Məhkəmə qərarları › İş №e-2(006)-4842/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4842/2025

23.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4842/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində, saat 18:07-də "xxxx" ASC-nin müştərisi olan **********949153 nömrəli kart hesabına köçürülmüş 1000 (bir min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı məxsus **********073838 nömrəli kart hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixində, saat 18:07-də yanlışlıqla, texniki səhv olaraq özünə məxsus olan Azərbaycan Beynəlxalq Bank kartından (**********073838) "xxxx" ASC müştərisi olan **********949153 nömrəli kart hesabına (Elməddin M...) 1000 manat məbləğində pul köçürmüşdür. Belə ki, əslində iddiaçının pul köçürməli olduğu şəxs X1 **********949153 nömrəli kart hesabı idi. Lakin, iddiaçı ilk 8 rəqəmi səhv qeyd etdiyindən və Beynəlxalq bank mobil proqram tətbiqində pul göndərilərkən şəxsin ad, soyadı qeyd olunmadığından həmin məbləğ səhvliklə qeyd olunan kart hesabına köçürülmüşdür. İddiaçı pulun qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixində "xxxx" ASC-nin Tovuz filialında müvafiq ərizə yazmış, filial tərəfindən isə pulun geri qaytarılması ilə bağlı "xxxx" ASC-nin Baş ofisinə müvafiq sorğu göndərilmişdir. Lakin 3 dəfə müraciət edilməsinə baxmayaraq "xxxx" ASC hərəkətsizlik göstərmiş, pulun geri qaytarılmasını təmin etməmiş, bununla bağlı hər hansı tədbir görməmişdir. Hazırkı vəziyyətdə cavabdeh nə pulu qaytarır, nə də **********949153 nömrəli kart hesabı sahibinin şəxsiyyəti barədə məlumatları bank sirri adı ilə təqdim etmir. İddiaçı tərəfindən texniki səhv olaraq göndərilmiş 1000 manat pul vəsaiti əsassız varlanma qaydalarına uyğun olaraq ona qaytarılmalıdır. Hazırda iddiaçı pulundan, mülkiyyətindən məhrum olmuşdur.

3. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi, əsl cavabdehin əvəz olunması barədə” ərizə verərək, hazırkı iş üzrə cavabdeh "xxxx" ASC-nin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir.

4. İddiaçı nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Cavabdeh **********949153 nömrəli kart hesabına köçürülmüş 1000 (bir min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir .

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. “ABB” tərəfindən verilmiş tam kartın surətindən görünür ki, İddiaçı verilən tam kartın nömrəsi 4105 1104 1207 3838-dir.

9. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə saat 18:07-də “4105********3838” nömrəli kartdan (göndərənin kartı) “4169********9153” nömrəli karta (alanın kartı) 1000 manat məbləğində pul köçürülmüşdür.

10. "xxxx" ASC tərəfindən təsdiq edilmiş İddiaçı məxsus (hesab nömrəsi: ********************) hesabdan xx.xx.2025-xx.xx.2025-ci il tarixləri əhatə edən çıxarışdan görünür ki, İddiaçı məxsus **********073838 nömrəli kartdan **********949153 nömrəli karta 1000 manat məbləğində pul köçürülmüşdür.

11. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4842/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş vəsatətin təmin edilməsi, xx.xx.2025-ci il tarixdə İddiaçı məxsus kartdan 1.000 manat məbləğində pulun digər karta (hesaba) köçürülübköçürülməməsi barədə məlumatın, köçürüldüyü təqdirdə pulun köçürüldüyü kartın nömrəsinin, hansı banka aid olması və kimə məxsus olması barədə ətraflı məlumatların təqdim edilməsinin aidiyyəti üzrə "xxxx" ASC-dən və "xxxx" ASC-dən tələb edilməsi, qərardadın dərhal icra edilməklə icrasının "xxxx" ASC-yə və "xxxx" ASC-yə və Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

13. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4094/2025 nömrəli qərardadına əsasən "xxxx" ASC tərəfindən təqdim edilən İAMAS məlumatlarından görünür ki, xx.xx.2025-ci il saat 18:07:36 radələrində Cavabdeh məxsus “4169********9153” nömrəli karta köçürülən əməliyyat məbləği 1000 manatdır.

14. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4842/2025 nömrəli qərardadına əsasən "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “cavab məktubu”ndan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı (FİN: xxxxxxx) məxsus 4105-1104-1207-3838 nömrəli plastik kartdan 1000 (min) manat "xxxx" ASC-yə aid 4169-7388-4194-9153 nömrəli plastik karta köçürülmüşdür. Eyni zamanda, pul vəsaitlərinin köçürüldüyü plastik kart sahiblərinə dair məlumatların alınması üçün "xxxx" ASC-yə müraciət edilməsi xahiş edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hal ondan ibarətdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə istifadəsində olan “4105********3838” nömrəli “ABB” tam kartı ilə “5239********9153” nömrəli bank kartına 1000 manat ödəniş etmək istəyərkən səhvən “4169********9153” nömrəli karta ödəniş etmişdir.

16. "xxxx" ASC tərəfindən təsdiq edilmiş İddiaçı məxsus (hesab nömrəsi: ********************) hesabdan çıxarışda İddiaçı məxsus **********073838 nömrəli kartdan **********949153 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsi qeyd edilmişdir.

17. Bundan sonra İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. Məhkəmə araşdırmaları zamanı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il il tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixdə İddiaçı məxsus kartdan 1.000 manat məbləğində pulun digər karta (hesaba) köçürülüb-köçürülməməsi barədə məlumatın, köçürüldüyü təqdirdə pulun köçürüldüyü kartın nömrəsinin, hansı banka aid olması və kimə məxsus olması barədə ətraflı məlumatların təqdim edilməsi "xxxx" ASC-dən və "xxxx" ASC-dən tələb edilmişdir.

19. "xxxx" ASC tərəfindən təqdim edilən məlumatlardan görünür ki, xx.xx.2025-ci il saat 18:07:36 radələrində Cavabdeh məxsus “4169********9153” nömrəli karta 1000 manat əməliyyat məbləği köçürülmüşdür.

20. Hazırda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi, əsl cavabdehin əvəz olunması barədə ərizə verərək, hazırkı iş üzrə cavabdeh "xxxx" ASC-nin əsl Cavabdeh ilə əvəz edilməsini, cavabdehdən 1000 (bir min) manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Həmçinin, "xxxx" ASC tərəfindən təqdim edilən məlumatlardan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı (FİN: xxxxxxx) məxsus 4105-1104-1207-3838 nömrəli plastik kartdan 1000 (min) manat "xxxx" ASC-yə aid 4169-7388-4194-9153 nömrəli plastik karta köçürülmüşdür.

c) Məhkəmənin mövqeyi:

22. Beləliklə, təqdim edilmiş sübutlara əsasən məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin özünə məxsus olmayan vəsaitdən istifadə etməsi nəticəsində iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, cavabdeh isə həmin məbləğ həddində əsassız varlanmışdır.

23. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya cavabdehin əsassız varlanması nəticəsində 1000 manat məbləğində maddi ziyan dəymişdir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

24. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

25. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2, 14.2.7-ci maddə. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; 1091 və 1092.1-ci maddələr. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

29. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

31. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1.000 (bir min) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir.

32. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, cavabdehdən 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya verilməlidir.

Nəticə:

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1.000 (bir min) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar