Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5020/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdeh X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında geriyə qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X2 qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında geriyə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən ödənilmiş 1062 manat məbləğində sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1092 manat məbləğində pulun cavabdehdən tututlaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətanamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 məhkəməyə barışıq sazişi təqdim etməklə tərəflər arasında hazırki iddia tələbləri ilə bağlı razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmiş, həmin barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 hazırki mülki iş ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişindən görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X4 aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Cavabdeh X4 1092 manat borc məbləğini mübahisələndirmədən etiraf edir və həmin məbləği aylıq ödəniş 90 manat olmaqla 1 il müddətinə, yəni 25.10.2022-ci il tarixinədək hissə-hissə ödəməyi öz öhdəsinə götürür.
2. İddiaçı "xxxx" ASC cavabdehdən birdəfəlik almalı olduğu 1092 manat borc məbləğini 1 il müddətinə, yəni 25.10.2022-ci tarixinədək aylıq ödənişi 90 manat olmaqla, cavabdeh tərəfindən hissə-hissə ödənilməsinə razılıq verir və cavabdeh həmin borc məbləğini tam şəkildə ödədikdən sonra ona qarşı heç bir tələb, şikayətinin olmayacağını öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, hesab edir ki, iddiaçı "xxxx" ASC və cavabdeh X4 arasında tərəf olduqları «ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında geriyə qaytarılması» tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 25.10.2021-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" ASC və cavabdeh X4 arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 25.10.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin:
1. “Cavabdeh X4 1092 manat borc məbləğini mübahisələndirmədən etiraf edir və həmin məbləği aylıq ödəniş 90 manat olmaqla 1 il müddətinə, yəni 25.10.2022-ci il tarixinədək hissə-hissə ödəməyi öz öhdəsinə götürür” məzmunlu barışıq sazişi təsdiq edilsin.
2. “İddiaçı "xxxx" ASC cavabdehdən birdəfəlik almalı olduğu 1092 manat borc məbləğini 1 il müddətinə, yəni 25.10.2022-ci tarixinədək aylıq ödənişi 90 manat olmaqla, cavabdeh tərəfindən hissə-hissə ödənilməsinə razılıq verir və cavabdeh həmin borc məbləğini tam şəkildə ödədikdən sonra ona qarşı heç bir tələb, şikayətinin olmayacağını öz öhdəsinə götürür” məzmunlu barışıq sazişi təsdiq edilsin.
İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Cəmilə Musayeva