Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4827/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və (və ya) vurulmuş zərərin əvəzinin alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 560 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və (və ya) vurulmuş zərərin əvəzinin alınması” tələbinə dair ilkin iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia rədd edilməsi, İddiaçı MMC ilə aralarında 29.12.2020-ci il tarixdə imzalanmış 135 saylı müqavilə etibarsız hesab edilməsi, təhsil xidmətlərinin göstərilməsinə görə tərəfindən ödənilmiş 640 manat məbləğində vəsait İddiaçı MMC-dən tutularaq ona ödənilməsi, qarşılıqlı iddia ərizəsi verilməsi üçün tərəfindən dövlət rüsumuna görə ödənilmiş 31 manat İddiaçı MMC-dən tutularaq ona ödənilməsi, qarşılıqlı iddia ərizəsinin tərtib edilməsi üçün tərəfindən vəkilə ödənilmiş 100 manat xidmət haqqı İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, xaricdə təhsil xidmətlərinin göstərilməsi’ ilə bağlı İddiaçı ilə Cavanlı Şəbinə arasında 135 saylı 29.12.2020-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 4.9-cu maddəsinə uyğun olaraq cavabdeh X3 tərəfindən “STUDY LAB" MMCnə 1.200 manat pul ödənilməli idi. Həmin məbləği ödəyəcəyini öhdəlik kimi üzərinə götürən cavabdeh X3 pul məbləğini tam şəkildə ödəyəcəyinə vəd etmişdir, lakin daha sonra pulu natamam şəkildə ödəmişdir. İddiaçı tərəfindən bütün müqavilə öhdəlikləri tam şəkildə icra olunsa da cavabdeh öz öhdəliyi; ödəmək öhdəliyini tam şəkildə icra etməmişdir. Belə ki, müqavilənin 4.3-cü maddəsinə görə xidmət haqqının (1.200 manat məbləğinin) 30% hissəsi (yəni, 360 manat) əvvəlcə bilməlidir. Bu məbləği cavabdeh ödəmişdir. Məbləğin qalan hissəsi, yəni 70% olan 840 manat, qeyd edilmiş 4.3-cü maddənin qaydasında hər hansı universitetdən qəbul aldıqdan sonra 3-5 günü müddətində ödənilməli idi. (cavabdeh 01.04.2021-ci ildə Romanın “Sapienza” universitetindən qəbul məktubu almışdır. İlkin 30% olan 360 manat aıtıq ödəmiş olduğuna görə anı bildikdən sonra cavabdeh qalan pulu ödəməyə başlamışdır). Cavabdeh universitetdən qəbul aldıqdan sonra qalıq məbləğ tam ödəyə bilmədiyini və hissə-hissə ödəyəcəyini xahiş etmişdir. Bununla da, universitetə qabul aldıqdan sonra 15.04.2021-ci il tarixdə 280 manat ödəmişdir, (qalan 560 manat pulu tezliklə ödəyəcəyinə söz vermişdir). Göründüyü kimi, cavabdeh qəbul aldıqdan sonra 3-5 günü müddətində ödəməli olduğu 840 manat pulun yalnız 280 manatın və icra müddətinin keçməsinə baxmayaraq qalan pulu (560 manat) ödəməmişdir. Daha sonra isə universitetdə oxumaq barədə fikrinin dəyişdiyini və buna görə də pulu ödəməmişdir. Dəfələrlə ona bildirilmişdir ki, qeyd edilmiş məbləğ universitetin təhsil və sair xərcləri deyil və buna görə də onun oxumaq yerinin dəyişməsi” onu müqavilə öhdəliyindən azad etmir. Belə ki, onun universitetə qəbul alması üçün həcmi böyük olan yazı dildə olan sənədlərin hazırlanması işi aparılmış, qeyd olunan məsələlərin tənzimlənməsi üçün mütəxəssislər cəlb edilmiş, işçiləri saatlarla vaxtını sərf edib onun üçün işləmişlər. İş də uğurla nəticələnmiş, cavabdeh qəbul almışdır. Bütün işlərdən bitdikdən sonra cavabdeh əvvəlcə ödənişi edəcəyinə vəd edib ödənişi gecikdirmiş, daha sonra isə ümumiyyətlə ödəməkdən imtina etmişdir. Halbuki, onlar tərəfindən müqavilə öhdəlikləri yerinə yetirildiyinə görə cavabdeh ödənişi tam məbləğdə ödəməli idi. Müqavilənin 4.5-ci maddəsinə görə əgər müqavilənin imzalandığı tarixdən sonrakı 15 gün müddəti ərzində Sifarişçi (cavabdeh) müqavilənin ləğv etmək istəməzsə, həmin 15 gün müddəti keçdikdən sonra Sifarişçinin (cavabdehin) müqaviləni ləğv etmək istəməzsə, həmin 15 gün müddət müddəti ərzində sifarişçi (cavabdeh) müqaviləni ləğv etmək istəməzsə, həmin 15 gün müddəti keçdikdən sonra sifarişçinin müqaviləni ləğv edib ödənişi geri almaq hüququ yoxdur. Sonda ilkin iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 qarşılıqlı iddia tələbini müdafiə edərək, təmin edilməsi ilkin iddia rədd edilməsi, İddiaçı MMC ilə aralarında 29.12.2020-ci il tarixdə imzalanmış 135 saylı müqavilə etibarsız hesab edilməsi, təhsil xidmətlərinin göstərilməsinə görə tərəfindən ödənilmiş 640 manat məbləğində vəsait İddiaçı MMC-dən tutularaq ona ödənilməsi, qarşılıqlı iddia ərizəsi verilməsi üçün tərəfindən dövlət rüsumuna görə ödənilmiş 31 manat İddiaçı MMC-dən tutularaq ona ödənilməsi, qarşılıqlı iddia ərizəsinin tərtib edilməsi üçün tərəfindən vəkilə ödənilmiş 100 manat xidmət haqqı İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, ilkin iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavanlı Şəbinə arasında bağlanmış 135 saylı, 29.12.2020-ci il tarixli müqavilədən görünür ki, həmin Müqavilənin 4.9-cu maddəsinə uyğun olaraq cavabdeh X3 tərəfindən “STUDY LAB" MMC-nə 1.200 manat pul ödənilməli, İddiaçı tərəfindən bütün müqavilə öhdəlikləri tam şəkildə icra olunsa da cavabdeh öz öhdəliyi; ödəmək öhdəliyini tam şəkildə icra etməmişdir. Belə ki, müqavilənin 4.3-cü maddəsinə görə xidmət haqqının (1.200 manat məbləğinin) 30% hissəsi (yəni, 360 manat) əvvəlcə bilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xaricdə təhsil xidmətlərinin göstərilməsi’ ilə bağlı İddiaçı ilə Cavanlı Şəbinə arasında 135 saylı 29.12.2020-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 4.9-cu maddəsinə uyğun olaraq cavabdeh X3 tərəfindən “STUDY LAB" MMC-nə 1.200 manat pul ödənilməli idi. Həmin məbləği ödəyəcəyini öhdəlik kimi üzərinə götürən cavabdeh X3 pul məbləğini tam şəkildə ödəyəcəyinə vəd etmişdir, lakin daha sonra pulu natamam şəkildə ödəmişdir. Beləliklə göründüyü kimi, iddiaçı öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası MM-nın 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməli, Cavabdeh 560 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və (və ya) vurulmuş zərərin əvəzinin alınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflərin arasında göstərilən məzmunda müqavilənin etibarsız hesab edilməsi və (və ya) vurulmuş zərərin əvəzinin alınması təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq tərəflərin arasında borc münasibətinin mövcud olduğunu müəyyən edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi təmin edilsin. Cavabdeh 560 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və (və ya) vurulmuş zərərin əvəzinin alınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natəvan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4827/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4827/2021
07.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver