Məhkəmə qərarları › İş №e-2(006)-4263/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4263/2023

12.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4263/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkivvətində olan və ünvan 1 ünvanında yerləşən, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasının (tikilinin) LPO "xxxx" KB QSC-nə - hüquqi varisi (ləğvedicİsi) Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2017ci il tarixindən hazıradək olan müddət ərzində açıq hərracın keçirilməsinə dair çoxsaylı bildirişlərin göndərilməsinə baxmayaraq, həmin bank tərəfindən hələ 2017-ci ildə təkrar hərrac zamanı və ondan sonrakı 30 təqvim günü ərzində həmin əmlakimin alınmamasına (əldə etmədiyinə) görə sözügedən əmlakımın (qeyri yaşayış binasının) ipotekadan (ipoteka yüklülüyündən) çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Xətai rayon məhkəməsinin 2(011)- 1974/2016 saylı 14 iyul 2016-cı il tarixli icra sənədinə əsasən ondan, yəni cavabdeh X1 "xxxx" QSC-nin xeyrinə cəmi 53821.83 manat borcun və məhkəmə xərclərinə görə 60 manat pulun tutulması, 300 manat qiymətləndirməyə çəkilən xərcə görə pulun tutularaq "xxxx" MMC-yə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 100000 manat olmaqla açıq hərracda satılması və əldə edilmiş vəsaitdən banka olan borcun və 300 manat qiymətləndirmə xərcinin "xxxx" MMC-yə ödənilməsi, qeyri-yaşayış binası satıldıqdan sonra 1 ay müddətində həmin sahənin boşaldılması qərara alınmışdır. Odur ki, "İcra haqqında" Azərpaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşavış binasının İlkin şatış qiyməti 100000 manat olmaqla açıq hərracda satışını təşkil etməkdən ötrü Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2016~cı il tarixli 17/71-3M-92 №-li məktubla “Daşınar və Daşınmaz Əmlakların Satışı X11” MMC-yə müraciət olunmuşdur Lakin, həmin Hərrac Mərkəzi tərəfindən qeyd olunan sifariş məktubuna əsasən İpoteka ilə yüklənmiş ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 14 aprel 2017-ci İl tarixli nömrəsində elan dərc edilmişdir. xx.xx.2017-ci il tarixindən hal-hazıradək olan müddət ərzində açıq hərracın keçirilməsinə dair çoxsaylı bildirişlərin göndərilməsinə baxmayaraq, İpoteka ilə yüklü edilmiş sözügedən əmlakın həmin Bank tərəfindən alınmamış və odur ki, hələ 2017-cİ ildə 30 təqvim günü ərzində həmin əmlakı almadığına (əldə etmədiyinə görə) sözügedən əmlakını - ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının İpoteka yüklülüyündən çıxarılması zəruridir, qanunauyğun və məqsədə müvafiqdir. Məhs bu məqsədlə o, xx.xx.2023-cü il tarixli ərizəsi ilə LEPO "xxxx" KB QSC-nin hüquqi varisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, lakin həmin Fond tərəfindən xx.xx.2023-cü İl tarixdə 2 ədəd ərizələrimin alınmasına baxmayaraq, bu günə qədər yəni, xx.xx.2023-cü İl tarixədək olan vaxt (2 ay) ərzində həmin ərizəsinə heç bir cavab verməmişlər.Ona görə də o, bu məqsədlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1974/2016 saylı xx.xx.2016-cı il tarixli məktubunun surətindən görünür ki, iddiaçı QSC Bank Standart KB-nin cavabdeh İddiaçı qarşı xx.xx.2014-cü il tarixli 160/00/82/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 50070,58 manat, faiz borcuna görə 3751,25 manat olmaqla cəmi 53821,83 manat borcun, 60 manat məhkəmə xərclərinin tutulmasına və sair tələbə dair mülki İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli 2(011)-49742016 saylı qətnaməsinin surətini və icra vərəqəsini icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə icraya göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1974/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli 160/00/82/14 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 50070,58 manat, faiz, borcuna görə 3751,25 manat olmaqla, cəmi 53821.83 manat borc, məhkəmə xərclərinə görə 60 manat QSC Bank Standart KB-nin xeyrinə tutulması, İddiaçı Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 manat tutulması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu B.Nuriyev kücəsi, 20/116\F ünvanında yerləşən qeyri-yaşayışbinası ilkin satış qiyməti 100000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitdən 53881.83 manat QSC Bank Standart KB-mn, 300 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına keçirilməsi, ünvan 4 ünvanınla yerləşən qeyri-yaşayış binası satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli 17/71-3M-93 saylı Daşınar və Daşınmaz Əmlakların Satışı X11nə ünvanladığı məktubun surətindən görünür ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən X2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyriyaşayış bınasının ilkin salış qiyməti 100000 manat olmaqla açıq hərracda satışını təşkil etmək xahiş olunmuşdur. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Satışı X11nin xx.xx.2017-ci il tarixli 01/381 saylı açıq hərracın keçirilməsinə dair 01 saylı bildirişinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış bınasının açıq auksion formasının keçirilməsi xx.xx.2017-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Satışı X11nin xx.xx.2017-ci il tarixli 01/381 saylı açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış bınasının açıq auksion formasının keçirilməsi xx.xx.2017-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Satışı X11nin xx.xx.2017-ci il tarixli 01/1344 saylı məktubunun surətindən görünür ki, İ7/72-3M -92 saylı, 30.12.16-cı il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş ünvan 6 ünvanda qeyri-yaşayış binasının satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamiş, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 14 aprel 2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışının surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış bınasının mülkiyyətçisi ləğv prosessində olan QSC "xxxx" KB-dir. İş materiallarında olan Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün X7 xx.xx.2017-ci il tarixli 24/11 saylı protokolunun surətindən görünür ki, İddiaçı məxsus Bak şəhəri. Nizami rayonu, B.Nuriyev küçəsi 20/116F ünvanında yerləşən qeyri yaşayış binası Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin etibarnamə əsasında nümayəndəsi X8 ipoteka predmetinin ilkin hərrac qiyməti (qeyri yaşayış binası) 100 000 (bir yüz min) manat ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti (qeyri yaşayış binası) 85 000 (səksən beş min man, 00 qəpik) manat İpoteka predmetinin (qeyri yaşayış binası) “İpoteka Haqqında” Azərbaycan Republikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 63750 (altmıs üç min yeddi yüz əlli manat, 00 qəpik) manata satılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsini haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-c48.1.1-48.1.5-ci maddələrinə əsasən, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə: əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdu ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1974/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü il tarixli 160/00/82/14 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 50070,58 manat, faiz borcuna görə 3751,25 manat olmaqla cəmi 53821.83 manat borc, məhkəmə xərclərinə görə 60 manat QSC Bank Standart KB-nin xeyrinə tutulması, İddiaçı Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 manat tutulması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev kücəsi, 20/116\F ünvanında yerləşən qeyri-yaşayış-binası ilkin satış qiyməti 100000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitdən 53881.83 manat QSC Bank Standart KBnın, 300 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına keçirilməsi, ünvan 4 ünvanınla yerləşən qeyri-yaşayış binası satıldıqdan bir ay sonra boşaldılması qət edilmiş və xx.xx.2016-cı il tarixdə qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. X7 xx.xx.2017-ci il tarixli 24/11 saylı protokolu ilə İddiaçı məxsus Bak şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 20/116F ünvanında yerləşən qeyri yaşayış binası Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin etibarnamə əsasında nümayəndəsi X6 63750 (altmıs üç min yeddi yüz əlli manat, 00 qəpik) manata satılmışdır və hazırda Bak şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 20/116F ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi Ləğv prosesində olan QSC “Bank Standard” KB-dir. Belə olan halda məhkəmə tədqiq edilmiş sübutlarla və yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddiaçının iddiası əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X2 cavabdeh QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar