Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4850/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı "X2" MMC-nin Cavabdeh ASC-yə qarşı borcun ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X2" MMC Cavabdeh ASC-yə qarşı borcun ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixində **********26092023 saylı Bank xidmətlərinin göstərilməsi haqqında X1 borclanma limitinə dair 28 sentyabr 2023-cü il tarixli 932/105 saylı əlavəsinə əsasən İddiaçı MMC-yə 120 ay müddətinə illik 25% olmaqla 300.000 manat bərpa olunan kredit limiti ayrılmışdır. Qeyd olunan müqavilələrin təminatı kimi İddiaçı MMC ilə Cavabdeh ASC arasında ipoteka müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli, 02/105 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hūququ ilə İddiaçı MMC-yə məxsus ** GG *** dövlət qeydiyyat nişanlı DAF FTXF 105YÜK marka/modelli yəhərli dartıcı, xx.xx.2023-cü il tarixli, 01/105 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hūququ ilə İddiaçı MMC-yə məxsus 77JX 622 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ AXOR 1840 LS YÜK marka/modelli yəhərli dartıcı və 77JG622 dövlət qeydiyyat nişanlı MAN TGX 8.440 YÜK marka/modelli yəhərli dartıc xx.xx.2024-cü il tarixli, 596/105 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hūququ ilə İddiaçı MMC-yə məxsus 99YE583 dövlət qeydiyyat nişanlı FLİEGL marka/modelli özüboşaldan yarımqoşqu nəqliyyat vasitələri banka girov qoyulmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixində Cavabdeh ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş ünvanlanaraq, Banka 220.593,71 manat əsas, 16.213,65 manat faiz borcu və 356,55 manat cərimə borcu olmaqla ümumilikdə 237.163,91 manat borclarının olduğu, borcun qısa müddətdə ödənilməsini təmin etməli olduqları bildirmişdirlər. Qeyd edirlər ki, onlar Bank tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş və bildirişdə qeyd olunan borc məbləği, həmçinin digər şərtlərlə razı deyillər. Hal-hazırda məhkəməyə müraciət edərək, işə məhkəmə qaydasında baxılmasını, xx.xx.2025-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsini, Cavabdeh ASC-yə olan borcun məbləğinin düzgün hesablanmasını və ipoteka predmeti olan mülkiyyət hūququ ilə İddiaçı MMC-yə məxsus 77GG621 dövlət qeydiyyat nişanlı DAF FTXF 105 YÜK marka/modelli yəhərli dartıcı, 77JX622 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ AXO1840 LS YÜK marka/modelli yəhərli dartıcı, 77JG622 dövlət qeydiyyat nişanlı MAN TGX 8.440 YÜK marka/modelli yəhərli dartıcı və 99YE583 dövlət qeydiyyat nişanlı FLİE GL marka/modelli özü boşaldan yarım qoşqu nəqliyyat vasitələrinə tutma yönəldilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 13-cü bəndində göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlara əsasən, iddiaçı "X2" MMC (VÖEN **********) və Cavabdeh ASC (VÖEN **********) vergi orqanında qeydiyyatdan keçmişlər və onların adına vergi ödəyicisinin eyniləşdirmə nömrələri mövcuddur. Məhkəmə hesab edir ki, işin hallarından göründüyü kimi, hər iki tərəf hüquqi şəxs olmaqla fəaliyyət istiqamətlərini yalnız sahibkarlıq fəaliyyətindən irəli gələn hallar təşkil edir. Tələbdən də göründüyü kimi, iddiaçı tərəfindən əsassız hesab edilməsi tələb edilən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş məhz İddiaçı MMC ilə Cavabdeh ASC arasında bağlanmış müqavilələrdən irəli gəlmişdir. Belə olan halda məhkəmə mübahisənin predmetini və subyektiv tərkibi nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "X2" MMC tərəfindən (“Hökumət ödəniş portalı, qəbz nömrəsi **********68, tarix: 25.08.25, saat: 11:59:03) ödənilmiş 100.00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "X2" MMCyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "X2" MMC-nin Cavabdeh ASC-yə qarşı borcun ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən (“Hökumət ödəniş portalı, qəbz nömrəsi **********68, tarix: 25.08.25, saat: 11:59:03) ödənilmiş 100.00 manat manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "X2" MMC-yə geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4850/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4850/2025
27.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver