Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4938/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı iştiraklı ilə İddiaçı Rəhı̇ mov Fı̇ lman Teymur oğlunun cavabdeh Rəhı̇ mova Sədaqət Qafqaz qızına qarşı "qeydiyyatdan çıxmaq vəsifəsinin qoyulması" tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəhı̇ mov Fı̇ lman Teymur oğlu cavabdeh Rəhı̇ mova Sədaqət Qafqaz qızına qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Rəhı̇ mova Sədaqət Qafqaz qızının Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsindəki 1 D saylı evin 66-cı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 7, M6, m2) çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Rəhı̇ mova Sədaqət Qafqaz qızının Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsindəki 1 D saylı evin 66-cı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 7, M6, m2) çıxarılması və həmin mənzildən qeydiyyatdan çıxmaq vəsifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, sonuncu məhkəmə iclasından sonra cavabdeh iddia tələblərindən birini icra etmişdir, yəni faktiki olaraq çıxmışdır. Lakin həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqdadır. Göstərilənlərə əsasən, cavabdeh Rəhı̇ mova Sədaqət Qafqaz qızının Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsindəki 1 D saylı evin 66-cı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 7, M6, m2) çıxarılması tələbi iddia tələbləri siyahısından çıxarılması və yalnız “qeydiyyatdan çıxmaq vəzifəsinin qoyulması” tələbi baxılaraq təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının tələbi cavabdehin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlıdır ki, qanunvericilikdə ümumi yurisdiksiyalı məhkəmənin bu cür səlahiyyəti nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdehin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 sentyabr 2020ci il tarixli Qərarında qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki iddia tələbi ( cavabdehin üzərinə qeydiyyatdan çıxmaq öhdəliyinin qoyulması) hüquqi təbiətinə görə mülki xarakterli kimi görsənsədə, tələbin kökündə inzibati mübahisənin olması müəyyən edilir. Belə ki, öhdəliyin qoyulması o halda, mülki xarakterli olardı ki, tərəflər arasında alğısatqı müqaviləsi əsasında mənzilin (evin) özgəninkiləşdirilməsi (bağışlama, əvəzləşdirilmə) baş tutmuş olardı və cavabdeh həmin əqd üzrə üzərinə qeydiyyatdan çıxma öhdəliyi götürmüş olardı. Lakin hazırki mübahisədə isə tərəflər arasında hər hansı bir əqdin olması müəyyən edilmədiyindən, cavabdehin üzərinə belə bir öhdəliyin qoyulmasından da söhbət gedə bilməz. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Rəhı̇ mov Fı̇ lman Teymur oğlunun cavabdeh Rəhı̇ mova Sədaqət Qafqaz qızına qarşı "qeydiyyatdan çıxmaq vəsifəsinin qoyulması" tələbinə dair iddiası ilə bağlı mülki işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməli və iddiaçıya izah edilməlidir ki, hazırki iddia ərizəsi ilə bağlı alınmış imtina cavabı ilə əlaqədar müvafiq inzibati orqana ( AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinə- (qeydiyyat üzrə)) müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Rəhı̇ mov Fı̇ lman Teymur oğlunun cavabdeh Rəhı̇ mova Sədaqət Qafqaz qızına qarşı "qeydiyyatdan çıxmaq vəsifəsinin qoyulması" tələbinə dair iş mülki iş üzrə məhkəmə icraatına xitam verilsin. İddiaçıya qeyd olunan tələblə bağlı müvafiq inzibati orqana ( AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinə- (qeydiyyat üzrə)) müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-4938/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4938/2022
21.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver