Məhkəmə qərarları › İş №e-2(006)-4478/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4478/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4478/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, İddiaçı MMCnin maraqlı şəxs Nəsimi rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər X2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Nümayəndə qarşı «qəzalı vəziyyətdə olan yaşayış sahəsinin və ərazinin boşaldılaraq sökülməsi, mülkiyyətçilərin daha geniş, təmirli mənzillərlə və kirayə haqqı ilə təmin edilmələri və s.” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC maraqlı şəxs Nəsimi rayon İcra Hakimiyyəticəlb edilməklə cavabdehlər X2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Nümayəndə qarşı «qəzalı vəziyyətdə olan yaşayış sahəsinin və ərazinin boşaldılaraq sökülməsi, mülkiyyətçilərin daha geniş, təmirli mənzillərlə və kirayə haqqı ilə təmin edilmələri və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən müxtəlif cavabdehlərə qarşı olan tələb (yaşayış sahəsinin boşaldılması, sökülməsi, kirayə haqqı) bir iddia ərizəsində birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. İddia ərizəsindən də göründüyü kimi iddiaçı müxtəlif cavabdehlərə qarşı iddia qaldıraraq onlarla ayrı-ayrılıqda bağlanmış müqavilələrə istinad edərək iddianın təmin olunmasını xahş etmişdir. Məhkəmə isə hesab edir ki, iddiaçı hər bir cavabdehə qarşı ayrılıqda iddia qaldırmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin maraqlı şəxs Nəsimi rayon İcra Hakimiyyəticəlb edilməklə cavabdehlər X2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Nümayəndə qarşı «qəzalı vəziyyətdə olan yaşayış sahəsinin və ərazinin boşaldılaraq sökülməsi, mülkiyyətçilərin daha geniş, təmirli mənzillərlə və kirayə haqqı ilə təmin edilmələri və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar