Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-423/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili - Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi - Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər qismində cəlb edilməklə) qarşı “mülkiyyət hüququnun müdafiəsi, tikililərin sökülməsi, cavabdeh tərəfindən əvvəlki vəziyyətin bərpa edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyət hüquqlarına maneələr aradan qaldırılması və mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən, cavabdehin hesabına əvvəlki vəziyyətinə bərpa edilməsi və onun mülkiyyətində olan 0,0133 ha torpaq sahəsində inşa edilmiş tikililər sökülməklə, həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0133 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin ərazidə tikinti işləri aparan Cavabdeh MTK tərəfindən onun ilə əvvəlcədən müəyyən danışıqlar aparılaraq, razılaşma əldə olunsa da, hazırda onun mülkiyyətində olan daşınmaz əmlakın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh MTK tərəfindən hazırda onun mülikiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0133 ha torpaq sahəsinin dəyərinin ödənilməməsinə baxmayaraq, cavabdeh həmin evi sökməyə və yerində tikinti işləri aparmağa çalışır. Cavabdeh bu hərəkətləri ilə ona məxsus fərdi yaşayış evinə zərər vurmaqla, mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, “Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında” xx.xx.2023-cü il tarixli müqavilə üzrə 303580 manat pul məbləğinin, bu günə bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi kimi 30000 manat pul məbləğinin, habelə fərdi yaşayış evinin yerləşdiyi 0,0133 ha torpaq sahənin dəyəri 200000 manat pul məbləğinin, cəmi 533580 manat pul vəsaitinin cavabdehən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə torpaqla bağlı hissədə iddia tələbini qəbul etmirlər. Müqavilə mövcuddur, müqavilə üzrə öhdəliyi qəbul edirlər. İddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan İddiaçı (mülkiyyətçi) ilə Cavabdeh MTK (icraçı) arasında bağlanmış Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında müqaviləyə əsasən İcraçı sözügedən ərazidə “London evləri” layihəsi çərçivəsində bəzi binaların tikintisini başa çardırmışdır. Bununla belə, həmin layihənin həyata keçirildiyi ərazidə mülkiyyətçiyə aid fərdi yaşayış evi (yerləşdiyi yaxud fəaliyyətlərinin təmin etdiyi torpaq sahəsi ilə birlikdə bölünməz vahid əşya kimi) yerləşməkdədir və bu hal layihənin tamamlanmasına mane olur. İcraçı həmin fərdi yaşayış yerinin əvəzinə mülkiyyətçiyə kompensasiya olaraq pul vəsaiti və bununla yanaşı orada tikilərək hazır olan və tikiləcək yeni yaşayış binasından yeni mənzillər verməyi təklif etmişdir. Mülkiyyəçi İcraçının təklifini qəbul edərək buna dair müqavilə bağlamağa razılıq vermişdir. İcraçı həmin fərdi yaşayış evinin əvəzində mülkiyyətçiyə 398.680 manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Həmin pul məbləğinin 95.280 manat hissəsi İcraçı tərəfindən mülkiyyətçiyə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan məbləğ isə növbəti 2 ay ərzində bərabər hissələrdə mülkiyyətçi notariusun bankda açılan depozit hesabı vasitəsi ödəməyi öhdəsinə götürür. O cümlədən icraçı həmin ünvanda tikilən və tikiləcək yeni yaşayış binasının aşağıda göstərilən ve hər 1 kv.m. 1900 manat təşkil edən mənzillərini və hər birinin dəyəri 30.000 manat olan qaraj sahələrini mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/297/2024 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında müqavilə üzrə 303580 manat pul məbləğinin xx.xx.2023-cü il tarixə bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi xx.xx.2023-cü il tarixə 23919,97 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat, xx.xx.2023-cü il tarixli dövlət rüsumuna əsasən 724,67 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0133 ha torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçı (mülkiyyətçi) ilə Cavabdeh MTK (icraçı) arasında bağlanmış Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında müqaviləyə əsasən İcraçı sözügedən ərazidə “London evləri” layihəsi çərçivəsində bəzi binaların tikintisini başa çardırmışdır. Bununla belə, həmin layihənin həyata keçirildiyi ərazidə mülkiyyətçiyə aid fərdi yaşayış evi (yerləşdiyi yaxud fəaliyyətlərinin təmin etdiyi torpaq sahəsi ilə birlikdə bölünməz vahid əşya kimi) yerləşməkdədir və bu hal layihənin tamamlanmasına mane olur. İcraçı həmin fərdi yaşayış yerinin əvəzinə mülkiyyətçiyə kompensasiya olaraq pul vəsaiti və bununla yanaşı orada tikilərək hazır olan və tikiləcək yeni yaşayış binasından yeni mənzillər verməyi təklif etmişdir. Mülkiyyəçi İcraçının təklifini qəbul edərək buna dair müqavilə bağlamağa razılıq vermişdir. İcraçı həmin fərdi yaşayış evinin əvəzində mülkiyyətçiyə 398.680 manat məbləğində pul ödəməyi öhdəsinə götürür. Həmin pul məbləğinin 95.280 manat hissəsi İcraçı tərəfindən mülkiyyətçiyə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan məbləğ isə növbəti 2 ay ərzində bərabər hissələrdə mülkiyyətçi notariusun bankda açılan depozit hesabı vasitəsi ödəməyi öhdəsinə götürür. O cümlədən icraçı həmin ünvanda tikilən və tikiləcək yeni yaşayış binasının aşağıda göstərilən ve hər 1 kv.m. 1900 manat təşkil edən mənzillərini və hər birinin dəyəri 30.000 manat olan qaraj sahələrini mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin ərazidə tikinti işləri aparan Cavabdeh MTK tərəfindən onun ilə əvvəlcədən müəyyən danışıqlar aparılaraq, razılaşma əldə olunsa da, hazırda onun mülkiyyətində olan daşınmaz əmlakın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh MTK tərəfindən hazırda onun mülikiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0133 ha torpaq sahəsinin dəyərinin ödənilməməsinə baxmayaraq, cavabdeh həmin evi sökməyə və yerində tikinti işləri aparmağa çalışır. Cavabdeh bu hərəkətləri ilə ona məxsus fərdi yaşayış evinə zərər vurmaqla, mülkiyyət hüquqlarını kobud şəkildə pozduğunu iddia edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında tərəflərin verdiyi izahatlardan aydın olur ki, cavabdeh iddia tələbini xx.xx.2023-cü il tarixli müqavilə üzrə 303580 manat pul məbləğinin iddiaçıya ödənilməsi hissəsində etiraf edir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, cavabdehin etirafı iddiaçının bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdehin etirafı məhkəmə təərfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi 303580 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Digər tərəfdən məhkəmə iddia tələbinin bu günə bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi kimi 30000 manat pul məbləğin tələb edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli, 23919,97 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəmə iş üzrə obyektiv, ədalətli və qanuni qərar qəbul edilməsi məqsədilə və tərəflər arasında bağlanmış Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında 11.01.203-cü il tarixli müqavilə üzrə 303580 manat pul məbləğinin xx.xx.2023-cü il tarixə bank uçot dərəcəsi ilə əsas vəsaitin faizinin müəyyən edilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertiza təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/297/2024 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında müqavilə üzrə 303580 manat pul məbləğinin xx.xx.2023-cü il tarixə bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi xx.xx.2023-cü il tarixə 23919,97 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin məhkəmə iddiaçı tələbinin fərdi yaşayış evinin yerləşdiyi 0,0133 ha torpaq sahənin dəyəri 200000 manat pul məbləğinin ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Kompensasiya və yaşayış kompleksində mənzil əvəzləşməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilənin predmeti ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülərək, onun yerləşdiyi torpaq sahəsində yeni binaların tikilməsidir. Müqavilənin E bəndindən də görünür ki, fərdi yaşayış evi ayrıca deyil yerləşdiyi yaxud fəaliyyətlərini təmin etdiyi torpaq sahəsi ilə birlikdə bölünməz vahid əşya kimi nəzərdə tutulmuşdur. Müqavilənin bu bəndi iddiaçının iddia tələbinin torpaq sahəsinin dəyərinin tələb edilməsi hissəsində əsassız olduğunu sübur edir. Müqavilənin 1.2-ci bəndində cavabdeh fərdi yaşayış evinin əvəzində 398860 manat məbləğində pulun verilməsini öhdəsinə götürmüşdür. Yəni buradan məlum olur ki, fərdi yaşayış evi və torpaq sahəsi üçün ayrı-ayrılıqda pul tələb edilməsi müqavilədən irəli gələn öhdəliklərin təbiətinə uyğun deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 303380 manat məbləğində pul, bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi kimi 23919,97 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ekspertiza xərclərini təşkil edən 100 manat məbləğində pulun 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi Cavabdeh MTK-dan tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Həmçinin iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 824.67 manat dövlət rüsumunun 412.33 manat hissəsi Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Koorperativindən 303380 (üç yüz üç min üç yüz səksən) manat məbləğində pul, bank uçot dərəcəsi ilə əsas vəsaitin faizi kimi 23919,97 (iyirmi üç min doqquz yüz on doqquz manat doxsan yeddi qəpik) manat məbləğində pul və iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 824.67 (səkkiz yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat dövlət rüsumunun 412.33 (dörd yüz on iki manat otuz üç) manat hissəsi, cəmi 327712,3 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ekspertiza xərclərini təşkil edən 100 (yüz) manat məbləğində pulun 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh Mənzil-Tikinti Koorperativindən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-423/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-423/2024
14.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver