Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-510/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – X7, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi – X12 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi olmaqla cavabdehlər Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X13 Hüquqi Şəxsi və Tərtər Rayon Mərkəzi X4rşı «xəstəlik tarixindən çıxarışda S82.7 kodunun, 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasında Göndərişdə isə Y35.1 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edilməsinə dair məhkəmə tərəfindən öhdəliyin qoyulması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi olmaqla cavabdehlər Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X13 Hüquqi Şəxsi və Tərtər Rayon Mərkəzi X4rşı «xəstəlik tarixindən çıxarışda S82.7 kodunun, 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasında Göndərişdə isə Y351 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edilməsinə dair məhkəmə tərəfindən öhdəliyin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər Rayon Mərkəzi X19 Şəxsinin üzərinə X23 barəsində olan 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına Göndərişdə Y35.1 kodunun, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X13 Hüquqi Şəxsinin üzərinə isə 13 dekabr 2021-ci il tarixli 2808 nömrəli “Xəstəlik tarixindən Çıxarış”da S82.7 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edilməsi öhdəliyinin qoyulması və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manatın cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi üzrə İddiaçı Sığorta Şirkətində sığorta olunan X23 29 noyabr 2021-ci il tarixində Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarət almışdır. N.V.Mamedovun sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbini nəzərə alaraq, iş üzrə araşdırmalar başlanmışdır. Nəticədə müəyyən olunmuşdur ki, hadisənin tənzimlənməsi üçün Tərtər Rayon Mərkəzi X19 Şəxsinin üzərinə X23 barəsində olan 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına Göndərişdə Y35.1 kodunun, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X25 üzərinə isə 13 dekabr 2021-ci il tarixli 2808 nömrəli “Xəstəlik tarixindən Çıxarış”da S82.7 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edilməsinə dair məhkəmə tərəfindən öhdəliyin qoyulması zərurəti vardır. “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X25 verdiyi 13 dekabr 2021-ci il tarixli 2808 nömrəli “Xəstəlik tarixindən Çıxarış”da N.V.Mamedova X1 (bundan sonra XBT) S82 (“Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı”) kodunun, S82.7 (“baldırın çox saylı sınıqları”) altkoduna uyğun olaraq diaqnoz qoyulmuşdur. Halbuki elə həmin çıxarışda əsas xəstəlik kimi “Mina partlayışı travması, Sağ baldır sümüklərinin orta 1/3-nin travmatik amputasiyası” qeyd olunmuşdur. Bundan əlavə Tərtər Rayon Mərkəzi X19 Şəxsinin Tibbi Sosial Ekspert Komissiyasına 0319003AAJU6 nömrəli göndərişində N.V.Mamedova XBT-nin Y35.1 koduna uyğun olaraq diaqnoz qoyulmuşdur. Məlumdur ki, XBT-nin Y35 kodu “Qanunla nəzərdə tutulmuş müdaxilələri” (cinayətkarların həbs edilməsi və ya həbs etmək cəhdi, asayişin qorunması və digər hüquqi hərəkətlər zamanı, polis və ya digər qanun işçiləri, o cümlədən ordu tərəfindən vurulmuş zədələr) nəzərdə tutur. Y35.1 alt kodu isə “Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsini nəzərdə tutmaqla qanunla nəzərdə tutulmuş müdaxilələr kimi dinamit, partlayıcı mina, qumbara və bombanı əhatə edir. İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 24 mart 2022-ci il tarixli Qərarı ilə müəyyən olunmuşdur ki, 29 noyabr 2021-ci il tarixində N.V.Mamedov Mehdili kəndi ərazisində erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət almışdır. Bu isə XBT-nın Y36 (hərbi əməliyyatlar) kodunun Y36.8 (Hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr. Döyüş əməliyyatlarının gedişində qoyulmuş, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bomba və ya minanın partlaması zamanı alınmış zədələnmə) koduna uyğundur. Baxılan halda qeyd olunanlar iş materialları ilə birgə onu deməyə əsas verir ki, N.V.Mamedovun xəsarəti nə XBT-nin S82.7, yəni baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, nə də Y35 və Y35.1 kodunda göstərilənlərlə, yəni qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı cinayətkarların həbs edilməsi və ya həbs etmək cəhdi, asayişin qorunması və digər hüquqi hərəkətlər zamanı, polis və ya digər qanun işçiləri, o cümlədən ordu tərəfindən vurulmuş zədələrlə bağlı olmamışdır. Bu səbəbdən 31 avqust 2022 –ci il tarixdə Tərtər Rayon Mərkəzi Xəstəxanasına O-H-2022-0421 saylı məktub yazılmış və N.V.Mamedov barəsində olan 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına Göndərişdə Y35.1 kodunun Y36.8 kodu ilə dəyişdirilərək müvafiq düzəliş edilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Həmçinin 14 sentyabr 2022-ci il tarixli O-H-2022-0441 saylı məktubla TƏBİBə müraciət olunaraq X23 barəsində olan 13 dekabr 2021-ci il tarixli 2808 nömrəli “Xəstəlik tarixindən Çıxarış”da S82.7 kodunun, 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına Göndərişdə isə Y35.1 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. Sözügedən məktuba 18 oktyabr 2022-ci il tarixli məktubla cavab verilmiş və “Xəstəlik tarixindən Çıxarış”da , “Xəstənin tibbi Ambulator Kartası”nda kodların dəyişdirilməsinin mümkün olmaması bildirilmişdir. Baxılan halda, sözügedən məktubda N.V.Mamedovun təqdim etdiyi tibbi rəydə XBT-ə uyğun Y35.1 və Y83.5 kodunun qeyd olunmasına istinad olunmuşdur. Lakin bu zaman TƏBİB tibbi rəydə texniki səhvlərin və ya digər yalnışlıqların olacağını ehtimal etməmiş, N.V.Mamedovun xəsarətinin Y35 və Y35.1 kodunda göstərilənlərlə, yəni qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı cinayətkarların həbs edilməsi və ya həbs etmək cəhdi, asayişin qorunması və digər hüquqi hərəkətlər zamanı, polis və ya digər qanun işçiləri, o cümlədən ordu tərəfindən vurulmuş zədələrlə bağlı olmamasını nəzərə almamışdır. Bu zaman TƏBİB sadəcə olaraq tibbi rəydə XBT-ə uyğun Y35.1 və Y83.5 kodunun qeyd olunması halı ilə kifayətlənmişdir. Həmçinin 18 oktyabr 2022-ci il tarixli məktubla o da bildirilmişdir ki, “ETTOİ –yə göndərilmiş sorğuya verilən cavabda N.V.Mamedov 27 sentyabr 2022-ci il tarixdə xəstəxanada təkrar kliniki-retgenoloji müayinələrdən keçərək “Minanın partlayışı nəticəsində sağ baldırın orta 1/3-nin travmatik amputasiyası” diaqnozunun təyin edildiyi bildirilmişdir”. Baxılan halda, N.V.Mamedov təkrar müayinələrdən keçirildikdən sonra ona təyin edilmiş diaqnoza uyğun XBT-nin yenidən düzgün kodu seçilməmişdir. Çünki N.V.Mamedova təkrar kliniki-retgenoloji müayinələrdən keçərək “Minanın partlayışı nəticəsində sağ baldırın orta 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulmasına baxmayaraq, XBT-nin Y35 və Y35.1 kodunda göstərilənlərlə, yəni qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı cinayətkarların həbs edilməsi və ya həbs etmək cəhdi, asayişin qorunması və digər hüquqi hərəkətlər zamanı, polis və ya digər qanun işçiləri, o cümlədən ordu tərəfindən vurulmuş zədələrlə bağlı olmayan kod təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X10 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdeh Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X13 Hüquqi Şəxsinin nümayəndəsi X24 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdeh Tərtər Rayon Mərkəzi X19 Şəxsinin nümayəndəsi X14 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi X15 iddia barədə qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili), cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2021-ci il tarixli TQS seriyalı 027 saylı Xəstəlik tarixindən çıxarışdan görünür ki, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X13 Hüquqi Şəxsi tərəfindən X20 X1 S82 (“Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı”) kodunun S82.7 (“baldırın çox saylı sınıqları”) altkoduna uyğun olaraq “Mina partlayış travması. Sağ baldır sümüklərinin orta 1/3-nin travmatik amputasiyası” xəstəlik diaqnozu qoyulmuşdur. 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına Göndərişdən görünür ki, Tərtər Rayon Mərkəzi X19 Şəxsi tərəfindən X20 X1 Y35 (“Qanunla nəzərdə tutulmuş müdaxilələr”) kodunun Y35.1 (“Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi”) altkoduna uyğun olaraq xəstəlik diaqnozu qoyulmuşdur. Maraqlı şəxs1 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli PHŞ/6-2-2022- 9354 saylı məktubdan görünür ki, məsələnin araşdırılması ilə bağlı “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə (Xəstəxana) göndərilmiş sorğuya alınan cavabda N.Mamedovun təqdim etdiyi tibbi rəydə X3 uyğun Y35.1 Y83.5 kodu ilə qeyd olunmuş diaqnoza əsasən “Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestri”nə (TSEK) göndəriş (Forma 088) rəsmiləşdirilmiş və TSEK tərəfindən İİİ dərəcə əlillik təyin edildiyi bildirilmişdir. Eyni zamanda müraciətlə bağlı N.Mamedov Xəstəxananın göndərişi əsasında “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə (ETTOİ) təkrar müayinə olunmuş və XBT-10 üzrə kod S 82.7, Y 35.1 ,Y 83.5, M 25.7 diaqnozlar təsdiq olunmuşdur. Xəstəxana tərəfindən məktubda qeyd edilən kodların əvəz edilməsinin mümkün olmaması qeyd olunmuşdur. Bununla yanaşı, ETTOİ -yə göndərilmiş sorğuya verilən cavabda N.Mamedovun xx.xx.2022-ci il tarixdə Xəstəxanada təkrar klinikiretgenoloji müayinələrdən keçərək “Minanın partlayışı nəticəsində sağ baldırın orta 1/3-nin travmatik amputasiyası” diaqnozunun təyin edildiyi (XBT-10 üzrə kod S 82.7, Y 35.1,Y 83.5, M 25.7) bildirilmişdir. Odur ki, xx.xx.2021 -ci il tarixli 2808 nömrəli “Xəstəlik tarixindən çıxarışda” və xx.xx.2022-ci il tarixli ********** saylı “Xəstənin tibbi ambulator kartasında” S 82.7, Y 35.1,Y 83.5, M 25.7 kodlarının Y 36.8 kodu ilə əvəz edilməsi mümkün deyildir. “MTE və PA Birliyi” X25 Beyləqan rayon şöbəsinin 812/21 saylı ekspert rəyindən görünür ki, X17 travmatik-hemorragik şokla müşayət olunan sağ baldırın orta üçdə birinin travmatik amputasiyası (ayrılması) olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törəmişdir. Müqayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş mina partlayışı nəticəsində ətrafa səpələnmiş metal qəlpələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi. Göstərilən xəsarət olunanın əmək qabiliyyətinin üçdə-birindən çox hissəsinin (50%) dayanıqlığının itirilməsi ilə nəticələnmişdir ki, bu əlamətə görə sağlamlığı ağır zərər travmaya aiddir. xx.xx.2022-ci il tarixli Cinayət işi üzrə icraatın dayandırılması haqqında Qərardan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində X9 rayonunun Mehdili kəndi ərazisində əmək fəaliyyətini icra edərkən erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər almışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində X9 rayonunun Mehdili kəndi ərazisində əmək fəaliyyətini icra edərkən erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər almışdır. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X13 Hüquqi Şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli TQS seriyalı 027 saylı Xəstəlik tarixindən çıxarışda X20 X1 S82 (“Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı”) kodunun S82.7 (“baldırın çox saylı sınıqları”) altkoduna uyğun olaraq “Mina partlayış travması. Sağ baldır sümüklərinin orta 1/3-nin travmatik amputasiyası” xəstəlik diaqnozu qoyulmuşdur. Tərtər Rayon Mərkəzi X19 Şəxsi tərəfindən tərtib edilmiş 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına X5 X1 Y35 (“Qanunla nəzərdə tutulmuş müdaxilələr”) kodunun Y35.1 (“Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi”) altkoduna uyğun olaraq xəstəlik diaqnozu qoyulmuşdur. X18 Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində əmək fəaliyyətini icra edərkən erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarətlər alması və nəticədə X11 baldırının orta üçdə birinin travmatik amputasiyasının (ayrılması) olması mübahisələndirilməyən hallarıdır. Mübahisəli olan, X18 aldığı xəsarətin diaqnozunun düzgün olub-olmadığı ilə bağlıdır və tərəflərin arasındakı mübahisə yalnız zədənin X2 nəzərdə tutulmuş kodlara uyğunluğu barədədir. Mübahisənin mahiyyətini zədə üzrə X1 kodlarına dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdehlər zədənin X1 Y35.1 və S82.7 kodlarına, iddiaçı isə həmin Təsnifatın Y36.8 koduna uyğun olduğunu bildirir. Bu baxımdan məhkəmə, X18 aldığı zədəyə dair cavabdehlər tərəfindən müəyyən edilmiş diaqnozunun X3 uyğunluğunu müəyyən etmək üçün əlaqədar X6 əsasında tərəflərin istinad etdikləri Y35.1, Y36.8 və S82.7 kodlarının təhlil aparılmasını zəruri hesab edir. X1 Y35 kodu “Qanunla nəzərdə tutulmuş müdaxilələr” adlanmaqla ona cinayətkarların həbs edilməsi və ya həbs etmək cəhdi, asayişin qorunması və digər hüquqi hərəkətlər zamanı, polis və ya digər qanun işçiləri, o cümlədən ordu tərəfindən vurulmuş zədələr daxildir. Y35.1 altkodu “Qanunla nəzərdə tutulmuş müdaxilələr zamanı partlayışlardan istifadə edilməsi” adlanmaqla qanunla nəzərdə tutulmuş müdaxilələr kimi dinamitlə, partlayıcı mina ilə, qumbara ilə və bomba ilə müəyyən edilmişdir. Göründüyü kimi göstərilən kod üzrə diaqnozun verilməsi üçün polis və ya digər qanun işçiləri, o cümlədən ordu tərəfindən cinayətkarların həbs edilməsi və ya həbs etmək cəhdi, asayişin qorunması və digər hüquqi hərəkətlər zamanı dinamitlə, partlayıcı mina ilə, qumbara ilə və bomba ilə şəxsə zədələr vurulmalıdır. Lakin hazırki iş üzrə X23 zədəni müharibə zamanı erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində almışdır ki, bu halda X18 zədəsinin X1 Y35 kodu və Y35.1 altkoduna heç bir aidiyyəti olmamaqla uyğun deyildir. X1 S82.7 altkodu “Baldırın çox saylı sınıqları” adlanır. Lakin işdə olan xx.xx.2021-ci il tarixli TQS seriyalı 027 saylı Xəstəlik tarixindən çıxarışdan göründüyü kimi cavabdeh Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X13 Hüquqi Şəxsi tərəfindən X18 aldığı zədəni “Mina partlayış travması. Sağ baldır sümüklərinin orta 1/3-nin travmatik amputasiyası” kimi göstərmişdir. Yəni zədə nəticəsində baldır sümüyünün sınması deyil, travmatik amputasiyası olmuşdur ki, bu halda da xəstəliyin diaqnozu X6 üzrə düzgün qoyulmamışdır. X1 Y36 kodu “Hərbi əməliyyatlar” adlanmaqla ona hərbi əməliyyatlarda və vətəndaş qarışıqları ilə əlaqədar, hərbi qulluqçuların və mülki şəxslərin aldığı travmalar, eyni zamanda hərbi əməliyyatların dayandırılmasından sonra və hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr daxildir. Y36.8 altkodu “Hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr” adlanmaqla ona döyüş əməliyyatlarının gedişində qoyulmuş, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bombanın və ya minanın patlaması zamanı alınmış zədələnmələr, hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində zədələnmələr daxildir. İşdə olan xx.xx.2022-ci il tarixli Cinayət işi üzrə icraatın dayandırılması haqqında Qərardan göründüyü kimi X23 zədəni mina patlaması nəticəsində almış və həmin mina hərbi əməliyyatlardan əvvəl erməni silahlı birləşmələri tərəfindən basdırılmışdır. Göründüyü kimi X23 zədəni hərbi əməliyyatlar dayandırıldıqdan sonra minanın patlaması zamanı almışdır ki, bu halda həmin zədənin diaqnozu X1 Y36.8 koduna uyğundur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X18 aldığı zədə X1 Y36.8 koduna uyğun olduğundan 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına Göndərişdə və 13 dekabr 2021-ci il tarixli 2808 nömrəli “Xəstəlik tarixindən Çıxarış”da göstərilən kodların dəyişdirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X23 barəsində olan 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına Göndərişdə Y35.1 kodunun Y36.8 kodu ilə əvəz edilməsi öhdəliyi Tərtər Rayon Mərkəzi X19 Şəxsinin üzərinə qoyulsun. 13 dekabr 2021-ci il tarixli 2808 nömrəli “Xəstəlik tarixindən Çıxarış”da S82.7 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edilməsi öhdəliyi Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X13 Hüquqi Şəxsinin üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Tərtər Rayon Mərkəzi X19 Şəxsindən və Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X13 Hüquqi Şəxsindən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-510/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-510/2023
14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver