Məhkəmə qərarları › İş №e-2(006)-4821/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4821/2022

12.10.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4821/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qismində cəlb edilməklə “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qismində cəlb edilməklə “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan “Sabirabad rayonu təsərrüfat hesablı təmir-tikinti sahəsi” tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 7366,01 manat, İşsizlikdən Sığorta Fonduna olan 297,74 manat, İcbari Tibbi Sığorta Fonduna olan 588,74 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxx 1954-cü il, Doğulduğu yer - Azərbaycan, Sabirabad, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 0011165) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4651/2022 saylı qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. 5 saylı Ərazi Vergilər İdarəsinin rəisi Nümayəndə xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, 2(006)-4821/2022 nömrəli mülki işlə bağlı əlavə araşdırmalar getdiyi üçün işin geri qaytarılmasını, xx.xx.2022-ci il tarixdə isə yeni ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qismində cəlb edilməklə “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli e-2-2(113)-4651/2022 saylı qərardadında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İşdə olan “hüquqi şəxs haqqında məlumat” adlı sənəddən görünür ki, vergi ödəyicisi olan Sabirabad rayonu təsərrüfat hesablı təmirtikinti sahəsi dövlət qeydiyyat sənədini verən orqan kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, dövlət qeydiyyat tarixi xx.xx.1997-ci il, tabeçiliyi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi, təşkilati-hüquqi forması isə digər kommersiya təşkilatı qeyd olunmuşdur. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, hazırki ərizə aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir, belə ki, maraqlı şəxsin rəhbər olduğu Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad rayonu təsərrüfat hesablı təmir-tikinti sahəsi sahibkarlıq fəaliyyəti həyata keçirməyən təşkilat olduğundan hazırki ərizəyə Bakı Kommersiya Məhkəməsində kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında deyil, ümumi məhkəmədə eyni icraat qaydasında mülki iş kimi baxılmalıdır”. Bakı Kommersiya Məhkəməsi “hüquqi şəxs haqqında məlumat” adlı sənəddə vergi ödəyicisi olan Sabirabad rayonu təsərrüfat hesablı təmir-tikinti sahəsinin təşkilati-hüquqi formasının digər kommersiya təşkilatı qeyd edilməsini müəyyən etməsinə baxmayaraq, sonradan sözügedən hüquqi şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməyən təşkilat olması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5-ci maddəsinə görə, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Mülki işin materiallarında olan “Hüquqi şəxs haqqında məlumat” sənədindən görünür ki, vergi ödəyicisi olan Sabirabad Rayonu Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsi xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində D-1826 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin tabeliyində digər kommersiya təşkilatı hüquqi formasında yaradılmışdır, əsas fəaliyyət növünü “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri” təşkil edir, xx.xx.2004-cü il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmaqla hazırki ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış, xx.xx.2004-cü il tarixli **********59 nömrəli ƏDV şəhadətnaməsinə əsasən xx.xx.2001-ci il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmış, rəhbəri Maraqlı şəxsdur. Mülki işin materiallarında olan Sabirabad Rayonu Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, Sabirabad Rayonu Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsinin təşkilati-hüquqi forması digər kommersiya təşkilatı, fəaliyyət növü digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləridir, xx.xx.2001-ci il tarixdə ƏDV qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən aparılan ilkin araşdırma nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” açıq informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Sabirabad Rayonu Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsi (VÖEN: **********) kommersiya qurumu kimi qeydiyyata alınmış və təşkilati-hüquqi forması digər kommersiya təşkilatıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1, 6.1.3-cü maddələrinə görə, əlavə dəyər vergisi dövlət vergilərinə aiddir. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Sözügedən Məcəllənin 154.1-154.2-ci maddələrinə görə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə görə, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Sözügedən Məcəllənin 164-cü maddəsində vergi ödəməkdən azad edilmə və 165-ci maddəsində verginin sıfır (0) dərəcəsi ilə tutulması halları müəyyən edilmiş, bu hallar içərisində hazırki mübahisə üzrə hüquqi şəxsin həyata keçirdiyi fəaliyyət olan “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri”nin olması qeyd edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, hazırki iş üzrə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb olunan Maraqlı şəxs rəhbəri olduğu Sabirabad Rayonu Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsi (VÖEN: **********) digər kommersiya təşkilatı hüquqi formasında yaradılmış kommersiya hüquqi şəxsidir, əsas fəaliyyət növünü “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri” təşkil edir, göstərdiyi fəaliyyətə müvafiq olaraq dövlət büdcəsinə ödədiyi vergi mükələfiyyətinin növü əlavə dəyər vergisidir (ƏDV). Hüquqi şəxsin kommersiya hüquqi şəxsi olmaqla sahibkarlıq fəaliyyəti həyata keçirdiyi müəyyən edildiyindən, onun dövlət büdcəsinə müxtəlif istiqamətlər üzrə yaranmış borcu məhz kommersiya xarakterli fəaliyyəti göstərdiyi üçün həmin fəaliyyətdən irəli gələrək yaranmış borc kimi qiymətləndirilməlidir, bu səbəbdən də işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki Prosessual Məcəllənin 24.2-24.3-cü maddələrinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25-ci maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sözügedən Məcəllənin 26-cı maddəsinə əsasən isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məcəllənin 31.1-ci maddəsindən görünür ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.7-ci maddəsində qeyd edilmişdir ki, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 305.1, 305.1.12-ci maddəsinə görə, məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il 10 №-li Qərarının aşağıda istinad edilən bəndlərinə xüsusi diqqət yetirilməlidir:

1. Məhkəmələrin nəzərinə çatdırılır ki, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apelyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur.

10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

22. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.

23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Hazırki mülki iş üzrə materialları, məhkəmənin ilkin araşdırması nəticəsində əldə edilən məlumatları yuxarıda istinad edilən hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, hazırki mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, mülki işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qismində cəlb edilməklə “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci və 263-264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qismində cəlb edilməklə “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar