Məhkəmə qərarları › İş №e-2(006)-4968/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4968/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4968/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 1.005 manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla cəmi 1.035 manat 40 qəpik məbləğində pulun "xxxx" ASC-dən və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında 15.02.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ-010182 saylı şəhadətnamə üzrə ** PX *** dövlət qeydiyyat nişanlı «Khazar LX» markalı avtomobil 14.000 manat məbləğində 1 il müddətinə sığortalanmışdır. Sığortalanmış 09.09.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və hadisə zamanı mülkiyyətçi tərəfindən idarə edilən ** VE *** dövlət qeydiyyat nişanlı «Chevrolet Cruze» markalı avtomobillə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh2 göstərilmişdir. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin qiymətləndirilməsi, müştərinin müraciətinə müvafiq olaraq, «X2»də həyata keçirilmiş və tərtib edilən 10.09.2020-ci il tarixli «Qüsur aktı»na əsasən, avtomobilə dəymiş zərər 1.005 manat məbləğində müəyyən olunmuşdur. «X1 Sığortası üzrə Sığorta Şəhadətnaməsinin» əlavə şərtlərinə dair razılaşmanın «c» bəndinə əsasən sığortalanmış avtomobil üzrə sığorta hadisəsi baş verdiyi zaman aşkar şəkildə bilinən subroqasiya tələbi mövcud olduqda azadolma məbləği də subroqasiya şəklində qarşı tərəfdən alınır, başqa sözlə sığortalıdan azadolma məbləği tutulmur. Bununla əlaqədar olaraq azadolma məbləği çıxılmadan 1.005 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə ödənilmiş və bu ödəniş 07 yanvar 2021-ci il tarixli 1291 saylı ödəniş tapşırığında öz əksini tapmışdır. Mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və hadisə zamanı onun tərəfindən idarə edilən ** VE *** dövlət qeydiyyat nişanlı, «Chevrolet Cruze» markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası PST ********** saylı şəhadətnamə əsasında "xxxx" ASC-də sığortalandığını nəzərə alaraq və «Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini rəhbər tutaraq, "xxxx" ASC tərəfindən ödənilmiş 1.005 manat sığorta ödənişinin Cəmiyyətin bank hesabına köçürülməsinə dair "xxxx" ASC-yə müraciət edilmişdir. Lakin müraciətlərinə baxılmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hüquqi şəxsin nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsinin, digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında 15.02.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ- 010182 saylı şəhadətnamə üzrə ** PX *** dövlət qeydiyyat nişanlı «Khazar LX» markalı avtomobil 14.000 manat məbləğində 1 il müddətinə sığortalanmışdır. Sığortalanmış ** PX *** dövlət qeydiyyat nişanlı «Khazar LX» markalı avtomobil 09.09.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və hadisə zamanı mülkiyyətçi tərəfindən idarə edilən ** VE *** dövlət qeydiyyat nişanlı «Chevrolet Cruze» markalı avtomobillə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh2 göstərilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş sığortalı avtomobilin qiymətləndirilməsi, müştərinin müraciətinə müvafiq olaraq, «X2»də həyata keçirilmiş və tərtib edilən 10.09.2020-ci il tarixli qüsur aktına əsasən, avtomobilə dəymiş zərər 1.005 manat məbləğində müəyyən olunmuşdur. «X1 Sığortası üzrə Sığorta Şəhadətnaməsinin» əlavə şərtlərinə dair razılaşmanın «c» bəndinə əsasən sığortalanmış avtomobil üzrə sığorta hadisəsi baş verdiyi zaman aşkar şəkildə bilinən subroqasiya tələbi mövcud olduqda azadolma məbləği də subroqasiya şəklində qarşı tərəfdən alınır, başqa sözlə sığortalıdan azadolma məbləği tutulmur. Bununla əlaqədar olaraq azadolma məbləği çıxılmadan 1.005 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən 07 yanvar 2021-ci il tarixli 1291 saylı ödəniş tapşırığına əsasən sığortalı "xxxx" MMC-yə ödənilmişdir. Mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və hadisə zamanı onun tərəfindən idarə edilən ** VE *** dövlət qeydiyyat nişanlı, «Chevrolet Cruze» markalı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortası PST ********** saylı şəhadətnamə əsasında "xxxx" ASC-də sığortalanmışdır. «Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini rəhbər tutaraq, "xxxx" ASC tərəfindən ödənilmiş 1.005 manat sığorta ödənişinin Cəmiyyətin bank hesabına köçürülməsinə dair "xxxx" ASC-yə müraciət edilmişdir. Pretenziya qaydasına riayət olunmaqla göndərilmiş müraciətə cavabdeh "xxxx" ASC tərəfindən müsbət cavab verilməmişdir. Göründüyü kimi, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir, Cavabdeh2 nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası növündə sığortalanması "xxxx" ASC tərəfindən həyata keçirilmişdir və iddiaçının hər iki cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ödənilmiş 1.005 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı olmaqla, cəmi 1.035 manat 40 qəpik pul vəsaiti LPO "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ödənilmiş 1.005 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı olmaqla, cəmi 1.035 manat 40 qəpik pul vəsaiti LPO "xxxx" ASCdən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar