Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4164/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ əsasında 770 manat 39 qəpik məbləğində pulun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ əsasında 770 manat 39 qəpik məbləğində pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 740 manat 39 qəpik yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 770 manat 39 qəpik pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 02 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu B.Məcidov küçəsində dayanmış vəziyyətdə olan «Hyundai Accent» markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Cavabdeh avtomobilin sağ arxa qapısını yolun hərəkət istiqamətindən açarkən təhlükəsizlik qaydalarına riayət etməmiş, nəticədə, "xxxx" ASC-də «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış «Honda Accord» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyməsinə səbəb olmuş sığorta hadisəsi baş vermişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri Nəsimi rayonu DYPŞ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmiş və İXM-in 338.3-cü maddəsinə əsasən şəxs barəsində 30 manat cərimə tətbiq edilmişdir. Beləliklə, qeyd edilən hadisə nəticəsində «Honda Accord» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə 1.240 manat 39 qəpik maddi zərər dəymişdir. MİC2000006/3 saylı sığorta şəhadətnaməsinə və AKS210030 saylı 19 fevral 2021-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 740 manat 39 qəpik məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, 936.1, 936.2-ci maddələrinə əsasən Cavabdeh qismində göstərməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «Honda Accord» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil 17.01.2020-ci il tarixli MİC-2000006 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən 18.01.2020-ci il tarixdən 17.01.2021-ci il tarixədək 5.000 manat sığorta məbləği olmaqla «Avtonəqliyyat vasitələrinin tam sığortası» sığorta növü üzrə tam sığortalanmışdır. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində, 02 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu B.Məcidov küçəsində dayanmış vəziyyətdə olan «Hyundai Accent» markalı ** VO *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Cavabdeh avtomobilin sağ arxa qapısını yolun hərəkət istiqamətindən açarkən təhlükəsizlik qaydalarına riayət etməmiş, nəticədə, «Honda Accord» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyməsinə səbəb olmuş sığorta hadisəsi baş vermişdir. Bakı şəhəri Nəsimi rayonu DYPŞ-də tərtib olunmuş 04.01.2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən hadisənin baş verməsində sərnişin Cavabdeh təqsirli olması müəyyən edilmiş və Azərbaycan Respublikası İXM-in 338.3-cü maddəsinə əsasən onun barəsində 30 manat cərimə tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 03.02.2021-ci il tarixli zərərin hesablanması aktındakı məlumatlara əsasən hadisə nəticəsində «Honda Accord» markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər (ehtiyat hissələrinin alınması və görüləcək usta işlərinə görə zəhmət haqqı) 1.240 manat 39 qəpik təşkil edir. MİC2000006/3 saylı sığorta şəhadətnaməsinə və AKS210030 saylı 19 fevral 2021ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 740 manat 39 qəpik məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, zərərin aradan qaldırılması üçün ödənilən 740 manat 39 sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququ iddiaçıya məxsusdur (subyektiv hüquq). İşin faktiki hallarından göründüyü kimi, baş vermiş sığorta hadisəsi barədə cavabdehə məlumat verilmiş, sığorta ödənişinin subroqasiya qaydasında iddiaçıya ödənilməsi tələb edilmiş, lakin sığorta ödənişi bu günə kimi iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz cavabdeh, avtomobildə sərnişin olmuş Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Məhkəmə iclasında təsdiq olundu ki, avtomobildə sərnişin olan Cavabdeh tərəfindən avtomobilin qapısının təhlükəsizlik qaydalarına riayət edilmədən açılması səbəbindən mülki hüquq pozuntusu törədilmişdir, cavabdeh törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borclu olduğundan, 740 manat 39 qəpik sığorta ödənişi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 740 manat 39 qəpik sığorta ödənişi, 30 manat dövlət rüsumu olmaqla, cəmi 770 manat 39 qəpik Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 740 manat 39 qəpik sığorta ödənişi, 30 manat dövlət rüsumu olmaqla, cəmi 770 manat 39 qəpik Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4164/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4164/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver