Məhkəmə qərarları › İş №e-2(006)-4798/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4798/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4798/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat pul, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 92 (doxsan iki) manat olmaqla, ümumilikdə 7292 (yeddi min iki yüz doxsan iki) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tanışı Mövlanə adlı şəxs vasitəsi ilə onun bacısı qızını Samirəni, Samirə vasitəsi ilə isə Cavabdeh tanımışdır. 2023-cü ildə cavabdeh qızının Türkiyədən Azərbaycana gətirilməsi və əməliyyatı üçün 10000 (on min) manat vəsait lazım olduğunu, həmin vəsaiti 2 aya qaytaracağını bildirməsinə, lakin həmin vaxtdan təxminən 11 ay keçməsinə baxmayaraq, iddiaçıya olan borcunu qaytarmamış, müxtəlif bəhanələr gətirərək ödənişlərdən yayınmışdır. İddiaçı məcburiyyət qarşısında qalıb Nəsimi RPİ-nin 22-ci PŞ-yə ərizə ilə müraciət etmiş, araşdırma zamanı cavabdehin izahatı alınmışdır. Cavabdeh izahatında iddiaçıdan 7000 (yeddi min) manat pul aldığını etiraf etmiş, lakin aldığı pulu qaytardığını da qeyd etmişdir. Halbuki, cavabdeh iddiaçıya olan borcunu qaytaracağına dair söz versə də, 22-ci PŞ-yə heç bir sübut təqdim etməmişdir. İddiaçı hüquqşünas olmadığı üçün məcburiyyət qarşısında qalaraq hüquqi xidmətin göstərilməsi üçün “X3” MMC ilə 10 sentyabr 2024-cü il tarixli 16 nömrəli müqavilə imzalamış və xidmət haqqı olaraq MMC-nin hesabına 200 (iki yüz) manat pul ödəmiş, bu barədə 579923 nömrəli mədaxil qəbzi verilmişdir. Beləliklə, cavabdehdən 7.000 manat pul, hüquqi yardıma görə ödənilmiş 200 manat və 92 manat dövlət rüsumu, ümumilikdə 7.292 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçıdan hissə-hissə olmaqla, 7000 manat borc götürsə də, həmin borcun bir hissəsini qaytarmışdır. Qalan borcunu isə hissə-hissə ödəyə bilər. İddiaya qiymət verilərkən təqdim etdiyi qəbzlərdəki məbləğlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

6. Cavabdeh tərəfindən təqdim edilmiş müxtəlif tarixli qəbzlərdən görünür ki, İddiaçı məxsus olan 4169********2212 nömrəli kart hesabına (“MilliÖn” və “eManat” ödəmə sistemləri vasitəsilə, həmçinin, kartdan karta köçürmə yolu ilə) xx.xx.2023-cü ildə 450 manat, xx.xx.2023-cü ildə 450 manat, xx.xx.2023-cü ildə 150 manat, xx.xx.2023-cü ildə 540 manat, xx.xx.2023-cü ildə 70 manat, xx.xx.2023-cü ildə 150 manat, xx.xx.2023-cü ildə 450 manat, xx.xx.2024-cü ildə 450 manat, 2024-cü ilin yanvar ayında (hesabdan çıxarışda xx.xx.2024-cü il tarixə göstərilir) 305 manat, xx.xx.2024-cü ildə 600 manat, xx.xx.2024-cü ildə 150 manat, xx.xx.2024-cü ildə 450 manat, xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 300 manat olmaqla, cəmi 5.015 manat məbləğində pul köçürülmüşdür.

7. İddiaçı məxsus olan 4169********2212 nömrəli kart hesabından xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışda cavabdehin təqdim etdiyi qəbzlərdəki məbləğlərin, yəni cəmi 5.015 manat pulun həmin karta mədaxil edilməsini müəyyən etmək mümkün olur (hesabdan çıxarışda qəbzlərdəki tarixlər və ya sonrakı günlərin tarixləri əks olunur).

8. Cavabdeh Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli yazılı izahatından görünür ki, o, İddiaçı 2023-cü ilin sentyabr ayında 3000 manat, oktyabr ayında 3000 manat, noyabr ayında isə 1000 manat məbləğində pul almış, hər ay 1150 manat faiz ödəmişdir. 6 aydır ona görə ödəniş etmir ki, hesablamalarına görə götürdüyü 7000 manat pulu İddiaçı qaytarmışdır.

9. Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun Samirə Qarayeva və Ülkər Allahverdiyevaya verilmiş pulun qaytarılmaması və həmin şəxslər barədə tədbir görülməsi ilə bağlı müraciəti ilə əlaqədar müvafiq qanunvericiliyə əsasən mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuş, müraciətə cavabdan narazı qaldığı təqdirdə yuxarı instansiyalara şikayət etmək hüququnun olması izah olunmuşdur.

10. “X3” MMC (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 16 nömrəli müqavilədən görünür ki, Sifarişçi göstərilən xidmətlərin müqabilində iddiaçının xeyrinə məhkəmə qətnaməsi çıxdığı gündən İcraçının hesabına köçürmə və ya xəzinəsinə nağd qaydada 200 manat ödəyir. İcraçı Sifarişçiyə bütün məhkəmə instansiyalarında və bütün dövlət təhqiqat, istintaq, polis, prokurorluq, icra orqanlarında və s. hüquqi xidmətlərini göstərməyi öhdəsinə götürür.

11. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 16 nömrəli müqaviləyə əsasən “X3” MMC-yə 200 manat məbləğində pul ödənilmişdir.

12. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 92 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 2023-cü ilin sentyabr ayının əvvəlində 3.000 manat məbləğində pulu qısa müddətdə geri qaytarması şərtilə Cavabdeh borc vermişdir. Cavabdeh borcundan 450 manat məbləğində ilk ödənişi etdikdən sonra 2023-cü ilin oktyabr ayının əvvəlində 1.000 manat, oktyabr ayının sonlarında isə 3.000 manat məbləğində, beləliklə, 2 ay ərzində hissə-hissə olmaqla, cəmi 7.000 manat məbləğində pulu qısa müddətdə faizsiz olaraq geri qaytarmaq şərtilə iddiaçıdan borc almışdır. İddiaçı cavabdehə daha əvvəl, 2023-cü ilin may ayında 3.000 manat, ümumilikdə 10.000 manat borc verdiyini, lakin cavabdehin müvafiq polis şöbəsində yazılı izahatında 7.000 manat pulu aldığını etiraf etdiyinə istinad edərək, ondan 7.000 manat tələb etdiyini bildirsə də, iddiaçı cavabdehə hissələrlə, cəmi 10.000 manat məbləğində pulu borc verdiyinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh 2023-cü ilin sentyabr ayından etibarən 3.000 manat, 1.000 manat və 3.000 manat məbləğlərində, yəni hissə-hissə olmaqla, cəmi 7.000 manat məbləğində borc götürdüyünü həm polis şöbəsində verdiyi yazılı izahatında, həm də məhkəmə araşdırmaları zamanı verdiyi izahatlarda etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə hissə-hissə olmaqla 7.000 manat məbləğində pulu borc verməsi faktı hazırkı işin mübahisəsiz halını təşkil edir. Tərəflər pulun faizsiz verildiyini bildirdiyindən, borcun faiz şərti olmadan verilməsi də işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin pulu geri qaytararkən əlavə ödəniş edəcəyinə dair söz verdiyini bildirsə də, o, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh də bu dəlili qəbul etməmişdir. Buna görə də məhkəmə iddiaçının bu dəlilini əsassız sayır.

14. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdehin 7.000 manat məbləğində borcunu 2 aya qaytaracağına dair söz verdiyini, lakin uzun müddətdir ki, geri qaytarmadığını iddia edərək, əvvəlcə müvafiq polis şöbəsinə ərizə ilə müraciət edərək cavabdeh barəsində tədbir görülməsini xahiş etmiş, lakin polis şöbəsində tərəflərin izahatları alınandan sonra iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

15. Hazırda iddiaçı cavabdehin ondan borc aldığı 7.000 manat məbləğində pulu geri qaytarmadığını iddia edərək, həmin pulun və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh isə qəbzlər təqdim edərək, pulun bir hissəsini geri qaytardığını, qalanını isə hissə-hissə qaytaracağını bildirir.

