Məhkəmə qərarları › İş №e-2(006)-4408/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4408/2025

24.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4408/2025 24.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh TBC Kredit “Bank olmayan kredit təşkilatından 10554 manat və ödənilmiş 122 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Abşeron Rayon Məhkəməsinin 2(012)-291/2018 saylı qətnaməsinə əsasən ümumilikdə 69,363,53 ABŞ dolları məbləğiində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu və 120 manat ipoteka predmetinə yönəldilməsi üçün rüsumun cavabdeh X1 tutularaq “TBC Kredit ” bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyəti Cəmiyyətin xeyrinə ödənilməsi qət edilmişdir. Tutma ipoteka predmeti olan X3 məxsus Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127.5 kv m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldirərək açıq hərracda satışından əldə olunan məbləğdən ödənilməlidir. Fərdi yaşayış evinin ilkin satış qiyməti 218000 manat müəyyən olunmuşdur. Ali Məhkəmənin 2(102)-2101/2021-ci il tarixdli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Fərdi yaşayış evi Abşeron Rayon İcra şöbəsinin icraatına daxil olmu, lakin ona icraata başlamaq haqqında qərar və bildiriş verilməmişdir. Fərdi yaşayış evi hərraca çıxarılmış və ilkin hərracda satılmamışdır. Daha sonra yenidən hərrac keçirilmiş və yenə də satılmamış və 40 faiz aşağı qiymətə tələbkar tərəfindən balansa 138.975 manat borc əvəzi olaraq qəbul edilmişdir. Qalan 20898 manat pul isə 2355 manat 3 faiz sadələşdirilmiş vergiyə, 8199 manat 5 faiz Hərrac təşkilatına “TBC” kredit bank olmayan kredit təşkilatı tərəfindən və 7 faiz icra ödənişi isə Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən tutulmuşdur. Lakin tərəfindən "xxxx" bank olmayan kredit təşkilatına və Abşeron rayon İcra və Probasiya şöbəsinə qalıq pulun qaytarılmasına dair xx.xx.2022-ci il tarixdə məktub göndərsə də, heç bir cavab ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Tərəfindən yuxarıda qeyd olunan iddia ilə bağlı Abşeron Rayon Məhkəməsinə şikayət verilmiş və Abşeron Rayon Məhkəməsinin qərardadına əsasən TBC kredit BOKT ayrıca iddia verilməsi qeyd olunmuş və bu səbəbdən də icraata xitam verilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-28/2020 saylı icra vərəqəsinə əsasən 24 aprel 2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsi üzrə yaranmış 50.111,92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin X1, X4 və İddiaçı müştərək qaydada tutularaq “TBC Kredit" bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi, "xxxx" bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə, ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənilmədikdə predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda qalıq hissəsi X1, X4 və İddiaçı müştərək qaydada tutularaq "xxxx" bank olmayan kredit təşkilatı Məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi, "xxxx" bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə X5 arasında bağlanmış 24 aprel 2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi açıq hərracda satılması, X5, X6, X7 və İddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən çıxarılmaları, İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 218000 (iki yüz on səkkiz min) manat müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat cavabdeh X1 tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 400 (dörd yüz) manat tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabına köçürülməsi qeyd edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-28/2020 saylı icra vərəqəsinin icrasının təmini məqsədilə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bakı Hərrac Mərkəzinin 627/21 saylı xx.xx.2022-ci il tarixli protokoluna əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi 138975 manata "xxxx" BOKT ASC-yə satılmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli XT0010034 nömrəli ödəniş tapşırığından görünür ki, evin hərracdan satılması nəticəsində yaranmış fərq - 10740.10 manat İddiaçı qaytarılması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. X2 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən 10 iş günü müddətində ona ödədiyi 10554, 52 (on min beş yüz əlli dörd manat əlli iki qəpik) manat pulun könüllü surətdə geri qaytarılmasını təklif edir. Əks təqdirdə ödədiyi pulun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edəcəyini diqqətə çatdırır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 nömrəli xx.xx.2021-ci il tarixli sənədinə xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 329 nömrəli məktubuna əsasən xx.xx.2022-ci ildə vəfat etmiş X2 vərəsəsi İddiaçı miras qoyan X2 hüquqi varisidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-511/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizəçi İddiaçı şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı qətnaməsinə əsasən cavabdehlər “TBC Kredit" Bank olmayan kredit təşkilatından 10554 manat pulun tutularaq ona ödənilməsi hissəsində icraata xitam verilməsi, ərizəçi İddiaçı şikayətinin Abşeron Rayon İcra və Probasiya şöbəsindən 8907 manat pulun tutularaq ona ödənilməsi hissəsinin təmin edilməməsi qərara alınmışdır. "xxxx" ASC-nin ödəniş tapşırığına əsasən 2355 manat xx.xx.2022-ci il tarixdə sadələşdirilmiş vergi kimi, 8199.52 manat hərrac xərci olaraq "xxxx" MMC-nin hesabına ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyası) Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İcra haqqında” Qanun (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyası) Maddə 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Maddə 79.2.1. Borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. “İpoteka haqqında” Qanun (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyası) Maddə 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı icra sənədinin icra olunması ilə əlaqədar çəkilmiş xərclər kimi 2355 manat sadələşdirilmiş vergi və 8199 manat hərrac təşkilatına ödənilmiş xidmət haqqı məbləğinin, ümumilikdə 10554 manatın cavabdeh TBC Kredit “Bank olmayan kredit təşkilatından xeyrinə tutulmasını xahiş edir. Göründüyü kimi tərəflər arasında yaranan münasibətlər ipoteka predmetinin satılmasından əldə olunan gəlirlərin bölüşdürülməsi üzrə yaranmışdır. Bu münasibətlər “İpoteka haqqında” Qanunun 47.2-ci maddəsi ilə tənzimlənir. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən (ipoteka ilə təmin edilən tələbin həcmi) əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: ... 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 46.2-ci maddəsinə görə ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. Həmin Qanunun 47.2-ci maddəsinə görə ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı norma Mülki Məcəllənin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasında əks olunmuş 319.5-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə hərrac “İpoteka haqqında” Qanunla müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir. Başqa sözlə, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin tutulması ilə bağlı hərəkətlər icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən həyata keçirilməli olan tədbirlərə aiddir. İş materiallarından göründüyü kimi icra məmuru tərəfindən ipoteka predmeti satışından əldə olunan vəsait bölüşdürülərək, müvafiq olaraq 2355 manat sadələşdirilmiş vergi, 8199 manat hərrac təşkilatına ödənilmiş xidmət haqqı kimi bölüşdürülmüş və satış nəticəsində yaaranmış fərq 10740.10 manatın iddiaçı tərəfə qaytarılması üçün icra qurumunun depozit hesabına köçürülməsi təmin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırda iddiaçının çəkilən xərclərin cavabdehdən tutulmasını tələb etməsinin əsası mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclərin cavabdehdən tutulması barədə iddia tələbi, əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar