Məhkəmə qərarları › İş №e-2(006)-465/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-465/2024

21.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-465/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil vəsatət ünvanlayaraq, ünvan 1eh olduğu 2(006)-465/2024 saylı mülki işin birlikdə baxılması üçün həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsinə etiraz etməmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırda icraatda olan İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair mülki iş icraatında olan e-2(006)-526/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı MMC-nin cavabdehlər X3, X1, X4, X5 və X2 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının tez əlçatanlığını, tərəflərin icraatın birləşdirilməsinə etiraz etmədiklərini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair e-2(006)-465/2024 saylı mülki iş icraatda olan İddiaçı MMC-nin cavabdehlər X3, X1, X4, X5 və X2 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair e-2(006)-526/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırda icraatda olan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair e- 2(006)-465/2024 saylı mülki iş icraatda olan İddiaçı MMC-nin cavabdehlər X3, X1, X4, X5 və X2 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair e-2(006)-526/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərə birlikdə baxılaraq e-2(006)-526/2024 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar