Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-449/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlamadan imtina edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25b saylı mənzilə dair nəvəsi X2 xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 12 saylı DNK-də xxxx-1031 reyestr nömrəsi ilə təsdiq olunmuş bağışlama müqaviləsindən imtina edilmiş hesab olunması, Bakı şəhəri 12 saylı DNK-də xx-xx-1031 reyestr nömrəsi ilə təsdiq olunmuş xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinin əsasında X1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri 12 saylı DNKdə xx-xx-1031 reyestr nömrəsi ilə təsdiq olunmuş xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsindən imtina edilməsi səbəbilə ünvan 1 ünvanında yerləşən 25b saylı mənzilin cavabdeh X4 tərəfindən boşaldılması, onların cavabdeh X1 qanunsuz sahibliyindən götürülməsi və həmin daşınmaz əmlaka mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının oğlu X3 ünvan 1 ünvanında yerləşən 25b saylı mənzil bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. İddiaçı da həmin mənzili xəstə qızına və ona baxmaq şərtilə nəvəsi X2 bağışlamışdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 131, 25 saylı mənzil iddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 12 saylı DNK-də bağlanmış xx-xx-1031 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən cavabdehə bağışlanmış və həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq ona MH seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. Sonradan reyestr məlumatlarında cari dəyişikliklər edilmiş və həmin mənzilə dair cavabdehin adına ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli elektron çıxarış verilmişdir. Cavabdeh Toğrul Sadıqov bağışlamanın şərtlərinə əməl etməyərək ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozaraq iddiaçıya-91 yaşlı nənəsinə və onun xəstə qızına (bibisinə) qayğı göstərib saxlamaqdan imtina etmişdir. Fakt odur ki, iddiaçı daşınmaz əmlaklara olan hüquqları nəvəsinə versə də o, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri yerinə yetirməmiş və nənəsinə, bibisinə heç bir maddi yardım belə göstərməmişdir. Bütün bunlara görə də iddiaçı cavabdeh Toğrul Sadıqova etdiyi bağışlamadan imtina etmək qərarına gələrək ona bu barədə bildiriş göndərmişdir. Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş həmin bildiriş iddiaçıya xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Bundan başqa, aralarındakı bağışlama müqaviləsindən iddiaçı tərəfindən imtina edildiyindən hazırda cavabdeh Toğrul Sadıqovun ünvan 1 ünvanında yerləşən 25b saylı mənzil üzərindəki sahibliyi artıq qanunsuzdur. Buna görə də iddiaçı mülkiyyətçisi olduğu əmlakı cavabdeh Toğrul Sadıqovun qanunsuz sahibliyindən geri tələb etməkdə də haqlıdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarındakı Texniki İnvertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilən ÖM seriyalı, 004398 seriyalı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 131, 25b saylı mənzil xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarındakı 01 dekabr 2017-ci il tarixdə Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun böyük dövlət notariusu N.A.Hüseynov tərəfindən təsdiq edilmiş bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş 662 №-li r/kitab; 99362-ci səhifə 30/9368 qeydiyyatlı qeydiyyat vəsiqəsi əsasında ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Aqil Quliyev küçəsi, 131 nömrəli binada yerləşən yaşayış sahəsi 34.0 kv.m ümumi sahəsi 38.0 kv.m iki otaqdan ibarət 25b nömrəli mənzilini nəvəsi hədiyyə alan Cavabdeh bağışlamışdır. İş materiallarındakı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 131, 25b saylı mənzil Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-05-1031 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 131, 25b saylı mənzilə dair dövlət reyestrində cari dəyişikliklər edilmiş və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli elektron çıxarış verilmişdir. İş materiallarındakı 03 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25b saylı mənzilin nəvəsi Cavabdeh bağışlanmasından imtina etdiyini bildirmiş və mənzilin boşaldılaraq qısa müddətdə ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 25b saylı mənzil bağışlama müqaviləsi əsasında oğlu X3 tərəfindən iddiaçıya verilmişdir. İddiaçı da həmin mənzili xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən cavabdehə bağışlamış və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq ona MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. İddiaçı cavabdeh Toğrul Sadıqovun bağışlamanın şərtlərinə əməl etməyərək ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozaraq iddiaçıya-91 yaşlı nənəsinə və onun xəstə qızına (bibisinə) qayğı göstərib saxlamaqdan imtina etdiyini, onlara heç bir maddi yardım belə göstərmədiyini bildirsə də, xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674 maddələrinin məzmunu izah edilmiş, həmçinin müqavilədə cavabdehin üzərinə hər hansı vəzifələr qoyulmamış, müqavilə şərtsiz bağlanmışdır. Həmçinin, bağışlama müqaviləsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bağışlamanın imtina edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Digər iddia tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələblər ilkin tələblə bağlıdır və həmin tələbin təmin olunub-olunmamasından asılıdır. Bağışlamanın imtina edilməsi tələbi rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “bağışlamadan imtina edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-449/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-449/2023
02.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver