Məhkəmə qərarları › İş №e-2(006)-439/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-439/2021

12.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-439/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının, məhkəmə iclasının katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların məcburi qaydada mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əşyaların məcburi qaydada mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi idlə məhkəməyə müraciət edərək, əşyaların mənzildən məcburi qaydada çıxarılması haqqında qətnamə qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3776/2020 saylı qərardadı ilə cavabdehin nümayəndəsi (vəkili) X2 tərəfindən verilmiş “işin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi” barədə vəsatəti rədd edilmişdir. Həmin qərardadan narazı qalan cavabdehin nümayəndəsi (vəkili) X2 şikayət verərək, qərardadın ləğv edilməsini, əks halda işin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndəriulməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-8341/2020 sayl qərardadı ilə cavabdehin nümayəndəsi (vəkili) X1 şikayəti təmin edilməmiş, mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-3776/2020 saylı qərardadı dəyişdirlmədən saxlanılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X2 vəsatət təqdim edərək, bildirmişdir ki, əşyaların yerləşdiyi yer Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində “xxxx” MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilində yerləşir. Ona görə də mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil etiraz edərək vəsatətə etiraz etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, Bakı Apelyasiya Məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin nümayəndəsi (vəkili) X1 vəsatəti təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, çıxarılması tələb olunan əşyalar Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1112 saylı mənzildə yerləşir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-8341/2020 sayl qərardadından görünür ki, çıxarılması tələb olunan əşyaların Bakı şəhəri Yasamal rayonu ərazisində olan mənzildə yerləşməsi nəzərə alınaraq, iddia tələbi mənzilin qanuni sahibi olan iddiaçının hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı olduğuna görə mülki işə müstəsna aidiyyət qaydasında Yasamal Rayon Məhkəməsində baxılması məsələsi də birinci instansiya Məhkəməsində işə baxılarkən müzakirə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmi Məcəllənin 32.4-ci maddəsinə görə, аidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikasının 45.1-ci maddəsinə əsasən “mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər”. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən “mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər”. Həmin Məcəllənin 45.3-ci maddəsinə əsasən “işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir”. Qeyd olulanlara əsasən məhkəmə hesab edir ki, 2(006)-439/2021 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 39, 45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “əşyaların məcburi qaydada mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-439/2021 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar