Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4347/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Nadı̇ r oğlunun, cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" Publı̇ k Hüquqı̇ Şəxsı̇ n nümayəndəsi X1 iştirakları ilə İddiaçı Nadı̇ r oğlunun cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" Publı̇ k Hüquqı̇ Şəxsı̇ nə qarşı "tibbi sənədlərə düzəliş edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nadı̇ r oğlu cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" Publı̇ k Hüquqı̇ Şəxsı̇ nə qarşı "tibbi sənədlərə düzəliş edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş ona məxsus ambulator tibbi kitabçaya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı münasibətlərin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Hazırki halda məhkəmə hesab edir ki, “Bakı Baş Səhiyyə Mərkəzi” X2 tabeliyində olan 7 nömrəli Şəhər Poliklinikası iddiaçı barəsində ambulator tibbi kitabçası tərtib edərkən publik səlahiyyətləri icra etmiş və bununla əlaqədar tərəflər arasında yaranmış mübahisə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İddiaçıya hazırki iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Nadı̇ r oğlunun cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" Publı̇ k Hüquqı̇ Şəxsı̇ nə qarşı "tibbi sənədlərə düzəliş edilməsi tələbi"nə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Nadı̇ r oğlunun cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" Publı̇ k Hüquqı̇ Şəxsı̇ nə qarşı "tibbi sənədlərə düzəliş edilməsi tələbi"nə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-4347/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4347/2022
25.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver