Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4441/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Xəlilova (Qurbanova) Nigar Müqabil qızı və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Xəlilova (Qurbanova) Nigar Müqabil qızı və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Xəlilova (Qurbanova) Nigar Müqabil qızından və Cavabdeh2 95.000 (doxsan beş min) manat, dövlət rüsumu üçün ödənilmiş 375 (üç yüz yetmiş beş) manat, ümumilikdə 95.375 (doxsan beş min üç yüz yetmiş beş) manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə müəyyən edilmiş dövlət rüsumu səlahiyyəti olmayan şəxs tərəfindən ödənilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ödəyici X1r, lakin onun iddiaçının adından dövlət rüsumu ödəmək səlahiyyətini təsdiq edən hər hansı bir sənəd ərizəyə əlavə edilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və ya onun adından dövlət rüsumunu ödəmək səlahiyyətini etibar etdiyi səlahiyyətli şəxs tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə müəyyən edilmiş dövlət rüsumu ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Əlavə olaraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən iddia ərizəsi eyni əsaslarla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4346/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçıya geri qaytarılmış və ona göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçı məhkəmənin iddia ərizəsini geri qaytarma əsaslarına məhəl qoymadan və göstərilən nöqsanları aradan qaldırmadan həmin iddia ərizəsinin geri qaytarılmasına əsas olan xx.xx.2022-ci il tarixli qəbzi əlavə edərək eyni məzmunlu iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Xəlilova (Qurbanova) Nigar Müqabil qızı və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya bir daha izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4441/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4441/2022
12.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver