Məhkəmə qərarları › İş №e-2(006)-4558/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4558/2021

02.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4558/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdehnə qarşı «şəxsin narkoloji-tibb müəssisəsinə yerləşdirilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdehnə qarşı «şəxsin narkoloji-tibb müəssisəsinə yerləşdirilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X6 müddətli hərbi xidmət keçərkən törətdiyi hərbi cinayətə görə məhkum olunmuş, hərbi müddətdən qayıtdıqda isə narkomanlıq xəstəliyinə düçar olmuş və bu səbəbdən öz yaxın qohumları olan anası və atasını mütəmadi olaraq döyüb təhqir edir, evdə olan əşyalar sındırıb pul tələb etməklə ərizəçiyə maddi və mənəvi zərər yetirməkdədir. Ərizəçi dəfələrlə oğlunu müalicə etdirmək istəsə də, Vüqar Səfərli hər dəfə təklif olunmuş könüllü müalicədən imtina edir. Həkim- Məsləhət Komissiyasının 04.06.2021-ci il tarixli rəyindən görünür ki, xəstə X3 məcburi müalicə olunmasını məsləhət görülmüşdür. Göstərilənlərə əsasən 29.11.1996-cı il təvəllüdlü X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi Şəxsi Cavabdehnə məcburi yerləşdirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etmiş, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdehn nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh Həkim Məsləhət Komissiyasının 04.06.2021-ci il tarixli X2 məcburi müalicə təyin olunması barədə rəyindən görünür ki, 29.11.1996-cı il təvəllüdlü X1 dediyinə görə 1 ildir ki, narkotik maddə olan heroin tozundan və metamfetamindən istifadə edir, xəstədə fiziki və psixi asılılıq yanarıb, orqanizmin gündəlik tolerantlığı sutka ərzində 0,3 q heroin-0,2 qram metafetaminə qədər yüksəlib. NAS tam formalaşıb. 03.07.2020-23.07.2020-ci il, 30.09.2020-15.10.2020-ci il tarixlərdə RNM-də stasionar müalicə almışdır. Davamlı remissiya olmayıb. Hal-hazırda könüllü müalicə almaqdan imtina edir. Diaqnoz: «Opioid və psixostimulyatorun qəbulu nəticəsində asılılıq sindromu» -F19.2. Həkim-Məsləhət Komissiyası xəstə X2 məcburi müalicə təyin olunmasını məsləhət görülmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən məcburi müalicə təyin olunması barədə rəyi ilə müəyyən olundu ki, X3 narkomaniya xəstəsi olmaqla məcburi müalicəyə ehtiyacı vardır. «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli, 39 nömrəli Qərarına əsasən cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudçasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilir. Məcburi müalicənin tətbiqinə yalnız həkim-məsləhət komissiyasının rəyi əsasında narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkolojitibb müəssisəsi tərəfindən “narkomanlıq” diaqnozu təyin edilmiş şəxs üzərində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 352.1-ci maddəsinə əsasən öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən ərizənin təmin edilməsi barədə qətnamə şəxsin narkoloji tibb müəssisəsinə məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29.11.1996-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X3 narkoloji-tibb müəssisəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi Şəxs Cavabdehnə məcburi yerləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29.11.1996-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X3 narkoloji-tibb müəssisəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi Şəxsi Cavabdeh-nə məcburi yerləşdirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar