Məhkəmə qərarları › İş №e-2(006)-4897/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4897/2022

21.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4897/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı (X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "icra qeydinin etibarsızlığı" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı (X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "icra qeydinin etibarsızlığı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 saylı Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 7E-2640 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X13 xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 7E-2640 reyestr nömrəli icra sənədinə əsasən borclu İddiaçı tələbkar X8 xeyrinə 9154 manat ödənilməlidir. Aşağıda göstərdiklərimə əsasən, hesab edir ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 7E-2640 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. xx.xx.2015-ci il tarixli, 3-M-1-17 reyestr nömrəli kredit müqaviləsinə əsasən, X19 oğlu ilə aralarında hər ay 381 manat ona ödəmək şərtilə, 9144 manat məbləğində borcun verilməsinə dair 2 illik müddətə kredit müqaviləsi bağlanmışdır. Əliyeva Günay Adil qızı ilə Kərimov Əmrah Firüddin oğlu arasında 10 yanvar 2015-ci il tarixli notarial qaydada bağlanmış mövcud kredit müqaviləsi əsasında Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən xx.xx.2015-ci il tarixli, 7E-2640 reyestr nömrəli icra qeydi verilmiş, həmin icra qeydinə əsasən Abşeron Rayon İcra Şöbəsinin icra məmuru İlyas Həsənov tərəfindən xx.xx.2015-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Kərimov Əmrah Firüddin oğlu cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna və Əliyeva Günay Adil qızına qarşı «kredit müqaviləsinə dair icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 22 saylı Notariat Kontorunda 3M-1-7 nömrəsi ilə bağlanmış kredit müqaviləsinə dair 19 may 2015ci il tarixdə verilmiş 7E-2640 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 2(012)-5028/2015 saylı qətnaməsi ilə Kərimov Əmrah Firüddin oğlunun iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(105)- 917/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 2(012)-5028/2015 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(105)-917/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2017-ci il tarixli qərarına əsasən Əliyeva Günay Adil qızının apellyasiya şikayəti təmin edilərək, Abşeron rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 2(012)-5028/2015 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Kərimov Əmrah Firüddin oğlunun cavabdeh Əliyeva Günay Adil qızına qarşı borc tələbinə dair iş üzrə icraata iş məhkəmədə baxılmalı olmadığından xitam verilmiş, iddiaçı X19 oğluna icra qeydinin icrası ilə əlaqədar Abşeron rayon İBcra şöbəsinə müraciət etməsi izah olunmuşdur. Abşeron rayon icra şöbəsinin xx.xx.2017- ci il tarixli qərardadına əsasən Əliyeva Günay Adil qızı barəsində Bakı şəhəri 22 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 3M-01/17 saylı icra sənədinin icrası mümkün olmadığı nəzərə alınmış və icra sənədləri məhkəməyə qaytarılmışdır. Buna baxmayaraq, eyni iş üzrə Abşeron Rayon 1 saylı Notariat Kontoru tərəfindən 8İB-1424 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi verilmiş, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlyas Həsənov tərəfindən xx.xx.2021-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-3530/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi etibarsız hesab edilmişdir. Lakin, bütün bunlara baxmayaraq, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X21 oğlu xx.xx.2022-ci il tarixdə yenidən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 7E-2640 reyestr nömrəli icra sənədinə əsasən borclu İddiaçı tələbkar X8 xeyrinə 9154 manat ödənilməlidir. Tələb etmək hüququnun yarandığı gündən üç il keçdiyindən xx.xx.2015-ci il tarixli, 7E-2640 reyestr nömrəli icra sənədinin yenidən verilməsi əsassızdır. Bundan başqa, icra qeydi icraya yönəldikdən sonra icrasının mümkün olmaması əsası ilə qaytarılmışdır. Eyni icra qeydinin heç bir əsas olmadan yenidən icraya yönəldilməsi də əsassız və qanunsuzdur. Bundan başqa, 22 saylı Notariat Kontorunun notarius Ş.F.Gölməmmədova tərəfindən xx.xx.2015-ci il tarixdə icra qeydi verərkən tərəflər arasında bağlanmış müqavilə müddətinin bitməməsinə də əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən X11 məhkəmə iclasında iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, İddiaçı əvvəl do eyni tərəflər və eyni predmetlə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-2295/2017 saylı xx.xx.2017-ci il qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. İddiaçı hazırki iddiasının qəbul edilməsindən imtina edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-106/2022 saylı xx.xx.2022-ci il tarixii qərardadının nəticə hissəsində birmənalı qeyd edilmişdir ki, “icra sənədi üzrə tələbkar Əmrah Kərimova izah olunsun ki, sözügedən icra sənədinin yenidən icraya yönəldilməsi barədə Bakı şəhəri 22 saylı notariat kontoruna müraciət edilməlidir”. Həmin qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi, İddiaçı məqsədi icra prosesini uzatmaq üçün süni əngəllər yaratmaqdır. Sonda o, İddiaçı cavabdeh Bakı şəhəri, 22 saylı notariat kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi əsassız hesab olunaraq icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra o bildirmişdir ki, cavabdeh İddiaçı 9144 manat pul məbləğinin tutularaq X9 ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestri i xx.xx.2015-ci il tarixli icra qevdi verilmişdir. Həmin icra qeydi hazırda Abşeron rayon İcra Şöbəsinin icraatındadır. Lakin cavabdeh İddiaçı 6 il idi ki, borcunu ödəmirdi. Tərəfindən iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət olunaraq, Cavabdeh İddiaçı 9144 manat pul məbləğinin tutularaq X9 ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-01/17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədiyini nəzərər alaraq, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743,2 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdi. Abşeron Rayon Məhkəməsinin 2(012)-3610/2021 savlı 01.07.202l-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin olunmuş, cavabdeh İddiaçı 9144 manat pul məbləğinin tutularaq iddiaçı X9 ödənilməsinə dair Bakı şəhəri 22 saylı Notariat Kontoru tərəfindən 3M-1-17 reyestrli xx.xx.2015-ci il tarixli icra qeydinin 6 il ərzində icra edilmədi üçün, 9144 manatın hər il üçün 5 faizi, yəni 457,2 manat olmaqla, 6 il üçün ümumilikdə 2743.2 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq X9 ödənilməsi qət edilmişdir. Hazırda həmin qətnamə üzrə verilmiş icra vərəqəsi də artıq 1 ildir ki, Abşeron rayon İcra Şöbəsinin icraatındadır. Lakin cavabdeh İddiaçı yenə də borcunu ödəməkdən yayınır, icranın çağırışlarına məhəl qoymur, əksinə məhkəmə aktlarından əsassız şikayətlər verməklə vaxt uzatmağa çalışır. Abşeron rayon İcra Şöbəsi tərəfindən İddiaçı barəsində təyin olunmuş məcburi gətirilmə əsasında İddiaçı məcburi olaraq icra şöbəsinə gətirilmiş və icra məmuru X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək inzibati qaydada həbs edilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)- 1033/2022 saylı 04 iyul 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək, ona 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Hazırda İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, məhkəmədən vaxt istəmişdir. Eyni zamanda vaxtı uzatmaq məqsədi ilə Abşeron rayon Məhkəməsinə qətnaməsnin hissə-hissə ödənilməsi ilə bağlı ərizə vermişdir. Ərizə tamamilə əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı verdiyi ərizədən görünür ki, ötəri 2-3 cümlədən ibarət olan ərizə icradan yayınmaq, vaxt uzatmaqdan basqa bir şey deyil. Ərizədə işləmədiyini, qətnaməni tam icra edə bilmədiyini qeyd etsə cə, İddiaçı vaxtilə özünün müdafiəçisi olmuş vəkili X14 şantaj etmiş, onun barəsində Vəkillər Kollegiyasına və Ali Dövlət Hakimiyyət orqanlarına çoxsaylı əsassız şikayətlər ünvanlamışdır. Həmin ərizələrdə guya onda 75000 manat pulun olmasını israrla təsdiq etmiş və bu barədə istintaq orqanlarında üzləşdirmə istintaq hərəkətləri zamanı ifadəsində göstərmişdir. Üzləşdirmə protokolunun 1,2,3,4 və 5-ci suallarda İddiaçı onda 75000 manat pulun olmasın birmənalı şəkildə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadədə həqiqətən 75000 manat pulunun olduğunu bir daha təsdiq etmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırova yazdığı ərizədə Zaman Səmədova 2019-cu ilin noyabrında 25000 manat, 2020- ci ilin fevral ayında isə 50000 manat pul verdiyini bildirmişdir. Həmçinin Abşeron rayon Məhkəməsinin hakimi Şövkət xanım Nəcofovanm icraatında xüsusi ittiham qaydasında onun barəsində cinayət işi vardır. İddiaçı təqsirləndirilən şəxs qismində cinayət-prosessual statusa malikdir. İddiaçı 2019-2020-ci illərdə 75000 manat pulunun olduğu halda, o 2015-ci ildən icra sənədləri üzrə mənə olan 9144 manat borcunu ödəməmişdir ki, həmin borcun faizi kimi də 2743,2 manatın tutulması ilə bağlı hazırki qətnamə qəbul edilmişdir. Həmçinin Abşeron rayon Məhkəməsinin hakimi Şövkət xanım Nəcəfovanın icraatında xüsusi ittiham qaydasında onun barəsində cinayət işi vardır. İddiaçı təqsirləndirilən şəxs qismində cinayət-prosessual statusa malikdir. Cinayət işi üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Bundan başqa Abşeron rayon Məhkəməsinin 2(012)-3607/2021 saylı 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 750 manat və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq X4 verilməsi qət edilmişdir. Həmin qətnamədə Abşeron rayon İcra Şöbəsinin icraatındadır. Azercell Telekoma olan borc üzrə də 2(012)-2203/2018 saylı 02.03.201 S-ci il tarixli qətnaməsi ilə də İddiaçı 1252,11 manat pulun tutularaq Azercell Telekoma ödənilməsi qət edilmiş, həmin qətnamə də Abşeron rayon İcra Şöbəsinin icraatındadır. Abşeron rayon İcra Şöbəsinin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********41 saylı xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən əldə edilən məlumata görə, JN-25899D saylı kod-00500066 olan “Torpağın mülkiyyətə verilməsinə dair' Şəhadətnaməyə əsasən İddiaçı adına ümumbirgə əsaslarla Bakı şəhəri. Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,1200 ha torpaq sahəsi mövcuddur. İcra şöbəsi tərəfindən tələb həmin toıpaq sahəsinə yönəldilə bilər. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı barəsində İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərar alınmışdır. Sumqayıt Apellyasiya xx.xx.2017-ci i. tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İddiaçı onu həbsdən azad etmiş vəkili X1 şantaj edərək pul tələb etmişdir. Bununla bağlı Xərər Rayon Polis İdarəsində ona qarşı cinayət işi başlanılmış, xitam olunmuş, daha sonra xilam qərarı yenidən ləğv olunmuşdur. Həınin iş üzrə şahid qismində ifadə vermişdir. X14 8 dəfə şantaj edərək, onun barəsində Vəkillər Kollegiyasına şikayət ərizələri göndərmişdir. Onu da bildirim ki, X15 heç vaxt pulu olmamışdır. “X24 Azərbaycan" QSC-nin İddiaçı qarşı işi üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən də göründüyü kimi İddiaçı naddi vəziyyətinin çətin olmasını etiraf edir və etiraf etdiyi ərizədə göstərmişdir ki, maddi vəziyyəti çətin olduğu üçün pulu ödəyə bilmir. İddianı da etiraf etmişdir. 3459 manatlıq borcu hissə- hissə ilə 12 il ərzində, 2022-ci ilin yanvarında ödəyib bağlamışdır. Sonda o, icraatda olan İddiaçı cavabdeh Bakı şəhəri, 22 saylı notariat kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi əsassız hesab olunaraq icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri verilməsinə baxmayaraq, o, göstərilən tarixdə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1676/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər İddiaçı və X6 qarşı borcun, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 4000 manat məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun 5 manat məbləğində hissəsinin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2654/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı 9144 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4681/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X11 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 22 saylı Notariat Kontorunda 3M-1-7 nömrəsi ilə bağlanmış kredit müqaviləsinə dair 19 may 2015ci il tarixdə verilmiş 7E-2640 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və onun cavabdehlər Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna və İddiaçı qarşı “kredit müqaviləsinə dair icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3530/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 cəlb edilməklə) icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3047/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 8İ-1424 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-199/2022 saylı qərardadından görünür ki, Abşeron rayon İcra Şöbəsi xx.xx.2017-ci il tarixli qərarının ləğv olunması və Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-1-17 reyestr nömrəli xx.xx.2015ci il tarixli icra qeydinin Abşeron rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılması barədə tələbkar X11 tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-199/2022 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)- 199/2022 saylı qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Abşeron rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv olunması və Bakı şəhəri 22 saylı notariat kontorunun 3-M-1-17 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli icra qeydinin Abşeron rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılması barədə tələbkar X11 tərəfindən verilmiş şikayətə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-199/2022 nömrəli qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-199/2022 nömrəli qərardadı ləğv edilmiş, Abşeron Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərardadından tələbkar X11 tərəfindən verilmiş şikayət təmin edilməmiş, icra sənədi üzrə tələbkar Əmrah Kərimova izah edilmişdir ki, sözügedən icra sənədinin yenidən icraya yönəldilməsi barədə Bakı şəhəri 22 saylı notariat kontoruna müraciət eməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(012)-1033/2022 qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-110/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddəində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından İddiaçı müdafiəçisi Z.A.Səmədov tərəfindən verilmiş apellyaisya şikayəti təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-332/2017 saylı qərardadının surətindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-5028/2015 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, reyestrdə 3-M-1-17 № ilə qeyd edilmiş Kredit Müqaviləsinin surətindən görünür ki, X2 Günay Adil qızına 9144 manat məbləğində pul vermiş, İddiaçı isə həmin pulu xx.xx.2017-ci il tarixədək ayda 381 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 22 saylı Notariat Ofisi tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış 139 №-li, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri 22 saylı notariat ofisində X11 və İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 3M-17 reyestr saylı kredit müqaviləsi Abşeron Rayon Məhkəməsinə icrası üçün göndərilmişdir. Lakin iş onlara məlum olmayan səbəbdən icra edilməmiş səbəbdən geri qaytarılmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, 1 saylı Notariat Kontorunun 8İ-1424 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-258/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Abşeron rayonu 1 saylı Notariat Ofisinin 8İ-1424 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar borclu İddiaçı aid olan hissədə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.1200 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-112/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru İlyas Həsənovun borclu İddiaçı aid hissədə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatına dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(012)-258/2020 saylı qərardadından icra sənədi üzrə tərəflərin və çaraqlı şəxs X5 verdikləri şikayətlərin təmin edilməməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, borclu İddiaçı barəsində Abşeron rayonu 1 saylı Notariat Kontorunun 8İ-1424 nörməli xx.xx.2021-ci il tarixli icra sənədinin aidiyyəti üzrə icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məkhəməsinin 8(012)-689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri 22 saylı Notariat Ofisinin xx.xx.2015-ci il tarixli, 7E- 2640 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1984-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan borclu İddiaçı məcburi qaydada Abşeron rayon İcra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. İşin faktiki hallarından göründüyü kimi, borcun ödənilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Beləliklə, icra qeydi qanuni əsaslarla aparılmışdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3530/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə verilmiş icra qeydi hazırkı gündə də qanuni qüvvəsindədir və onun ləğvinə dair məhkəmə qərarı mövcud deyildir. Belə olan halda müqavilə üzrə verilmiş icra qeydi qanuni qüvvədə olduğu halda həmin müqavilə üzrə təkrar icra qeydinin verilməsi qanunvericiliyə uyğun deyildir və qanunvericilikdə bir müqavilə üzrə birdən artıq icra qeydinin verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı (X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "icra qeydinin etibarsızlığı" tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı (X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "icra qeydinin etibarsızlığı" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar