Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4415/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəyə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləiş bağlar sahəsindəki 160 nömrəli kooperativin Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən verilmiş 12 nömrəli orderin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləiş bağlar sahəsindəki 160 №-li kooperativi tərəfindən Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-ct il tarixli 1/44 №-li Qərarına əsasən verilmiş 12 №li orderdə (bundan sonra “Order” adlanır) onun soyadı kiril əlifbası ilə yazılmaqla “Qasımova” qeyd olunmuşdur (latın əlifbası ilə “Qasımova” tələffüz olunur). Onun xx.xx.2005-ci il tarixdə Nəsimi RPİ tərəfindən verilmiş AZE № 0******* şəxsiyyət vəsiqəsində (bundan sonra “şəxsiyyət vəsiqəsi” adlanır) soyadı “Kasimova” göstərilmişdir. Göründüyü kimi, onun orderdə göstərilən soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki soyadı ilə düz gəlmir (üst-üstə düşmür). "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq order ona bağ sahəsinin əvəzsiz qaydada mülkiyyətinə alması hüququnu verir və onun əmlak hüquqlarının yaranması üçün əsasdır. Bu əsasla həmin order hüquq müəyyənedici sənəddir. Orderin ona məxsus olması faktının müəyyən edilməsi həmin orderlə ayrılmış 0,12 ha bağ sahəsinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq onun tərəfindən əvəzsiz qaydada mülkiyyətinə alması üçün tələb olunur. Orderi verən təşkilat tərəfindən orderdəki soyad səhvinin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi mümkün deyil. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı sərəncamı ilə hüquq varisliyi müəyyən olunmadan ləğv edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna xx.xx.2020-ci il tarixli **********01 saylı cavab məktubundan görünür ki, ona aid Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləiş bağları ərazisindəki 5581 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hər hansı mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Həmin bağ sahəsi ilə bağlı hüquq mübahisəsi yoxdur. O, uzun müddət Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmaqla Bəstəkarlar İttifaqının məsul katibi işləmişdir. O, Bəstəkarlar İttifaqının 160 №-li Ləiş bağ-tikinti kooperativinin üzvü olmuşdur. Bunlar Bakı şəhər X2 Bakı şəhər icraiyyə komitəsinin icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 1/44 №-li qərarının və 160 №-li Ləiş bağ- tikinti kooperativi üzvlərinin siyahısının, Azərbaycan Bəstəkarlar İttifaqının xx.xx.1991-ci il tarixli 5 №-li üzvlük biletinin, Azərbaycan Bəstəkarlar İttifaqının 1 №-li vəsiqəsinin notarial surətləri və onun əmək kitabçasından çıxarışın surəti ilə təsdiq olunur. Azərbaycan Bəstəkarlar İttifaqının xx.xx.1991-ci il tarixli 5 №~li üzvlük biletində onun soyadı “Qasımova”, Azərbaycan Bəstəkarlar İttifaqının 1 №-li vəsiqəsində isə “Kasimova” göstərilir. Eyni zamanda Azərbaycan “Muğam dünyası” vəqfi (Assosiasiyası) tərəfindən ona verilmiş xx.xx.1992-ci il tarixli 30 №-li vəsiqədə onun soyadı “Qasımova” göstərilir. Həmin vəsiqələrdən və biletdən görünür ki, onların hamısı ona məxsusdur. Bu cür fərqli yazılmalar Sovet İttifaqı və onun süqutundan xeyli sonra Respublikamızda kiril əlifbasından istifadə və azərbaycan sözlərinin bir çox hallarda rus dilinə xas olan transkripsiya qaydalarına uyğun yazılmalarla (mis., “Qasım” - “Kasim” və ya “Kasum”; “Qasım- ismayılov” rayonu - “Kasum- İsmailovskiy" rayon və s.) əlaqədardır. Sadalananlara əsasən orderdə soyadı “Qasımova” göstərildiyinə baxmayaraq həmin sənəd ona (Ərizəçi) məxsusdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Nəsimi rayon Polis idarəsi tərəfindən xx xxxxxx 2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçiyə şəxsiyyət vəsiqəsi verilərkən onun adı müvafiq sənəddə «Ərizəçi» kimi göstərilmişdir. 160 nömrəli Ləiş bağ tikinti kooperativi üzvlərinin siyahısından görünür ki, X1 AZ.Bəstəkarlar İttifaqı Cİ-4293 İdarə heyətinin katibi işləyib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilir: “Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsində yerləşən 5581 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır”. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləiş bağlar sahəsindəki 160 nömrəli kooperativin 12 saylı orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən “X3” qızına Ləiş bağlar sahəsində 160 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 12 nömrəli bağ ayrılmışdır. Beləliklə işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəmi ilə müəyyən olunur ki, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləiş bağlar sahəsindəki 160 nömrəli kooperativin Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən verilmiş 12 nömrəli order Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». İş materiallarından görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişlər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 308, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləiş bağlar sahəsindəki 160 nömrəli kooperativin Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən verilmiş 12 nömrəli orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4415/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4415/2020
24.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver