Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4300/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "X27 Azərbaycan" QSC-yə qarşı "qalıq borcun ödənilməsi ilə mənzilin qaytarılması" tələbinə dair ilk, iddiaçı "X27 Azərbaycan" QSC-nin cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "X27 Azərbaycan" QSC-yə qarşı "mənzilin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon məhkəməsinin 2(009)-225/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən borclulardan kredit borcuna görə tutulması qət edilmiş cəmi 414.802 manat 47 qəpik məbləğindən, ödənilməmiş yerdə qalan məbləğin qəbul edilməklə, balansına götürdüyü Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evini X8, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzili İddiaçı3, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzili İddiaçı1 qaytarılması cavabdeh “X27 Azərbaycan” QSC-dən tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X27 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 072013 saylı kredit xətti açılması müqaviləsinə uyğun, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4 saylı kredit sazişi əsasənda 180.000 manat, xx.xx.2014-cü il tarixli kredit sazişinə əsasən 170.000 manat cəmi 350.000 manat kredit götürülmüşdür. Kreditin təminatı olaraq tərəflər arasında ilkin satış dəyəri müəyyən edilmiş 128.000 manata Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evi (mülkiyyət hüququ ilə İddiaçı2 məxsus), 90.000 manata Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evi (mülkiyyət hüququ ilə X8 məxsus), 95.000 manata Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzil (mülkiyyət hüququ ilə İddiaçı3 məxsus) və 110.000 manata 117 saylı mənzil (mülkiyyət hüququ ilə İddiaçı1 məxsus) ipoteka edilmişdir. Kredit üzrə borcun qaytarılmasına razılaşdırılmış ödəniş cədvəlinə borclu "xxxx" MMC tərəfindən vaxtında riayyət edə bilməməsi, tərəflər arasında mübahisəyə səbəb olmuşdur. Kreditin qaytarılması tələbi ilə bağlı iş üzrə Səbail rayon məhkəməsinin 2(009)- 225/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən borcludan kredit borcuna görə cəmi 414.802 manat 47 qəpik tutulması və tutmanın ipoteka əmlakına yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı ipoteka predmeti olan əmlaklar hərraca çıxarılmış, satışı baş tutmadığından tələbkar banka təklif olunmuşdur. Nəticədə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evini (mülkiyyət hüququ ilə İddiaçı2 məxsus) 81.600 manata, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evini (mülkiyyət hüququ ilə X8 məxsus) 57.375 manata, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzili (mülkiyyət hüququ ilə İddiaçı3 məxsus) 70.125 manata və 117 saylı mənzili (mülkiyyət hüququ ilə İddiaçı1 məxsus) 60.563 manat cəmi 269.663 manat bank tərəfindən əldə edilib balansa götürülmüşdür. Bundan sonra bank və kredit götürən borclu tərəf, ipoteka qoyanların cəlbi ilə birgə danışıqlar aparılmış, məhkəmə ilə müəyyən edilmiş 414.802, 47 manat məbləğin borclular tərəfindən ödənilməsinin təmin edilməsi və əmlakların sahiblərinə qaytarılması barədə ümumi razılaşma olmuşdur. Razılaşmaya uyğun olaraq kredit götürən borclu "xxxx" MMC-nin rəhbəri olaraq İddiaçı2 xx.xx.2021-ci il tarixdə 205.000 manat banka ödəmişdir. Daha sonra 100.000 manat ödənilməsi üçün banka təqdim edilmiş və ipoteka əmlaklarından ikisinin geri verilməsini istənilmişdir. Lakin bank əmlaklardan birini, ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin qaytarılmasına razılıq vermiş və evi onun deyil, həyat yoldaşının adına alqı-satqı ilə rəsmiləşdirilməsini təklif etmişdir. Bankın nümayəndələrinin iştirakı və təşkili ilə adı çəkilən 8 saylı ev xx.xx.2022-ci il tarixdə X6 adına rəsmiləşdirilmiş və verilmiş hesaba "xxxx" ASC Mətbuat filialına onun adından 100.000 manat ödənilmişdir. Borca qarşı bundan sonra daha 40.000 manat banka təqdim edilmişdir. Bununla da məhkəmə qətnaməsindən sonra ümumilikdə 345.000 manat banka ödənilmişdir. Nəticədə 414.802,47 manat icra sənədi ilə tutulmalı olan məbləğdən 69.802 manat 47 qəpik borc qalmışdır. Borclu "xxxx" MMC-nin rəhbəri İddiaçı2 banka müraciət edərək yerdə qalan məbləğin ödənilməsini və razılaşmaya uyğun olaraq mənzillərin sahiblərinə qaytarılmasını təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəf onu rədd etmiş və qətnamə ilə müəyyən edilmiş borcun gecikdirildiyi əsasdan ona qarşı 67.471,44 manat tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiasında bank borclu tərəfindən cəmi 205.000 manat ödədiyini göstərmiş, yerdə qalan ödənişlərini isə qəsdən göstərməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-610/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası rədd olunmuşdur. Bundan sonra cavabdeh bank İddiaçı1 iki mənzili geri verilməsi üçün 350.000 manat ödəniş tələb etmişdir. Halbu ki, iki mənzil 205.000 manat məbləğində ipoteka edilmiş, 130.688 manata bank balansına götürmüşdür. Bundan başqa banka xx.xx.2021-ci il tarixdə 205.000 manat məhz Mehriban və İddiaçı1lara məxsus adı keçən 116 və 117 saylı mənzillərə görə ödənilmişdir və mənzillər üçün birlikdə razılaşdırılmış ipoteka dəyəri həcmindədir. Göründüyü kimi cavabdeh cüzi borc məbləğinə qarşılıq, iddiaçılara məxsus əmlakı dolayısı ilə ələ keçirmək niyətindədir. Ona görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Diqqət edilməlidir ki, məhkəmə qətnaməsi ilə artıq qət edilmiş 414.802 manat tələb məbləğinə qarşı, əmlakı cəmi 269.663 manat dəyərində bank balansına götürmüşdür. Qətnamədən sonra 205.000 manatın ödənildiyi sonrakı iddiasında etiraf etmişdir. 350.000 manat tələbi artıq 555.000 manat, 1 əmlak üçün ona 100.000 manat ödənildiyi, 4-cü əmlakın onda qalması baxımından, məbləğ 700.000 manat ötmüş olur. Bu aşkar şəkildə özgəsinin əmlakını ələ keçirməklə, əsassız varlamadır. Nəzərə alınmalıdır ki, əgər cavabdeh qətnamə ilə müəyyən edilmiş borcu ödənilməsi qarşılığında, balansına götürdüyü əmlakı geri vermək vədini pozacaqdısa, onda borcludan yuxarıda qeyd edilən məbləğı qəbul etməməli idi. Nə qədər ki, borcun ödənilməsi üçün həmin məbləğləri qəbul etmişdir. Onda yerdə qalan məbləği də qəbul edib, balansına götürdüyü ev və mənzilləri sahiblərinə qaytarılmasını təmin etməsi cavabdehdən tələb olunmalıdır. Daha sonra iddiaçı X27 Azərbaycan" QSC-nin cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi və etiraz ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin vicdansız və əsassız iddianın qaldırılması nəticəsində “X27 Azərbaycan” QSC-ya dəymiş maddi ziyan 25.000 (iyirmi beş min) manat, ödənişmiş dövlət rusumu 165 manat məbləğində pulun “X27 Azərbaycan» QSC-nin nəfinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Qarşılıqlı iddia və etiraz ərizəsi onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçılar, hazırki iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 “X27 Azərbaycan” QSC qarşı Bakı şəhər Nəsimi Rayon Məhkəməsində “əmlakın tələb edilməsi dair” iddia ilə müraciət etmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçılar, hazırki iddia üzrə cavabdehlər iddia ərizəsində göstərmişdirlər ki, mülkiyyət hüquqları “X27 Azərbaycan” QSC məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzilin, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzilin güya onlar tərəfindən adı cəkilən əmlaklarin tam həcmdə pulu ödənilmiş və ilkin iddi üzrə cavabdeh “X27 Azərbaycan” QSC-dən tələb edilərək ilkin iddia üzrə iddiaçılara geri qaytarılmalıdır. İddia onunla əsaslandırmışdır ki, güya Banka ayrı ayrı vaxtlarda 205.000 manat, daha sonra 100.000 manat, sonra daha 40.000 manat banka təqdim edilmişdir. Beləliklə də məhkəmə qətnaməsindən sonra ümumilikdə 345.000 manat Banka ödənilmişdir. Habelə, Bank İddiaçı1 iki mənzili geri verilməsi üçün 350.000 manat ödəniş tələb etmişdir. İlkin iddia ərizəsi məhkəmə tərərindən hərtərəfli və dolğun araşdırılacaq və məhkəmə asanlıqla müəyyən edəcək ki, iddia ərizəsi açıq-aşkar əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Qanuni qüvvəyə minmiş Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-225/2017 saylı Qətnaməsi icraya yönləndilmiş, lakin borclular qətnamə müəyyən edilmiş məbləğ üzrə tam ödəniş etməməsi ilə əlaqədar tutma yönəldiımiş ipoteka predmetləri olmuş əmlaklar hərraca çıxarılmış, hərrac baş tutmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər 4 (dord) ipoteka ilə yüklü edilmiş əmlak Bank tərəfindən əldə edilmişdir. Əmlak Hərrac Mərkəzləri tərəfindən hərraca çıxarılmış xx.xx.2019-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1, ilkin satış 128.000 azn, 15% 108.800 azn, 25% 81.600 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 116, ilkin satış 110.000 azn, 15% 93.500 azn, 25% 70.125 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020- ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 117, ilkin satış 95.000 azn, 15% 80.750 azn, 25% 60.562.50 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küç., ev 131 nömrəli fərdi yaşayış evi, ilkin satış 90.000 azn, 15% 76.500 azn, 25% 57.375 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. İlkin iddia üzrə iddiaçılar onların hansı hüquqlarının pozulmasını ərizədə göstərmir, tələb konkret heç bir faktla əsaslanmır, dəlil və sübutlara istinad olunmur. Bank həmin əmlakları hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmişdir və hazırda da "X27 Azərbaycan" QSC-nin tam mülkiyyətindədir. İlkin iddia üzrə iddaçılar tərəflər arasında imzalanmış 15 dekabr 2021-ci il tarixli Razılaşmaya (bundan sonra - Razılaşma) istinad edsələrdə həmin Razılaşmanın 1 və 2 bəndləri onlar tərəfindən qismən icra olunmuş, qalan hissədə onlar tərəfindən pozulmuşdur. Razılaşmanın 1 bəndinə görə hazırki iş üzrə iddiaçılar xx.xx.2013-cü il tarixli, 072013 saylı kredit müqaviləsi üzrə 205 702.47 manat pulu, o cümlədən xx.xx.2021-ci il tarixinə 145 052.47 manatı, xx.xx.2022-ci il tarixinə 60 650 manat ödəniş etməyi öz öhtələrinə götürmüş, Razılaşmanın 2 bəndinə əsasən 1-ci bənd üzrə hazırki iş üzrə iddiaçılar tərəfindən öhtəliklər yerinə yetirildiyi halda Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 3-cü yaşayış massivi 8 saylı fərdi fərdi yaşayış evi Bankı tərəfindən X9 satılması barədə öhtəliyi Bank öz üzərinə götürmüşdür. İş materiaalarındada göründüyü kimi, İddiaçı2 xx.xx.2021-ci il tarixində 205052.47 manat nəğd vəsait mədaxil etmişdir. Artıq xx.xx.2022-ci il tarixdə İddiaçı2 tərəfindən 59.947 manat hesabından məxaric etmişdir. (Ə.A. Qasımovun şifahi xahişinə əsasən, məqsəd üzərinə 40 000 manat əlavə edib Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında olan əmlakı Bankdan almaq), hesabından məxaric edilmiş 59.947 manatın 40 000 manatda uzərinə əlavə edərən Razılaşmanın 2 bəndinə əsasən xx.xx.2022-ci il tarixili alqı-satqı müqaviləsi görə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında olan əmlak 100.000 azn məbləğində alıcı X1. Nəticədə mədaxil edilmiş 205702.47 manatdan, hesabda qalan 145.053 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdə qalıq kredit borcundan silinmişdir. İş üzrə İddiaçı1 Banka ünvanladığı xx.xx.2024-cü il tarixli Ərizəsinin 5 bəndinə iddiaçı etiraf edir ki, ona və arvadı İddiaçı3 məxsus əmlak Bank tərəfindən balansa götürülmüşdür. Balansa (mülkiyyətə) götürüldükdə isə həmin əmlakın dəyəri kredit borcundan silinir. Beləliklə də, Bank tərəfindən balansa (mülkiyyətinə) götürülmüş əmlakın dəyəri 269 662.50 manat olmuş və kredit borcundan silinmiş, Mədaxil edilmiş və hesabda qalan 145.053 manat pul vəsaiti qalıq kredit borcundan silinmişdir. Hazırda qalıq borc 87.97 manat təşkil edir. İlkin iddia üzrə iddiaçıların iddia ərizəsində göstərdikləri 345000 manat ödənildiyi qeyd olunsada, onlar tərəfində kredit borcu üzrə Banka belə məbləğdə ödənişləri olmamışdır və şəxsi mülahizələridir. Göründüyü kimi iddia “əsaslandırmaq” üçün iddiaçılar öz mülahizələrinə və yalnış hesablamalarını əsas kimi göstərsələrdə onların sübuta yetirən dəlilər məhkəməyə təqdim olunmamış, irəli sürülən tələbin hər hansı hüquqi əsasa söykənmədiyini təsdiq edir. İddia ərizəsində AR Mülki Məcəlləsinin bir sıra maddələri sadalansa da, yuxarıda da qeyd edildiyi kimi, hazıkı iş üzrə əmlak tələbini əsaslandıra bilən konkret olaraq hər hansı normaya istinad edilmir və ümumiyyətlə, əmlak hansı səbəbdən və hansı əsasla tələb olmasına dair hər hansı fakta istinad edilmir. Beləliklə də İlkin iddia üzrə iddiacı qarşılıqlı iddi üzrə cavabdehlərin belə hərəkətləri ilə, yəni əsassız və vicdansız iddialarla Bankın hüquqlarını pozub, işgüzar imicinə xələl gətirib, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozub. Lakin ilkin iddia üzrə iddiaçılar, hazırki iddia üzrə cavabdehlər irəli sürdükləri iddianın vicdansız və əsassız olduğunu dərk edərək qanunvericiliklə onlara verilmiş hüquqlardan sui-istifadə etmişdirlər. İlkin iddia üzrə iddiaçılar, hazırki iddia üzrə cavabdehlər öz hüquqlarından sui-istifadəsi Bankın işgüzar imicimə təsir etmişdir. Nəticədə Banka maddi ziyan vurulmuşdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh "X27 Azərbaycan" QSC-nin nümayəndəsi X18 oğlu qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və vəkilinin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbi rədd olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(009)-225/2017 saylı qətnaməsi ilə "xxxx" MMC və İddiaçı2 "xxxx" QSC-nin xeyrinə: 21 may 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457,88 manat faiz (1.817,88 manat kapital və 29.640 manat gecikmə faizi) və 2.000 manat cərimə olmaqla, cəmi 213.247,88 (iki yüz on üç min iki yüz qırx yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində borc, 22 may 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801,67 manat 29.752,92 manat faiz (1.782,92 manat kapital və 27.970 manat gecikmə faizi) və 2000 manat cərimə olmaqla, cəmi 201.554,59 (iki yüz bir min beş yüz əlli dörd manat, doqquz qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 19 (on doqquz) manat poçt xərci müştərək qaydada tutulması, ipoteka predmetləri: Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi ra Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobi qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti, 128.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyalar açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin hesabına “X27 Azərbaycan” QSC-nin təmin edilmiş tələbləri ödənilməsi, qeyd edilən daşınmaz əşyalar satıldıqdan sonra X11 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evin İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, saylı evin 117 saylı mənzilindən, İddiaçı3 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilindən və X14 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməklə həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması, “X27 Azərbaycan” QSC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissədə müvafiq olaraq X7, İddiaçı1, X15 və İddiaçı2 qaytarılması qət edilmişdir. - “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” hərracın nəticələri haqqında Y-233/1 saylı, xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-225/2017 saylı icra vərəqəsinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 “X27 Azərbaycan" QSC tərəfindən 81.600 azn məbləğində əldə olunmuşdur. - “X3 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli, Yp seriyalı, 010 nömrəli satış protokolundan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı icra vərəqəsinə əsasən İddiaçı1 məxsus Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 117 “X27 Azərbaycan" QSC tərəfindən 60.563 azn məbləğində əldə olunmuşdur. - “X3 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli, Yp seriyalı, 009 nömrəli satış protokolundan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı icra vərəqəsinə əsasən İddiaçı3 Xəlil qızına məxsus Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 116 “X27 Azərbaycan" QSC tərəfindən 70.125 azn məbləğində əldə olunmuşdur. - X13 saxlayana X17 Edilməsi üçün Hərracın Yekunları barədə xx.xx.2020-ci il tarixli, 48/09 nömrəli protokolundan görünür ki, X7 məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küç., ev 131 saylı fərdi yaşayış evi “X27 Azərbaycan" QSC tərəfindən 57.375 azn məbləğində əldə olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 334.3 kv.m. sahə olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "X27 Azərbaycan" QSC-nin adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, mənzil 116 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m. sahə olan mənzilin tam mülkiyyət hüququ üzrə "X27 Azərbaycan" QSC-nin adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 152 kv.m. sahə olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "X27 Azərbaycan" QSC-nin adına qeydiyyata alınmışdır. - "xxxx" QSC ilə cavabdehlər arasında 15 dekabr 2021- larixli Razılaşmanın: - 1-ci bəndinə əsasən cavabdehlər bu razılaşma üzrə “X27 Azərbaycan” QSC-yə xx.xx.2022- tarixinədək 31 iyul 2013-cü il tarixli 072013 N-li Kredit müqaviləsi (kredit xəttinin açılması ba müqavilə) üzrə 205.702.47 manat məbləğ borc vəsaitin ödənilməsini öhdəsinə götürürlər. Ödənişlər aşağıdakı qaydada icra ediləcəkdir: xx.xx.2021-ci il tarixədək 145.052.47 (bir yüz qırx beş min əlli iki manat 47 qəj manat ödəniş ediləcək. xx.xx.2022-ci il tarixədək isə 60.650.00 (altmış min altı yüz əlli manat) manat ödəniş ediləcək. - 2-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu razılaşmanın 1 -ci bəndin a) hissəsində göstərilən ödəniş vaxtında və lazımınca ödənildiyi təqdirdə “X27 Azərbaycan” QSC-yə məxsus Baki şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlki sahibinin həyat yoldaşı X9, Bank tərəfindən həmin əmlak üzrə 5% hərrac, vergi, məcburi icra işləri/təbirləri və s. üzrə çəkilmiş\çəkiləcək xərclər də daxil olmaqla, 100.000 (bir yüz min) manat məbləğində qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqısı həyata keçiriləcəkdir. - 3-cü bəndinə əsasən tərəflər razılaşır ki, bu razılaşmanın 1-ci bəndin b) hissəsində göstərilən və həmin əmlak üzrə Bank tərəfindən 5% hərrac, məcburi icra işləri\tədbirləri və s. üzrə çəkilmiş\cəkiləcək xərclə də daxil olmaqla ödənişlər Banka vaxtında və lazımınca ödənildiyi təqdirdə 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən “X27 Azərbaycan” QSC-də ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklülüyü Bank tərəfindən ləğv ediləcəkdir - 4-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, bu razılaşmanın 1-ci bəndin b) hissəsində göstərilən ödəniş Banka vaxtında və lazımı qaydada ödənildiyi təqdirdə “X27 Azərbaycan” QSC-yə məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlki sahibi X5 vərəsəsi və həyat yoldaşı olan X4, Bank tərəfindən həmin əmlak üzrə 5% hərrac, vergi, məcburi icra işləri tədbirləri və s. üzrə çəkilmiş\çəkiləcək xərclər də daxil olmaqla, 83000 (səksən üç min) manat məbləğində qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqısı həyata keçiriləcəkdir. - 5-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu razılaşmanın 1-ci bəndin b) hissəsində göstərilən ödəniş Banka vaxtında və lazımınca ödənildiyi təqdirdə “X27 Azərbaycan” QSCyə məxsus olan ünvan 6 ünvanında yerləşən mənzil əvvəlki sahibi İddiaçı3 qızma Bank tərəfindən çəkilmiş və\və ya çəkiləcək 5% hərrac, vergi, icra işləri\tədbirləri və s. üzrə xərclər də daxil olmaqla, 100.000 (bir yüz ınin) manat məbləğində qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqısı həyata keçirəcəkdir. - 6-cı bəndinə əsasən bu Razılaşmada müəyyən edilən həmin 205.702,47 (iki yüz beş min yeddi yüz iki manat 47 qəpik) manat məbləğində borc Banka qeyd edilən şərtlərə uyğun ödənildiyi təqdirdə (qeyd edilən şərtlərə uyğun ödənildikdən sohra) "xxxx" MMC-nin “X27 Azərbaycan” QSC qarşısında kredit müqaviləsi üzrə kredit öhdəliklərinədə xitam veriləcəkdir. - 7-ci bəndinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017 -ci il tarixli 2(009)-225/2017 saylı qətnaməsinin qanuni qüvvəyə minməsini nəzərə alaraq Tərəflər təsdiq edirlər ki, qanunvericliyin tələblərinə əsasən həmin Qətnamə əsasında müvafiq icra vərəqəsidə verilmişdir və icra vərəqəsi psasında mülki iş icraya yönəlmişdir. Bununla belə bu razılaşmanın yuxarıdakı şərtləri cavabdehlər tərəfindən pozulmadığı təqdirdə, iddiaçı İcra Haqqında Qanunun 17.1.10 maddəsinə pıüvafıq olaraq icra qurumuna ərizə ilə müraciət edəcək. Cavabdehlər tərəfindən bu razılaşmanın yuxarıdakı şərtləri pozulduğu təqdirdə isə, müvafiq icra sənədi əsasında borcun Cavabdehlərdən məcburi qaydada alınıb “İddiaçı”ya ödənilməsi üzrə qanunvericliklə və məhkəmə qərarı (icra vərəqəsi) üzrə nəzərdə tutulmuş müvafiq işlər həyata keçiriləcəkdir. - Bakı şəhəri 05 saylı notariat kontorunda xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 ünvanında yerləşən ümümi sahəsi 334.3 kv/m olan mənzil satıcı "X27 Azərbaycan" QSC tərəfindən alıcı X9 100.000 manat məbləğə satılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, mənzil 117 ünvanında yerləşən ümumi sahəsi 62.30 kv.m. sahə olan mənzilin tam mülkiyyət hüququ üzrə "X27 Azərbaycan" QSC-nin adına qeydiyyata alınmışdır. - Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-610/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı “X27 Azərbaycan" QSC-nin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı2 qarşı “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - “X27 Azərbaycan" QSC-nin arayışından görünür ki, xx.xx.2019-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1, ilkin satış 128.000 azn, 15% 108.800 azn, 25% 81.600 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 116, ilkin satış 110.000 azn, 15% 93.500 azn, 25% 70.125 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 117, ilkin satış 95.000 azn, 15% 80.750 azn, 25% 60.562.50 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küç., ev 131 nömrəli fərdi yaşayış evi, ilkin satış 90.000 azn, 15% 76.500 azn, 25% 57.375 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. Cəmi borcdan (414.802.47) 81.600 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 333.202.47 azn qalmışdır. Cəmi borcdan (333.202.47) 70.125 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 263.077.47 azn qalmışdır. Cəmi borcdan (263.077.47) 60.562.50 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 202.514.97 azn qalmışdır. Cəmi borcdan (202.514.97) 57.375 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 145.139.97 azn qalmışdır. Cəmi borcdan (145.139.97) 145 053 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 86.97 azn işdir. İddiaçı2 xx.xx.2021 -ci il tarixdə 205.000 azn məbləğində hesaba mədaxil olunmuş ödənişdən xx.xx.2022-ci il tarixdə 59.947 azn hesabından məxaric etmişdir. "xxxx" QSC (nümayəndə vasitəsi ilə) ilə X16 arasında (15 dekabr 2021- larixli Razılaşmanın 2 bəndi) arasında imzalanmış xx.xx.2022-ci il tarixili alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında olan əmlak 100.000 azn məbləğində alıcı X2. Hesabda qalan 145.05. azn kredit borcundan xx.xx.2022-ci il tarixdə silinmişdir. Məhkəmə qərarı üzrə kredir borcundan cəmi 87.97 azn məbləğində ödənilməmiş borc qalmışdır. - “X27 Azərbaycan" QSC-nin çıxarışından görünür ki, İddiaçı2 tərəfindən xx.xx.2021-ci il tarixdə 205.000 azn məbləğində hesaba mədaxil olunmuş, xx.xx.2022-ci il tarixdə 59.947 azn hesabından məxaric etmişdir b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2017 saylı, 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə cəmi 414.802.47 manat məbləğində vəsaitin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X7 məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov ev 131 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və mənzilin ilkin satış qiyməti 90.000 manat, Adil Xəlil oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 117-yə ilməsi və mənzilin ilkin satış qiyməti 95.000 manat, İddiaçı3 məxsus olan şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 116-yə yönəldilməsi və mənzilin ilkin satış qiyməti 110.000 manat, İddiaçı2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan si, 3-cü yaşayış massivi, ev 8 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və mənzilin ilkin satış 128000 manat olmaqla hərracdan satılması ilə bağlı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və bundan sonra əmlaklar hərraca çıxarılaraq bank tərəfindən əldə olunmuşdurlar. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Razılaşmanın 1 bəndinə görə hazırki iş üzrə iddiaçılar xx.xx.2013-cü il tarixli, 072013 saylı kredit müqaviləsi xx.xx.2021-ci il tarixədək 145.052.47 manat , xx.xx.2022-ci il tarixədək isə 60.650.00 (altmış min altı yüz əlli manat) manat ödəniş etməyi öz öhtələrinə götürmüş, Razılaşmanın 2 bəndinə əsasən 1-ci bənd üzrə hazırki iş üzrə iddiaçılar tərəfindən öhtəliklər yerinə yetirildiyi halda Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 3-cü yaşayış massivi 8 saylı fərdi fərdi yaşayış evi Bankı tərəfindən X9 satılması barədə öhtəliyi Bank öz üzərinə götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı2 xx.xx.2021-ci il tarixində 205052.47 manat məbləğində pul vəsaitini mədaxil etsə də, xx.xx.2022-ci il tarixdə İddiaçı2 tərəfindən həmin məbləğin 59.947 manatı məxaric etmişdir. Daha sonra iddiaçı hesabından məxaric edilmiş 59.947 manatın üzərinə 40 000 manat pul vəsaitini əlavə edərək Razılaşmanın 2 bəndinə əsasən Bank ilə xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilə bağlayaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 ünvanında yerləşən ümümi sahəsi 334.3 kv/m olan mənzili X6 adına satın almışdır. Beləliklə, işin araşdırılan hallarından da göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixədək 145.052.47 manatı və Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 ünvanında yerləşən ümümi sahəsi 334.3 kv/m olan mənzilin dəyəri olan 100.000 manat pulu Banka ödəsə də, xx.xx.2022-ci il tarixədək 60.650.00 manat pulu Banka ödəməmiş və bununlada Razılaşmanın 1 bəndinin b) hissəsində göstərilən tələblərini pozmuşdur. Həmin Razılaşmanın şərtlərinə əsasən ödənişlər Banka lazımınca ödənilmədiyindən, Razılaşmanın 3-5-ci bəndlərində göstərilən şərtlər (digər mənzillərin iddiaçıya verilməsi/müəyyən məbləğə satılması) həyata keçirilməmiş və Bank qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin sərbəst şəkildə həyata keçirərək, əmlakların dəyəri olan 269 662.50 manat pulu, həmçinin hesabda qalan 145.053 manat pul vəsaitini xx.xx.2022-ci il tarixdə qalıq kredit borcundan silmişdir. Beləliklə Bank üzərinə düşən bütün öhdəlikləri icra etsədə, iddiaçılar tərəflər arasında bağlanmış Razılaşmana ilə müəyyən olunmuş ödənişləri vaxtında həyata keçirmədiklərindən, hazırda ödənilməmiş yerdə qalan məbləğin qəbul edilməklə, Bankın balansına götürdüyü Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evini X8, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzili İddiaçı3, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzili İddiaçı1 qaytarılmasını cavabdeh “X27 Azərbaycan” QSC-dən tələb etməkdə haqsız olmuşdurlar. Məhkəmə, qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Məhkəmə hesab edir ki, toplanmış iş materialları nəticəsində qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı3 tərəfindən iddiaçı "X27 Azərbaycan" QSC-yə maddi ziyan dəyməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı "X27 Azərbaycan" QSC cavabdehlərin əsassız və vicdansız iddialar qaldırmaqla Bankın hüquqlarını pozduqlarını, həmçinin işgüzar imicinə xələl gətirdiklərini iddia edərək, cavabdehlərdən 25.000 manat maddi ziyan tələb etsə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək iş üzrə tərəflərin tam təbii prosessual hüquqlarıdır və qarşılıqlı iddia üzrə cavabdehlərin hüquqlarından istifadə edərək məhkəmədə iddia qaldırmaqları iddiaçı "X27 Azərbaycan" QSC-yə zərər vurmaq niyyəti kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "X27 Azərbaycan" QSC-nin cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı3 qarşı "maddi ziyanın ödənilməsi" tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddialar təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "X27 Azərbaycan" QSCyə qarşı "mənzilin qaytarılması”, qarşılıqlı iddia üzrə iddiaçı "X27 Azərbaycan" QSC-nin cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı "maddi ziyanın ödənilməsi" tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "X27 Azərbaycan" QSC-yə qarşı "qalıq borcun ödənilməsi ilə mənzilin qaytarılması" tələbinə dair ilk iddia tələbi rədd edilsin. İddiaçı "X27 Azərbaycan" QSC-nin cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-4300/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4300/2024
07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver