Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4175/2025 23.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 53,640 (əlli üç min altı yüz qırx) manat maddi ziyan və mənəvi zərərə görə 100.000 (bir yüz min) manat, cəmi 153.640 (yüz əlli üç min altı yüz qırx) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı vurulmuş zərərə görə 100.000 (bir yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı (bundan sonra İddiaçı adlanacaq) xx.xx.1981-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur. İddiaçı 2014-cü ildə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət keçmək üçün müraciət etmiş, həmin ilin avqust ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 2-ci taborunun tibb məntəqəsinin sanitar sürücüsü vəzifəsində xidmətdə olmuşdur. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki,: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsizəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddimaraqları naminə hərbisirr təşkiledən məlumatlarıəldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosialşəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtərişi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimaietirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmə tərəfindən müvafiq hökmlər çıxarılmışdır. “Tərtər işi” Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən araşdırılarkən iddiaçı da digər zərərçəkmiş şəxslər kimi İstintaq İdarəsinə müraciət etmişdir. İddiaçı İstintaq İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə 2017-ci ilin may ayı ərzində iddiaçıya fiziki və mənəvi ziyan vurulduğu üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçının İstintaq İdarəsinə verdiyi məlumat ondan ibarət olmuşdur ki, o, 14 may 2017ci il tarixində xidmət etdiyi hərbi hissədən əlləri və gözləri bağlanılaraq N saylı hərbi hissənin köhnə kazarmalarına aparılmış, burada düşmənlə əlaqələrinin olub-olmaması ilə əlaqədar qanunsuz sorğu-suala məruz qalmış, bu sorğu-sual zamanı fiziki zorakılığa məruz qalmış, onun etmədiyi əəmli yalandan etiraf etməsi üçün ona fiziki və psixi or tətbiq edilmişdir. Bu vəziyyətdə 31 may 2017-ci ilə qədər, yəni ümumilikdə 17 gün ərzində saxlanmış, həmin tarixdə sərbəst buraxılmışdır. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa fiziki və mənəvi zərər vurulmuşdur. İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçı Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu olaraq nümunəvi xidmət etməsinə baxmayaraq ona bu damğanın vurulması yaşadığı rayon sakinlərinin, qonşularının onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxması, buna görə bir müddət evdən çıxa bilməməməsi ilə nəticələnmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri100.000 (bir yüz min)manat məbləğində qiymətləndirir. İddiaçı eyni zamanda xx.xx.2017-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən “Tərtər işi” araşdırılmağa başlandıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə həqiqi hərbi xidmətə bərpa edilmiş və hazırda da xidmətini davam etdirir. Göründüyü kimi iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 5 il (60 ay) müddətində ona qarşı törədilmiş əməllər nəticəsində “qanunsuz və əsassız vəzifəsindən azad edildiyindən” o, itirilmiş xidmət müddəti üzrə əldən çıxmış faydanın əvəzi olaraq maddi kompensasiya tələb edir. "xxxx" ASC-nin Nəsimi filialından verilmiş hesabdan çıxarışdan görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxıldığı vaxt onun orta aylıq əmək haqqısı 894 (səkkiz yüz doxsan dörd) manat olmuşdur. Beləliklə, iddiaçıya vurulmuş maddiziyan 53,640 (əlli üç min altıyüz qırx) manat təşkiledir (60ayX894=53,640). Odur ki, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəviziyan vurulması barədə iddiaçının dəlilləri əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin yekun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslərin nümayəndələlərinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq İdarəsinin zərərçəkmiş şəxs qismində dindirilməsi protokoluna əsasən İddiaçı zərərçəkmiş şəxs qismində dindirilmişdir. 1-ci X4 0105əc saylı xx.xx.2017-ci il tarixli əmrinə əsasən qərara alınmışdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq aşağıda adı çəkilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, “E” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) əsgər İddiaçı, 190-cı Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) hərbi hissə komandirinin sərəncamında olan (doğulduğu tarix: xx.xx.1981, azərbaycanlı təhsili: 2014-cü ildə N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu SQ-də xidməti: xx.xx.2000-xx.xx.2001 xx.xx.2014-cü il tarixdən doğulduğu yer: Ağdam rayonu HUİ-630 qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinə göndərilsin. 1-ci X4 062əc saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən qərara alınmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.1-ci, 38.1.2-ci maddələrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 33-cü maddəsinin “b” bəndinə müvafiq olaraq aşağıda adlan çəkilən hərbi vəzifəlilər bağlaşma əsasında Azərbaycan Ordusunda 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilsinlər və təyin olunsunlar: 9. Ehtiyatda olan əsgər İddiaçı, 708-Cİ mexanikləşdirilmiş briqadanın (708 nömrəli hərbi hissə) X2 X1 X3 Doğulduğu tarix: xx.xx.1981, azərbaycanlı Təhsili: 1999cu ildə 11 sinif 2014-cü ildə N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu SQ-də xidməti: xx.xx.2000-xx.xx.2001 xx.xx.2014xx.xx.2017 Doğulduğu yer: Ağdam rayonu HUİ-630 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Baş Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli 2-2-030/2-034230/2026 saylı məktubuna əsasən İddiaçı zərər çəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi 28 yanvar 2023-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Həmçinin hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İ və İİ Ordu Birləşmələrinin tabeliyində olmuş bəzi hərbi qulluqçulara 2017-ci ilin apreliyun ayları ərzində fiziki və psixi zor tətbiq edilməsi faktları ilə bağlı ********* nömrəli cinayət işi üzrə istintaq davam etdirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli 20 nömrəli qərarı: 4.52.Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır. 5.1.Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2.Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). 5.3.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4.Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.5.Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı istintaq orqanının müvafiq qərarı ilə zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin məhkəmə qeyd edir ki, şəxsin zərərçəkmiş şəxs kimi tanınması özözlüyündə dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün yetərli hüquqi əsas sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin ödənilməsi üçün həmin hərəkətlərin qanunsuzluğu və təqsirlilik halları müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi hallarla bağlı - vəzifəli şəxslərin konkret qanunsuz hərəkətlərinə hüquqi qiymət verən, onların təqsirini təsdiq edən, qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya digər yekun prosessual akt mövcud deyildir. İş materiallarından müəyyən olunur ki, iddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə istintaq aparılmış və iş baxılması üçün məhkəməyə göndərilmiş, digər faktlar üzrə isə istintaq davam edir. Bu isə İddiaçı münasibətdə həmin halların hələ yekun hüquqi qiymət almadığını göstərir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qanuni və əsaslı hesab edilə bilməz və təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4175/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4175/2025
23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver