Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-420/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh X6 qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Birgə Müəssisəsi cavabdeh X6 qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 33.888 manat borcun cavabdeh X3 iddiaçı "xxxx" BM-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BM iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X7 2019-cu ildə «X17» MMC-nin direktoru işlədiyi müddətdə "xxxx" BM arasında xx.xx.2019-cu il tarixində birgə müvaqivilə bağlayaraq ümumi dəyəri 65.401 (altmış beş min dörd yüz bir) manat məbləğində müxtəlif çeşidli (laminat, parket, DSP, MDF) mebel aksesuarlarını təhvil alaraq istifadəsi üçün qəbul etmişdir. Cavabdeh aldığı malların dəyərinin bir qismini, yəni 23.000 (iyirmi üç min) manat məbləği "xxxx" BM-nin hesabına ödəyərək özünə inam və etibar qazanmış, qalan 42.401 (qırx iki min dörd yüz bir) manat borcunu isə qısa bir zamanda ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh Caspian "xxxx" MMC-nin keçmiş direktoru Hüseynbala Əlizadənin ünvanına rəsmi məktubla və mobil telefonla dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək məsuliyyəti digər şəxslərin üzərinə atmaqla ödənişdən yayınmışdır. Belə ki, borclu X8 iddiaçı "xxxx" BM-nin rəhbərliyi tərəfindən müəssisəyə dəvət edilmiş və ondan tələb edilmişdir ki qısa bir zamanda 42.401 (qırx iki min dörd yüz bir) manat qalan borcunun ödənilməsini təmin etsin. Bu səbəbdən iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə borcun etiraf edilməsinə dair akt tərtib edilmişdir ki, 42.401 (qırx iki min dörd yüz bir) manat borcu xx.xx.2021-ci il tarixinədək həqiqətən tam ödəyəcəkdir. Söhbət əsnasında onun diqqətinə çatdırılmışdır ki, bağlanmış müqavilənin şərtlərinə və xx.xx.2019-cu il tarixli (malların qəbul edilməsinə dair) təhvil-təslim aktına əsasən borcunu ödəmədiyi halda Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaq. X15 bildirmişdir ki, onu artıq «X17» MMC-nin direktoru vəzifəsindən haqsız olaraq çıxarıblar, ona görə də ona qarşı edilən ədalətsizliyə görə MMC-dən ona düşən öz payını tələb etməklə məhkəmə vasitəsi ilə olsa belə iddiaçıya olan borcunu ödəyəcəkdir. Cavabdeh iddiaçıya olan borcunu ödəməməsinə baxmayaraq xahiş etmişdir ki, qarşı tərəfdən ona düşən payını almaq üçün müəyyən vaxt verilsin ki, əvəzində iddiaçıya olan borcunu ödəsin. Bununla bağlı xx.xx.2021-ci il tarixdə borcun etiraf edilməsinə dair akt tərtib edilmişdir. Baxmayaraq ki, iddiaçı tərəfindən borclu X5 borcunun ödənilməsi üçün kifayət qədər hümanist addım ataraq uzun müddət vaxt verilmişdir, ancaq çox təəssüflər olsun ki, borc tələbinə dair tərtib edilmiş akta atdığı imzaya qarşı laqeyd yanaşaraq borcunu ödəməkdən yayınmışdır. "xxxx" BM olaraq iddiaçı qismində cavabdehdən 42.401 (qırx iki min dörd yüz bir) manat borc tələbi ilə Mediasiya Şurasına və Bakı Kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək «X17» MMC-dən 42.401 (qırx iki min dörd yüz bir) manatın tutularaq iddiaçı "xxxx" BM-ə ödənilməsinə dair qiyabi qətnamə çıxarılmışdır. Lakin cavabdeh Bakı Kommersiya Məhkəməsinin çıxardığı qiyabi qətnaməyə etiraz edərək borc tələbinə yenidən baxılmasını tələb etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh tərəfindən çıxış edən vəkil MMC-nin hüquqlarını müdafiə edərək bildirmişdir ki, cavabdeh «X17» MMC-nin "xxxx" BM-ə olan borcunun bir qismini, yəni 8.613,69 manat məbləğini etiraf edir, lakin qalan 33.888 manat dəyərində olan malı X15 öz şəxsi məqsədi üçün istifadə etdiyinə görə borcu onun özündən tələb edilməsinə yönəldilməsini məhkəmədən xahiş edir. Bununla bağlı Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən iddiaçının cavabdehdən borc tələbi qismən təmin edilərək iddiaçıya 8.613.69 manat ödənilməsinə dair qətnamə çıxarılmışdır. Beləliklə iddiaçı tərəfindən müəyyən edilmişdir ki, borclu X7 istər məhkəmə prosesində, həmçinin tərtib edilmiş təhvil-təslim aktında və borcun etiraf edilməsinə dair aktlarda "xxxx" BM-ə olan borcunu etiraf etməsinə baxmayaraq düşünülmüş halda ödəniş etməkdən yayınır. Hətta dəfələrlə X15 ilə aparılan söhbətlər zamanı ona bildirilmişdir ki, əgər o, həqiqətən aldığı malları təyinatı üzrə istifadə etmişsə, onun tam hüququdur ki, məhkəməyə müraciət edib haqqını tələb etsin. Lakin borc tələbi ilə bağlı Cavabdeh borcunu qaytarmaq üçün «X17» MMC-dən məhkəməyə və digər inzibati orqanlara müraciət etməməklə sübut etmişdir ki, "xxxx" BM-dən aldığı malların qalan məbləğini öz şəxsi məqsədi üçün istifadə etmişdir. X2 hərəkətlərindən göründüyü kimi hələ «X17» MMC-də direktor işlədiyi müddətdə vəzifəsindən sui-istifadə edərək müqavilə bağladığı "xxxx" BM-nin məsul şəxsləri qarşısında özünə inam və etibar qazanmaqla aldığı malların dəyərini ödəməkdən yayınmaq məqsədi ilə müxtəlif bəhanələr gətirmiş, əlavə qazanc əldə etməklə öz iş yerinə də xəyanət etdiyi üçün işdən kənarlaşdırılmışdır. Aparılan məhkəmə iclasında isə yalan ifadə verərək bildirmişdir ki, MMC-ni təsis edən rəhbərlik onu guya günahsız olaraq işdən kənarlaşdırdıqlarına baxmayaraq bu günədək möhür onun özündədir. Lakin sonradan məlum olmuşdur ki, möhürü özü şəxsən təhvil vermişdir. İddiaçı tərəfindən aparılan araşdırmalardan cavabdeh X4 üzərinə düşən öhdəliklərinin yerinə yetirməməsində məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, həqiqətən də iddiaçıdan aldığı malların dəyərinin bir qismini təyinatı üzrə istifadə etmiş, qalan hissəsini isə öz şəxsi qazancı məqsədilə istifadə etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, cəmi 8.000 manatlıq elektron qaimə vurulmuşdur. O, dəfələrlə xahiş etsə də, elektron qaimə vurulmamışdır. Daha sonra onu işdən çıxardılar. İddiaçı ilk dəfə onun yanına gələndə onların əlində sübut qismində heç bir sənəd yox idi. O, ədalətli olsun deyə demişdir ki, Kaspian şirkəti iddiaçıdan 40000-42000 manatlıq mal almışdır. O, bununla bağlı sənəd yazıb vermişdir ki, bu şirkət mal vermişdir. Kaspian şirkəti başqa şəxsə satılmışdır. Şirkət satılarkən onu alanlara bildirmişdir ki, bu şirkətin bu qədər borcu vardır. O, bütün bunları şirkətə kömək etmək üçün etmişdir. Hətta şirkətin ona aid olan 20 faiz hissəsini də onların adına keçirməyi təklif etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı iddia ərizəsini aktlara istinad edərək tələbi cavabdehə yönəltmişdir. Həmin aktlarda cavabdehin “X18” MMC ilə bağlılığı əsaslandırılır. Lakin həmin aktlar cavabdehin borcu etiraf etməsi kimi qiymətləndirilə bilməz. Həmin mallar cavabdeh tərəfindən alınmamışdır. Həmin mallar şirkətə verilmiş mallardır. Cavabdeh təmsilçi kimi şirkətin adından müəyyən hərəkətləri etsə də, bu o demək deyildir ki, cavabdeh həmin malları şəxsi istifadəsi üçün götürmüşdür. Bakı Kommersiya Məhkəməsinin qətnaməsində də, Əlı̇ zadə X9 borcu etiraf etməsi barədə heç bir sənədə istinad edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1966/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh «X17» MMC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası (kommersiya mübahisəsi üzrə) təmin edilmiş, cavabdeh «X17» Məhdud Məsuliyyətli Cəmiyyətindən 8513,69 manat məbləğində əsas borc və 100 manat mediasiya xərci olmaqla, cəmi 8613,69 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməsi qət edilmiş, iddia taləbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-406/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1966/2022 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır və həmin iş üzrə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəməyə təqdim edilmiş 02 mart 2021-ci il tarixli borcun etiraf edilməsinə dair aktdan görünür ki, "xxxx" Birgə Müəssisəsinin hüquqşünası X10, auditi X11 və «X17» MMC-nin direktoru X1 24 iyul 2019-cu il tarixə yaranmış 42.401 manat borcunun olmasına dair akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, borclu həmin borcu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş 10 dekabr 2021-ci il tarixli borcun etiraf edilməsinə dair aktdan görünür ki, "xxxx" Birgə Müəssisəsinin hüquqşünası X10, «X17» MMC-nin direktoru X12, «X17» MMC-nin keçmiş direktoru X1 24 iyul 2019-cu il tarixə yaranmış 42.401 manat borcunun olmasına dair akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, borclu borcunu ödəmədiyi təqdirdə 20 % payının avadanlıqlarla birlikdə yaranmış borcun (42.401 manat) əvəzinə "xxxx" BM-nin mülkiyyətinə keçirilməsinə etiraz etmirlər. İş materiallarından görünür ki, «X17» MMC-nin direktoru olmuş X7 "xxxx" Birgə Müəssisəsindən PVS, DSP, MDF kimi materiallar almış, nəticədə 42.401 manat borc yaranmış, həmin materialların bir qismi həqiqətən «X17» MMC-yə təhvil verilmiş, yuxarıda qeyd olunan qətnaməyə əsasən 8.513 manat 69 qəpik məbləğində pul vəsaitinin «X17» MMC-dən "xxxx" Birgə Müəssisəsinin xeyrinə tutulması qət edilmişdir. Qalan 33.887 manat 31 qəpik vəsait isə cavabdeh X7 tərəfindən şəxsi məqsədləri üçün sərf edilmişdir. Digər sözlə ifadə etdikdə, cavabdeh iddiaçının vəsaiti hesabına 33.887 manat 31 qəpik həddində əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdehin iddiaçının vəsaiti hesabına 33.887 manat 31 qəpik həddində varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyil. Cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına 33.887 manat 31 qəpik həddində varlanmışdır (əsassız varlanmışdır). Pretenziya məktubundan görünür ki, "xxxx" Birgə Müəssisəsi yuxarıda qeyd olunanlarla əlaqədar cavabdehə məlumat vermiş, məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 192 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 33.887 manat 31 qəpik pul vəsaiti (əsassız varlanma predmeti olan) cavabdeh X3 iddiaçı "xxxx" Birgə Müəssisəsinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Belə ki, cavabdehin iddiaçının hesabına əsassız varlanaraq əldə etdiyi məbləğ 33.887 manat 31 qəpik təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 33.887 manat 31 qəpik pul vəsaiti (əsassız varlanma predmeti olan) cavabdeh X3 iddiaçı "xxxx" Birgə Müəssisəsinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-420/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-420/2024
18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver