Məhkəmə qərarları › İş №e-2(006)-4262/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4262/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4262/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21t oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs AFB Bank” ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisinə qarşı (üçüncü şəxs qismində "xxxx" ASC, X14, X21t oğlu, X10 cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisinə qarşı (üçüncü şəxs qismində "xxxx" ASC, X14, X21t oğlu, X10 cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 Saylı Notariat ofisinin xüsusi notariusu X11 tərəfindən “AĞ ŞƏHƏR TAKSİ MMC” barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8i-8910 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredi müqaviləsinə əsasən bank tərəfindən illik 15% olmaqla 36 ay müddətində 350000 (üç yüz əlli min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, kredit öhdəliklərinin təminatı olaraq X21t oğlu ilə bank arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmış, ünvan 2, X8 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 4, ünvan 1 ünvanda yerləşən 0.05 ha orpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evi, Xızı rayonu Baxışlı kəndi ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişlər. Borcalan tərəfindən kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş ödəniş qrafikinin şərtlərinə mütəmadi olaraq riayət edilmiş, daha sonra kredit borcunun ödənilməsində problemlər yaranmışdır. "xxxx" ASC notariat ofisinə müraciət edərək ipoteka predmetinə tutma yönəldilməsini xahiş etmiş, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X11 ipoteka predmetlərinə tutmanın yönədilməsinə dair xx.xx.2023-cü il tarixdə icra qeydi vermiş, öhdəliyin 232247,39 manat əsas borc, 16787.25 manat faiz borcu, 1444.19 manat dəbbə pulu olmaqla, cəmi 250478.83 manat təşkil etdiyi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi ilə bağlı borclulara bildiriş göndərmişdir. Həmin qərara əsasən borclular İddiaçı MMC-dən, X5, X1, X9 232247.39 manat əsas, 16787.25 manat faiz, 1444.19 manat dəbbə pulu olmaqla, cəmi 250478.83 manat məbləğində pul vəsaitinin "xxxx" ASC- nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. Qərar və bildirişin surəti kredit müqaviləsi üzrə borclu İddiaçı MMC-nin direktoru Cavid Əlizadəyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Hesab edirik ki, bank tərəfindən borcalana qarşı kredit müqaviləsi üzrə borc məbləği şişirdildiyindən, icra qeydində qeyd olunan borc məbləği ilə razı olmadığımızdan, icra qeydi və icraata başlamaq haqqında qərarda ipoteka qoyanlar və müəssisənin direktoru borclu kimi, yəni banka pul ödəməli olan şəxslər olaraq göstərildiklərindən icra qeydi ləğv edilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditin qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə 04 noyabr 2024-cü il müəyyən edilmişdir. Göründüyü kimi, 250478.83 manat məbləğində borc heç bir halda vaxtında ödənilməmiş borc ola bilməzdi, bu isə öz növbəsində borcun mübahisəsiz olduğunu təsdiq etmir. Belə olan halda isə xüsusi notarius Elşən Qurbanovun icra qeydinin verilməsi üçün heç bir qanuni əsası olmamışdır, buna görə də icra qeydləri ləğv edilməlidir. Müvafiq normativ sənədlərdən göründüyü kimi, icra qeydinin verilməsi zamanı notarius borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsini yoxlamalı, icra qeydi borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Lakin notarius qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq kreditin qaytarılması üçün son müddətin tərəflərin qarşılıqlı razılaşmaya əsasən 04 noyabr 2024-cü il müəyyən olunmasına baxmayaraq borcun mübahisəsiz olduğunu araşdırmamış, (və ya bilərəkdən araşdırmamış) icra müddəti çatmamış öhdəlik üzrə icra qeydi vermişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində “icra qeydləri” yalnız borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərin təqdim olunduğu halda aparılır və “borcun mübahisəsizliyi” borcu təsdiq edən sənədlərin notariusa təqdim olunması ilə məhdudlaşır və sənədlərin təqdim olunması borcun “mübahisəsiz”liyi faktını təsdiq edir və bu “icra qeydi”nin aparılması üçün əsasdır. Lakin, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda “icra qeydi”nin verilməsi üçün “borcu təsdiq edən sənədlərin təqdim olunması”ndan əlavə notarius tərəfindən “borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsininin yoxlanılması” da şərt kimi irəli sürülür. Başqa sözlə, borclunun öhdəliyi icra etməməsinin yoxlanılması həmin borc məbləğinin mübahisəsiz olmasını sübut əhəmiyyətli materiallarla öz təsdiqini tapmalı olmasını müəyyən edir. “Borcun mübahisəsizliyi” borcun mübahisə predmeti olubolmamasını, borclu tərəfindən “mübahisələndirilməsi” huququnun olmamasını və ya mübahisə etmək imkanlarının qanunla müyyən olunmuş qaydada başa çatmasının sübut əhəmiyyətli materiallarla təsdiqini nəzərdə tutur. Belə sübut materiallarına “borcun” məhkəmə qaydasında müəyyən olunması faktını təsdiq edən sənədlər: məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, borcun mübahisəsizliyinə dair tərəflərin “barışıq sazişi”ni və ya “icraata xitam verilməsi”nə dair qanuni qüvvəsini almış məhkəmə qərarları və sairə ola bilər; yəni elə sənədlər ki, həmin borc məbləğinə dair borclu tərəfindən “borc məbləği” mübahisələndirilməmiş olsun və ya borc məbləğini mübahisə edə bilmək imkanları tükənmiş olsun. Yaxud “müqavilə üzrə müəyyən ediliş öhdəliyin icra müddəti bitmiş olsun” və s. Buna görə də, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində qeyd olunan “borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərin” təqdim olunması anlayışı məhdud formada tək tələbkar tərəfindən borcu müəyyən edən sənədlərin təqdim olunmasını nəzərdə tutmur, borc məbləğinin mübahisəsiz olmasının və notarius tərəfindən yoxlanılmalı olmasını nəzərdə tutur. Qeyd olunan sübutların olmadığı halda kreditor tərəfindən notariusa təqdim olunan borc sənədləri yalnız borcun mövcud olması faktını təsdiq edir. Onun mübahisəsizliyini təsdiq edə bilməz. Çünkü borcun mübahisələndirilməsi və ya borcun mübahisəsiz olması borclu tərəfin həmin sənədlərdə borc tələbinə, borcun miqdarına və borcla yanaşı cərimə, dəbbə pulu və digər tutmaların yönəldilməsinə münasibətindən asılı olaraq müəyyənləşdirilə bilər. Çünkü mübahisə etmək hüququ subyektiv hüquqdur. Hər bir şəxsin subyektiv hüququ ona qarşı yönələn və onun hüquq və azadlıqlarının pozulması hissəsində onun özü tərəfindən mübahisələndirilə bilən hüquqdur və bu mübahisələndirmə heç bir kəs və orqan tərəfindən məhdudlaşdırıla bilməz. Bundan başqa, icra qeydində İddiaçı MMC borclu (kredit götürən) olduğu halda ipoteka qoyan kimi qeyd edilmiş, bu səbəbdən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarda ipoteka qoyanlar X8 və X21t oğlu və müəssisənin direktoru X19 borclu göstərilərək pul məbləğinin onlardan bankın xeyrinə tutulmasını müəyyən etmişdir. Halbuki, X8 və X21t oğlu kredit müqaviləsi üzrə borcalan deyil, ipotekaqoyanlardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21t oğlu və üçüncü şəxs, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi X14 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs AFB Bank” ASC-nin nümayəndəsi X13 icra qeydi verilən zaman “Notariat haqqında” və “İpoteka haqqında” Qanunun tələblərinə riayət edildiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdir. Cavabdeh Bakı şəhər 43 saylı Notariat ofisi qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və mütəqil tələb irəli sürməyən üçüncü şəxslərin çıxışlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan “İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredi müqaviləsinə əsasən bank tərəfindən illik 15% olmaqla 36 ay müddətində 350000 (üç yüz əlli min) manat məbləğində kredit verilmişdir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, tərəflər - İpoteka saxlayan – "xxxx" ASC, İpoteka qoyan - X21t oğlu, borc alan “AĞ ŞƏHƏR TAKSİ MMC” olmaqla , ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə sasən yaranmış öhdəlik ilə bağlı ipoteka ilə yüklü edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, tərəflər - İpoteka saxlayan – "xxxx" ASC, İpoteka qoyan - X10, borc alan “AĞ ŞƏHƏR TAKSİ MMC” olmaqla ünvan 3 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixli 1**-MF- *** nömrəli kredit müqaviləsi ilə bağlı yaranmış öhdəlik ilə bağlı ipoteka ilə yüklü edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, tərəflər - İpoteka saxlayan – "xxxx" ASC, İpoteka qoyan - X10, borc alan “AĞ ŞƏHƏR TAKSİ MMC” olmaqla ünvan 1 ünvanda yerləşən 0.05 ha orpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evi, Xızı rayonu Baxışlı kəndi ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi ilə bağlı yaranmış öhdəlik ilə bağlı ipoteka ilə yüklü edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, ipoteka qoyan X2 xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 245.811,09 manat məbləğində borclu olması qeyd edilmiş, borc 21 gün müddətində ödənilməyəcəyi təqdirdə ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0.05 ha orpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evi, Xızı rayonu Baxışlı kəndi ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi olan əmlaklara tutmanın yənəldilməsi proseduru başlayacağı bildirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ipoteka qoyan X21t oğlunun xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 245.811,09 manat məbləğində borclu olması qeyd edilmiş, borc 21 gün müddətində ödənilməyəcəyi təqdirdə ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən mənzilə tutmanın yənəldilməsi proseduru başlayacağı bildirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu X7 xx.xx.2021-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 246.036,04 manat məbləğində borclu olması qeyd edilmiş, borc 20 gün müddətində ödənilməyəcəyi təqdirdə notariusun icra qeydinin aparılması barədə prosedurun başlayacağı bildirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-ci il tarixli ərizədən görünür ki, "xxxx" ASC icra qeydi əsasında borcun tutulması barədə ərizə ilə Cavabdehna müraciət etmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-ci il tarixli 8İ-8910 nömrəli icra qeydindən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X11 ipoteka predmetlərinə tutmanın yönədilməsinə dair xx.xx.2023-cü il tarixdə icra qeydi vermiş, öhdəliyin 232247,39 manat əsas borc, 16787.25 manat faiz borcu, 1444.19 manat dəbbə pulu olmaqla, cəmi 250478.83 manat təşkil etdiyi qeyd edilmişdir. Öhdəliyin ipoteka predmetləri olan əmlaklara (ünvan 2, ünvan 4, ünvan 1 ünvanda yerləşən 0.05 ha orpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evi, Xızı rayonu Baxışlı kəndi ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi) yönəldilməsi qeyd edilmişdir. Mülki işin materiallarında olan “Express Mail Service”in TA006459695AZ nömrəli qaiməsindən görünür ki, "xxxx" ASC tərəfindən X7 ünvanına xx.xx.2023-cü il göndərilmiş bildirişdə xx.xx.2023-cü il tarixdə “qəbul edənin soyadı və imzası” hissəsində “Əlizadə” soyadı qeyd edilməklə imza edilmişdir. Mülki işin materiallarında olan “Express Mail Service”in TA006459599AZ nömrəli qaiməsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin ünvanına xx.xx.2023-cü il göndərilmiş bildirişdə xx.xx.2023-cü il tarixdə “qəbul edənin soyadı və imzası” hissəsində imza edilmişdir. Qəbul edənin soyadı göstərilməmişdir. Mülki işin materiallarında olan “Express Mail Service”in TA006459608AZ nömrəli qaiməsindən görünür ki, "xxxx" ASC tərəfindən X21t oğlunun ünvanına xx.xx.2023-cü il göndərilmiş bildirişdə xx.xx.2023-cü il tarixdə “qəbul edənin soyadı və imzası” hissəsində imza edilmişdir. Qəbul edənin soyadı göstərilməmişdir. Mülki işin materiallarında olan “Express Mail Service”in TA006459611AZ nömrəli qaiməsindən görünür ki, "xxxx" ASC tərəfindən X2 ünvanına xx.xx.2023-cü il göndərilmiş bildirişdə xx.xx.2023-cü il tarixdə “qəbul edənin soyadı və imzası” hissəsində imza edilmişdir. Qəbul edənin soyadı göstərilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü saylı məktubuna əsasən "xxxx" Bank ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq ünvan 2 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü saylı məktubuna əsasən "xxxx" Bank ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq ünvan 4 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü saylı məktubuna əsasən "xxxx" Bank ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq , ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü saylı məktubuna əsasən "xxxx" Bank ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq , Xızı rayonu Baxışlı kəndi ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən Cavabdeh xx.xx.2023-ci il tarixli 8İ-8910 nömrəli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Mülki işin materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclular İddiaçı MMC-yə, X14, X21t oğlu və X6 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Notariat işində icra qeydinin verildiyi kredit müqaviləsi üzrə maliyyə arayışı, hesabdan çıxarış, borclu İddiaçı MMCyə təqdim olunmalı bildiriş, üçüncü şəxs Əlizadə Cavidlə bağlanan “Zaminlik” müqaviləsi, üçüncü şəxs Əlizadə İlqarla bağlanan “ipoteka müqaviləsi” aşkar edilməmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilən mübahisəsiz hal ondan ibarət olmuşdur ki, , İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**- MF-*** nömrəli kredi müqaviləsinə əsasən bank tərəfindən illik 15% olmaqla 36 ay müddətində 350000 (üç yüz əlli min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, kredit öhdəliklərinin təminatı olaraq X21t oğlu ilə bank arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmış, ünvan 2, X8 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 4, ünvan 1 ünvanda yerləşən 0.05 ha orpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evi, Xızı rayonu Baxışlı kəndi ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişlər. İddiaçı isə müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin sonradan iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyi üçün üçüncü şəxs "xxxx" ASC iddiaçının öhdəliyinin icrasının təmini məqsədilə icra qeydinin verilməsi üçün Bakı şəhəri 43 saylı Notariat Ofisinə müraciət etmişdir.. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən icra qeydi üçüncü şəxs "xxxx" ASC-nin müraciəti əsasında verilmişdir. Cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və Təlimatın tələbləri pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvercilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Notariat ofisi isə maliyyə arayışı, hesabdan çıxarış, borclu İddiaçı MMCyə təqdim olunmalı bildiriş, üçüncü şəxs Əlizadə Cavidlə bağlanan “Zaminlik” müqaviləsi, üçüncü şəxs, Əlizadə İlqarla bağlanan “ipoteka müqaviləsi” təqdim edilmədən icra qeydini aparmışdır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Siyahıya əsasən İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. “İpoteka haqqında” Qanunun 36.4-cü maddəsinə əsasən isə tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü tarixli məktubuna əsasən "xxxx" Bank ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq , ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. Eyni zamanda mülki işin materiallarında olan “Express Mail Service”in TA006459611AZ nömrəli qaiməsindən görünür ki, "xxxx" ASC tərəfindən X2 ünvanına xx.xx.2023-cü il göndərilmiş bildirişdə xx.xx.2023-cü il tarixdə “qəbul edənin soyadı və imzası” hissəsində imza edilmişdir. Qəbul edənin soyadı göstərilməmişdir. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələblərinə əsasən bildiriş xx.xx.2023-cü il tarixdə təqdim edilmiş hesab edilir. Belə olan halda ərizə ən geci xx.xx.2023-cü il tarixdə ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməli idi, əks halda “İpoteka haqqında” Qanunun 36.4-cü maddəsinə əsasən isə tutmanın yönəldilməsi davam edə bilməzdi. Lakin bildiriş xx.xx.2023-cü il tarixdə qeydiyyat orqanına təqdim edilmişdir. Göründüyü kimi notarius tərəfindən Qanunun bu tələbi də araşdırılmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, borclu və ipoteka qoyanlara təqdim olunan bildirişlərdə borc məbləğləri arasında fərqlər mövcud olmuşdur. Belə ki, ipoteka qoyan X21t oğluna və X3 göndərilən bildirişlərdə xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 245.811,09 manat məbləğində borclu olmaları, borclu X12 göndərilən bildirişdə isə xx.xx.2021-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 246.036,04 manat məbləğində borclu olması qeyd edilmişdir. Göründüyü kimi, borclu X12 göndərilən bildirişdə məbləğ və müqavilənin nömrəsi fərqli göstərilmişdir. İcra qeydi isə tamamilə fəqrli məbləğə (232247,39 manat əsas borc, 16787.25 manat faiz borcu, 1444.19 manat dəbbə pulu olmaqla, cəmi 250478.83 manat) dair aparılmışdır. Belə olan halda bildiriş iddiaçıya çatdırıldığı təqdirdə də, notarius borcun mübahisəsiz olduğuna əmin ola bilməzdi. Bundan əlavə məhkəmə sorğusuna əsasən əldə edilmiş “İcra qeydi”nin aparılmasına dair notariat işində maliyyə arayışı, hesabdan çıxarış, borclu İddiaçı MMCyə təqdim olunmalı bildiriş, üçüncü şəxs Əlizadə Cavidlə bağlanan “Zaminlik” müqaviləsi, üçüncü şəxs, Əlizadə İlqarla bağlanan “ipoteka müqaviləsi” aşkar edilməmiş, demali notarius tərəfindən borc məbləğinin mübahisəsiz olduğunu müəyyən etmədən icra qeydi aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın 161-ci bəndinin 10-cu abzasında qeyd edilmişdir ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür. Çünki MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşımaqla yanaşı, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki iş üzrə iş materiallarında olan qaimədən görünür ki, icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və Təlimatın tələbləri pozulmaqla tərtib edilmiş, Bakı şəhəri 43 Saylı Notariat ofisinin xüsusi notariusu X11 tərəfindən borcun məbləğinin mübahisəsiz olduğunu araşdırılmadan “AFB Bankı ASC-nin xeyrinə borclular İddiaçı MMC-dən, X5, habelə X1, X21t (ipoteka qoyanlar yanlışlıqla borclu kimi göstərilməklə) oğlundan 232247,39 manat əsas borc, 16787.25 manat faiz borcu, 1444.19 manat dəbbə pulu olmaqla, cəmi 250478.83 manat pulun tutulmasına dair aparılmış xx.xx.2023-cü il tarixli 8i- 8910 nömrə ilə reyestrdə icra qeydi aparılmışdır. Təlimatın 162-ci bəndində qeyd edilmişdir ki, İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 43 Saylı Notariat ofisinin xüsusi notariusu X11 tərəfindən “AĞ ŞƏHƏR TAKSİ MMC” barəsində verilmiş xx.xx.2023cü il tarixli 8i-8910 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydi ləğv edilməlidir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu ilə bağlı hər hansı tələb olmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 43 Saylı Notariat ofisinin xüsusi notariusu X11 tərəfindən “AĞ ŞƏHƏR TAKSİ MMC” barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8i-8910 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar