Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4777/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı İsmayılova Rı̇ mma Telman qızının cavabdeh İsmayılov Nadı̇ r Qurbanəlı̇ oğluna qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair" iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılova Rı̇ mma Telman qızının cavabdeh İsmayılov Nadı̇ r Qurbanəlı̇ oğluna qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, ev 7, 121 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin qətnamənin Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, ev 7, 121 saylı mənzildən pasport qeydiyyatından çıxarılmasına əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan – xx.xx.2008-ci il təvəllüdli X2 anadan olmuşdur.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25o ktyabr 2022-ci il, 2(006)-3255/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə Səadət Sarayında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2469 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmovk üçəsi, ev 7, 121 saylı mənzil xx.xx.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Belə ki, sözügedən mənzil xx.xx.2021-ci il tarixdə bağışlama yolu ilə onun mülkiyyətinə keçmişdir. Mənzildə onunla yanaşı cavabdeh və birgə nikahdan doğulmuş Dilarə İsmayılova pasport qeydiyyatına alınmışdır. Lakin cavabdehlə ailə münasibətləri 2021-ci ildə pozulduğundan həmin tarixdən cavabdeh oun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, ev 7,121 saylı mənzildən istifadə etməmiş, yaşamamışdır. Cavabdeh mülkiyyətində olan mənzildə yaşamır və mənzilə olan hüquqlarına dair hər hansı tələb irəli sürməyib. Bundan başqa cavabdeh başqa ünvanda yaşayır və onun mülkiyyətində aşağıdakı daşınmaz əmlaklar mövcuddur: Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1579 saylı bağ evi (43 saylı DNK-nın 4ə-371 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir); ünvan ünvanda yerləşən qeyriyaşayış binası (41 saylı DNK-nın 4ə-940r eyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir); Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi (DTvəXK tərəfindən verilmiş şəhadətnaməyə əsasən xx.xx.2014-cü il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir); Abşeron rayonu, Goradil kəndində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsi (Abşeron rayon 1 saylı DNK-nın 4ə-1713r eyestr nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir). Cavabdehin mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır və cavbdehin pasport qeydiyyatı formal xarekter daşısa da, mülkiyyət hüququmdan sərbəst istifadə etməyinə maneçilik törədir. Mənzilə mülkiyyət hüququ olsa da, Cavabdeh mənzildə pasport qeydiyyatında olması səbəbindən mülkiyət hüququnu tam sərbəst həyata keçirə bilmir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri verilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, iddiaçının tələbi cavabdehin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlıdır ki, qanunvericilikdə ümumi yurisdiksiyalı məhkəmənin bu cür səlahiyyəti nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdehin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 sentyabr 2020ci il tarixli Qərarında qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçı İsmayılova Rı̇ mma Telman qızının cavabdeh İsmayılov Nadı̇ r Qurbanəlı̇ oğluna qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair" mülki iş üzrə icraata xitam verilməli olduğu qənaətinə gəlir və hesab edir ki, belə olan halda iddiaçıya həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, o, hazırki iddia tələbi ilə bağlı ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçıya izah olunr ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262, 263, 264, 267 və 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İsmayılova Rı̇ mma Telman qızının cavabdeh İsmayılov Nadı̇ r Qurbanəlı̇ oğluna qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair" mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-4777/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4777/2023
20.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver