Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4756/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 2 550 (iki min beş yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, oğlu X2 və arvadı X4 “Ümrə” ziyarətinə göndərmək imkanının olmasına inandıraraq, bununla bağlı yalan vəd verib, Nailə Mahmudovanın həyat yoldaşı İddiaçı 06 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-də yerəşən ofisdə mobil tətbiq proqramı vasitəsi ilə onun istifadəsində olan **********183824 nömrəli kart hesabına göndərdiyi 1700 manat pulu ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib zərərçəkmiş İddiaçı 1700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 anası X1 “Ümrə” ziyarətinə göndərmək kimi imkanının olmasına inandıraraq, bununla bağlı yalan vəd verib, Nailə Mahmudovanın həyat yoldaşı İddiaçı 29 sentyabr 2023-cü il tarixində ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-də yerəşən ofisdə mobil tətbiq proqramı vasitəsi ilə onun istifadəsində olan **********183824 nömrəli kart hesabına göndərdiyi 850 manat pulu ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib zərərçəkmiş İddiaçı 850 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. bu günə kimi Cavabdeh zərərçəkmiş şəxsə vurduğu 2 550 (iki min beş yüz əlli) manat məbləği bu günə kimi ödəməmişdir. Buna görə də, həmin məbləğin ödənilməsi ilə bağlı mülki iddia qaldıraraq Cavabdeh 2 550 (iki min beş yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh iddia ərizəsinin və digər sənədlərin sürətləri göndərilmiş, ona məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş, Cavabdeh iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, cavabdehin Sumqayt Şəhər Məhkəməsinin 1(060)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum edildiyini, qeyd edilən hökmdə zərərçəkmiş şəxs qismində tanındığını qeyd edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 416973******0919 saylı kartın, ********** nömrəli, xx.xx.2023cü il tarixli, çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, 416973******0919 saylı kartdan 416973******0438 saylı kartın hesdabına 850 manat pul köçürülmüşdür. İş materiallarında olan 416973******0919 saylı kartın, ********** nömrəli, xx.xx.2023cü il tarixli, çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, 416973******0919 saylı kartdan 524375******3824 saylı kartın hesdabına 1700 manat pul köçürülmüşdür İş materiallarında olan Sumqayt Şəhər Məhkəməsinin 1(060)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli hokmündən görünür ki, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Sumqayt Şəhər Məhkəməsinin 1(060)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən (səh 4) görünür ki Cavabdeh təkrarən etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X5 övladı İsmayıl Mahmudovla birlikdə “Ümrə” ziyarətinə göndərmək kimi imkanının olmasına inandıraraq, bununla bağlı yalan vəd verib, Nailə Mahmudovanın həyat yoldaşı İddiaçı 06 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-də yerəşən ofisdə mobil tətbiq proqramı vasitəsi ilə onun istifadəsində olan **********183824 nömrəli kart hesabına göndərdiyi 1700 manat pulu ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib zərərçəkmiş İddiaçı 1700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarında olan Sumqayt Şəhər Məhkəməsinin 1(060)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən (səh 4) görünür ki Cavabdeh təkrarən etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 anası X1 “Ümrə” ziyarətinə göndərmək kimi imkanının olmasına inandıraraq, bununla bağlı yalan vəd verib, Nailə Mahmudovanın həyat yoldaşı İddiaçı 29 sentyabr 2023- cü il tarixində ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-də yerəşən ofisdə mobil tətbiq proqramı vasitəsi ilə onun istifadəsində olan **********183824 nömrəli kart hesabına göndərdiyi 850 manat pulu ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib zərərçəkmiş İddiaçı 850 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Cinayət – Prosessual Məcəlləsinin: 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübut və materiallardan müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus pul vəsaitini ələ keçirmiş, bununla da iddiaçıya 2550 (iki min beş yüz əlli) manat məbləğində maddi zərər vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əmlak baxımından zərərə məruz qalmış və cinayət prosesi çərçivəsində zərərçəkmiş şəxs kimi tanınmışdır.Həmin faktlar üzrə cavabdehin barəsində müvafiq cinayət işi başlanmış və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdeh cinayət məsuliyyətinə cəlb edilərək təqsirli bilinmişdir. Məhkəmə hökmünün təsviri və nəticə hissəsindən göründüyü kimi, cavabdehin öz qanunsuz hərəkətləri ilə iddiaçıya 2550 manat məbləğində zərər vurması tam təsdiqini tapmışdır. İddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Beləliklə, məhkəmə hökmü ilə cavabdehin təqsiri və iddiaçıya vurulmuş maddi zərərin məbləği artıq müəyyən edildiyindən, bu hallar sübuta ehtiyac olmayan faktlar hesab edilir. Bu baxımdan, cavabdehin vurduğu zərərin ödənilməsi barədə iddiaçının tələbi Mülki Məcəllənin 1096-cı maddəsinə uyğun olaraq qanuni və əsaslı sayılmalıdır Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2550 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-4756/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4756/2025
02.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver