Məhkəmə qərarları › İş №e-2(006)-4693/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4693/2025

15.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4693/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı "xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun bir hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun bir hissəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Cavadxan küçəsi, ev 11, 107 nömrəli mənzilin üzərindəki mansard sahəsinin Cavabdeh2 verilməsi barədə Cavabdeh1 MTK-nın üzvlərinin ümumi iclasının 19 iyul 2008-ci il tarixli 04 saylı protokolunun həmin hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 yazılı etiraz təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 19 iyul 2008-ci il tarixli 04 saylı protokolunun Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Cavadxan küçəsi, ev 11, 107 nömrəli mənzilin üzərindəki mansard sahəsinin Cavabdeh2 verilməsinin etibarsız hesab edilməsinə dair iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 mülki işin məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməsinə etiraz etdi.

4. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 mülki işin məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməsinə etiraz etmədi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh1 MTK-nın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə digər cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddiaçı Cavabdeh2 cavabdehlər X3, İddiaçı və X2rşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə 2(006)- 2708/2025 nömrəli iddia ərizəsini və hazırkı mülki işi araşdıraraq və 2(006)-2708/2025 nömrəli mülki işin icraata daha əvvəl götürülməsini nəzərə alaraq hesab edir ki, hazırkı mülki işin 2(006)- 2708/2025 nömrəli mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. İddiaçı Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən görünür ki, o cavabdehlər X3, İddiaçı və X2rşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmiş, cavabdehlərin ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Cavadxan küçəsi, 11 saylı kooperativ binanın 6-cı girişində sahəsi 155,7 kv.m olan qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Digər məhkəmə və icra işləri barədə məlumatlar” bölməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X3, İddiaçı və X2rşı olan iddia ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur (İş nömrəsi 2(006)-2708/2025, hakim Ceyhun Tağıyev).

b) Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Cavabdeh2 cavabdehlər X3, İddiaçı və X2rşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə (İş nömrəsi: 2(006)-2708/2025), eyni zamanda İddiaçı "xxxx" MMMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun bir hissəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə (İş nömrəsi: e-2(006)- 4693/2025) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdirlər.

10. Məhkəmə hər iki iş üzrə materialları araşdıraraq belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin tam, obyektiv, hərtərəfli, birdəfəlik və daha çevik həllinə nail olmağa imkan verəcəkdir. Hər iki işin materiallarından görünür ki, e-2(006)-4693/2025 nömrəli mülki iş üzrə İddiaçı və Cavabdeh2 2(006)-2708/2025 nömrəli mülki iş üzrə cavabdeh və iddiaçı qismində iştirak edirlər. Mübahisə isə eyni daşınmaz əmlak barəsindədir. Belə olan halda, bu işlərin birləşdirilməsi eyni faktlar, hallar və sübutlar üzərində təkrar araşdırma aparılması zərurətini aradan qaldırmaqla, məhkəmələrin resurslarının daha səmərəli istifadəsinə imkan verəcəkdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər.

12. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mülki iş, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər X1, İddiaçı və X2rşı “qeyriyaşayış sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə 2(006)- 2708/2025 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə 2(006)-2708/2025 nömrəsi verilməlidir.

Nəticə:

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun bir hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-4693/2025 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər X1, İddiaçı və X2rşı “qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2708/2025 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(006)-2708/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar