Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4599/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X1 iddiaçı X5 Ali Məhkəmənin 2(102)-2944/2024 saylı 14 may 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 322.087, 00 ABŞ dolları məbləğində pul vəsaiti (Azərbaycan manatı məzənnəsi ilə-547 530,61 (beş yüz qırx yeddi min, altmış bir qəpik) və bu məbləğ üzrə 2017-ci ildən-2024-cü ilə qədər 7 il müddətində hər il üçün 5% (beş) faiz olmaqla hesablanmış 191 635,5 (yüz doxsan bir min altı yüz otuz beş manat 05 qəpik) məbləğində faiz borcunun və məhkəməyə ödənilmiş 483 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçı X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə müəyyən hissədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının iddia tələbi həmçinin “Ali Məhkəmənin 2(102)-2944/2024 saylı 14 may 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 322.087, 00 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması” barədə olmaqla, həmin tələbə mülki mühakimə icraatında artıq baxılmışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-2944/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X3 322.087, 00 ABŞ dolları məbləğində pul vəsaitinin (Azərbaycan manatı məzənnəsi ilə) tutulması barədə hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələb edilən məbləğin tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamə mövcud olmaqla, onun icra sənədini icra edən orqana müraciət etməli olması izah edilməli, iddianın qeyd edilən hissəsi üzrə iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin hesab edir ki, mövcud iddia ərizəsinə “Ali Məhkəmənin 2(102)- 2944/2024 saylı 14 may 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 322.087, 00 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması”na aid hissədə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə bu tələbə aid hissədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli olmasını nəzərə alaraq, iddia ərizəsi qalan hissədə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X2rşı pul tələbinə dair iddia ərizəsinin “Ali Məhkəmənin 2(102)-2944/2024 saylı 14 may 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 322.087, 00 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması”na aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq icra şöbəsinə müraciət etmək hüququnun olması izah olunsun. İddia qalan hissədə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4599/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4599/2024
06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver