Məhkəmə qərarları › İş №e-2(006)-463/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-463/2024

22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-463/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, X1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 4320 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sosial şəbəkələrdə “İnstpower” proqramında pul yatırımı edərək qazanc əldə olunduğunu görmüşdür. Belə ki, yatırılan pula poverbank cihazı alınır və həmin cihazdan qazanılan puldan gəlir əldə etmək olurdu. Həmin proqram tətbiqini mobil telefonuna yükləmişdir. İlk olaraq xx.xx.2023-cü il tarixində M10 ödəmə sistemi olan mobil tətbiqi telefonuna yüklədi. *** *** ** **, *** *** ** **, *** *** ** **, saylı mobil nömrələri vasitəsi ilə qeydiyyatdan keçdi, sonra Milli ön ödəmə terminalından mobil nömrəsi vasitəsi ilə açılan hesablarının hər birinə 1140 manat pul olmaqla ümumilikdə 4320 manat pul yüklədi, daha sonra mobil telefonundakı M10 mobil tətbiqinə daxil olaraq pulun hesablarına yükləndiyini gördü, bundan sonra M10 vasitəsi ilə proqramda olan 077 *** ** ** saylı telefon nömrəsinə onlayn formada hər bir nömrəsindən 1440 manat pul ödədi və ödəniş qəbzinin şəklini proqramdakı qeyd olunan bölməyə göndərdi.xx.xx.2023 cü il tarixində 4320 manat etdiyi yatırımdan 17 gün ərzində iddiaçıya hər gün üçün 174 manat olmaqla ümumilikdə 2958 manat pul qayıtmamışdır. İş üzrə Cavabdeh1 MMC ərizə ilə müraciət edərək, bu iş üzrə Cavabdeh1 MMC-nin məsuliyyət daşımadığı nəzərə alınaraq, şirkətin iş üzrə cavabdeh qismindən azad edilməsini, 077 *** ** ** saylı “mlO” hesabının sahibi Cavabdeh3 və hazırda həmin telefonun sahibi Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - əlavə cavabdeh qismində işə cəlb olunmasını, iddiaçının ödədiyi 5760 manat pulunun və dövlət rüsumunun onlardan tutulması barədə müvafiq qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciəti əsasında xx.xx.2023-cü il tarixində qeydiyyatdan keçmiş *** *** ** **, *** *** ** **, *** *** ** **1 və 051 *** ** ** nömrəli “mlO” hesablarının ona məxsus olması məlum olmuşdur. Bu hesabların hər biri üzrə İddiaçı 077 *** ** ** saylı “m10” hesabına 1440 manat olmaqla, ümumilikdə 5760 manat köçürmüşdür. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “PashaPay" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6183-185 nömrəli məktubuna əlavə olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)-611/2023 nömrəli Qərarına əsasən 077 *** ** ** saylı “m 10” hesabının Şirvan şəhəri, 1 May küçəsi, ev 138-də qeydiyyatda olan Cavabdeh3 məxsus olması aşkar edilmişdir. Dələduzluq halları aşkar edildiyi üçün Cavabdeh3 məxsus bu 077 *** ** ** saylı “m 10” hesabı Cavabdeh1 MMC tərəfindən bloklanmışdır. Hazırda həmin hesabda 3092 (üç min doxsan iki) manat vəsait vardır. Nəsimi rayon Məhkəməsində 2(006)- 4588/2023 saylı mülki işə mahiyyəti üzrə baxılarkən 077 *** ** ** saylı telefon nömrəsinin hazırda Cavabdeh2 məxsus olması aydın olmuşdur. Cavabdeh2 məhkəmə prosesində iştirak edərək, İddiaçı tələb etdiyi məbləğin ödənilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı tələb etdiyi pul vəsaitləri bilavasitə Cavabdeh1 MMC-nin hesabına daxil olmadığı üçün Cavabdeh1 MMC həmin vəsaitləri öz hesabından geri qaytara bilməz. Həmin pul vəsaitləri hansı elektron pul kisəsi (pul qabı) istifadəçisinin hesabına köçürülmüşdürsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.1-ci maddəsinə əsasən həmin müştərinin sərəncamı ilə də geri qaytarılır. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən isə müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə də yol verilir. Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 MMC-dən 5760 manat pulun alınaraq ona verilməsini, Cavabdeh2 məxsus olan 077 332 84 06 nömrəsində vəsait yetmədiyi halda həmin şəxsə məsus 077 332 84 07 nömrəsindən vəsaitin əksik qalan hissəsinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2023-cü ilin fevral ayında 077 332 84 06 nömrəli M10 hesabı Cavabdeh3 məxsus olmuşdur. Hazırda həmin hesabda 3092 manat vəsait vardır. Hazırda 077 332 84 06 Cavabdeh2 məxsusdur. Cavabdeh2lə görüş zamanı onun tələb etdiyi 5760 manatın 2668 manatını ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq tələb olunan məbləğin 3092 manatının Cavabdeh3 məxsus 077 332 84 06 nömrəli M10 hesabından və qalan 2668 manat isə Cavabdeh2 tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə ***- ***-**-** mobil nömrəsinə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrindən ayrı-ayrılıqda 1440 manat olmaqla, ümumilikdə 5760 manat məbləğində pul göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2023cü il tarixli, 5(005)-611/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**4, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr vasitəsilə qeydiyyatdan keçilmiş M10 elektron pul kisəsi ödəniş sistemlərinin kimlərin adlarına açılması, həmin hesablara açıldığı tarixdən 06 mart 2023-cü il tarixədək hansı hesablardan pul mədaxil edilməsi və pulun hansı hesablara məxaric edilməsi, həmçinin həmin hesabların hansı İP ünvandan istifadə edilmələri, eləcə də həmin hesablar vasitəsilə həyata keçirilmiş digər maliyyə əməliyyatlarına dair məlumatların "xxxx" MMCdən götürülməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırılan material üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin istintaq hərəkətlərinin aparılmasına dair 04 aprel 2023-cü il tarixli, 5(005)-611/2023 saylı qərarı icra edilməsi üçün Cavabdeh1 MMC-yə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı pul yatırımı etmək məqsədilə “İnstpower” proqramı vasitəsilə özünə məxsus olan nömrələrdən Cavabdeh3 aid ***-***-**-** nömrəli hesaba ümumilikdə 5760 manat məbləğində pul köçürmüş, sonradan pulun bir hissəsi B.Leyla tərəfindən istifadə edilmiş, lakin dələduzluq halları aşkar edildiyi üçün Cavabdeh3 məxsus hesabda qalan 3092 manat vəsait bloklanmışdır. Eyni zamanda müəyyən edildi ki, Cavabdeh3 aid ***-***-**-** nömrəli hesab sonradan Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun tərəfindən ödənilən 5760 manat məbləğində pul vəsaitinin cavabdehlərdən əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilməsində tam haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən proqram vasitəsilə Cavabdeh1 MMC-də cavabdeh B.Leylaya məxsus hesaba göndərilən 5760 manat məbləğində pul vəsaiti nəticəsində cavabdeh B.Leyla əsassız olaraq varlanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən ödənilən 5760 manat məbləğində vəsaitin 3092 manatı Cavabdeh1 MMC-də cavabdeh B.Leylaya məxsus hesabda olan vəsait hesabına, qalan 2668 manatı isə digər cavabdeh Q.Nurlandan tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh3 məxsus Cavabdeh1 MMC-də olan ***-***-**-** nömrəli M10 hesabda olan 3092 (üç min doxsan iki) manat məbləğində vəsaitin tutulması üçün həmin hesaba yönəldilsin, həmçinin Cavabdeh2 2668 (iki min altı yüz altmış səkkiz) manat məbləğində vəsait alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar