Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4171/2022 28.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin borclu Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, e-2(006)- 4171/2022 saylı məhkəmə əmri ilə borclu Cavabdeh kreditor İddiaçı MMC-nin xeyrinə 2.500 manat əsas borcun və 100 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Sonradan, borclu Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(006)- 4171/2022 saylı qərardadı ilə borclu Cavabdeh etiraz ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, e-2(006)-4171/2022 saylı əmrinin ləğv edilməsi, kreditor İddiaçı MMC-nin borclu Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, e-2(006)-4171/2022 saylı mülki iş üzrə mübahisənin məhkəmədənkənar həll edilməsi barədə razılığa gəlmişlər. İddiadan imtina edərək, tərtib edilmiş barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Öz növbəsində, Cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, e-2(006)-4171/2022 saylı mülki iş üzrə mübahisənin məhkəmədənkənar həll edilməsi barədə razılığa gəlinərək xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Göstərilənlərin nəzərə alınaraq, İddiaçı MMC ilə bağladığı barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasını tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır:
1. Ümumi müddəalar 1.1 Hər iki tərəf bəyan edirlər ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev, iş № e-2(006)-4171/2022) icraatında olan İddiaçı MMC-nin Cavabdeh müqavilə üzrə 2.500 manat və 45 manat dövlət rüsumu olmaqla, cəmi 2.545 manat məbləğində pul tələbinə dair mülki işi barışıq yolu ilə həll edirlər. 1.2 Hər iki tərəf bəyan edir ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir və onlar bu nəticələri qəbul edirlər.
2. Tərəflərin hüquq və vəzifələri 2.1 İddiaçının hüquq və vəzifələri: 2.1.1 İddiaçı saziş imzalanan gün borc məbləğindən 1.199 manat məbləğini qəbul edir, qalıq 1.346 manatı tam məbləğdə qəbul etdikdən sonra cavabdehə qarşı hər hansı bir tələb və ya iddia irəli sürmür. 2.1.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edərək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır.
2.2 Cavabdehin hüquq və vəzifələri: 2.2.1 Cavabdeh öhdəsinə götürür ki, saziş imzalanan gün iddiaçıya 1.199 manat ödəyir, qalan 1.346 manatı isə ayda 336,50 manatdan olmaqla, xx.xx.2023-cü il tarixinədək şərtsiz ödəyəcəkdir. 2.2.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır.
3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1 Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra bir-birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. 3.2 Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 3.3 Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 3.4 Bu sazişin bir nüsxəsi iddiaçıda, bir nüsxəsi cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdehlər və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Ümumi müddəalar 1.1 Hər iki tərəf bəyan edirlər ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev, iş № e-2(006)-4171/2022) icraatında olan İddiaçı MMC-nin Cavabdeh müqavilə üzrə 2.500 manat və 45 manat dövlət rüsumu olmaqla, cəmi 2.545 manat məbləğində pul tələbinə dair mülki işi barışıq yolu ilə həll edirlər. 1.2 Hər iki tərəf bəyan edir ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir və onlar bu nəticələri qəbul edirlər.
2. Tərəflərin hüquq və vəzifələri 2.1 İddiaçının hüquq və vəzifələri: 2.1.1 İddiaçı saziş imzalanan gün borc məbləğindən 1.199 manat məbləğini qəbul edir, qalıq 1.346 manatı tam məbləğdə qəbul etdikdən sonra cavabdehə qarşı hər hansı bir tələb və ya iddia irəli sürmür. 2.1.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edərək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır.
2.2 Cavabdehin hüquq və vəzifələri: 2.2.1 Cavabdeh öhdəsinə götürür ki, saziş imzalanan gün iddiaçıya 1.199 manat ödəyir, qalan 1.346 manatı isə ayda 336,50 manatdan olmaqla, xx.xx.2023-cü il tarixinədək şərtsiz ödəyəcəkdir. 2.2.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır.
3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1 Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra bir-birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. 3.2 Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 3.3 Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 3.4 Bu sazişin bir nüsxəsi iddiaçıda, bir nüsxəsi cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilir. İddiaçı MMC-nin borclu Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-4171/2022 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ceyhun Tağıyev