Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-427/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X8, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 Məmmədhüseyn oğlunun iştirakları ilə İddiaçı «X27 Təşkilatı» İctimai Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı «X27 Təşkilatı» İctimai Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, «X27 Təşkilatı» İctimai Birliyi xx.xx.2006cı ildə yaradılmış və xx.xx.2006-cı ildə müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas fəaliyyəti gənclər sahəsində müxtəlif layihələrin həyata keçirilməsidir. xx.xx.2022-ci ildə Təşkilat üzvlərinin növbədənkənar Ümumi Yığıncağı keçirilmiş və Təşkilatın idarəetmə orqanlarının səlahiyyətlərinin dayndırılması və növbədənkənar sədr və idarəetmə orqanlarının seçilməsi haqqında qərar qəbul edilmişdir. Buna uyğun olaraq xx.xx.2023-cü ildə təşkilatın idarəetmə orqanlarının tərkibi yenilənmişdir. Ümumi Yığıncağın qərarına məhəl qoymayan əvvəlki sədr Cavabdeh1, İdarə heyətinin üzvləri Cavabdeh2 və Cavabdeh3 təşkilatın işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, eyni zamanda Cavabdeh1 təşkilatın möhürü, asan imza və sədr səlahiyyətlərinin yerinə yetirilməsi üçün zəruri digər sənədləri təhvil verməkdən imtina etmişdir. İlk növbədə təşkilatın möhürü təhvil verilmədiyinə görə qeyri-kommersiya hüquqi şəxsinin reyestr məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət gecikmiş, nəticədə yeni sədrin fəaliyyətə başlaması uzun müddət ləngimişdir. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində təşkilatın vergi hesablarını vaxtında vermək mümkün olmamış və bu səbəbdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin cavabdehin hərəkətsizliyi nəticəsində təşkilata bütövlükdə 1624,83 manat məbləğində vergi borcu hesablanmışdır. Qeyd edilənlərdən əlavə cavabdehlər «X27 Təşkilatı»nın mütəmadi qaydada işlədiyi beynəlxalq donorlarla elektron məktublar göndərmiş, təşkilatla imzalanmış qrant müqavilələrinin ləğv edilməsini xahiş etmiş, təşkilat barəsində yalan məlumatlar təqdim etmiş, böhtan xarakterli bəyanatlar vermişlər. Ümumi Yığıncağın qanunauyğun qərarını heçə saymaqla cavabdehlər təşkilatın əsas fəaliyyət istiqaməti olan layihələrin dayandırılması üçün davamlı cəhdlər etmişdir. Qeyd edildiyi kimi, təşkilatın möhürü, asan imza və digər sənədləri cavabdehdə olduğu üçün və o seçkilərin nəticəsindən sonra bu sənədləri təhvil vermədiyinə görə təşkilatın fəaliyyəti iflic vəziyyətinə düşmüş, təşkilat Azərbaycan Gənclər Fondu ilə bağlamış Müqavilə əsasında ödənilmiş 6300 manat vəsaiti geri qaytarmağa məcbur olmuşdur. Göründüyü kimi, cavabdehlər «X27 Təşkilatı»nın ali idarəetmə orqanı olan Ümumi Yığıncağın qərarına məhəl qoymamaqla təşkilatın maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh1 yeni sədrin seçilməsini bildiyi halda sədr olaraq bir sıra əməliyyatlar həyata keçirtmiş, təşkilatın maddi ziyana düşməsinə səbəb olmuşdur. Belə ki, cavabdeh hər hansı əsas olmadan hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə imzalamış və təşkilatın hesabından 500 manat vəsait ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.3-cü maddəsinə görə nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər. İstinad edilən maddəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin (mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilən bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) tələbinə uyğun olaraq bu münasibətlərə tətbiq etdikdə aydır olur ki, cavabdeh Ümumi Yığıncağın artı qonu təşkilatın sədrliyindən çıxartmasından sonra həm zəruri sənədləri, möhürü təhvil verməli, həm də təşkilatın qanuni təmsilçisi kimi çıxış etməklə təşkilatın adından hər hansı qərar verməməli idi. Qeyd edilənlərdən əlavə cavabdehlər Ümumi Yığıncağın qərarına məhəl qoymamaqla təşkilatın fəaliyyətinə maneələr yaratmış, işgüzar nüfuzunu zədələmişdir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının əsas işi gənclər sahəsində müxtəlif layihələrin həyata keçirilməsidir və müxtəlif layihələrin həyata keçirilməsində iştirak üçün təşkilatın işgüzar nüfuzu həlledici amil sayılır. Bu baxımdan cavabdeh ötən müddət ərzində onu təşkilatın qanuni təmsilçisi kimi tanıyan müxtəlif təşkilatlara müraciət etməklə, əsassız ittihamlar irəli sürməklə hüquqi şəxsin işgüzar nüfuzunu zədələmiş, mülki hüquq pozuntusuna yol vermişdir. Ümumilikdə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya işgüzar nüfuzun zədələnməsi ilə 5000 manat mənəvi zərər dəymişdir. Göründüyü kimi cavabdehlər «X27 Təşkilatı» X21 Yığıncağının qərarına əməl etməməklə, müxtəlif qanunsuz hərəkətlər etmiş və qanunsuz hərəkətsizliyə yol vermişdir. Ümumilikdə cavabdehlərin yol verdiyi mülki hüquq pozuntuları nəticəsində iddiaçıya aşağıdakı məbləğlərdə zərər dəymişdir: Cavabdeh1 zəruri sənədləri vaxtında təhvil verməməklə, təşkilatın fəaliyyətinin dayanmasına səbəb olmaqla 6300 manat vəsaitin Azərbaycan Gənclər Fonduna geri ödənilməsi; Cavabdeh1 tərəfindən səlahiyyətli olmadığını bildiyi halda və təşkilatın mənafeyi üçün hər hansı tələb olmadığı halda hüquqi yardıma görə 500 manat ödəniliməsi; vergi hesabatlarının Cavabdeh1 təqsirindən vaxtında verilməməsi nəticəsində 1624,83 manat vergi borcu; cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzunun zədələnməsi nəticəsində iddiaçıya dəymiş 5000 manat məbləğində mənəvi zərər. Göstərilənlərə əsasən Cavabdeh1 qanunsuz hərəkətlərinə görə iddiaçıya vurduğu maddi zərər qismində 8600 manat, cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi qismində 5000 manat və iddianın məhkəmə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,17 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1300 manat, bütövlükdə 6434,70 manatın tutularaq «X27 Təşkilatı»na ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində yanlışlıqla işgüzar nüfuz ifadəsi mənəvi zərər ifadəsi işlədilmişdir. İddiaçının hüquqi şəxs olduğunu nəzərə alaraq iddia ərizəsinin mətni boyu işlədilmiş mənəvi zərər ifadəsinin işgüzar nüfuzun pozulması kimi oxunması zəruridir. Bu səbəbdən Cavabdeh1 qanunsuz hərəkətlərinə görə iddiaçıya vurduğu maddi zərər qismində 8600 manat, cavabdehlərdən müştərək qaydada işgüzar nüfuzun pozulmasına görə zərərin əvəzi qismində 5000 manat və iddianın məhkəmə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,17 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1300 manat, bütövlükdə 6434,70 manat vəsaitin tutularaq «X27 Təşkilatı»na ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, qarşı tərəfin fikirlərinə münasibətən ilk öncə sübutlarla bağlı bildirir ki, tərəflərindən hazırki iclasda təqdim edilmiş sübutların bir qismi hazırlıq iclasında təqdim edilmişdir. Onlar hazırda həmin sübutların tədqiq edilməsi üçün sadəcə onların tərcümələrini təqdim etmişlər. İlk dəfə bu iclasda təqdim etdikləri sübutlara gəlincə isə həmin sübutların təqdim edilməsinə zərurət keçən baxış iclasında ortaya çıxdığından həmin sənədlərin hazırlıq iclasında təqdim edilməsi mümkül olmamışdır. Ona görə də bu hallar nəzərə alınaraq onlar sübut kimi nəzərə alınmalıdır. Bundan başqa, cavabdeh tərəf maddi ziyana münasibətən bildirərkən səhvən sədrin səlahiyyətlərinə istinad edir. Hesab edirlər ki, bu düzgün deyil. Belə ki, onlar sədrin səlahiyyətlərini mübahisələndirmirlər. Onların mübahisələndirdiyi məqam ümumi yığıncağın qərarı ilə səlahiyyətlərinə xitam verilmiş keçmiş sədrin ümumi yığıncağın qərarına məhəl qoymaması nəticəsində təşkilatın fəaliyyətini iflic hala salması və nəticədə layihənin təşkilatın əlindən çıxmasıdır. Bundan başqa, qarşı tərəf qeyd edir ki, ictimai birlik gəlir əldə edə bilməz. Lakin bu belə deyildir. İctimai dirlik gəlir əldə edə bilər. Sadəcə həmin gəliri üzvləri arasında bölə bilməz. Layihə ilə bağlı da müəyyən xərclər vardır ki, bu xərclər birlik tərəfindən ödənilməlidir. Təşkilat isə iflic vəziyyətdə olduğu üçün zəruri xərcləri ödəmək mümkün olmamışdır. Vəkil xərci ilə bağlı bildirir ki, Cavabdeh1 özü də etiraf etdi ki, o, vəkil xərci ilə bağlı müqaviləni yanvar ayının əvvəllərində bağlayıb. Halbuki onun sədr kimi səlahiyyətinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Həmin qərardan sonra isə onun sədr kimi atdığı bütün addımlar tam səlahiyyətsiz olub. Bunu özü də bilmişdir. Vergi ilə bağlı bildirir ki, Cavabdeh1 bununla bağlı hərəkətsizlik göstərib və təşkilatın fəaliyyəti iflic olub. Ona görə də vergi hesabatları aparılmayıb. Əgər bu belə olmasaydı, hazırki tələb olunan məbləğ formalaşmayacaqdı. İşgüzar nüfuzu pozan məlumatların yayılması ilə bağlı bildirir ki, həmin məlumatlar 2 və daha artıq şəxs arasında yayılıb. Həmin məlumatlar yalan olub. Belə ki, Cavabdeh1 sədr olmadığı halda bildirib ki, «sədrəm, onlara etibar etməyin». Hazırda prokurorlıqda iş gedir və s.bu da təşkilatın nüfuzunu zədələmişdir. Sədr kimi özünü tanıdan şəxs qeyd edirsə ki, onlara etibar etməyin. Bu zaman təşkilata olan etibar nəticə etibarı ilə zədələnir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, onlar müxtəlif dövlət orqanları əməkdaşlıq edirlər. Gənclər Fondu ilə əməkdaşlarının əsas istiqaməti isə ekoloji layihələrin icrası ilə bağlıdır. Qarşı tərəf bildirir ki, onlar layihəni itirsələr də, sonradan eyni layihəni təkrarən alıb icra etmişlər. Lakin bu əsassız iddialardır. Belə ki, ilk aldıqları layihə 9.000 manat dəyərində idi. Sonra aldıqları layihə isə 8.000 manat dəyərində olub. Adları da fərqli olub. Yəni, həmin layihələr tam fərqli layihələrdir. Layihənin nə üçün icra olunmamasına gəlincə isə qarşı tərəf bildirir ki, Cavabdeh1 müqaviləni imzalayıb. Bununla da, layihə icraya başlayıb. Lakin bu belə deyil. Elektron imza, möhür Cavabdeh1 adına olub. Bütün zəruri sənədlər onda olub. İşçilərlə əmək müqaviləsi bağlanmalı, onlara əmək haqqı ödənilməli idi və s. Lakin heç birinə əməl edilməyib. xx.xx.2023-cü ildən sonra yeni seçilmiş sədr Cavabdeh1 müraciətlər ünvanlayıb ki, təhvil-təslim edilsin. Lakin Cavabdeh1 bundan imtina edib. Hətta keçən məhkəmə iclasında Cavabdeh1 özü də etiraf etdi ki, ona polis tərəfindən zəng edilib və sənədlər, möhür tələb edilib. O, isə bildirib ki, hələ də sədr odur və verə bilmir. Onlar ümumiyyətlə təhvil-təslimlə bağlı idarə heyətinin üzvlərinə də, hüquq-mühafizə orqanlarına da, müraciətlər ünvanlamışlar. Bu müddət ərzində onlar heç bir fəaliyyət həyata keçirə bilməmişlər. Layihənin də müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək idi. Onlara isə səlahiyyətlərin tam olaraq keçməsi 2023-cü ilin may ayında olub. Onlar 5 aylıq bir müqaviləni 1 aya icra edə bilməzlər. Ona görə də fond onlardan ödənilən vəsaitin geri qaytarılmasını tələb etdi. Onlar da geri qaytardılar. Daha sonra aldıqları layihəni isə 2023-cü ilin sonlarında almışlar. O, layihənin isə bu layihə ilə heç bir əlaqəsi və bağlılığı yoxdur. Möhürlə bağlı bildirir ki, onlar onlarda olan möhürün əsas möhür olduğunu və sənədləri onunla təsdiq edə biləcəyindən yalnız, AR Ədliyyə Nazirliyinin məktubundan sonra məlumatlı olmuşlar. Buna kimi onlar sədrin dəyişilməsini qeydiyyata almaq üçün müraciətləri möhürsüz etmişlər. Həmin ərizə geri qayıtmışdır ki, möhürlə təsdiq edilməyib. Daha sonra onlar nazirliklə şifahi məsləhətləşmələr aparmışlar. Bu zaman onlardan soruşuldu ki, köhnə möhür kimdədir. Onlar da cavab vermişlər ki, onlardadır. Onlar da bildirmişlər ki, ərizəni həmin möhürlə təsdiq edin. Cavabdeh1 həmçinin AR ƏN-nə məktublar ünvanlayıb ki, dəyişikliyi qeydə almayın. Onlar mart ayında sənədləri köhnə möhürlə təsdiq edib təqdim etmişlər. Daha sonra isə nazirlik bu prosesi dayandırıb. Buna səbəb isə o olub ki, Cavabdeh1 prokurorluğa barələrində şikayət etmiş, nazirlikdə onlara bildirmişlər ki, həmin araşdırma bitsin. Daha sonra bu məsələyə baxılacaqdır. Aprel ayında prokurorluğun cavabını nazirliyə təqdim etmişlər. Daha sonra yeni sədr Sevinc xanım və Ə. Abdullayevanı görüşə çağırıb. Sevinc xanım nazirliyə gedib məsələ barədə şifahi məlumat verib. Bundan sonra da yeni sədr qeydiyyata alınıb. 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X17 iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, yeni sədrin qeydiyyata alınması ümumi yığıncağını qərarı, protokolu əsasında 7 iş günü müddətində aparılır. 2 ay yox. Qeydiyyatın uzanmasına səbəb sırf Əminə xanımın onlarla bağlı AR ƏD-nə yalan məlumatların verilməsi olub. Həmçinin prokurorluq araşdırması da aparılıb və şikayətlər əsassız çıxıb. Həmçinin Əminə xanım bildirir ki, ona büdcə ilə bağlı heç bir məlumat verilməyib və o, maaş almayıb. Bunlar da tam yalan məlumatlardı. O, maaş alıb. O, əvvəllərdə idarə heyətinin üzvü olub və bilirdi ki, prosedur necədir və köhnə idarə heyəti hansı qaydada yeni idarə heyətinə təhvil-təslim etməlidir. Onun Əminə xanımın möhürü dəyişdirilməsindən məlumatı vard idi, ancaq onlar buna etiraz etmişlər, çünki təşkilatın möhürü olaraq həmin möhür qeydiyyatda idi. Onun dəyişdirildməsi halında yeni möhürün qeydiyyatdan keçirilməsi müəyyən prosedur tələb edirdi. Lakin cavabdeh Əminə xanım buna məhəl qoymamış və 2022-ci ilin dekabr ayında möhürü dəyişdirmişdi. Tək məsələ bununla da kifayətlənməmiş, təşkilatın bütün zəruri sənədləri də Əminə xanım tərəfindən götürülmüş və uzun müddət geri qaytarılmamışdır. Bununla bağlı da hüquq-mühafizə orşqanlarına müraciət olunmuşdur. Köhnə möhür artıq 7 ildir ki, var. Bu müddət ərzində rəhbər bir neçə dəfə dəyişib. İndiyə kimi möhürlə bağlı problem yaranmamışdı. Onlar AR ƏN-ə sənədləri möhürsüz sadəcə imza və künc ştapmı ilə göndərmişlər. Oradan onlara bldirildi ki, belə sənədləri qəbul edə bilməzlər. Ədliyyə Nazirliyi yeni təmsilçini çağırıb izahatını və lazımi sənədləri almış, bundan sonra onlara çıxarış verilmişdir. Həmçinin köhnə təmsilçi Əminə xanım da çağırılmış, lakin o, görüşə getməmişdir. Möhürün necə vurulmasına gəlincə isə bildirir ki, onların təşkilatın möhürü Əminə xanım tərəfindən dəyişdirilmişdir. Lakin həmin möhür AR ƏN-də qeydiyyatdan keçməmişdi. Mart ayında nazirlikdən onlara bildirildi ki, köhnə möhür haradır? Onlar bildirmişlər ki, köhnə möhür onlarda var. Onlar da bildirmişlər ki, müraciətə o möhürü vurub onlara təqdim etsinlər. Onlar belə etmişlər. X31 ilə bağladıqları müqavilə sübut kimi təqdim olunub. Belə ki, müqavilə xx.xx.2022-xx.xx.2023-cü illər arasını əhatə edən, 5 aylıq bir müqavilə idi. Həmin vaxt Əminə xanım bankla bağlı bütün sənədləri özü ilə apardığından onlar maddi cəhətdən heç bir tədbir həyata keçirə bilməmişlər və bununla bağlı fonda bildirmişlər. Oradan onlara bildirilmişdir ki, bu iş çox uza müddət bitir. Təbii ki, həmin bildiriş onlara Əminə xanım tərəfindən təqdim edilməyib. Nəticədə onlar layihəni təhvil verə bilməmişlər. İyunda da vəsaitin geri qaytarılması tələb olundu və onlar geri qaytarmağa məcbur olmuşlar. Əminə xanım prokurorluğa və digər orqanlara şikayətlər ünvanlayırdı. Bundan başqa, rüblük hesabat verilməli olduğu halda o, belə verilməmişdir. Sənədlər də onda olub. Onlar yalnız sənədləri əldə etdikdən sonra banka müraciət edə bilmişlər. Səlahiyyətlər onlara tam olaraq may ayında keçib və onlar o zaman da ödənişi edə bilmişlər.
6. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ilk öncə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlara münasibətə bildirmək istəyir ki, həmin subutlarıın bir qismi əvvəlki məhkəmə iclaslarında xarici dilə məhkəməyə təqdim edilmiş sənədlərin tərcüməlidir ki, onların tərcümələri məhkəmə hazırlıq iclaslarında verilməli olduğu halda, baxış iclasında təqdim edilmişdir. Bir qisim sübutlar isə ümumiyyətlə hazırlıq iclasında təqdim edilməyən və baxış iclasında ilk dəfə təqdim edilən sənədlərdir. Hesab edirlər ki, hər iki sübut iş materiallarından çıxarılmalıdır və onlara sübut qismində qiymət verilə bilməz. İddia tələbinə gəlincə isə bildirir ki, iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçı ayrılıqda Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi kimi 8600 manat və cavabdehlərdən müştərək qaydada vurulmuş mənəvi ziyanın əvəzi kimi 5000 manat pulun tutularaq onlara ödənilməsini tələb edir. İddia tələbinin 8600 manat hissəsinin isə 6300 manatı iddiaçıya verilmiş layihənin əldə çıxması ilə bağlı itirilmiş qazanc, 500 manat hissəsi vəkil xərci kimi ödənilmiş pul, 1624 manat hissəsi isə vergi borcu ilə bağlıdır. Layihə ilə bağlı bildirir ki, Gənclər Fondu ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanılıb. Həmin müqavilə həmin dövrdə sədr olan, hazırki mülki iş üzrə hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh1 tərəfindən imzalanıb, möhürlənib. O, sədr olaraq üzərinə düşən öhdəliyi icra edib. Daha sonra həmin layihənin hansı səbəbdən icra edilməməsi artıq iddiaçının öhdəsində olan bir məsələdir. Layihənin icra edilməməsinə səbəb isə o idi ki, həmin dövrdə iddiaçı təşkilatda müəyyən dəyişikliklər edilməsi istiqamətində addımlar atılırdı. Cavabdeh1 sədrlikdən çıxarılmaq və yerinə yeni sədr təyin etmək istəyirdilər. Layihə ilə bağlı məsuliyyətin də gələcəkdə Cavabdeh1 öhdəsində qalması üçün bu layihə sonra icra olunmadı. Bundan başqa, onlarda olan məlumata əsasən həmin layihə ilə bağlı daha sonra iddiaçı ilə Gənclər Fondu arasında başqa adla yeni bir müqavilə bağlanılıb və təxminən həmin məbləğdə pul da ödənilib. Nizamnamədə də sədrin səlahiyyətləri sadalanıb. Sədr lazımi sənədləşmələri aparır. Onların icra edilməsi isə artıq katiblik və s.orqanlarının öhdəsindədir. Bundan başqa fond tərəfindən ödənilən pul sadəcə xərclərin ödənilməsinə yönəldilir. İddiaçı ictimai birlik olduğuna görə onun qazanc əldə etməsi yolverilməzdir. İctimai fond nə qədər ki, layihə ilə bağlı fəaliyyəti həyata keçirməyib, o qazanc əldə edə bilməz, həmin pul ona verilə bilməz və iddia tələbi də bu hissədə təmin edilə bilməz. Vergi borcu ilə bağlı bildirir ki, qarşı tərəf Cavabdeh1 vergi borcunu vaxtında ödəməməsi nəticəsində 1624 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsini tələb edir ki, həmin tələb tam absurd bir tələbdir. Belə ki, bununla bağlı məhkəməyə təqdim edilmiş 5 sənəd vardır ki, həmin sənədlərin ümumiyyətlə hansı dövrlərə aid vergi borcu olması göstərilmir. Əgər müəyyən edilsə ki, həmin vergi borcu A.Abdullayevanın sədrlik etdiyi dövrə aiddir, belə olsa belə Cavabdeh1 həmin vergi borcuna görə məsuliyyət daşımır. O, sadəcə ən pis halda gecikdirməyə görə hesablanmış faizlərə görə məsuliyyət daşıya bilərdi ki, hesab edirlər ki, bu da tam əsassızdır. Belə ki, Cavabdeh1 sədrlik etdiyi dövrdə vergi hesabatlarının verilməsi ilə bağlı nizamnamədə hər hansı öhdəliyi nəzərdə tutulmayıb. Əksinə baş katibin səlahiyyətləri sırasında nizamnamədə birliyin illik fəaliyyət büdcəsi və xərclərinin idarə edilməsi göstərilib.Möhürlə bağlı məsələyə münasibət bildirir ki, qarşı tərəf möhür Cavabdeh1 olduğu üçün hesabatların verilməsi, yəni sədrin qeydiyyata alınması və s.məsələləri həll edə bilmədiklərinə istinad edirlər. Keçən məhkəmə iclasında da qeyd edildiyi kimi, möhürdə səhv olub və Ə./Abdullayeva həmin səhvin aradan qaldırılması üçün müəyyən tədbirlər görüb. Lakin həmin möhür qeydiyyata alınmayıb. Nə qədər ki, möhür rəsmi qeydiyyata alınmayıb, həmin möhür heç bir hüquqi qüvvəyə malik deyildi. Qarşı tərəfdə isə köhnə, yəni AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş möhür var idi, həmin mbhürlə istənilən tədbirləri həyata keçirə bilərdilər. Bundan başqa, Cavabdeh1 ümumiyyətlə təhvil-təslim ilə bağlı rəsmi müraciət edilməyib. Bununla bağlı iddia tərəfin təqdim etdiyi «mail» yazışmaları ingilis dilində olmuşdur və onun tərcümə olunmuş sürətləri hazırki məhkəmə icllasında təqdim edilmişdir. Hesab edirlər ki, həmin sübutlara məhkəmə tərəfindən hüquqi qiymət verilə bilməz. İşgüzar nüfuza zərər vurulması ilə bağlı bildirir ki, məhkəmə həmin ziyanı o vaxt təmin edilə bilər ki, maddi ziyan isbat olunsun və təmin edilsin. Həmçinin maddi ziyan hissəsində hesab edirlər ki, iddia təmin olundu. İşgüzar nüfuza ziyan vurulçası ilə bağlı iddiaçı tərəf «mail» yazışmaları təqdim etmişdir ki, onlar həmin yazışmaları yayılma hesab etmirlər. Bundan başqa həmin məlumatların yalan olduğu bildirilir ki, bu doğru deyil. Belə ki, həmin yazışmalarda Cavabdeh1 sadəcə mövcud vəziyyətlə bağlı məlumat verib. Həmçinin qarşı tərəf işgüzar nüfuzla bağlı ona ziyan dəyməsini isbat edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. 500 manat vəkil xərci ilə bağlı qeyd edir ki, bu ictimai birliyin sədri olaraq Cavabdeh1 tərəfindən atılan bir addım olub. Belə ki, birlik daxilində araşdırılmalı məsələlər olub. Ona görə də Cavabdeh1 tərəfindən vəkil xidmətindən istifadə edib. Tutaq ki, hazırki iddia tələbi rədd edildi. Bu zaman iddiaçı yeni rəhbərdən hazırki mülki işlə bağlı təyin edilmiş vəkilin xərcini tələb edəcəkmi? Hesab edirlər ki, iddia tələbi bütün hissələrdə tam əsassızdır və rədd edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, yeni sədrin qeydə alınması üçün AR ƏN-nə sənədi göndərərkən onu köhnə möhürlə təsdiq etmişdilər. Həmin köhnə möhür də, əvvəldən onlarda olub. Onlar bütün sənədləri həmin möhürlə təsdiq edə bilərdilər. Bunu etməmələri artıq iddiaçı tərəfin öhdəsindədir. Bundan başqa sübutlarla bağlı bildirir ki, qarşı tərəf həmin sübutların bir hissəsinin ingilis dilində daha öncə verilməsini önə sürür. Lakin hazırki verilən tərcümə də nəticə etibarı ilə sübutdur və qəbul edilməməlidir. Digər sübutların təqdim edilməsində də zərurət sonradan yaranmamışdır. İddiaçı tərəf istəsə idi, daha öncə həmin sübutları təqdim edə bilərdi. Möhürün cavabdehdə olması səbəbindən təşkilatın fəaliyyətinin iflic olmasını da qəbul etmirlər. Belə ki, iddiaçı tərəf bildirdi ki, köhnə möhür onlardadı. Həmin möhürdən istifadə edə biləcəklərini bilməmələrinin riskini də özləri daşımalıdır. Bunun cavabdehə heç bir aidiyyəti yoxdur. Səlahiyyətlə bağlı isə bildirir ki, nə qədər ki, AR ƏN-də sədr dəyişməyib onda əvvəlki sədr səlahiyyətlidir. Bundan başqa, iddiaçının nümayəndəsi özü də bildirdi ki, Gənclər Fondu ilə layihələri olub, indidə davam edir. Yəni onların işgüzar nüfüzuna zərər dəyməyib. Bununla bağlı onlara qarşı iddiaları əsassızdır. Həmçinin qarşı tərəf bildirir ki, Cavabdeh1 AR ƏN-nə müraciət edib ki, sədr dəyişilməsin. Bununla bağlı iş materiallarında heç bir sübut yoxdur.
7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, layihə ilə bağlı onun tərəfindən bütün zəruri tədbirlər atılmış, müqavilə təsdiq edilmiş, büdcə məsələləri ilə bağlı da tədbirlər görülmüşdür. Layihə isə artıq 2022-ci ilin dekabrında başlamışdır. Yanvar ayında layihənin rəhbəri ona bildirmişdir ki, hər şey qaydasındadır və layihə icra olunur. Lakin keçən məhkəmə iclasında da cavabdehin nümayəndəsinin etiraf etdi ki, daha sonra layihə təsisçilər tərəfindən dayandırılıb. Bundan sonra iddiaçı tərəf başqa bir adla layihəni daha sonra əldə etmiş və pulu almışdır. 500 manat vəkil xərci ilə bağlı bildirir ki, o, 2022-ci ilin avqust ayında sədr seçilmişdir. Daha sonra bir neçə ay ölkədə olmamışdır. Noyabr ayında ölkəyə qayıtmışdır. Bundan sonra müəyyən hüquqi prosedurları həyata keçirməyə başlamışdır. Belə ki, elektron imzanı adına keçirmiş, möhürdəki səhvin düzəldilməsi üçün çalışmış, banka sorğu vermiş və hansı pul köçürmələrinin həyata keçirilməsini öyrənmək istəmişdir. Bankdan ona verilən çıxarışdan məlum olmuşdur ki, müəyyən bir məbləğ büdcədə yoxdur. Şəxsi kartlara ödənişlər edilib. Həmin dövrdə də təsisçilərlə idarə heyəti olan onların arasında müəyyən çəkişmələr başlamışdır. O, istəməmişdir ki, onun sədr olduğu dövrdə müəyyən qanunsuzluqlar baş veribsə, bu sonradan onun adı yazılsın. Ona görə də idarə heyəti ilə qərar vermişlər ki, vəkil tutaq və bu hallar araşdıraq. Daha sonra bununla bağlı vəkillə müqavilə bağlamışlar. Qaimə əsasında ona 500 manat ödəniş etmişlər. 8.Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 Məmmədhüseyn oğlu iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. İş materiallarında olan «Donor» qismində Azərbaycan Respublikasının Gənclər Fondu adından Fondun icraçı direktoru X23 və «Resipiyent» qismində «Sağlam Düşüncə» X19 Birliyi adından Cavabdeh1 arasında bağlanmış Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyə dəstəyinin göstərilməsi haqqında A-50 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Donor pulsuz, əvəzsiz və məqsədyönlü şəkildə Müqavilə üzrə Qrantın Resipiyentə ayrılmasını, Resipiyent isə Qrantın məqsədyönlü şəkildə istifadəsini təmin edir (bənd 1.1). Donor «Ekoİnkişaf X3» adlı Layihənin icra edilməsi üçün 9.000 manat məbləğində maliyyə vəsaiti ayırır. Maliyyə dəstəyi yalnız bu Müqavilədə və bu Müqaviləyə Əlavə İ, Əlavə İİ və Əlavə İİİ-də göstərilən məqsəd və qaydada istifadə edilə bilər (bənd 1.2). Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş Layihə üzrə işlərin aparılması şərtləri bu Müqavilə ilə müəyyən edilir (bənd 1.3). Müqavilə imzalandığı gündən qüvvəyə minir. Bu Müqavilə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin müddəti layihənin müddəti ilə eyni vaxtda bitir (bənd 2.1). layihənin müddəti 5 aydır. Müddətin hesablanması pulun köçürülməsi tarixindən başlanır. Ayrılmış maliyyə vəsaiti Layihənin icra olunduğu tarixlərdə istifadə olunmalıdır (bənd 2.2). Layihə üzrə aparılacaq işlərin müddətinin əvvəli ilkin olaraq başlama tarixi xx.xx.2022-ci il tarixli, sonu bitmə tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilir və Sumqayıt şəhəri keçirilməsi ilə müəyyən edilir (bənd 2.3).
11. İş materiallarında olan «Sağlam Düşüncə» Gənclər X11 ümumi yığıncağı İX Növbədənkənar-Seçki Konfransının 28 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, X9 növbəti 2 il müddətinə «Sağlam Düşüncə» X16 seçilməsi, növbəti 2 il müddətinə Orxan Bayramov, Fəridə Baxışova, Ləman Əlipaşayeva və X20 heyətinin üzvlərinin seçildilməsi, namizədlər içərisində ən çox səs yığmış Orxan Bayramovun sədr müayini müəyyən edilməsi, növbəti 2 il müddətinə Əli Eminli, Ülkər Ələkbərli və X24-Təftiş Komissiyasının (NTK) üzvləri seçildilməsi, «Sağlam Düşüncə» Gənclər Təşkilatının xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokoluna əsasən qərarların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi və qeyrikommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışının əldə edilməsi üçün Sevinc Qasımovanın səlahiyyətli nümayəndənin təyin edilməsi qərara alınmışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X2 Reyestrindən Çıxarışından görünür ki, «Sağlam Düşüncə» X19 Birliyi xx.xx.2006-cı il tarixdə 1106-Q10-2087 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, fəaliyyət məqsədi gəncə və yeniyetmələr arasında humanizm və vətənpərvərliyin təbliğ edilməsinə, qeyriformal təhsilin inkişafına və inklüziv mühitin yaradılmasına kömək etməsi, qeyri-hökümət təşkilatının icra orqanlarının əvvəlki tərkibi: İdarə heyətinin üzvləri - Cavabdeh1 (sədr), Cavabdeh3 (sədr müavini), X14, X10, Cavabdeh2 (üzvlər), qeyri-hökümət təşkilatının icra orqanlarının hazırki tərkibi: idarə heyətinin üzvləri – X18 (sədr), X12, X14, X10, X15 (üzvləri), qeyri-hökümət təşkilatlarının icra orqanlarının səlahiyyət müddəti – xx.xx.2024-ci il tarixədək, İctimai birliyin üzvlərinin əvvəlki sayı: 55 nəfər, ictimai birliyin üzvlərinin hazırki sayı: 67 nəfər, əvvəlki qanuni təmsilçi: Cavabdeh1, hazırki qanuni təmsilçi: X18, qeydiyyata alınmanın hüquqi əsasları: xx.xx.2023-cü il tarixli Ümumi yığıncağın protokolu və digər sənədlər, dəyişikliyin qeydiyyat tarixi – xx.xx.2023-cü il tarixidir.
13. İş materiallarına əlavə edilmiş X27 X11 səlahiyyətli nümayəndəsi Sevinc Qasımova tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üvnanlanmış xx.xx.2023-cü il tarixli müraciətlərin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Nəzarət Təftiş Komissiyası tərəfindən Nizamnaməsinin 6.2-ci maddəsi əsas gətirilməklə növbədənkənar ümumi yığıncaq çağırılmışdır. Ümumi Yığıncaqda xx.xx.2022-ci il tarixli məmvermə və səsvermənin nəticəsi olaraq formalaşmış İH və NTK-nın istefaya göndərilməsi növbədənkənar seçkilərin keçirilməsi səsə qoyulmuş (şəffaf səsvermə yolu ilə) və onlayn səsvermənin keçirilməsi qərarı qəbul edilmişdir. Keçirilən səsvermədə 67 üzvdən 63 üzv iştirak etmiş və 41 üzv xx.xx.2022-ci il tarixində həyata keçirilmiş seçkilərin nəticəsinin ləğv olunması və növbədənkənar seçkilərin keçirilməsinə səs vermişdir. Ümumi Yığıncağın qərarına əsasən xx.xx.2023-cü ilə X7 təyin edilmiş və seçki baş tutmuşdur. Seçkidə 51 üzv səs hüququndan istifadə etmiş və Sevinc Qasımova 39 səslə X27 Təşkilatı İB-nin növbəti 2 il müddətinə Sədri seçilmişdir. Təşkilatın rəsmi sənədləri və möhürün keçmiş İdarə heyəti tərəfindən saxlanıldığından və «Sağlam Düşüncə» Gənclər Təşkilatının xx.xx.2023-cü il tarixli Ümumi yığıncağının qərarına əsasən birliyin səlahiyyətli nümayəndəsi Sevinc Qasımovaya təhvil verilmədiyindən onlara rəsmi olaraq müraciət ünvanlayıb, qeyd edilən sənədlərin və möhürün səlahiyyətli nümayəndəyə yəni S.Qasımovaya təhvil verilməsini tələb edir. Sənədlərin və möhürün 24 saat ərzində təhvil verilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi «Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə tamala, məhv etmə, zədələmə və ya gizlətmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etsə ilə cəzalandırılır» əsas gətirilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ünvanlanacaq.
14. İş materiallarına əlavə edilmiş X27 X11 səlahiyyətli nümayəndəsi Sevinc Qasımova tərəfindən Sumqayıt şəhər Polis İdarəsinə, Sumqayıt şəhər Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, «Sağlam Düşüncə» Gənclər Təşkilatı 2006-cı il 07 yanvar tarixində Sumqayıt şəhərində bir qrup gənc tərəfindən təsis edilmiş qeyri-siyasi, qeyri-kommersiya, qeyri-hökümət gənclər qurumudur və 2006-cı il 29 aprel tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Qeydiyyat № 1106-Q10-2087). xx.xx.2022-ci il tarixdə Nəzarət Təftiş Komissiyası tərəfindən Nizamnaməsinin 6.2-ci maddəsi əsas gətirilməklə növbədənkənar ümumi yığıncaq çağırılmışdır. Ümumi Yığıncaqda xx.xx.2022-ci il tarixli məmvermə və səsvermənin nəticəsi olaraq formalaşmış İH və NTK-nın istefaya göndərilməsi növbədənkənar seçkilərin keçirilməsi səsə qoyulmuş (şəffaf səsvermə yolu ilə) və onlayn səsvermənin keçirilməsi qərarı qəbul edilmişdir. Keçirilən səsvermədə 67 üzvdən 63 üzv iştirak etmiş və 41 üzv xx.xx.2022-ci il tarixində həyata keçirilmiş seçkilərin nəticəsinin ləğv olunması və növbədənkənar seçkilərin keçirilməsinə səs vermişdir. Ümumi Yığıncağın qərarına əsasən xx.xx.2023-cü ilə X7 təyin edilmiş və seçki baş tutmuşdur. Seçkidə 51 üzv səs hüququndan istifadə etmiş və Sevinc Qasımova 39 səslə X27 Təşkilatı İB-nin növbəti 2 il müddətinə Sədri seçilmişdir. Təşkilatın rəsmi sənədləri və möhürü təşkilatın inventarları olmasına baxmayaraq buraxılmış İdarə heyətinin sədri Cavabdeh1, üzvləri Cavabdeh2 və Cavabdeh3 tərəfindən gizlədilmiş və birliyin səlahiyyətli nümayəndəsi tərəfindən inventarların təhvil verilməsi ilə bağlı rəsmi müraciət ünvanlansa da, təhvil verilməmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən təşkilatın rəsmi sənədlərinin və möhürün ümumi yığıncağın qərarına əsasən səlahiyyətli nümayəndəyə verilməsi ilə bağlı şikayət ərizəsi nəzərə almasını xahiş etmişdir.
15. İş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun böyük müstəntiqi X26 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərarın surətindən görünür ki, «X27 Təşkilatı» İctimai Birliyinin qanuni təmsilçisi Cavabdeh1 Sumqayıt şəhər prokurorluğuna müraciət edərək 28 avqust – 04 noyabr 2022ci il tarixlərdə Birliyin əvvəlki qanuni təmsilçisi X5 Birliyin hesabına köçürülmüş 23685 manat məbləğində pul vəsaitini mənimsədiyini bildirmiş və həmin müraciət əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, «Sağlam Düşüncə» X1i təmsilçisi qismində xx.xx.2922-ci il tarixdən Cavabdeh1 Müşfiq qızı çıxış etsə də, şəxsiyyət vəsiqəsi ilə bağlı problemləri olduğundan, həmçinin ölkə hüdudlarından kənarda olduğundan, qanuni təmsilçi olması barədə sənədləri banka təqdim etməmiş və öz razılığına əsasən bank əməliyyatları üzrə qanuni təmsilçi qismində keçmiş idarə heyətinin sədri X12 çıxış etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Orxan Bayramovun kart hesabı kimi göstərilmiş hesab əslində ictimai birliyin kart hesabı olmuş, sadəcə olaraq Orxan Bayramovun qanuni təmsilçi olduğu vaxtlarda həmin hesab açıldığından onun adı qeyd edilmişdir. Bundan başqa, ictimai birlik tərəfindən təşkil olunmuş hər tədbirdən sonra layihə sifarişçilərinə görülmüş işlərlə bağlı hesabat təqdim olunmuş və layihə sifarişçiləri tərəfindən tədbirə ayrılmış pul vəsaitlərinin xərclənməsi ilə bağlı hər hansı bir narazılıq ifadə edilməmişdir. Belə ki, araşdırma materialına əlavə edilmiş bank hesablarındaan, çıxarışlardan və xidmət müqavilələrindən görünür ki, layihə sifarişçiləri tərəfindən ictimai birliyin hesabına müxtəlif vaxtlarda köçürülmüş pul vəsaitləri layihə çərçivəsində xərclənmişdir. Bəzi xərclər nağd qaydada aparıldığından ictimai birliyin bank hesablarından birliyin Orxan Bayramovun adına açılmış kart hesabına köçürülmüş, oradan isə nağdlaşdırılaraq layihə çərçivəsində müəyyən işlərin görülməsinə xərclənmişdir. Bunu da layihə sifarişçiləri tərəfindən araşdırma müddəti ərzində şəhər prokurorluğuna hər hansı bir şikayət və ya tələbin ünvanlanmaması bir daha təsdiq edir. Beləliklə, aparılmış araşdırma zamanı «X27 Təşkilatı» İctimai Birliyinin qanuni təmçilsiçi Cavabdeh1 birliyin keçmiş qanuni təmçilsi Orxan Bayramovun 23685 manat məbləğində pul vəsaitini mənimsəməsi ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
16. İş materiallarına əlavə edilmiş və azərbaycan dilinə tərcümə edilmiş Cavabdeh1 tərəfindən Tomasz Szopanın adına ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubundan görünür ki, o, Cavabdeh1, Azərbaycanda 2023-2024-cü illər üçün SALTOnun info-mərkəzi seçilmiş X27 Təşkilatının (SDGT) qanuni nümayəndəsidir. Təkliflə bağlı həlledici məsələ ilə əlaqədar olaraq bu təcili müraciəti yazır. Yanvarın ortalarında o, və CSYO idarə heyətinin daha iki üzvü (sədr müavini Cavabdeh3 və Cavabdeh2 – İdarə Heyətinin üzvü) onun qanuni icazəsi olmadan təşkilatın bank hesablarından nağd pul köçürmələrini müəyyən etmişlər. Korrupsiya faktından şübhələndilər və işin bütün təfərrüatları ilə Azərbaycan Renspublikası Prokurorluğun rəhbərinə məlumat vermişlər. Yanvarın 12-dən araşdırmalar başlanılıb və onlar təşkilat adından bütün bank köçürmələrini dayandırmışlar. İstintaq davam etdiyi üçün prosesin sonuna qədər heç bir müqavilə imzalamırlar və heç bir qrant qəbul etmirlər. Ötən e-poçtda Ramiz Əliyev qeyd etmişdir ki, Sevinc Qasımova yeni qanuni nümayəndə seçilib. Artıq başa düşdüyü kimi, yuxarıda qeyd olunan problemə görə qurumun idarə heyətində heç bir dəyişiklik olmayıb və istintaqın sonuna qədər də olmayacaq. Əlavə edilmiş sənədlərdə onun təşkilatda tutduğu vəzifənin sübutunu görə bilərdi. Aydındır ki, sənədi imzalayacaq yeganə şəxs o, Cavabdeh1dır. Əgər ondan başqa hansı bir şəxsdən imza alsa, imzanın etibarlı olmadığını bildirin. İmza yalnız CSYO-nun idarə heyətinə aid olan bu e-poçtdan göndəriləcək (mailto:сдэтбоард@эмаил.ъомElektron ünvan ). Dərin təəssüf hissi ilə bildirir ki, davam edən istintaqa görə o yeni bir xəbərdarlığa qədər prosesi sonlandırmaq istəyir, bunun da olacağını da qeyd etmək lazımdır ki, Norveçdəki ilk məlumat sessiyasında iştirak etmək üçün tərəflərindən heç bir şəxs olmayacaq. O, yalnız öz e-poçt ünvanı olan (mailto:сдэтбоард@эмаил.ъомElektron ünvan ) ilə əlaqə saxlayacaq və prosesin gedişi ilə bağlı məlumat verəcək. Prosesin sonunda nəticələr onunla paylaşılacaq və hər şey qaydasında olarsa, bütün tədbirlərlə əməkdaşlığı davam etdirəcəklər. Onun mövqeyini sübut etmək üçün başqa hüquqi qurumlardan əlavə sənədlərə ehtiyacları varsa, o, onları da asanlıqla təqdim edə bilər.
17. İş materiallarına əlavə edilmiş və azərbaycan dilinə tərcümə edilmiş Cavabdeh1 tərəfindən Simon Presserin adına ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubundan görünür ki, adı Cavabdeh1dır və o, Azərbaycanda yerləşən «Sağlam Düşüncə» X16dir. Təşkilatı ilə bağlı təcili bir məsələ məlumat vermək istərdi. Təşkilatının bəzi üzvləri ilə bağlı daxili hüquqi problemlər yaşayır. Təəssüf ki, bu məsələlərin hüquqi cəhətdən qeyri-qanuni tərəfləri var, ona görə də xx.xx.2023-cü il tarixdən hazırda prokurorluq tərəfindən araşdırmalar aparılır. Yuxarıda qeyd olunan problemə görə təşkilatda heç bir sədr dəyişikliyi olmayıb və istintaqın sonuna qədər də olmayacaq. Əlavə edilmiş sənədlərdə onun təşkilatdakı vəzifəsi və bank hesabları üzrə qanuni təmsilçiliyini sübut edən məlumatlarla tanış ola bilər. Mövcud şərtlərlə əlaqədar olaraq onlar idarə heyəti olaraq pul köçürmələrinin şəffaflığının araşdırılması və sığortalanması məsələsi sonlanana qədər heç bir layihə ilə ortaqlıq etməmək qərarına gəlmişlər. Tərəfdaş təşkilat kimi qoşulduqları və hər iki layihənin bir mərhələsini Azərbaycanda keçirməyi planlaşdırdıqları iki layihə var, lakin yuxarıda qeyd etdiyi kimi nə layihəyə ev sahibliyi edə bilirlər, nə də layihələrə tərəfdaş ola bilirlər. Təqdim olunan YOU-D49D5A86 və KA153- YOU-D288F860 idi. Dərin təəssüf hissi ilə bildirir ki, davam edən təhqiqat səbəbindən sadəcə olaraq ev sahibliyi etmək üçün büdcəni qəbul edə bilmədiyinə görə növbəti bildirişə qədər prosesi dayandırmaq istəyir. Ondan başqa hər kəsdən hər hansı imza/möhür alacaq olsa, bilinsin ki, digər imza/möhür etibarlı deyil. Onun mövqeyini sübut etmək üçün başqa hüquqi qurumlardan əlavə sənədlərə ehtiyacları varsa, o, onları da asanlıqla təqdim edə bilər.
18. İş materiallarına əlavə edilmiş və azərbaycan dilinə tərcümə edilmiş Cavabdeh1 tərəfindən İlaria Zomer & İtalian NGO (X34 Regis) və İtalia Milli Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubundan görünür ki, o, Cavabdeh1, Azərbaycanda 2022-ci ilin avqust ayından indiki vaxtda yerli və xarici olaraq bütün tanınmış sənədlərdə Sağlam Düşüncə X16 və hüquqi nümayəndəsidir (CSYO) (Organization İD(OİD) E10200624, ERASMİS+PİC (UNİQUE İD CODE) 9********). Güman edir ki, onlar KA2 layihəsinə sahiblik edən təşkilatında baş verən daxili qanunsuz problemlər barədə artıq məlumatlıdırlar (2022-1-İT03-KA220-YOU-000086507 Gənclər üçün İş-İtaliyada keçiriləcək gənclərin reabilitasiyası). 2022-ci ilin oktyabr ayından etibarən CSYO-nun sədri olaraq QHT-lərdə bütün idarəetmə proseslərinə rəhbərlik edir, o da əvvəldən bu xüsusi layihə üçün Azərbaycandan layihə yazan komandada olmuşdur. Təəssüf ki, təşkilatlardan bəzi üzvlərin görüşünə bir həftə qalmış İtaliya QHT-yə e-məktub göndəriblər, onların təxribatlarına görə bütün faktlara rəhmən onun müqaviləsi ləğv edilib. Onlarla əlaqə saxlayan insanlar Prokurorluq tərəfindən korrupsiyaya işi ilə bağlı araşdırmalara cəlb olunublar. QHT-lərdə qeyri-qanuni köçürmələri aşkar edəndə idarə heyəti üzvləri ilə müzakirə etmişdir və girişi bloklayaraq dayandırılmağa çalışılan araşdırmalara başlamışlar, e-poçt və yeni seçim prosesi həyata keçirmişlər. İtalyan QHT-nin perspektivini də başa düşməyə çalışır, onlar öz perspektivindən yanaşırlar. Davamlılıq tələb edən KA2 və «yeni şuranın» tanınmadan təmin edə bilməyəcəyi, onsuz da göndərilməyən və bir aydır söz hüquqi sənədlərdən aydın şəkildə görünür. Avropa Komissiyası tərəfindən müəyyən edilmiş yeni qaydalara əsasən bütün iştirakçı təşkilatlarda təsdiq edilmiş layihələrin 4 əsas sənədi olmalıdır (mümkünsə ingilis dilində). Təşkilat xahiş edən kimi hamısını təqdim etmiş və vəziyyəti ətraflı şəkildə bildirmişdir. Bundan əlavə, 1-ci mərhələ üçün yeni iştirakçıların seçilməsi üçün cəmi 15 gün vaxt verilir, lakin ortada heç nə yoxdur. Bütün bu hadisələr göstərir ki, bir neçə nəfər bu fürsətdən yalnız təşkilatı çaşdırmaq üçün istifadə edib. Bütün bu faktları nəzərə alaraq o, NA-dan tərəfdaşlıq vəziyyətinə yenidən baxmasını xahiş edir. Qeyri-qanuni orqanlar hansılar ki, sövdələşməyən və təqiblərə rəhbərlik edə bilməyəcəklər. Sədr kimi qeyd etməlidir ki, o, bu layihədə üçüncü tərəflər və İtaliya QHT-si tərəfindən seçilmiş iştirakçılar ilə bağlı qanunu rəsmən təsdiq etməmişdir. Bundan əlavə büdcənin ödənilməsi üçün mənədlər və qarşıdakı mərhələlərdə sonrakı mərhələlərlə bağlı heç nəyə imza atmayacaq. Bundan əlavə təəssüf ki, bir İtaliya QHT-si yalan məlumatlara və provakasiyalara əsaslanır. Üstəlik, bu layihədə aylarla çalışdıqları bir insan kimi aldıqları bütün qanunsuz sənədləri onunla paylaşmasını xahiş etmişdir.
19. İş materiallarında olan İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X13 Baş İdarəsi tərəfindən «X27 Təşkilatı» İctimai Birliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********2 nömrəli bildirişindən görünür ki, «X27 Təşkilatı» İctimai Birliyinin xx.xx.2023-cü il tarixə ümumilikdə 806,70 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 770,34 manat, faizlər üzrə 36,36 manat borcu vardır.
20. İş üzrə "xxxx" ASC-nin SD/084/23 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən «Sağlam Düşüncə» X19 Birliyi tərəfindən Bakı şəhəri 21 saylı vəkil bürosuna EBDF 897169 saylı qaiməyə əsasən 1300 manat ödəniş etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
21. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «X27 Təşkilatı» İctimai Birliyi xx.xx.2006-cı ildə yaradılmış və xx.xx.2006-cı ildə müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas fəaliyyəti gənclər sahəsində müxtəlif layihələrin həyata keçirilməsidir. xx.xx.2022-ci ildə Təşkilat üzvlərinin növbədənkənar Ümumi Yığıncağı keçirilmiş və Təşkilatın idarəetmə orqanlarının səlahiyyətlərinin dayndırılması və növbədənkənar sədr və idarəetmə orqanlarının seçilməsi haqqında qərar qəbul edilmiş və xx.xx.2023-cü ildə təşkilatın idarəetmə orqanlarının tərkibi yenilənmişdir. Ümumi Yığıncağın qərarına məhəl qoymayan əvvəlki sədr Cavabdeh1, İdarə heyətinin üzvləri Cavabdeh2 və Cavabdeh3 təşkilatın işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, Cavabdeh1 təşkilatın möhürü, asan imza və sədr səlahiyyətlərinin yerinə yetirilməsi üçün zəruri digər sənədləri təhvil verməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 qanunsuz hərəkətlərinə görə iddiaçıya vurduğu maddi zərər qismində 8600 manat, cavabdehlərdən müştərək qaydada işgüzar nüfuzun pozulmasına görə zərərin əvəzi qismində 5000 manat və iddianın məhkəmə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,17 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1300 manat, bütövlükdə 6434,70 manat vəsaitin tutularaq «X27 Təşkilatı»na ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
22. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlimiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır.
26. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir.
27. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadi-sosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərpa edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır.
28. Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.
29. Mülki Məcəllənin 48.2-ci maddəsinə əsasən hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər.[
30. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər.
31. Məhkəmə qeyd edir ki, mülki işin materiallarına həmçinin tərəflərin vermiş olduğu izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı «X27 Təşkilatı» İctimai Birliyinin ilkin olaraq təsis edilərkən bir möhürə (dəyişiklik edilmədən) malik olmuş və bütün hüquqi prosedurlar, ümumi yığıncağın keçirilməsi və s hərəkətlər həmin möhür əsasında həyata keçirilmişdir. Sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsidə bunu etiraf edərək əvvəlki möhürün özlərində olmasını bildirmişdir. Yəni 2013-cü il 15 yanvar tarixli iclası keçirilərkən idarə heyətinin sədri dəyişdirilmiş və həmin dəyişiklik barədə iclas protokoluna həmin an möhür vurulmamışdır. Bundan sonra yalnız aprel ayında iddiaçı müvafiq icra hakimiyyəti orqanına yaxınlaşaraq həmin dəyişikliyin qeydiyyata alınması barədə reystrə daxil edilməsi barədə istəyini bildirməsi zamanı müəyyən edilmişdir ki, əvvəlki möhür iddiaçıda olmaqla bu proseduru həyata keçirilməsi mümkündür. Yalnız bu barədə məlumat aldıqdan sonra iddiaçı tərəf həmin 15 yanvar tarixli iclas prokoluna möhür vurmuş və daha sonra müvafiq icra hakimiyyəti orqanında qeydiyyatın aparılması mümkün olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfdə möhür ola-ola hüququndan vaxtında istifadə etməməsi hazırda maddi tələblə cavabdehdən pulun tələb edilməsi tam əsassız olmuşdur. Bu halda iddiaçının özü müvafiq dəyişiklik barədə əvvəlki möhürlə hərəkət etməli və qeydiyyatdan keçdikdən sonra prosessual hüquqlarından istifadə etməli idi. İddiaçı isə bundan istifadə etməyərək yalnız formal mülahizələrdən çıxış edərək cavaddehdən möhürün ona verilməməsi səbəbindən maddi ziyan çəkməyinə istinad etməsi əsassız olmuşdur. Bundan əlavə isə məhkəmə qeyd edir ki, qeyd edilən qanuni təmsilçinin dəyişdirilməsi barədə iclas protokolu 15 yanavr 2023-cü il tarixdən aprel 2023-cü il tarixədək qüvvəsi olmamışdır. Belə ki, həmin protokol möhür iddiaçıda ola-ola həmin an möhürlənməmişdir. Bundan əlavə isə iddiaçı tərəf möhürün cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə məhkəməyədə müracit etməmişdir.
32. Həmçinin məhkəmə iddiaçı tərəfindən məhkəmənin baxış iclası zamanı Sevinc Qasımova tərəfindən Cavabdeh1 ünvanlanmış bəzi müraciətlər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, mövcud mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübutlar yalnız məhkəmənin hazırlıq iclası zamanı verilməlidir. Lakin tərcümə edilmiş sübutlar isə iş materiallarına əlavə edilməklə sübut növü kimi qəbul edilməlidir. Belə ki, tərcümə edilmiş sənədlər əvvəlki hazırlıq iclası zamanı tərcümə edilməmiş formada verilməməsi onun qəbul edilməməsi mənasını daşımamalıdır.
33. Bundan əlavə isə iddianın cavadeh Cavabdeh1 tərəfindən 500 manat vəkil ilə müqavilə bağlaması səbəbindən pulun tələb edilməsi hissəsində qeyd edir ki, həmin dövrdə cavadeh Cavabdeh1 qeyd edilən hüquqi şəxsin qanuni təmsilçisi olmuş və hüquqdan heç bir sui istifadə etməmiş və tam səlahiyətli olmuşdur.
34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 qanunsuz hərəkətlərinə görə həm vergidən yaranmış borcla bağlı, vəkil xərci ilə bağlı, həmdə müqavilədən gələn gəlirdən məhrum olmaları ilə bağlı iddiaçıya vurulmuş maddi ziyana görə 8600 (səkkiz min altı yüz) manat pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.
35. Məhkəmə iddia tələbinin işgüzar nüfuzun pozulmasına görə zərərin əvəzi qismində 5000 (beş min) manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.
37. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
38. Göstərilən Məcəllənin 23.6-cü maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
39. Məhkəmə qeyd edir ki, işgüzar nüfuza vurulmuş zərər sırf bütün cavadehlərin təqsirindən olması barədə nə sübutları, nədəki səbəbli əlaqəni iddiaçı tərəf sübuta yetirə bilməmişdir.
40. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada işgüzar nüfuzun pozulmasına görə zərərin əvəzi qismində 5000 (beş min) manat pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.
41. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, iddia tələbləri həm maddi ziyanın ödənilməsi , həm iş güzar nüfuza vurulmuş ziyanın ödənilməsi hissələrində əsassız hesab edildiyindən və sonuncu tələb bununla bağlı olduğundan iddia tələbi bu hissədə də təmin edilə bilməz.
42. Məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1300 manat məbləğində pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.
43. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri – 134,17 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
45. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı «X27 Təşkilatı» İctimai Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi zərərin ödənilməs və s» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı «X27 Təşkilatı» İctimai Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi zərərin ödənilməsi və s» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.