16. Cavabdeh tərəfindən məhkəmə araşdırmasına təqdim edilmiş qəbzlərdən 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək cəmi 5.015 manat məbləğində pulun iddiaçıya məxsus kart hesabına köçürülməsi müəyyən edilmiş, iddiaçı tərəfindən təqdim edilmiş həmin kart hesabından çıxarışda da cavabdehin təqdim etdiyi qəbzlərdəki məbləğlərin iddiaçıya məxsus kart hesabına mədaxil edilməsi öz əksini tapmışdır.

17. İddiaçı bu qəbzlərin əvvəl – 2023-cü ilin may ayında verdiyi 3.000 manatın əvəzi kimi ona ödənilmiş pullarla bağlı olduğunu bildirsə də, bir daha qeyd edilir ki, iddiaçı tərəfindən 2023-cü ilin may ayında cavabdehə 3.000 manat məbləğində pul verilməsi, həmçinin, pulun qaytarılması zamanı əlavə ödəniş ediləcəyi faktı nə mötəbər sübutlarla, nə də cavabdehin izahatı ilə təsdiqini tapmadığından, bu dəlil əsassız hesab edilir. Həmçinin, qəbzlərin tarixinə nəzər saldıqda ödənişlərin 2023-cü ilin sentyabr-oktyabr aylarında verilməsi mübahisəsiz olan borcla bağlı olması müəyyən edilir.

18. İddiaçı, həmçinin, cavabdehi ona tanıtdıran şəxsin də bu qəbzləri təqdim edərək, həmin pulları məhz öz borcu ilə bağlı ödənildiyini bildirdiyini qeyd etsə də, qəbzlərin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi və hesabdan çıxarışda da qarşılığının tapılması, ödəniş tarixlərinin borc verilən tarixdən sonrakı tarixlərə uyğun gəlməsi, ödənişlərin bir çoxunun cavabdehin iş yerinin yanında olan mağazadakı terminal vasitəsilə ödənilməsinin məhkəmə araşdırmaları nəticəsində müəyyən olunması, bu ödənişlərin məhz cavabdehin borcu üzrə ödənildiyini deməyə əsas verir. Ödənişin cavabdehin özü və ya etibar etdiyi hər hansı şəxs tərəfindən edilməsi isə heç bir əhəmiyyət kəsb etməməklə yanaşı, cavabdehin bu ödənişləri ödədikcə iddiaçıya və iddiaçını ona tanıtdıran şəxsə qəbzləri göndərməsi dəlili ağlabatan hesab edilir. Həmin şəxs isə bu qəbzlərin öz ödənişləri olmasına istinad edirsə belə, onunla iddiaçı arasında başqa bir məhkəmənin icraatında iş olması və bu məsələnin həmin iş üzrə araşdırılmalı olmasının zəruriliyi iddiaçının diqqətinə çatdırılır. Çünki müvafiq polis şöbəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş araşdırma materialının içərisində olan həmin şəxsin verdiyi izahatdan iddiaçının ona pul verməsinin vaxtının müəyyən edilməsi mümkün olmur, bir daha qeyd olunur ki, bu məsələ hazırkı məhkəmə araşdırmasının predmeti deyildir. Çünki qəbzlər məhkəməyə cavabdehin özü tərəfindən təqdim olunmuş və iddiaçının təqdim etdiyi hesabdan çıxarışda da həmin məbləğlərin ödənilməsi öz əksini tapmışdır.

19. Beləliklə, iddiaçının cavabdehə verdiyi cəmi 7.000 manat məbləğində borc üzrə cavabdehin ona 5.015 manat məbləğində pulu qaytarması, cavabdehin hazırda iddiaçıya 1.985 manat borcunun qalması hazırkı iş materialları və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilir.

c) Məhkəmənin mövqeyi:

20. Beləliklə, tərəflər arasında şifahi kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, belə ki, iddiaçının aralarında olan şifahi razılığa əsasən, müxtəlif vaxtlarda 3.000 manat, 1.000 manat və 3.000 manat olmaqla, cəmi 7.000 manat məbləğində pulu cavabdehə borc verməsi, cavabdehin isə hissə-hissə, cəmi 5.015 manat məbləğində pulu həmin borc üzrə iddiaçıya qaytarması, hazırda iddiaçıya 1.985 manat məbləğində borcunun qalması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməlidir.

21. Belə ki, iddiaçı cavabdehə cəmi 7.000 manat məbləğində borc verdiyini cavabdehin polis şöbəsində yazdığı izahatı ilə əsaslandırmış, həmçinin, cavabdeh bu faktı məhkəmə iclasında da etiraf etmiş, iddiaçıdan hissə-hissə olmaqla, cəmi 7.000 manat məbləğində borc götürdüyünü təsdiq etmişdir. Deməli, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müvafiq tələbi iddiaçı tərəfindən yerinə yetirilməklə, onun cavabdehə borc verməsi faktı öz təsdiqini tapmışdır.

22. Belə olan halda, qanunvericiliyin tələbinə görə, borcu geri qaytarmasını sübut etmək vəzifəsi cavabdehə aid olduğundan, cavabdeh tərəfindən müvafiq ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh iddiaçıya ödədiyi pulları hesablamadığını, lakin borcun bir hissəsini qaytardığını bildirmiş, məhkəmə araşdırmasına təqdim etdiyi qəbzlərdən cəmi 5.015 manat pulun iddiaçıya məxsus kart hesabına köçürülməsi müəyyən edilmişdir. Bu qəbzlərin mötəbər olub-olmamasını müəyyən etmək üçün qəbzlərin əsllərinin məhkəməyə təqdim edilməsi cavabdehə təklif edilsə də, o, evinin söküldüyünü əsas gətirərək, qəbzlərin əsllərinin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçı isə ödənişləri mübahisələndirərək, həmin kart hesabından müvafiq bank tərəfindən təsdiq edilmiş çıxarışı məhkəməyə təqdim etdiyindən, cavabdehin təqdim etdiyi qəbzlərlə iddiaçının hesabdan çıxarışı birgə tədqiq edilmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qəbzlərdə göstərilən məbləğlər, həqiqətən də, iddiaçının kartına mədaxil edilmişdir.

23. Deməli, iddiaçı tərəfindən cavabdehə verilmiş kredit üzrə cavabdehin müəyyən məbləğdə borcu geri qaytarması, lakin hələ də icra edilməmiş öhdəliyinin qalması iş materialları ilə öz təsdiqini tapır.

24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi yalnız aralarında bağlanmış şifahi kredit müqavilələri üzrə qalıq qalan 1.985 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.

25. Məhkəmə hesab edir ki, borcun hissələrlə verilməsi müəyyən edildiyindən, tərəflər arasındakı kredit müqavilələrinin şifahi bağlanması mülki qanunvericiliyin tələblərinə uyğundur, çünki qanunvericilik 3.000 manatdan yuxarı məbləğlə bağlı olan kredit müqaviləsinin yazılı qaydada bağlanmasını məcburi (imperativ) norma kimi müəyyən etmiş, 3.000 manatdan aşağı olan borclar üzrə belə bir məcburiyyət müəyyən edilməmişdir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739-740, 742.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır (2023-cü ilin oktyabr ayının 1-dək qüvvədə olan redaksiyada). Maddə 739.1-739.2, 742.2. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın (2023-cü ilin oktyabr ayının 1-dən etibarən qüvvədə olan redaksiyada).

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.2-217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

29. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

31. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.985 (bir min doqquz yüz səksən beş) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

32. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərci olan 200 manat hüquqi xidmət xərcinin 70 (yetmiş) manat hissəsi və ödənilmiş 92 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, xərclərin qalan hissəsi İddiaçı aid edilməlidir.

Nəticə:

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1.985 (bir min doqquz yüz səksən beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Hüquqi xidmət xərcinin 70 (yetmiş) manat hissəsi və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, xərclərin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar