Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-420/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində adlarını göstərdiyi 3 ədəd brilliant qaşlı üzüklər, ikisi Rusiya istehsalı, ayarı 583, qramı 22, qiyməti 2500 (iki min beş yüz) manat, digəri İtalya istehsalı, ayarı 750, qramı 18, qiyməti 1600 (min altı yüz) manat, 1 ədəd 100 qramlıq boyunbağı, ayarı 999, qiyməti 4800 (dörd min səkkiz yüz) ABŞ dolları, 2008-ci ildə Dubaya səfəri zamanı aldığı 1 ədəd İtalya istehsalı, 50 qram, qiyməti 1800 (min səkkiz yüz) manat, 1 ədəd İtalya istehsalı olan qızıl qol saatı qiyməti 3200 (üç min iki yüz) manat, “Alyans” brilliant qaşlı məxsus nişan üzük, əyarı 750, qiyməti 4000 (dörd min) manat olmaqla, ümumilikdə 20.300 (iyirmi min üç yüz) manat dəyərində olan qızıl-zinət əşyalarının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmədə iddiaçıya qarşı " nikahın pozulması, aliment tələbi və əmlak bölgüsü tələbinə dair" iddia qaldırmışdır. İddiaçı həmin iddia tələbinin "əmlak bölgüsü tələbinə dair" olan hissəsini qəbul etmir. Belə ki, iddiaçı Cavabdeh 2001-ci ildə tanımışdır. Həmin vaxt o, iddiaçının rəhbəri olduğu "X10" katibəsi işləyirdi. Cavabdeh həmin klubda 2002-ci ilə qədər işləmişdir. Daha sonra isə 2005-ci ildə iddiaçı 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən Cavabdeh ilə rəsmi nikaha girmişdir. İddiaçı Cavabdeh ilə nikah qurarkən o, kasıb ailədən olduğu üçün onlardan heç bir cehiz əmlak tələb etməmişlər və Cavabdeh da özü ilə heç bir cehiz əmlakı gətirməmişdir. Cavabdeh iddia ərizəsində göstərdiyi ünvan-Ziya Bünyadov küçəsi 25-də yerləşən fərdi yaşayış evi iddiaçının anası X3 məxsusdur. Cavabdeh iddia ərizəsində göstərilən 59 adda əmlaklardan heç biri Cavabdeh ilə evlənərkən nə cehiz əmlakı kimi, nə də ki birgə yaşayış dövründə şəxsi vəsaitləri hesabına əldə edilmiş və yaxud hədiyyə edilmiş əmlak kimi onlarda olmamışdır. Cavabdeh bu əmlakların adlarını hardan və hansı əsasla yazıb iddiaçıya məlum deyil. Nəsimi Rayon Məhkəməsinin iş № 2(006)-2521/11 saylı, 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər X4 və X1 qarşı cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması və mənzildə olan adlarını aşağıda göstərdiyi əşyalarının iddiaçıya qaytarılması qət edilmişdir: İddiaçıya məxsus cavabdehdə olan əmlaklarının siyahısı: Mebel (2 ədəd kreslo, 1 ədəd divan,6 ədəd stul,2 ədəd stol və s.) dəyəri 45.000 (qırx beş min) manat; kreslo 15 ədəd, dəyəri-5000 (beş min) manat; divan-2 ədəd, dəyəri 1200 (bir min iki yüz) ABŞ dolları; LG markalı noutbuk 6 ədəd, hər birinin dəyəri 1200 (bir min iki yüz) ABŞ dolları; kamera-1 ədəd dəyəri 7000 (yeddi min) ABŞ dolları; 14 ədəd komputer dəyəri 6000 (altı min) manat, prosessor-q4 ədəd dəyəri 1500 (bir min beş yüz) manat; DVD-1 ədəd dəyəri 100 (yüz) manat; 1 ədəd-skaner dəyəri 300 (üç yüz) manat; stol-stul 30 ədəd dəyəri 7000 (yeddi min) manat; telefon aparatı-1 ədəd dəyəri 50 (əlli) manat; Mini ATS- 1 ədəd dəyəri 1040 (bir min qırx) manat; Fax -1 ədəd dəyəri 300 (üç yüz) manat; kserokopiya 1 ədəd 400 (dörd yüz) manat; printer-2 ədəd A3 formatda dəyəri 1500 (bir min beş yüz) manat; printer-2 ədəd A4 formatda dəyəri 500 (beş yüz) manat; televizor 3 ədəd dəyəri 2000 (iki min) manat olmaqla, ümumilikdə 7690 ( yeddi min altı yüz doxsan) manat və 15.400 (on beş min dörd yüz) ABŞ dolları. Bakı şəhəri Nəsimi rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli aktından və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 8(05)- 1095/2016 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat saylı, 29 iyul 2016-ci il tarixli qərardadından da görünür ki, iddiaçı X5 və digərlərinə qarşı əmlak tələbinə dair məhkəmə qətnaməsi cavabdehlər tərəfindən könüllü olaraq icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2012-ci il tarixli aktından görünür ki, məhkəmə qətnaməsilə iddiaçıya verilməsi qət edilən yuxarda adlarını göstərdiyi əmlakları icra zamanı nümayəndəsi qismində iştirak etmiş həyat yoldaşı, hazırki iddia tələbi üzrə cavabdeh Quliyev Cavabdeh ünvan 1 ünvanında olmuş və həmin əmlakları göstərilən ünvanda qəbul edərək orada saxlamışdır. Bundan başqa, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin hakimi xanım Xuraman Məhərrəmovaya ünvanladığı xx.xx.2012-ci il tarixli ərizəsindən görünür ki, o, iki azyaşlı uşaqları ilə birlikdə 24 dekabr 2008-ci il tarixindən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yaşamışdır. Cavabdeh ərizəsində göstərir ki, ona və iddiaçıya məxsus əmlaklar, o cümlədən qızıl-zinət əşyaları anası Minurǝ Quliyevadan tələb etsə də, anası həmin əmlakları ona verməmişdir. Halbuki, iddiaçı 2020-ci ilin mart ayının 18-də cəzaçəkmə müəssisəsindən azadlığa buraxılaraq yaşadıqları ünvanında yerləşən mənzilinə gələrkən mənzilində Nəsimi rayon Məhkəməsinin iş № 2(006)-2521/11 saylı, 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə ona verilməsi qət edilən əmlakları mənzilində idi. Bundan başqa, 2020-ci ilin mart ayının 18dən 2020-ci ilin noyabr ayının 20-dək ünvan 3 ünvanında cavabdehlə birgə yaşadıqları müddət Cavabdeh Bakı Apellyasiya Məhkəsinin hakimi xanım Xuraman Məhərrəmovaya ünvanladığı xx.xx.2012-ci il tarixli ərizəsində göstərdiyi ona və iddiaçıya məxsus qızıl-zinət əşyaları mənzildə olmuş və hər ikisi də həmin qızıl-zinət əşyalarından istifadə etmişlər. Bunu cavabdeh və digər ailə üzvləri ilə birlikdə çəkdirdikləri foto şəkillər və video görüntülərdən görmək olur. Həmin fotoşəkilləri və video görüntülərini, qızıl-zinət əşyalarını ərizəsinə əlavə etmişdir. İddiaçıya məxsus cavabdehdə olan qızıl əşyalarının siyahısı: 3 ədəd brilliyant qaşlı üzüklər ikisi Rusiya istehsalı ayarı 583, qramı 22, qiyməti 2500 (iki min beş yüz) manat, digəri İtaliya istehsalı ayarı 750, qramı 18, qiyməti 1600 (bir min altı yüz) manat, 1 ədəd 100 qramlıq boyunbağı ayarı 999 - qiyməti 4.800 (dörd min səkkiz yüz) ABŞ dolları. İddiaçı həmin qızıl əşyasını 2008-ci ildə Dubaya səfəri zaman almışdır; 1 ədəd İtaliya istehsalı 50 qram qiyməti 1800 (bir min səkkiz yüz) manat, 1 ǝdǝd İtaliya istehsalı olan qızıl qol saatı-qiyməti 3200 (üç min iki yüz) manat; "Alyans" brilliant qaşlı məxsus nişan üzük əyarı 750, qiyməti 4000 (dörd min) manat olmaqla, ümumilikdə 20.300 (iyirmi min üç yüz) manat. Cavabdeh xx.xx.2011-ci il tarixdə iddiaçı barəsində “102” xidmətinə əsassız şikayət etmiş, iddiaçı bir az sakitləşmək üçün mənzildən çıxaraq çayxanaya getmişdir, orada təxminən 30-40 dəqiqə olduqdan sonra mənzilinə qayıdarkən mənzilində polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları baş verə biləcək xoşagəlməz hadisələrin olmaması üçün iddiaçını mənzildən çıxaraq başqa yerdə gecələməyini təklif etmişlər. İddiaçı da polis əməkdaşları ilə birlikdə mənzildən çıxaraq anasının evinə getmişdir. Sonrakı ötən dövr ərzində Cavabdeh bir daha iddiaçını yaşadıqları mənzilə və digər mənzillərinə buraxmamış, ondan mənzilində olan ofis mebellərini, avadanlıqlarını, pulu və digər qiymətli qızıl-zinyət əşyalarını, əmlaklarını tələb etsə də, cavabdeh tələbinə əhəmiyyət verməyərək əmlaklarını iddiaçıya verməkdən qətiyyətlə imtina etmişdir. Yuxarıda göstərdiyi hallarla bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə yazılı şikayət ərizələri ilə müraciətlər etsə də, müsbət nəticəsi olmamışdır. Bundan sonra Cavabdeh qarşı mülkiyyətində olan əmlaklar, o cümlədən həmin əmlaklardan istifadədə yaranan maneələrlə bağlı iddialar qaldırmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə 2005-ci il tarixdə ailə həyatı qurmuşdur. Evlənəndə cehizi olubdur. Lakin, iddiaçı iddia ərizəsində elə qeyd edib ki, guya onun heçnəyi olmamışdır. Qeyd etdiyi qızıl-zinət əşyaları iddiaçının anasının səlahiyyətində olubdur. İddiaçı əldə etdiyi hər şeyi anasının, bacısının, qardaşının adına rəsmiləşdirmişdir. Hazırda qızıllar iddiaçının anasındadır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə etiraz edərək öz izahatında bildirmişdir ki, iddiaçı iddianın predmetinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı öz tələbini təqdim etdiyi fotoşəkillərlə əhatə etmişdir. Digər tərəfdən, iddiaçının özü tərəfindən sübut kimi təqdim edilən ərizədən göründüyü kimi iddiaçı özü anasına qarşı iddia qaldırmışdır, buradan göründüyü kimi əşyalar onun anasında olmuşdur. Hazırda iddiaçı öz iddia tələbini əsaslandırmır, sadəcə qızıl əşyalarının cavabdehdə olduğunu iddia edir. Hesab edilir ki, iddia əsassızdır və təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilən hazırkı iş üzrə Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, İddiaçı anası cavabdeh X3 qarşı “əqdlərin etibarsız sayılması, cavabehin mülkiyyət hüququnun itirilmiş hesab edilməsi, əqdlərin iddiaçı ilə bağlanmış hesab olunması, pul və bəzi əşyaların qaytarılması” tələbinə dair iddiası olmuşdur. Həmin ərizədə cavabeh Cavabdeh hazırkı iş üzrə İddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının onun anası X2 olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2005-ci il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Sonradan iddiaçı barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı hazırda iddia edir ki, cəzaçəkmə müəssisəsindən qayıtdıqdan sonra iddia etdiyi əşyalar ona məxsus evdə olmuşdur. Sonradan cavabdeh onu yaşadıqları evə buraxmamışdır. Hal-hazırda tərəflər ayrı yaşayırlar. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət əşyalarının cavabdehdə olduğunu bildirərək, cavabdeh tərəfindən həmin əşyaların qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə iddia edilən qızılzinət əşyalarının iddiaçının anasında olduğunu iddia edərək, iddia tələbinin əsassız hesab edilməklə rədd edilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdehdə olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf isə həmin əmlakların onlarda olmadığını, iddiaçının anasında olduğunu bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-420/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-420/2023
16.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver