Məhkəmə qərarları › İş №e-2(006)-4375/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4375/2025

29.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4375/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı məhdudiyyətin aradan qaldırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin məhsulu olan əməkhaqqı (Visa Electron alary) kartına İddiaçı razılığı və bu barədə müəyyən qərar olmadan karta məhdudiyyət qoyulmuşdur. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı heç bir borcu mövcud deyildir. Lakin qanuni və əhəmiyyətli əbəb olmadan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əməkhaqqı kartına sərəncam verilmişdir və karta məhdudiyyət qoyulmuşdur. Karta məhdudiyyət qoyulması İddiaçı öz əməkhaqqı kartından sərbəst şəkildə istifadəsinin qarşısını alır və hər hansı əməliyyat həyata keçirilməsinə mane olur. Belə ki, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus olan əməkhaqqı (X1) kartına qoyulmuş məhdudiyyət aradan aldırılmalıdır. Odur ki, məhkəmədən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə İddiaçı əməkhaqqı kartına qoyduğu məhdudiyyəti qısa müddətdə aradan aldırmaq öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasları 18 avqust, 24 sentyabr, 15 oktyabr və 29 oktyabr 2025ci il tarixə təyin edilmiş, hazırlıq iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, iddiaçının iddia tələbində qeyd etdiyi kartda heç bir məhdudiyyət yoxdur, kartın statusu open-dir. Bununla yanaşı çıxarışla müəyyən edilir ki, müvafiq kartdan iddiaçı məhkəməyə müraciət etdiyi tarixdən (xx.xx.2025-ci il) sonra, xx.xx.2025-ci il tarixdə 635 manat və 70 manat məbləğlərində müvafiq məxaric əməliyyatları da aparılmışdır. Bununla da kartda hər hansı bir məhdudiyyətin olmadığı öz əksini tapır. Müvafiq ərizənin daxil olmasından sonra iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edəcəyini bildirmiş və bununla əlaqədar iclasın təxirə salınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin müraciətləri əsasında iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya şərait yaradılmasından ötrü məhkəmə iclasları dəfələrlə təxirə salınsa da, nə iddiaçı, nə də nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və müvafiq dəqiqləşmə barədə ərizəni məhkəməyə təqdim etməmişlər. Təqdim edilmiş ilk iddia ərizəsində də tələb qeyri-dəqiq olmaqla, konkret olaraq hansı karta qoyulmuş məhdudiyyətin aradan qaldırımalı olması göstərilməmişdir. Məhkəmə işə baxılma müddətlərinin məhdud olmasını, hazırkı işin 3 aydan artıq müddətdə məhkəmənin icraatında olmasına baxmayaraq, hələ də icraatda baxılması üçün hazır olan dəqiqləşmiş ərizənin mövcud olmamasını və konkret olaraq hansı tələbə baxılmasının qeyri-müəyyən olmasını nəzərə alaraq, hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanların aradan qaldırmaması əsası ilə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Məhkəmənin hazırlıq iclasları dəfələrlə təxirə salınaraq, iddiaçıya yuxarıda götərilən nöqsanın aradan qaldırılması üçün şərait yaradılsa da, iddia tələbinin dəqiqləşdirilməsi aparılmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar hazırki işin məhkəmə icraatını qeyri-mümkün edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ("xxxx" MMC vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz, saat 13:15) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ("xxxx" MMC vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz, saat 13:15) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar