Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4599/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi ilə İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə (xüsusi notarius X3) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə (xüsusi notarius X3) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş (LPO ASC "xxxx" Sığorta Şirkətindən "xxxx" MMC-nin xeyrinə 1497 manat 08 qəpik pulun tutulmasına dair) xx.xx.2022-ci il tarixli 8İ-900003 reyestr №-li icra qeydinin ləğv edilməsinə və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi ilə "xxxx" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə istinadən LPO ASC "xxxx" Sığorta Şirkətindən hazırkı iddia tələbi üzrə üçüncü şəxs "xxxx" MMC-nin xeyrinə icra qeydində göstərilən abunə müqavilələrinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1497 manat 08 qəpik pulun tutulması təklif olunmuşdur. İstinad edilən icra qeydindən icra məmurunun gördüyü tədbirlər üzrə LPO ASC "xxxx" Sığorta Şirkəti bank hesabına inkasso qoyularaq 100 manat pulun silinməsindən sonra xəbər tutmuşdur. Nəsimi rayon İcra Şöbəsinin rəisi Y.Allahverdiyev tərəfindən "xxxx" xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuş, LPO ASC "xxxx" Sığorta Şirkətinin bank hesabının olduğu "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli bildiriş və inkasso sərəncamları göndərilmişdir. (“İcra qeydi”ndə onun verilmə tarixi xx.xx.2022-ci il göstərilmiş, İcra məmrunun qərarında və İnkasso sərəncamlarında isə icra qeydinin tarixi və nömrəsi “xx.xx.2022, № 3833” göstərilmişdir.) Aşağıda göstərilən əsaslara görə hazırkı iddia ilə qanuniliyi və əsaslılığı mübahisələndirilən Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “icra qeydi”nin ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" Sığorta Şirkəti ASC-nin müflis elan edilməsi barədə ərizəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilərək Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin (hakim L.Əliyeva) xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qərardadı ilə sözügedən şirkətin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir (Hazırda Ləğvetmə Komissiyasının üzvləri: X6 – ləğvetmə komissiyasının sədri, X2 və X5 – komissiya üzvləri). Hazırda ləğvetmə komissiyası tərəfindən "xxxx" ASC Sığorta Şirkətinin ləğvetmə tədbirləri və öhdəlikləri davam etdirilir. Sığortaçının iflas proseduru “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir. Nəzərə alınmalıdır ki, LPO ASC "xxxx" SŞ-nin müflis elan edilməsinə dair bildiriş xx.xx.2020-ci ildə “Azərbaycan” qəzetində dərc olunduqdan keçən 60 gün ərzində "xxxx" MMC tərəfindən kreditor tələbi ilə Ləğvetmə Komissiyasına müraciət olunmamışdır. İflas prosedurunda olan sığorta şirkətinə qarşı kreditor tələbləri yalnız “Müflisləşmə və iflas haqqında” Qanunun tələbləri çərçivəsində irəli sürülə bilər. İflas prosedurunda olan hüquqi şəxsə qarşı hər hansı kreditor tələbi ilə yalnız Ləğvediciyə müraciət edilməli, kreditor tələbi Ləğvedici tərəfindən qəbul edilmədikdə isə iflas prosesinə nəzarət edən məhkəməyə ərizə ilə müraciət olunmalıdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC iddia tələblərinə dair etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi hüquqdan sui-istifadə etməyə yönəldiyi üçün qəbuledilməzdir. Belə ki, iddiaçı öz tələbinin hüquqi əsası olaraq, “Müflisləşmə və iflas haqqında” qanunun 43-cü maddəsi, “Sığorta fəaliyyəti haqqında” qanuna, Mülki Məcəlləyə istinad etmişdir. Halbuki istinad olunan qanunvericilik normalarına nəzər saldıqda görünür ki, istinad olunan normaların heç biri yaranmış mübahisəni tam tənzimləmir. Çünki əmlak inzibatçısı tərəfindən "xxxx" MMC-yə heç bir bildiriş göndərilməmişdir. Əmlak inzibatçısının bu hərəkətsizliyi özü-özlüyündə bir neçə hüquqi nəticəyə səbəb olmuşdur. İlk olaraq "xxxx" MMC-nin 5 milyondan çox abunəçisinin olduğu nəzərə alınsa, bütün borcların son vəziyyəti ilə bağlı məlumatları daim yeniləmək mövcud sistemlər çərçivəsində mümkün deyildir. Elə bu səbəbdən də xx.xx.2020-ci il tarixli LPO ASC ”Standard İnsurance” şirkətinin müflis elan edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasından iddiaçının məhkəməyə müraciəti əsasında xəbərdar olmuşlar. Əks halda iddiaçı ilə abunə müqaviləsi münasibətlərinə ağlabatan olaraq daha əvvəl xitam vermiş olardılar. Bildirişin göndərilməməsi və borcların şirkətin müflis elan edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasından sonrakı dövrdə yaranmış olması onu deməyə əsas verir ki, əmlak inzibatçısı konkludent hərəkətlərlə müqavilənin davam etdirilməsinə razılıq vermişdir. Abunə müqaviləsinin 10.3-cü maddəsinə əsasən abunəçi istənilən vaxt abunə müqaviləsinə xitam verə bilərdi. Lakin LPO ASC "xxxx" şirkəti müqaviləyə xitam verməmiş, əksinə istifadəni davam etdirərək borcun yaranmasına səbəb olmuşdur. Qeyd olunan faktlar xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş sənədlərdə öz əksini tapmışdır. Bu səbəbdən də LPO ASC "xxxx" Sığorta Şirkətinin öhdəliklərini vicdanla yerinə yetirməsi üçün əmlak inzibatçısı "xxxx" MMCni kreditor kimi tanıyaraq, kreditorların reyestrinə daxil etməlidir. Lakin borclunun "xxxx" MMC-yə olan borcu barədə icra qeydinin ləğv edilməsi tələbi hüquqdan sui-istifadə cəhdidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, xx.xx.2023-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edilərək, məhkəmə hazırlıq və baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisi (xüsusi notarius X4) nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məktub göndərərək onlara qarşı irəli sürülən iddianı qəbul etmədiklərini, sübutları göndərdiklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. “Azərbaycan” qəzetinin xx.xx.2020-ci il tarixli buraxılışından çıxarışdan görünür ki, “LPO ASC "xxxx" Sığorta Şirkətinin kreditorlarının nəzərinə” başlığı ilə dərc edilmiş elan “Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sığorta Şirkətinin müflis elan edilməsi qərara alınmış, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilmiş, iflas prosesində olan ASC "xxxx" Sığorta Şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslərin bu elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə yazılı şəkildə təqdim etməli olduqları” məzmununda olmuşdur. Əlavə məlumat almaq üçün müraciət edilməli olan ünvan “ünvan 1lektron poçt “Elektron ünvan ” qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 "xxxx" Azərbaycan Respublikası qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC xeyrinə ünvan 3 ünvanında yerləşən ASC "xxxx" Sığorta Şirkəti (ləğv prosesindədir) **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** nömrəli abunə müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1497 manat 08 qəpik (min dörd yüz doxsan yeddi manat səkkiz qəpik) tutulsun. Bundan əlavə borclu ASC "xxxx" Sığorta Şirkətindən (Ləğv prosesindədir) tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1522 manat 08 qəpik (min beş yüz iyirmi iki manat səkkiz qəpik) pul tutulması təklif edilmişdir. Nəsimi rayon İcra şöbəsinin icra ödənişinin alınması barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ASC "xxxx" SŞ-dən 106 manat 54 qəpik məbləğində icra ödənişi tutulması qərara alınmışdır. Nəsimi rayon İcra şöbəsinin borclunun xarici valyutada olan pul vəsaitlərinin konvertasiyasının həvalə edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ünvan 5unun 3833 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun xarici valyutada olan pul vəsaitlərinin konvertasiyasının "xxxx" ASC-yə həvalə edilməsi qərara alınmışdır. Nəsimi rayon İcra şöbəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 5unun 3833 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixli inkasso sərəncamları icra oluması üçün göndərilmiş, icra sənədinin icrasının təmin edilib, nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli inkasso sərəncamlarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən “ünvan 5unun 3833 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, xx.xx.2023-cü il tarixli icra ödənişinin alınması və borclunun xarici valyutada olan pul vəsaitlərinin konvertasiyasının həvalə edilməsi barədə qərarlar” təyinatı ilə ASC "xxxx" Sığorta Şirkətinin hesabına dair (1522,08 manat və 106,54 manat) inkasso sərəncamları verilmişdir. Bakı şəhəri 43 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən “Elektron notariat” AİS-nə ötürülən notariat icra qeydi haqqında notarius tərəfindən elektron formada daxil olmuş ərizələr 1) xx.xx.2022-ci il tarixli 8İ-2223 reyestrlə 51 man.15 qəp., 2) xx.xx.2022-ci il tarixli 8İ-3411 reyestrlə 180 man.40 qəp., 3) xx.xx.2022-ci il tarixli 8İ-3833 reyestrlə 1497 man.08 qəp. və 4) xx.xx.2022-ci il tarixli 8İ-4959 reyestrlə 120 man.45 qəp. icra qeydləri aparılmışdır. Məktuba əlavə edilmiş: - Tələbkar "xxxx" MMC tərəfindən borclu ASC "xxxx" SŞ-yə (ünvan 6 ünvanlanmış icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən B/19357 nömrəli, xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, abunə müqavilələrindən irəli gələrək ümumilikdə 1497.08 AZN (min dörd yüz doxsan yeddi manat, səkkiz qəpik) məbləğində əsas borcun ödənilməli olması, borcun 20 gün müddətində ödənilmədiyi halda "xxxx" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən notarius tərəfindən icra qeydi aparılacağı qeyd edilmişdir. - B/19357 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişə əlavədən görünür ki, ********** telefon nömrəsində 30.08 manat, ********** telefon nömrəsində 41.45 manat, ********** telefon nömrəsində 1083 manat, ********** telefon nömrəsində 31.21 manat, ********** telefon nömrəsində 40.93 manat, ********** telefon nömrəsində 50.41 manat, ********** telefon nömrəsində 100 manat, ********** telefon nömrəsində 100 manat, ********** telefon nömrəsində 20 manat borc vardır (cəmir borc: 1497.08 manat). - Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, ASC "xxxx" SŞ (AZ1014, Bakı ş., Nəsimi r., Şəmsi Bədəlbəyli, ev 94) ünvanına göndərilmiş məktubun xəbərnaməsinin "xxxx" MMC-yə qaytarılması tələb edilmişdir. Xəbərnamədə məktubun izləmə nömrəsi kimi “SS753437110AZ”, ştampın tarixi isə xx.xx.2022-ci il qeyd edilmişdir. Bakı şəhəri 43 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC tərəfindən “Elektron notariat” AİS-nə ötürülən notariat icra qeydi haqqında notarius tərəfindən elektron formada daxil olmuş ərizə xx.xx.2022-ci il tarixli 8İ-3833 reyestrlə icra qeydi aparılmışdır. Məktuba əlavə edilmiş: - Notariat icra qeydi haqqında ərizədən görünür ki, tələbkar "xxxx" MMC borclu ASC "xxxx" Sığorta Şirkətindən (Ləğv Prosesindədir) 1497.08 manat borcun onun xeyrinə tutulması üçün ərizə vermişdir. - "xxxx" MMC icra qeydinin aparılması üçün xx.xx.2022-ci ildə 25 manat rüsum ödəmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş zərfdən (SS753437110AZ) görünür ki, "xxxx" MMC tərəfindən ASC ”Standard İnsurance” SŞ-yə (AZ1014, ünvan 7 ünvançının köçməsi səbəbindən ona çatdırılmamış, ştampın tarixi xx.xx.2022-ci il olmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, SS753437110AZ ştrix kodlu sifarişli xəbərnaməli məktubla bağlı arxiv sənədləri məhv edildiyindən məsələnin müfəssəl araşdırılması imkanları xaricində olmuşdur. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 35,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz №:**********). Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti müflis elan edilmiş, xx.xx.2020-ci il tarixdə “Azərbaycan” qəzetində “LPO ASC "xxxx" Sığorta Şirkətinin kreditorlarının nəzərinə” başlıqlı elan verilərək, şirkətin məhkəmə qərarı ilə müflis elan edilməsi və ləğvetmə komissiyasının tərkibinin müəyyən edilməsi bildirilmiş, ona qarşı tələbi olan fiziki və hüquqi şəxslərin həmin elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə yazılı şəkildə təqdim etməli olduqları barədə məlumat verilərək, ünvan, telefon nömrəsi və elektron poçt qeyd edilmişdir. Şirkət müflis elan edildikdən sonra "xxxx" MMC xx.xx.2022-ci il tarixli bildiriş göndərərək, yaranmış 1497,08 manat məbləğində borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağını iddiaçının nəzərinə çatdırmaq istəmiş, həmin bildirişin olduğu zərf ünvançının köçməsi qeydi ilə "xxxx" MMC-yə geri qaytarılmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən ASC "xxxx" Sığorta Şirkətinə ünvanlanmış məktubla bağlı arxiv sənədləri məhv edilmişdir. "xxxx" MMC-nin müraciəti ilə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli icra qeydi ilə "xxxx" MMC-nin xeyrinə iddiaçıdan vaxtında ödənilməmiş 1497,08 manat məbləğində borcun və 25 manat məbləğində dövlət rüsumunun tutulması təklif edilmişdir. Nəsimi rayon İcra şöbəsi ünvan 5unun 3833 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixli məktubla "xxxx" ASC-yə müraciət edərək, iddiaçının bank hesablarına dair inkasso sərəncamlarının icra oluması və nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir. Hazırda iddiaçı ləğv prosesində olduğuna görə, ona qarşı olan kreditor tələbi üzrə notarius tərəfindən icra qeydinin aparılmasının qanunazidd olduğunu mübahisələndirərək həmin icra qeydinin ləğv edilməsini, cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə iddiaçının hüquqdan sui-istifadə edərək iddia qaldırdığını, onun müflis elan edilməsi və kreditorların müraciət müddəti ilə bağlı bildirişi kreditoru olan "xxxx" MMC-yə göndərməməsi və müqavilə münasibətlərini davam etdirdiyini göstərən hərəkətlər etməsi nəticəsində borcunun yaranmasını qeyd edərək, borc barəsində icra qeydinin aparılmasının qanuni bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi və etirazla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin predmetini xüsusi notariusun peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan məsələ, yəni həyata keçirilmiş notariat hərəkətinin (aparılmış icra qeydinin) qanuni olubolmaması təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq xüsusi notarius və vəkillərin peşə fəaliyyətinin həyata keçirilməsindən irəli gələn publik hüquqa aid olmayan mübahisələrə ümumi məhkəmələr baxır. Mübahisə üzrə aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ərizəsi əsasında icra qeydini aparan zaman cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisi (xüsusi notarius X4) "xxxx" Azərbaycan Respublikası Qanununun, “Notariat hərəkətlərinin aparılması haqqında Təlimat”ın və digər hüquqi aktların tələblərini pozmuşdur. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cavabdeh icra qeydini aparmazdan əvvəl tələb edilən borcun mübahisəsiz olduğunu araşdırmalı və yalnız bu faktı təsdiq etdikdən sonra, əgər müvafiq müddətlər keçməmişsə, icra qeydini aparmalı idi. Lakin hazırki işdən göründüyü kimi, cavabdeh borcun mübahisəsiz olub-olmamasını araşdırmamışdır. Çünki aparılmış icra qeydi ilə pul tutulması nəzərdə tutulan ASC "xxxx" Sığorta Şirkəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə müflis elan edilmiş, xx.xx.2020-ci il tarixli qərardadı ilə isə Şirkətin ləğvetmə komissiyasının üzvlərinin siyahısı təsdiq edilmişdir. Buna baxmayaraq, cavabdeh yaranma vaxtı mübahisəli olan borca görə icra qeydi aparmışdır. Belə ki, "xxxx" MMC icra qeydi haqqında ərizədə iddiaçının borcunun 2021-ci ilin mart ayında yarandığını qeyd etsə də, borcun məhz həmin tarixdə yarandığını təsdiq edən sübutları notariat ofisinə təqdim etməmişdir. Bununla yanaşı, "xxxx" MMC məhkəməyə təqdim etdiyi iddia tələbinə dair etirazda da iddiaçının borcunun 2021-ci ilin mart ayında yarandığını bildirmiş, lakin bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə də təqdim etməmişdir. "xxxx" MMC tərəfindən etiraza əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərdən (hansı ki, icra qeydinin aparılması üçün notariat ofisinə də həmin sənədlər təqdim edilmişdir) isə barəsində icra qeydi aparılmış borcun, həqiqətən də, 2021-ci ilin mart ayında yaranmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, iddia tələbinə dair edilmiş etirazın həmin dəlili onu irəli sürən şəxs tərəfindən məhkəmədə sübuta yetirilməmişdir. Borcun ləğv prosesi ərzində yaranması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, "xxxx" MMC iddiaçıya qarşı olan tələbini qeydə aldırmaq üçün müəyyən edilmiş müddət ərzində ləğvetmə komissiyasına müraciət etməli, müraciətin nəticəsindən asılı olaraq müvafiq qaydada siyahıya alınmalı və ya iflas proseduruna nəzarəti həyata keçirən məhkəmədə müvafiq tələblə çıxış etməli idi. Lakin "xxxx" MMC iddiaçı barəsində ləğv prosesinə başlanmasından xəbərdar olmadığını qeyd edir. Məhkəmə hesab edir ki, əgər "xxxx" MMC, həqiqətən də, iddiaçı barəsində ləğv prosesinə başlanmasından xəbərsiz idisə, bu zaman aralarında bağlanmış xx.xx.2013-cü il tarixli Abunə müqaviləsinin 16.5-ci bəndinə müvafiq olaraq qarşılıqlı razılaşma üçün əvvəla iddiaçının özünə, qarşılıqlı razılaşma əldə olunmadığı təqdirdə isə adi qaydada məhkəməyə müraciət etməli idi. Belə ki, tərəflər müqavilənin həmin bəndi ilə aralarında olan mübahisələrin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi, qarşılıqlı razılaşma yolu ilə həll edilməyən mübahisələrin isə aidiyyəti üzrə müvafiq məhkəmə tərəfindən həll edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin bu bəndi tərəflərin iradə ifadəsini əks etdirdiyindən məhkəmə hesab edir ki, "xxxx" MMC aralarında olan razılaşmaya zidd olaraq notariat ofisinə icra qeydinin aparılması barədə ərizə ilə müraciət etmiş, cavabdeh notariat ofisi isə mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipini pozaraq tələb olunan borc barəsində icra qeydi aparmışdır. Məhkəmə icra qeydi ilə bağlı ən əsası onu qeyd edir ki, qanunvericiliyin tələbinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bunun məqsədi borclunun ondan tələb olunan borc barədə məlumatlı olmasını təmin etmək və ona həmin borcu mübahisələndirmək hüququ verir. Lakin hazırki işdən görünür ki, ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi, sığortaçının ləğvetmə komissiyasının tərkibinin müəyyən edilməsi və bu barədə sığorta şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslərin məlumatlandırılması barədə dərc olunan ictimaiyyətə açıq bildirişdə LPO ASC "xxxx" Sığorta Şirkətinin ünvanı ünvan 8, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, 94 ünvanına bildiriş göndərmiş, nə ictimaiyyətə elan olunan sonuncu ünvana, nə də elektron qaydada bildiriş göndərməmişdir. Cavabdeh isə mübahisələndirilən icra qeydini apararkən iddiaçıya göndərilmiş bildirişin çatdırılmamasını nəzərə almamış, bununla da, qanunvericiliyin tələblərini pozmuşdur. Bildirişin iddiaçıya çatdırılmaması onun borcu mübahisələndirmək hüququndan məhrum edilməsi ilə yanaşı, barəsində qanunsuz icra qeydinin aparılmasına gətirib çıxararaq onun hüquqlarını pozmuşdur. Beləliklə, qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur, çünki işin həllin üçün əlavə araşdırmaya ehtiyac qalmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iş üzrə gəldiyi qənaətini qanunvericiliyin aşağıdakı normaları ilə əsaslandırır: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 59.4-cü maddəsinə əsasən, hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. 60.2-ci maddəsinə görə, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 60.3-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4-cü maddəsinə görə, ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun: 18-ci maddəsinin 2-ci hissəsinin a, b və d bəndlərinə görə, borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir. 43-cü maddəsinin 2-ci hissəsinə görə kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. "xxxx" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə görə tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin istinad edilən normalarına müvafiq olaraq iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli 8İ-900003 reyestr №-li icra qeydi ləğv edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edildiyinə görə iş üzrə ödənilmiş 35,22 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli 8İ-900003 reyestr №-li icra qeydi ləğv edilsin. İş üzrə ödənilmiş 35,22 (otuz beş manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisindən (xüsusi notarius X1) tutularaq iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4599/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4599/2023
19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver