Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4334/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı “İcbari Sığorta Bürosu” X1 Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı “İcbari Sığorta Bürosu” X6 Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılır ki, cavabdeh xx.xx.2017-ci il tarixində saat 23:30 radələrində Azsamand markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəndob- Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 43-cü km-də hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Xaçmaz rayon Məhkəməsinin 1(067)- 63/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra sağlamlığa dəymiş zərərin dərəcəsi olaraq 1000 manat məbləğində kompensasiya ödənişi üzrə məlumat cədvəlində qeyd olunanlara əsasən zərərçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırmalar nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində Azsamand markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixində, saat 23:00 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 1000 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. İddiaçı kompensasiya ödənişi olaraq həyata keçirdiyi vəsaiti subroqasiya hüququndan istifadə etməklə cavabdehdən tələb edir.
3. Göstərilənlərə əsasən Cavabdeh 1000 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1030 manat məbləğin Büronun xeyrinə tutması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə iştiraklarının olmadan baxılması və ödənişin cavabdehdən tutularaq iddiaçının bank hesabına köçürülməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli kompensasiya ödənişinin verilməsi haqqında Qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Xaçmaz rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 1(067)-63/2018 saylı hökmünə, Azərbaycan Respublikası Xaçmaz rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 1(067)-63/2018 saylı məktubuna, AR Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin xx.xx.2017-ci il tarixli, 56 saylı rəyinə, İcbari Sığorta Bürosunun 05 dekabr 2018-ci il tarixli Qərarına və iş materiallarına əlavə olunmuş digər sənədlərə əsaslanaraq 03 oktyabr 2017-ci il tarixdə saat 23:30 radələrində, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazsindən keçən 43-cü kilometrliyində Xudat şəhəri istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4, ailə üzvü X2 ölümü ilə əlaqədar, 1000 manat məbləğində kompensasiya ödənişi verilməlidir.
8. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin İcbari Sığorta Bürosunun Müştəri Xidmətlərinin rəisi Nərgiz Sultanlıya ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. O və ya onun adından digər şəxslər tərəfindən iş üzrə zərərçəkmiş şəxs X2 hüquqi varisi X7 və digər ailə üzvlərinə hər hansı ödəniş olunmamışdır.
9. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(067)-63/2018 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2017-ci il tarixli ekspert rəyindən görünür ki, X2 ölümünə səbəb başın küt travması nəticəsində alın sümüyünün açıq qəlpələri, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Ölümün müayinəsindən 8-10 saat əvvəl baş vermişdir.
11. İş materiallarında olan xx.xx.2019-cu il tarixli №387 saylı qəbzin surətindən görünür ki, “İcbari Sığorta Bürosu” X6 tərəfindən X5 Xaçmaz Mərkəzi poçtunda 1000 manat məbləğində ödəniş köçürülmüşdür.
12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən Nəsimi rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Cavabdeh cəza müddəti başa çatmış və o, cəzaçəkmə müəssisəsindən azad edilmişdir.
13. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1102 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “İcbari Sığorta Bürosu” X6 xx.xx.2019-cu il tarixli siyahı № 387 əsasən X5 kompensasiya ödənişi köçürülmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh xx.xx.2017-ci il tarixində saat 23:30 radələrində icbari sığorta şəhadətnaməsi olmayan Azsamand markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 43-cü km-də yol hərəkəti qaydalarını pozmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində X8 ölmüş, Xaçmaz rayon Məhkəməsinin 1(067)-63/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü ilə azadlıqdan məhrum edilmişdir. Cavabdeh tərəfindən zərəçəkənin ailəsinə 4000 manat ödəniş edilmişdir. 1000 manat isə iddiaçı tərəfindən zərərçəkənin ailəsinə ödənilmişdir. Hazırda iddiaçı ödədiyi 1000 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
16. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
17. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
19. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
20. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir.
22. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh yol nəqliyyat hadisəsi zamanı təqsirinin olması aşkar edilmiş, cavabdeh vurduğu zərərə görə ödəməli olduğu məbləğin iddiaçı tərəfindən ödənildiyi halda cavabdeh də öz üzərinə düşən öhdəliyini yerinə yetirməlidir.
23. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 1000 (bir min) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1030 (bir min otuz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
24. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 1000 AZN (bir min) manat məbləğində pul və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X3 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.