Məhkəmə qərarları › İş №e-2(006)-4097/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4097/2020

07.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4097/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxx” ASC-yə qarşı «qanunsuz çəkilmiş elektrik hava xəttinin və elektrik dirəklərinin xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılması, mülkiyyət hüquqlarına yaradılan məhdudiyyətin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi tələbi»nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxx” ASC-yə qarşı «qanunsuz çəkilmiş elektrik hava xəttinin və elektrik dirəklərinin xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılması, mülkiyyət hüquqlarına yaradılan məhdudiyyətin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət normalarına riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində göstərilmişdir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia tələbindən də göründüyü kimi iddianın predmetini iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüquqularına yaradılan məhdudiyyətlərin aradan qaldırılması təşkil edir. Belə olduğu halda müstəsna aidiyyətlə bağlı müddəaları nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə istinad edilməsi qanunauyğundur. Hazırda sözügedən iddia predmetini təşkil edən torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxx” ASC-yə qarşı «qanunsuz çəkilmiş elektrik hava xəttinin və elektrik dirəklərinin xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılması, mülkiyyət hüquqlarına yaradılan məhdudiyyətin aradan qaldırılması və əldən çıxmış faydanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar