm ki, Cavabdeh tərəfindən sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən 54, 132 və 133 saylı mənzillərin əvvəlki vəziyyətləri cavabdeh tərəfindən qısa müddətdə bərpa edilməsinə dair tələbi haqlıdır. xx.xx.2022-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı sökülmüş qonşu mənzillərin bərpa edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. e-2(006)-4093/2022 saylı mülki iş də sizin icraatınızda olmaqla hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat ll:10-a təyin edilmişdir. Eyni zamanda icraatınızda Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə baxılır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə saat ll:00-a təyin edilmişdir. Yuxarıda sadalanan hər iki iş bir-biri ilə sıx əlaqədardır, həmçinin subyekt baxımından da eyni şəxslər arasındadır və mübahisənin obyektidə eyni mənzillə bağlıdır. Məhkəmənin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı sökülmüş qonşu mənzillərin bərpa edilməsi tələbinə dair, e-2(006)-4093/2022 saylı mülki işin, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair, e-2(006)-3732/2022 saylı mülki işə birlikdə baxılması üçün birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və vəsatəti nəzərə alaraq hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə iş olduğundan, işlər birləşdirilməlidir. Belə ki, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadə tərəfindən iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı "mənzilin boşaldılaraq təhvil verilməsi, sökülməsi və s." tələbinə dair e-2(006)-3732/2022 saylı mülki iş xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş və hal-hazırda icraatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki mülki iş vardır və məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı «sökülmüş qonşu mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi» tələbinə dair e-2(006)-4093/2022 saylı mülki iş, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı "mənzilin boşaldılaraq təhvil verilməsi, sökülməsi və s." tələbinə dair e-2(006)-3732/2022 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli, birləşdirilmiş mülki iş üzrə 2(006)-3732/2022 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı «sökülmüş qonşu mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi» tələbinə dair e-2(006)-4093/2022 saylı mülki iş, iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı «mənzilin boşaldılaraq təhvil verilməsi, sökülməsi və s.» tələbinə dair e-2(006)-3732/2022 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə e-2(006)-3732/2022 saylı qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar