Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5023/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ona əvəzləşdirmə qaydasında yaşayış sahəsinin verilməsi barədə müqavilənin bağlanması və yaşayış sahəsi təhvil verilən günədək kirayə pulunun verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ona əvəzləşdirmə qaydasında yaşayış sahəsinin verilməsi barədə müqavilənin bağlanması və yaşayış sahəsi təhvil verilən günədək kirayə pulunun verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, mahiyyəti üzrə bir-biri ilə əlaqəli iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X4, İddiaçı və X2 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə 2(006)-1459/2023 saylı mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatındadır və baxılır. Bildirir ki, hər iki mülki iş eyni əmlakla bağlıdır və eyni zamanda hər iki mülki iş üzrə tərəflər eynidir. Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan xx.xx.2023-cü il tarixli 2(006)-1459/2023 saylı mülki iş daha əvvəl baxılmaq üçün icraata qəbul edilib. İcraatda olan 2(006)-5023/2023 saylı mülki işin Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan 2(006)-1459/2023 saylı mülki işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixli vəsasətinin geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda hazırki iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq göstərmişdir ki, iddiaçı Cavabdeh MMC Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X1, X3 və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 132 saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaqla evin boşaldılması və sökülməsi, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 179 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin X1 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək Cavabdeh MMC tərəfindən X2 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdən mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatındadır. Hal-hazırda iş üzrə ekspertiza təyin edilmişdir. Daha sonra İddiaçı Cavabdeh MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək faktiki yerləşdiyi yer üzrə pəncərəsi əsas yola-Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsinə baxmaq şərti ilə yeni tikiləcək binanın 65 kv.metr 20% əlavə edilməklə yaşayış sahəsinin əvəzləşdirilməsi ilə bağlı müqavilənin bağlanması və digər tələblər barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, eyni məhkəmədə eyni tərəflər arasında mübahisə olduğundan İddiaçı Cavabdeh MMC-nə qarşı olan iddia tələbi Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan mülki iş üzrə bir icraatda birləşdirilməlidir. Odur ki, e-2(006)-5023/2023 saylı mülki işin Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan e-2(006)-1459/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə tərəfindən iş üzrə tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini və təqdim edilmiş vəsatətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Cavabdeh MMC-nə qarşı “ona əvəzləşdirmə qaydasında yaşayış sahəsinin verilməsi barədə müqavilənin bağlanması və yaşayış sahəsi təhvil verilən günədək 600 manat hesablanmaqla kirayə pulunun verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbini, həmin iddia tələbində göstərilən xüsusatları, habelə daha əvvəl məhkəmənin icraatına qəbul edilmiş e-2(006)-1459/2023 saylı mülki iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X4, İddiaçı və X2 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsində göstərilən halları müqayisəli şəkildə araşdırmış və müəyyən etmişdir ki, hər iki mülki iş üzrə tərəflər, onlar arasında mübahisə predmetini təşkil edən hal eynidir. Bu səbəbdən tərəflər arasında eyni mübahisə üzrə səmərəli araşdırma aparılması və məsələyə bir icraatda baxılaraq obyektiv qərar qəbul edilməsi məqsədilə tarix etibarilə daha sonra icraata qəbul edilmiş e-2(006)-5023/2023 saylı mülki işin Nəsimi Rayon Məhkəməsinin icraatına daha əvvəl qəbul edilmiş e-2(006)-1459/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə cavabdehin nümayəndəsinin işlərə birgə baxılması barədə vəsasətini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh MMC-nin nümayəndəsinin vəsatəti təmin olunsun. İddiaçı Cavabdeh MMC-yə qarşı “ona əvəzləşdirmə qaydasında yaşayış sahəsinin verilməsi barədə müqavilənin bağlanması və yaşayış sahəsi təhvil verilən günədək kirayə pulunun verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-2(006)- 5023/2023 saylı mülki iş iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X5, İddiaçı və X2 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi” tələbinə dair e-2(006)-1459/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə e-2(006)-1459/2023 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5023/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5023/2023
04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver