Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4271/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili - X1, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs – X2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 olmaqla Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12400 manat əmtəələrə görə verməli olduğu borc, 8700 manat ümumilikdə vurulan zərər, 400 manat vəkil xərci, 150 manat ödənilmiş dövlət rüsumu, cəmi 21.650 manat pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh doğma dayısıdır və Cavabdehlə Həmidi tanış edib Samirə nisyə mal buraxılmasına qarant durmuşdur. Cavabdeh taxta və plastmas yeşiklərin (meyvə-tərəvəz məhsullarının qablaşdırılması üçün) və həmin yeşiklərlə əlaqəli ağ kağız rulonlarının, kağız kantlarının və s. məhsulların bir yerdən alıb istehlakçılara aldığı qiymətin üstünə müəyyən qədər əlavələr etməklə müəyyən miqdar qazanc əldə edib və qarşı tərəfə qazanc əldə etmək şəraiti yaradan fəaliyyət göstərən fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. Tanışı İddiaçı Ağdaş rayonunda taxta sexi işlədirdi. Həmin sexdə müxtəlif ölçülərdə taxta yeşiklərin istehsalı ilə məşğul olmaqla yanaşı yeşiklər üçün istifadə olunan kağız və kağız kantlarını Bakı şəhərindən alıb gətirir və üzərinə müəyyən məbləğ qoyaraq müştərilərə satırdı. Cavabdeh onun zaminliyi ilə dəfələrlə Həmiddən yuxarıda göstərilən çeşidlərdə malları alıb aparmış və əsasən həm həmin malların yüklənməsi, həm daşınması və həm də dəyərinin ödənilməsi ilə bağlı aralarında narazılıq olmamışdır, lakin sonuncu dəfə Cavabdeh ümumi dəyəri 12.000 manat olan taxta və plastmas yeşikləri, onlar üçün lazım olan kağız və karton hissələri almış, amma onların dəyərini ödəməkdən imtina etmişdir. Dəfələrlə onunla əlaqəyə girib borclu olduğu məbləği ödəməyi təklif etsə də, o, təklifə rədd cavabı vermişdir. Bundan sonra həmin borcun yaranması ilə bağlı malların verildiyi yer üzrə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Müraciətlə bağlı həmin polis şöbəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 izahat verən zaman göstərdi ki, 09 noyabr 2022-ci il tarixdə Ağdaş rayonundan Biləsuvar rayonuna Hüseyn İsmayılov idarə etdiyi "Mersedes Ateko" markalı yük avtomobili ilə 2.590 manat dəyərində 1850 ədəd taxta yeşik, 495 manat dəyərində 150 kq ağ kağız, 195 manat dəyərində 65 kq ağ kağız kant göndərmiş və Cavabdeh tərəfindən ona 3510 manat verilməli olmuşdur. Onun Cavabdeh göndərmiş olduğu plastmas yeşiklərin 12.000 ədədi rayon sakini Ülvi Dadaşova məxsus olmuş həmin yeşiyin 3000 ədədinin pulunu, yəni 3000 manatını vermiş qalan pulu isə məbləğin 5200 manatı Cavabdeh çatmalı olmuş, qalan 5772 manatı isə Ramil adlı şəxs tərəfindən ödənilmişdir. Onun sadaladığı malların ümumi dəyəri 20 602 050 manat olmuşdur. Ramil ona bildirmişdir ki, 5772 manat dəyərində olan malı özü üçün istifadə edəcəyini, pulu isə özü verəcəyini bildirsə də, sonradan Cavabdeh tərəfindən ödəniləcəkdir. Cavabdeh ona 6.630 050 manat pul verməli olsa da, Cavabdeh və Ramil adlı şəxs əvvəllər bizdən mal alıb pulunu ödəyib aldadaraq yuxarıda qeyd etdiyi məbləği dələduzluq yolu ilə ələ keçirmişlər. O, Cavabdeh pulumu istedikdə, Cavabdeh ona malını dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. O, Cavabdeh bir neçə dəfə pulunu istəmiş, lakin anası Almaz bacısı Aytən, adını bilmədiyi və özünü jurnalist kimi təqdim edən qadın Xatirə onun iş yerinə gəlmişlər. Həmin şəxslər ona haqq qazandırmışlar və məsələnin iki gün müddətinə həll olunacağını bildirmişlər. Yeşiklərin rayon ərazisində satışını həyata keçirən X4 müəyyən məbləğdə alıb digər məbləğə istehlakçılara satmışdır. Onun yaxın dostu Polad Əbilovun doğma bacısı oğlu Cavabdeh 11 oktyabr 2022-ci il tarixdə iş yerine gəlib onunla görüşüb iş görmək istədiyini bildirib, yeşik lazım olduğunu demiş ve onlar birlikdə iş görməyə başlamışlar. Onlar müxtəlif vaxtlarda iş görüb hər ikisi müəyyən məbləğdə qazanc əldə etmişlər. Ona məlum olmuşdur ki, Cavabdeh onunla iş görüb ona və özünə pul qazandırmaqla onun etibarını qazanıb gələcəkdə ona qarşı dələduzluq edəcəkdir. 27 oktyabr 2022-ci il tarixdə Cavabdeh ona zəng edib taxta ve plastmas yeşik, ağ kağız, ağ kağız kant alacağını və iş görəcəyini demiş, onlar bu barədə ətraflı danışıb razılığa gəlmişlər. O, Ağdaş rayonundan Hacıqabul rayonuna Ramil adlı şəxsə ümumi dəyəri 2.000 manat olan 21.000 ədəd plastmas yeşik, ümumi dəyəri 247.050 manat olan ağ kağız kantı Hüseyn İsmayılov vasitəsilə göndərmiş, həmin gün malı maşına yükləyən isə rayon sakini günəmuzd fəhlə işləyən X5 olmuş və ona 30 manat pul vermişdir. Mallar Hacıqabul rayonuna təhvil verilmiş yükün daşıma pulunu Cavabdeh verməmiş, ona ödənilməli olan məbləğ 2432 manat imiş. Həmin gün, yəni 03 noyabr 2022-ci il tarixdə günün ikinci yarısında Ağadaş rayonundan Hacıqabul rayonuna Ramil adlı şəxsə Şahmar Məcidovun idarə etdiyi **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ümumi dəyəri 5.000 manat olan 5.000 ədəd plastmas yeşik, ümumi dəyəri 250 manat olan 1100 bağlama kağız, dayon 280.050 manat olan 85 kq ağ kağız göndərmiş və malı maşına yükləyən isə rayon sakini günəmuzd fəhlə işləyən Mehrab Muxtarlı olmuş, daşıma və işçi pulunu Samir özü vermişdir. O, 28 oktyabr 2022-ci il tarixdan Samirin dediyi kimi yəni Hacıqabul rayon sakini Ramil adlı şəxsə yuxarıda göstərdiyi malları göndərməyə başlamış, taxta yeşiyin 01 ededi 1,40 manat, plastik yeşiyin 01 edad 1 manat, 1 kq ağ kağızın qiyməti 3.30 manat, 1 kq ağ kağız kantin qiyməti 3 manat, kağız kartonun bir bağlamasının qiyməti 2,50 manat olmuşdur. 28 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonundan Hacıqabul rayonuna Ramil adlı şəxsə Ağdaş rayon sakini Hüseyn İsmayılova məxsus "Mersedes Ateko" markalı **-RS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə ümumi dəyəri 2.380 manat olan 1.700 ədəd taxta yeşik, dəyəri 330 manat olan ağ kağız, dəyəri 300 manat olan kağız kant göndərmiş, malı maşına yükləyən isə Ələsgər Nağıyev olmuşdur. Ona 30 manat vermiş, daşınması üçün isə Hüseyn İsmayılova 300 manat vermişdir. Qeyd etdiyi malların ümumi dəyəri 3.340 manat olmuşdur. O, 03 noyabr 2022-ci il tarixdə Almaz adlı qadına zəng etmiş və Almaz ona Samirin iki günə onunla danışacağına və məsələnin həll olunacağına söz vermişdir. Aradan ikiüç gün keçdikdən sonra Samirin atası ona zəng etmiş və ondan Bakı şəhərinə gəlməyi xahiş etsə də, o məsələni ailə üzvləri ilə həllini tapdığını bildirmiş, lakin atası onunla razılaşmamışdır. Onun Cavabdehlə arasında pul söhbəti sonuncu dəfə Biləsuvar rayonu Yuxarı Ağalıkənd kəndi ərazisində yerləşən Biləsuvar rayon sakini X6 məxsus qeyri-yaşayış sahəsində olubdur. Cavabdeh ona 12.400 manat borcu vardır. Onun Cavabdeh 40.000 manat borcu yoxdur, sadəcə olaraq Cavabdeh gəlir əldə etdiklərini bildirib ondan 40000 manat əsassız olaraq pul tələb edir. Onun yazdıqları yalan və həqiqətə uyğun deyildir. Elə həmin polis bölməsində şikayət ərizəsi ilə bağlı dindirilən Cavabdeh göstərmişdir ki, o, Ağdaş şəhərində fəaliyyət göstərən sahibkar İddiaçı doğma dayısı Polad Əbilovun vasitəsi ilə tanımışdır. 0, 2022-ci ilin oktyabr-noyabr aylarında İddiaçı taxta, plastmas yeşik, ağ kağız, kağız kantlar almış və həmin aldığı əşyaların pullarını ödəmişdir. Hər biri 20 ton olmaqla ümumilikdə 2 tır xurma meyvəsi sifariş vermiş, həmin iki tır (hər biri 20 00 manat) xurmanın pulunun miqdarı olan 40.000 manatı İddiaçı dediyi adlarını bilmədiyi şəxslərə vermişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində 20000 manatı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Monte Kristo" şadlıq sarayının qarşısında İddiaçı dediyi bir nəfər şəxsə vermiş, hǝmin zaman onun yanında Şəbnəm adlı qadın olmuşdur. Təxminən 1 həftə sonra 20000 manatı Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsinin yaxınlığında İddiaçı dediyi şəxsə vermişdir və həmin zaman o tək olmuşdur. Aradan təxminən bir ay keçdikdən sonra İddiaçı ilə telefon əlaqəsi saxlayaraq ödənişini etdiyi xurma meyvəsini istədiyi zaman İddiaçı sənin mənə yeşik və kantları alan zaman 12400 manat borcun vardır. Həmin borcu ver, mən də sənin meyvələrini verim" sözlərini ona demiş, o da bundan əsəbiləşərək İddiaçı meyvəni istəmədiyini, onun meyvə üçün verdiyi 40000 manatı verməsini tələb etmişdir. Həmid isə kobud formada ona bildirmişdir ki, pulunu verməsə ondan polisə şikayət edəcəkdir. Daha sonra eşitmişdir ki, onun ona qarşı dələduzluq etdiyini iddia edərək barəsində Ağdaş RPŞ-nə şikayət edibdir. Daha sonra onun valideyni və digər ailə üzvləri İddiaçı ilə görüşərək ona borclu olduğu 40000 manat pulu geri qaytarmasını istəmişlər, Həmid isə borclu olmadığını, əksinə guya onun 12400 manat pul almasını bildirmişdir. İddiaçı ona verdiyi yuxarıda sadaladığı yeşik və kantlar əvvəllər tanıdığı Hacıqabul rayon sakini X16 Məmmədov onun dediyi miqdarda yeşiklər və kağız kantlar göndərmiş və Ramil Nəzərov həmin əmlakları qəbul etmişdir. Ramil daha sonra həmin əmlakları ona təhvil vermişdir. Həmin əmlakların da pulunu İddiaçı vermişdir. Pulun bir hissəsini nağd formada, bir hissəsini isə kart vasitəsilə göndərmişdir. Nağd formada olan pulları İddiaçı Ağdaş rayonu ərazisində şəxsən özü vermişdir. Sonuncu dəfə İddiaçı ona göndərdiyi yeşik və kağız kantları tapşırığına X9 rayonu ərazisində qəbul etmiş və o, Biləsuvar rayonuna gələrək həmin əmlakı Ramil Nəzərovdan təhvil almışdır. Onun İddiaçı ilə gördüyü işə Ramil Nəzərovun hər hansı aidiyyəti yoxdur. Ramil onun dediklərini yerinə yetirmişdir. X12 Məmmədova hər hansı bir pul borcu və ya İddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur. 09 noyabr 2022-ci il tarixdə Biləsuvar rayonu Yuxarı Ağalıkənd kəndində yerləşən Biləsuvar rayon sakini X6 məxsus qeyri-yaşayış sahəsində Hacıqabul rayon sakini Ramil Nəzərov ilə Hüseyn İsmayılov ilə görüşmüş, İddiaçı göndərdiyi 1850 ədəd taxta yeşiyi, 150 kiloqram kağızı və 65 kiloqram ağ kağız kantı həmin yerdə Ramil Nəzərova vermişdir. İddiaçı ona 25.000 manat borcu vardır, həmin borc əvvəl 40000 manat idi, o, borcun Əvəzinə İddiaçı 10.000 manat dəyərində yeşik götürmüşdür. Biləsuvar rayon Poliş şöbəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul olunmuş 16 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilnməsi haqqında” qərarında göstərilir ki, toplanmış materiallarla müəyyən edilir ki, İddiaçı müraciətində göstərdiyi xüsusatlar, yəni 12.000 (on iki min) manat dəyərində taxta və plastmas yeşiklərin, eləcə də kağız və kağız kartlarının Cavabdeh tərəfindən ələ keçirilməsi, lakin pulunun ödənilməməsi faktı araşdırma zamanı öz təsdiqini tapmışdır, yəni Cavabdeh öz izahatında İddiaçı – ondan 10.000 manat dəyərində taxta və plastmas yeşik götürməsini təsdiq etmişdir. Eyni zamanda mənim ona 40.000 manat borclu olduğumu bildirsə də, şikayəti araşdıran şəxsə bu barədə heç bir sübut, qəbz, sənəd təqdim etməmişdir. Həmin qərarla Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi müəyyən edilmədiyinə görə barəsində cinayət işi qaldırılması mümkün hesab edilməmişdir. Lakin həmin qərarla Cavabdeh mənim ona verdiyi əmtəələrin dəyərinin ödənmədiyinə görə 12400 manat borclu olduğu həm onun öz etirafı ilə, həmdə araşdırma nəticəsində müəyyən edilmişdir. Cavabdeh onlara məxsus olan pul vəsaitini uzun müddətdən bəri özündə saxlayıb öz ehtiyacları üçün istifadə etməsi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İddiaçı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə iddiaçı X7 əsl İddiaçı ilə əvəz olunmuş və X7 mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan müəyyən olunur ki, 10.000 manat dəyərində taxta və plastmas yeşiklərinin, eləcə də kağız və kağız kantlarının Cavabdeh tərəfindən ələ keçirilməsi, lakin pulunun ödənilməməsi faktı araşdırma zamanı öz təsdiqini tapsa da, lakin araşdırılan xüsusatda cinayət hadisəsi müəyyən olunmamışdır. Belə ki, İddiaçı ilə Cavabdeh əvvəllər yaxın münasibətdə olmuşlar, bir-biriləri ilə alqı-satqı etmişlər, İddiaçı Cavabdeh taxta və plastmas yeşik, kağız və kağız kantlar satmış, pulunu İddiaçı qaytarmış və onların arasında inam və etibar yaranmışdır. Cavabdeh öz izahatında İddiaçı 10.000 manat dəyərində taxta və plastmas yeşik götürməsini təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarla müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləri olmuş, iddiaçı cavabdehə taxta və plastmas yeşikləri, eləcə də kağız və kağız kantları satmış, lakin cavabdeh malların dəyərini iddiaçıya ödəməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında şifahi bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının cavabdehə satılmış, lakin dəyəri ödənilməmiş mallara görə 10.000 manat məbləğində borcu olması iş materialları ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia tələbi göstərilən hissədə qismən təmin edilməlidir. İddia tələbinin 8700 manat vurulan zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı vurulan zərərin nədən ibarət olmasını, necə yaranmasını əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş zərərin ödənilməsini tələb etsə də, zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia zərərə aid hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 16486 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 399 manat, 2 manat komissiya ödəniş etmişdir. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulması işin hallarına uyğun olmaqla, ağlabatandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 10.000 manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 400 manat və 150 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10.000 manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 400 manat və 150 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4271/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4271/2023
07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver