Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-482/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili – Vəkil, Cavabdehin nümayəndəsi və vəkili – Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “mülkiyyətə qəsd və başqa maneələrə, qanunsuz tələblərə son qoyulması” tələbinə dair ilk, Cavabdeh Firmasının İddiaçı qarşı "müqavilə üzrə kommunal xidmət haqlarının ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Firmasına qarşı “mülkiyyətə qəsd və başqa maneələrə, qanunsuz tələblərə son qoyulması” tələbinə dair, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı "müqavilə üzrə kommunal xidmət haqlarının ödənilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh firması tərəfindən mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən 88 saylı mənzil (yeni qaydalara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 113, M8, m 1), ünvan 3 ünvanında yerləşən 89 saylı mənzil (yeni qaydalara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 113, M8, m 2), Bakı şəh, Nəsimi ray, 685-ci məhəllə, Neftçilər pr,ev 143A nömrəli qaraj üzərində, Nəsimi rayonu, Neftçilər prospekti, 143A ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın 2 saylı girişinin zirzəmisində sahəsi 21 kv.m olan 24 saylı qaraj üzərində mülkiyyət, istifadə və sahiblik hüquqlarımın həyata keçirmələrinə mane olan hərəkətlərə - mülkiyyətində və qanuni istifadəsində olan mənzillər və qarajlara iddiaçının istifadəsində olan və ona aid pult və s.. sistemdən istifadə etməklə giriş-çıxışıma mane olan hərəkətlərə lift və digər kommunal xidmətlərə görə hər aylıq pul vəsaitinin tələb etməyə yönələn qanunsuz hərəkətlərə və ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binanın həyətyanı sahəsində minik avtomobillərin saxlanılmasına mane olan qanunsuz hərəkətlərə son qoyulması barədə və hüquqi xidmət haqqı olaraq ödənilmiş 2000 manat pul vəsaitinin Cavabdeh firmasından alınaraq X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan - Cavabdeh Firması İddiaçı qarşı "müqavilə üzrə kommunal xidmət haqlarının ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xidmət haqqı olaraq 400 manat məbləğində borcun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə, iddiaçının nümayəndəsi və vəkili – Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə, cavabdehin nümayəndəsi və vəkili – Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firması iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili – Vəkil məhkəməyə ərizə təqdim edərək, ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili – Nümayəndə məhkəməyə ərizə təqdim edərək, ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən görünür ki, qarşılıqlı iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün Cavabdeh Firması tərəfindən 60 (altmış) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin ərizələrini nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli, hər iki iddia ərizəsi tərəflərə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizələri geri qaytarıldığına görə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı və qarşılıqlı iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün Cavabdeh Firması tərəfindən 60 (altmış) manat məbləğində (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu Cavabdeh Firmasına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 114, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatətlər təmin edilsin. İddiaçı Cavabdeh Firmasına qarşı “mülkiyyətə qəsd və başqa maneələrə, qanunsuz tələblərə son qoyulması” tələbinə dair ilk, Cavabdeh Firmasının İddiaçı qarşı "müqavilə üzrə kommunal xidmət haqlarının ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri qaytarılsın. İlk iddia ərizəsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qarşılıqlı iddia ərizəsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində (xx.xx.2022-ci il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu Cavabdeh Firmasına qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-482/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-482/2023
14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver