Məhkəmə qərarları › İş №e-2(006)-489/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-489/2025

04.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-489/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə iddiaçının nümayəndəsi X2, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi ziyanın ödənilməsi və s.» tələbinə dair ilk iddiası; Cavabdeh MTK-nın İddiaçı qarşı «qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və s.» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi ziyanın ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 2024-cü ilin yanvar ayından avqust ayının 20-dək hər ay 3.000 manat hesablanmaqla, ümumilikdə 24.000 manat məbləğin, habelə yeni müqavilənin bağlanacağı vaxt qeyri-müəyyən olunduğundan hər ay 3.000 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 2024-cü ilin yanvar ayından avqust ayının 20-dək hər ay 3.000 manat hesablanmaqla, ümumilikdə 24.000 manat məbləğin, habelə yeni müqavilənin bağlanacağı vaxt qeyri-müəyyən olunduğundan hər ay 3.000 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli 36 ünvanda fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin yerində Cavabdeh MTK tərəfindən tikiləcək binadan ümumi sahəsi içdən-içə hesablanmaqla 64,3 m2 və onun əlavə 20 faiz sahəsi, küçə hissəsi isə eni 7 metrdən az olmayan qeyri-yaşayış sahəsinin ona verilməsi, həmçinin vəkilə ödənilən 4.500 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MTK İddiaçı qarşı «kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ümumilikdə 195.000 manat kompensasiya məbləğinin İddiaçı ödənilməsi ilə sonuncu tərəfindən onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 48 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh MTK-ya sökülməsi üçün təhvil verilməsi və İddiaçı həmin qeyri-yaşayış sahəsinə olan mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Cavabdeh MTK Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş, faktiki sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh MTK-ya təhvil verilməsi, Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanda yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş, faktiki sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın D bloku, 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 48,00 m2 olan, təmirli qeyri-yaşayış sahəsinin binanın bünövrəsi qoyulduqdan sonra 30 ay müddətinə İddiaçı təhvil verilməsi; sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.000 manat məbləğində icarə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh MTK Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş, faktiki sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh MTK-ya təhvil verilməsi, Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanda yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş, faktiki sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın D bloku, 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 48,00 m2 olan, təmirli qeyri-yaşayış sahəsinin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə İddiaçı təhvil verilməsi; sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.000 manat məbləğində icarə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin ******* saylı, xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. Həmçinin sözügedən yaşayış sahəsinə məxsus olan **********95-05101-083001 reyestr nömrəli texniki pasport da Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunaraq onun adına qeydiyyata alınmışdır. Bildirir ki, artıq uzun illərdir ki, həmin əmlak onun mülkiyyətində və istifadəsindədir. Həmin qeyriyaşayış sahəsi kafe kimi fəaliyyət göstərirdi. Lakin cavabdeh MTK həmin ərazidə çoxmərtəbəli bina inşa etdiyini səbəb gətirərək həmin ərazini bütövlükdə hasara çəkmişdir. Həmin hasar ona məxsus kafenin qarşısını bağlamışdır, həmin hasarın daxilində qalmışdır. Bununla da, kafeyə giriş-çıxış cavabdeh tərəfindən qanunsuz olaraq məhdudlaşdırılmışdır. Həmçinin kafenin fəaliyyəti də dayandırılmaq məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdeh tərəfindən onun öz vəsaiti hesabına çəkilmiş işıq, su xəttlərinin kəsilməsi, video-müşahidə nəzarəti olduğu halda kafenin içi əşyaları ilə birlikdə dağıdılmışdır. Hal-hazırda bu işlə bağlı araşdırma gedir. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri ucbatından o, aylardır öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən kafe fəaliyyətdə ola-ola cavabdeh tərəfindən hasara alınmışdır. Həmin kafedən o, gəlir qazanırdı. Hasarın çəkilməsi ilə bağlı cavabdeh tərəfindən ona heç bir rəsmi məlumat verilməmiş, xəbərdarlıq olunmamışdır. Bununla əlaqədar olan mübahisə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2063/2024 saylı iş üzrə hakim Əfsanə xanım Heydərovanın icraatındadır. Bundan başqa, o, Nəsimi Rayon Məhkəməsinə qeyri-yaşayış sahəsinin sökülməsinin dayandırılması barədə müvəqqəti təminat tədbirinin görülməsi haqqında ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli e-16(006)-251/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, e-2(006)-2063/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan ünvan 2 ünvanda fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin sökülməsinin Cavabdeh MTK-ya qadağan edilməsi qərara alınmışdır. Çıxarılmış qərardadla qoyulan qadağa cavabdeh tərəfindən qəsdən icra edilmədiyinə görə Cavabdeh MTK inzibati qaydada 3.000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, MTK-nın qanunsuz hərəkətləri ucbatından ona uzun müddətdir ki, maddi ziyan dəyir. Dəymiş bu ziyan da bu günə kimi də cavabdeh tərəfindən qarşılanmamışdır. Belə ki, sökülmə işlərindən əvvəl həmin kafe fəaliyyətdə olduğu üçün o, oradan aylıq gəlir əldə edirdi. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-yə icazə verilmişdir. Həmin sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq Cavabdeh MMC tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 28 mart 2018-ci il tarixli rəyə əsasən, həmin ərazidə yerləşən yaşayış evlərinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: yaşayış evlərinin yükdaşıyan divarlarında müxtəlif yerlərdə keçici çatlar mövcuddur; yük daşıyan divarlarda suvaq qatının qopması baş vermişdir; bünövrələrdə, torpaqla təmasda olan divarlarda xaricdə və daxildə nəmlik, aşınmalar müşahidə olunmuşdur; qapı və pəncərələrdə fiziki köhnəlmə, çürümə və digər deformasiyalar mövcuddur; yaşayış evlərinin dam örtüyü uzunmüddətli təmirsiz istismar edildiyindən yararsız vəziyyətə düşmüşdür; yaşayış evlərinin mərtəbəarası örtük konstruksiyasında fiziki köhnəlmə mövcuddur; yaşayış evlərinin mərtəbəarası örtüklərin ağac konstruksiyaları çürüyərək ciddi deformasiyalara uğramışdır; atmosfer suları bəzi yerlərdə evlərin daxilində sızaraq tavanlar və divarların nəmlənməsinə səbəb olmuşdur; döşəmələrdə qabarma və çökmələr mövcuddur; yaşayış evlərinin kommunikasiya xətləri yararsız vəziyyətdədir. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 12890 saylı inşaat pasportuna əsasən, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli 1053 saylı icarə müqaviləsi bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/03-8/3573 saylı xx.xx.2016-cı il tarixli məktubla Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binalarının Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövlətlayihə» DBLİ tərəfindən işlənmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 81 nömrəli məktubu ilə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən 1,1699 ha torpaq sahəsində Cavabdeh MMC-yə yaşayış binalarının tikintisi məqsədi ilə obyektin tikintisinə icazə sənədi verilmişdir. Cavabdeh MTK tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. Cavabdeh MTK Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllə ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Cavabdeh MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə onlarla mülkiyyətçi köçürülmüş, tikilməli olan 8 blokdan ibarət binanın 2 bloku tikilərək sakinlərə təhvil verilmiş, 2 blok hazırda tikilməkdədir. Cavabdeh MTK qarşılıqlı iddia üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllə ünvanında yerləşən evlərin 33 sakini ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi ilə də danışıqlar aparılmağa çalışılmış, lakin qarşılıqlı iddia üzrə cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Hazırki iddia üzrə cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinə bazar qiymətinə uyğun kompensasiya təklif olunur, eyni zamanda köçürülmə ilə bağlı xərclərin də MTK tərəfindən qarşılanması nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan, vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündürmərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı şəhər İHB-nin müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıqaşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onların insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. Cavabdeh MTK Bakı şəhər İHB-nin sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. İlk iddia üzrə İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçının nümayəndəsi X3 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən, sahəsi 48,0 m2 olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - Qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən, sahəsi 48,0 m2 olan qeyri-yaşayış sahəsinə dair İddiaçı adına müvafiq inventar və reyestr nömrəli texniki pasport tərtib edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-yə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq Cavabdeh MMC-yə həvalə edilmişdir. - 04 may 2015-ci il tarixli 1053 saylı torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamına və 12890 saylı inşaat pasportuna əsasən, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsi İcra Hakimiyyəti tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmişdir. - 2018-ci il tarixli, 10/İ-1015 saylı iş üzrə 18/37 saylı ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş torpaq sahəsinə dair müvafiq ayrıc aktı tərtib olunmuşdur. - Memarlıq və Şəhərsalma Baş İdarəsinin 29 noyabr 2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamına və 12890 saylı inşaat pasportuna əsasən Cavabdeh MMC-yə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binalarının Azərbaycan Respublikası FHN TTNDA «Azərdövlətlayihə» DBLİ tərəfindən işlənmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. - xx.xx.2017-ci il tarixli, obyektin tikintisinə 81 saylı icazədən görünür ki, Cavabdeh MMC-yə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə müvafiq koordinatlarda yerləşən 1,1699 ha torpaq sahəsində yaşayış binalarının tikintisi üçün icazə verilmişdir. İcazənin verilməsinə əsas olan sənədlər icazə sənədində sadalanmışdır. - Azərbaycan Respublikası FHN TTNDA «Azərdövləttikintilayihə» DLİ tərəfindən verilmiş texniki rəydən görünür ki, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən yaşayış evlərinin mövcud vəziyyəti araşdırılmış, bununla bağlı texniki rəy tərtib edilmiş və 28 mart 2018-ci il tarixdə təsdiq edilmişdir. Texniki rəydə qeyd olunmuşdur ki, sözügedən yaşayış binaları hazırda istismar olunur. Onlar uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evləri texniki məhdud işlək vəziyyətdədir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, İddiaçı rayon prokurorluğuna daxil olmuş müraciəti əsasında (qeyri-yaşayış obyektinin yararsız hala salınması barədə) rayon prokurorunun köməkçisi, ədliyyə müşaviri Abbas Həsənov tərəfindən araşdırma aparılmış, Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi RPİ-yə göndərilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsiin xx.xx.2024-cü il tarixli e-16(006)- 251/2024 saylı qərardadı ilə e-2(006)-2063/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək AR ƏMDK yanında DƏDRXN-nin ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən iddiaçıya məxsus Bakı şəhəri Nəsimi rayonu Nəsib bəy Yusifbəyli 36 ünvanında fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin sökülməsinin Cavabdeh MTK-ya qadağan edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsiin xx.xx.2024-cü il tarixli 3(006)-2788/2024 saylı qərarından görünür ki, Cavabdeh MTK Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 48 m2, aylıq icarə dəyərinin 1.000 manat təşkil etdiyi qeyd edilmişdir. - İddiaçı müraciəti əsasında tərtib edilmiş "xxxx" MMC-nin daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 48 m2 olan və ətraf ərazidə yerləşən oxşar qeyri-yaşayış sahələrinin xx.xx.2024-cü il tarixə 1 m2 üzrə icarə dəyəri 35-40 manat təşkil edir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)- 4462/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi ziyanın ödənilməsi və s.» tələbinə dair ilk, Cavabdeh MTK-nın İddiaçı qarşı «qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və s.» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, tədqiqatın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli eksperti rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə şəraiti, sahəsi, habelə texniki göstəriciləri nəzərə alınmaqla xx.xx.2024cü il tarixinə 1 m2 üçün icarə haqqının dəyəri 21 manat, aylıq ümumi icarə dəyəri yuvarlaq şəkildə 1.000 manat (48 m2 x 21 manat / 1 m2 = 1.008,0 manat) təşkil edir. Ödəniş qəbzlərindən görünür ki, ilk iddia ərizəsi üzrə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 162 manat dövlət rüsumu, qarşılqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddianın təqdim edilməsi üçün 485 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən, sahəsi 48,0 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən qeyriyaşayış sahəsi kafe olaraq fəaliyyət göstərmişdir. İlk iddia üzrə iddiaçı məhkəməyə müraciət edib cavabdeh şirkətin fəaliyyəti nəticəsində ona ziyan dəydiyinə istinad etmiş, dəymiş ziyanı tələb etmişdir. İşin məhkəmədə araşdırıldığı dövrdə ilk iddia tələbində dəyişiklik edilib, maddi ziyanla yanaşı, söküləcək qeyri-yaşayış sahəsi əvəzinə yeni, ümumi sahəsi içdən-içə hesablanmaqla 64.3 kv.metr və onun əlavə 20 faiz sahəsi, küçə hissəsi isə eni 7 metrdən az olmayan qeyriyaşayış sahəsinin verilməsi və sözügedən qeyri-yaşayış sahəsi ilə təmin olunanadək şirkətdən aylıq 3000 manat icarə haqqı tələb edilmişdir. İlk iddiaçı irəli sürdüyü maddi ziyan tələbini cavabdeh şirkətin fəaliyyəti (söküntü və sair işləri aparması) nəticəsində ona məxsus qeyri-yaşayış sahəsindən istifadə edə bilməməsi, aylıq gəlirindən məhrum olması ilə, yeni qeyri-yaşayış sahəsinin verilməsi tələbini isə mülkiyyətindən məhrum olması, bu səbəbdən məhrum olduğu əmlak əvəzinə yenisinin verilməli olması ilə əsaslandırmışdır. Qarşılıqlı iddia tələbi ilə müraciət edən Cavabdeh MTK-dır. Müəyyən edilir ki, sözügedən MTK İddiaçı məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikinti işləri aparır. Qarşılıqlı iddia tələbi ilk başda kompensasiya verilməsi yolu ilə mülkiyyət hüququna xitam verilməsi barədə olsa da, ilk iddia tələbində olduğu kimi icraat dövründə bu tələbdə də dəyişiklik edilmiş, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi, söküləcək qeyri-yaşayış sahəsi əvəzinə yenisinin verilməsi və əmlakın şirkətə təhvil verildiyi gündən mülkiyyətçinin yeni əmlak ilə təmin olunduğu günədək aylıq 1000 manat icarə haqqının ödənilməsi tələbinin təmin edilməsi istənilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı irəli sürdüyü tələbi mübahisəli əmlakın yerləşdiyi ərazidə tikinti işlərini aparması üçün icazəsinin olması və sair ilə əsaslandırmışdır. Məhkəmə hər iki tələbinin qismən təmin edilməli olması nəticəsinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X1 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub-qoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın davamında qeyd edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub-pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb-yaratmadığını müəyyən etmək qalır. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X1 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 12890 saylı inşaat pasportuna əsasən, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli 1053 saylı icarə müqaviləsi bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/03- 8/3573 saylı xx.xx.2016-cı il tarixli məktubla Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binalarının Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövlətlayihə» DBLİ tərəfindən işlənmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 81 nömrəli məktubu ilə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov Qardaşları, A.Səhhət və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən 1,1699 ha torpaq sahəsində Cavabdeh MMC-yə yaşayış binalarının tikintisi məqsədi ilə obyektin tikintisinə icazə sənədi verilmişdir. Yəni dəqiq deyilsə, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə söküntü və tikinti işlərinin aparılması Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamının, şirkətlə RİH arasında bağlanmış müqavilənin tələbləri baxımından qanuni olmaqla qarşıya qoyulan məqsədə mütənasib olmuşdur. Məhkəməyə ilk başda müraciət edildiyi zaman ilk iddia tələbi maddi ziyanın ödənilməsi, qarşılıqlı iddia tələbi isə kompensasiya verilməsi yolu ilə mülkiyyət hüququna xitam verilməsi barədə olsa da, məhkəmə icraatı dövründə aparılmış danışıqlar nəticəsində hər iki tərəf söküləcək əmlak əvəzinə yenisinin verilməsi barədə razılıq əldə etmiş və bu hal tərəflərin mübahisə etmədiyi məsələyə çevrilmişdir. Mübahisə məhz əvəz ediləcək əmlakın sahəsi və aylıq icarə haqqı barədədir. Əvvəla verilməli olan əmlakın sahəsinə münasibətdə qeyd edilməlidir ki, ilk iddiaçının, söküləcək qeyri-yaşayış sahəsi əvəzinə yeni, ümumi sahəsi içdən-içə hesablanmaqla 64.3 kv.metr və onun əlavə 20 faiz sahəsi olan qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etmiş olmasına baxmayaraq, işdə olan sənədlərin məcmusu ilə ilk iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 48 kv.metr təşkil etdiyi müəyyən olunur. Bununla da məhkəmənin qənaətinə görə söküləcək əmlakın ümumi sahəsi 48 kv.metr təşkil etdiyi halda, hər hansı əsasa söykənmədən onun yerinə daha artıq ölçüdə əmlakın tələb edilməsi əsassız olmaqla, təmin edilməsi mümkün hesab edilmir. Lakin təhvil veriləcək qeyri-yaşayış sahəsinin küçə hissəsinin eninin 7 metrdən az olmaması barədə ilk iddiaçının tələbi şirkət tərəfindən müsbət qarşılandığı və qarşılıqlı iddia tələbində buna dair razılıq ifadə edildiyi üçün ilk iddia tələbinin həmin hissədə təmininə yol verilir. Digər bir mübahisə yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək ödəniləcək aylıq icarə haqqının məbləği barədədir. Belə ki, işdə olan özəl ekspertiza mərkəzlərinin verdiyi sənədlərə istinadən ilk iddia üzrə iddiaçı bu məbləği aylıq 3000 manat, qarşılıqlı iddia üzrə iddiaçı isə aylıq 1000 manat müəyyən etmişdir. İşə məhkəmədə baxıldığı dövrdə tərəflərin təqdim etdiyi sənədlər arasında, daha doğrusu əmlakın aylıq icarə dəyərinin məbləğləri arasında ziddiyyət müəyyən edildiyi üçün ekspertiza təyin edilmiş, ekspertizanın aparılması tərəflərin qarşılıqlı razılığına uyğun olaraq ilk iddia üzrə iddiaçının daha öncədən müraciət etdiyi şirkətə həvalə edilmişdir. Daxil olmuş rəy əsasında ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə şəraiti, sahəsi, habelə texniki göstəriciləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixinə 1 m2 üçün icarə haqqının dəyəri 21 manat, aylıq ümumi icarə dəyəri yuvarlaq şəkildə 1.000 manat (48 m2 x 21 manat / 1 m2 = 1.008,0 manat) təşkil etdiyi müəyyən edilmişdir. Rəylə ilk iddia üzrə iddiaçı tərəf razı olmayıb, əvvəla rəy vermiş ekspertin izahatının alınmasını, daha sonra isə yenidən ekspertizanın təyin edilməsini xahiş etsə də, ekspertin məhkəmə tərəfindən dindirilməsindən və sübutların məcmusu əsasında rəyin tədqiq edilməsindən sonra rəyin şübhə altına alınması üçün hər hansı əsasın olmaması səbəbilə məhkəmə xx.xx.2025-ci il tarixdə qəbul etdiyi qərardadla yenidən ekspertizanın təyin edilməsi barədə ilk iddia üzrə iddiaçının vəsatətinin rədd edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə qəbul etmiş olduğu qərardadda vəsatətin məhz hansı əsaslara görə rədd edilməli olmasını təfsilatı ilə izah etmişdir. Nəticə etibarı ilə işdə olan sənədlərlə əmlakın aylıq icarə dəyərinin 1000 manatdan artıq olması sübuta yetirilmədiyi üçün həmin məbləğdə icarə haqqının dəyərinin ödənilməsi ədalət baxımından düzgün hesab edilmişdir. Son olaraq məhkəmə hansı tarixdən etibarən icarə haqqının ödənilməli olması ilə bağlı qeyd edir ki, hər bir tərəf bu tarixi fərqli olaraq müəyyən etmişdir. Belə ki, ilk iddia üzrə iddiaçının qənaətinə görə icarə dəyəri 2024-cü ilin yanvar ayından, qarşılıqlı iddiaçının dəlilinə görə isə sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi şirkətə təhvil verildiyi gündən ödənilməlidir. Məhkəmə hər iki iddia tələbində qeyd edilmiş tarixlə razılaşmayıb vurğulayır ki, işdə olan, məhkəmənin ayrıca icraat çərçivəsində (müvəqqəti təminat tədbirinin tətbiqinin mümkünlüyünə baxılması zamanı) xx.xx.2024-cü il tarixdə qəbul etdiyi qərardada əsasən tərəflər arasında mülki mübahisənin yekun məhkəmə aktının qəbul edilməsi ilə yekunlaşanadək iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini cavabdeh şirkətə qadağan etmişdir. Lakin məhkəmənin qərardadına əməl edilməyib söküntü işləri aparıldığı üçün şirkət inzibati məsuliyyətə cəlb olunub 3000 manat cərimə edilmişdir. Sözügedən qərarla Cavabdeh MTK-nın qadağan edildiyi halda məhkəmə qərarına etinasız yanaşıb söküntü işləri aparması öz təsdiqini tapdığı üçün məhkəmə ilk və qarşılıqlı iddia tələbində göstərildiyi tarixlərdən deyil, məhz məhkəmə qərarının qəbul edildiyi, lakin tələblərinə əməl edilmədiyi, yəni xx.xx.2024-cü il tarixdən etibarən icarə haqqının şirkətdən tutulub ilk iddia üzrə iddiaçıya ödənilməli olması qənaətinə gəlir. Bundan başqa, Cavabdeh MTK-nın məhkəmə qərarının tələblərinə əməl etməyib söküntü işlərini aparması əməlinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-2788/2024 saylı qərarı ilə qiymət verilməsi məhkəmənin xüsusi qərardad qəbul etməsi zərurətini aradan qaldırmış olmuşdur. İlk iddia üzrə iddiaçının cavabdeh şirkətdən hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaiti tələb etməsinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla tələb edilən məbləğdə vəkilə ödənişin edilməsi iş materialları ilə müəyən olunmur. Yəni ödənişi təsdiq edəcək qəbz icraat dövründə məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən hazırki iddia tələbi ilə hüquqi yardımdan istifadə edilmədən də məhkəməyə müraciət edilə bilərdi. Bu hallara əsasən məhkəmə ilk iddia tələbinin həmin hissədə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməli; ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh MTK-ya təhvil verilməli; Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasının D bloku 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 48 m2, küçə hissəsi 7 metrdən az olmayan təmirli qeyri-yaşayış sahəsi binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətində İddiaçı təhvil verilməli; xx.xx.2024-cü il tarixdən etibarən yeni qeyri-yaşayış sahəsi ilə təmin edilənədək, Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.000 manat aylıq icarə haqqı ödənilməlidir. İlk iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumları tələb edilmədiyinə görə ilk və qarşılıqlı iddialar üzrə tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi ziyanın ödənilməsi və s.» tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh MTK-nın İddiaçı qarşı «qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və s.» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh MTK-ya təhvil verilsin. Cavabdeh MTK tərəfindən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 48 m2 olan qeyri-yaşayış sahəsinin əvəzinə həmin ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasının D bloku 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 48 m2, küçə hissəsi 7 metrdən az olmayan təmirli qeyri-yaşayış sahəsi binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətində İddiaçı təhvil verilsin. xx.xx.2024-cü il tarixdən etibarən yeni qeyri-yaşayış sahəsi ilə təmin edilənədək, Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.000 manat aylıq icarə haqqı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları ilk və qarşılıqlı iddialar üzrə tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar